Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

195.2. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri 
nəşrlərin  redaksiyaları  Prezident  seçkilərinin  nəticələrinin  rəsmi  dərc  edildiyi  gündən  sonra  10  gün 
müddətində  bu  Məcəllənin  194.1-ci  maddəsində  nəzərdə  tutulmuş  prezidentliyə  namizədlərə  istifadə 
edilmiş  pulsuz  efir  vaxtının  dəyəri  və  dövri  nəşrdə  ayrılmış  yerin  həcmi  və  dәyәri  haqqında,  özlərinin 
hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.
 159
 
195.3. Bu Məcəllənin 80.5, 83.6 və 189.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və 
dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6 və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada 
prezidentliyə namizədlərə verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio 
verilişləri  təşkilatlarının  və  dövri  nəşrlərin  redaksiyalarının  müəyyənləşdirdiyi  efir  vaxtının  və  dövri 
nəşrdə yerin üçün qiymətinə vurulması yolu ilə müəyyən edilir. 
195.4. Bu Məcəllənin 189.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə 
pulsuz efir vaxtından prezidentliyə namizədlər istifadə etdikdə hər bir namizədin qaytardığı pul vəsaitinin 
həcmi  teleradio  verilişləri  təşkilatları  tərəfindən  onların  iştirak  etdikləri  birgə  təşviqat  tədbirlərinin  hər 
birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir. 
195.5.  Prezidentliyə  namizədlər  pulsuz  efir  vaxtından  bu  Məcəllənin  81.5-ci  maddəsi  ilə  nəzərdə 
tutulmuş qaydada və müddətdə imtina edərlərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir. 
195.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları 
və  dövri  nəşr  redaksiyaları  səsvermə  günündən  başlayaraq  12  ay  müddətində  Mərkəzi  Seçki 
Komissiyasına  bu  Məcəllənin  194-cü  maddəsində  nəzərdə  tutulmayan,  pulsuz  efir  vaxtının  və  dövri 
nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş prezidentliyə namizədlər haqqında məlumatlar verirlər.
 160
 
 
M a d d ə   1 9 6 .   Prezidentliyə  namizədlərin,  qeydə  alınmış  prezidentliyə  namizədlərin  seçki 
fondlarının xüsusi hesabında qalmış pul vəsaiti 
Prezidentliyə  namizədlərin,  qeydə  alınmış  prezidentliyə  namizədlərin  seçki  fondlarının  xüsusi 
hesabında  qalmış  pul  vəsaitini  Mərkəzi  Seçki  Komissiyasının  yazılı  göstərişinə  uyğun  olaraq  müvafiq 
bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına köçürməlidir. 
 
M a d d ə   1 9 7 .  Prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların aldıqları pul vəsaitinin öz 
hesablarına geri qaytarılması 
197.1.  Seçki  fondunda  pul  vəsaiti  olmadıqda  və  yaxud  çatışmadıqda  büdcə  pul  vəsaitinin  qeydə 
alınmış  namizəd  tərəfindən  qaytarılması,  habelə  verilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə  ayrılmış 
yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların öz vəsaiti hesabına həyata 
keçirilir.
161
 
197.2.  Bu  Məcəllənin  194-cü  maddəsində  nəzərdə  tutulmayan  qeydə  alınmış  prezidentliyə  namizəd 
bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da 
öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılacaq vəsaitini səsvermə günündən başlayaraq 12 ay 
müddətində Mərkəzi Seçki Komissiyasının hesabına qaytara bilər. 
197.3.  Bu  Məcəllənin  197.2-ci  maddəsində  nəzərdə  tutulan  öhdəliklər  icra  edilmədikdə  və  vəsaitin 
qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. 
Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 197.2-ci maddəsində göstərilən 
tələbləri  yerinə  yetirməyən  qeydə  alınmış  Prezidentliyə  namizəd  yekun  maliyyə  hesabatı  verilənədək 
həmin  maddədə  göstərilən  öhdəliyi  götürmədikdə  yekun  maliyyə  hesabatının  verilməsi  müddəti  başa 
çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.
162
 
197.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd statusunu itirdikdə bu Məcəllənin 
197-ci  maddəsi  ilə  namizədlərin,  qeydə  alınmış  namizədlərin  üzərinə  qoyulmuş  öhdəliklər  namizəd, 
qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. 
197.5.  Bu  Məcəllənin  194-cü  maddəsində  nəzərdə  tutulmayan  və  Mərkəzi  Seçki  Komissiyası 
qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısı dərc edilir. 
197.6.  Prezident  seçkilərində  bu  Məcəllənin  194-cü  maddəsində  nəzərdə  tutulmayan  və  seçkilərin 
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün əvvəlki seçkilər üzrə Mərkəzi Seçki Komissiyası 
qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın prezidentliyə namizəd irəli sürüldüyü təqdirdə dövlət 
büdcəsindən vəsait almaq hüququ yoxdur. 
 


Otuz ikinci fəsil 
PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ 
 
M a d d ə   1 9 8 .  Prezident seçkiləri zamanı səsvermə otağı 
198.1. Prezident seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun 
təşkil edilir. 
198.2.  Məntəqə  seçki  komissiyası  səsvermə  otağında  və  ya  bilavasitə  otağın  qarşısında  seçki 
bülletenlərinin  nümunələrini,  qeydə  alınmış  prezidentliyə  namizədlərin  soyadı,  adı,  atasının  adı,  doğum 
tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, 
namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir. 
198.3. Prezidentliyə namizədlər haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş 
qaydada və ardıcıllıqla yerləşdirilir. 
 
M a d d ə   1 9 9 .  Prezident seçkiləri üzrə seçki bülletenləri 
199.1.  Prezident  seçkiləri  zamanı  seçki  bülletenləri  bu  Məcəllənin  99-cu  maddəsində  göstərilən 
qaydada hazırlanır. 
199.2.  Prezident  seçkiləri  üzrə  seçki  bülletenində  prezidentliyə  namizədlərin  əlifba  sırası  ilə  soyadı, 
adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), 
habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir. 
199.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə 
namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir. 
199.4.  Seçki  bülletenində  bu  Məcəllənin  53-cü  maddəsinə  uyğun  olaraq  qeydiyyatdan  keçmiş 
prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər. 
199.5. Prezidentliyə namizədlərin soyadından sağda boş kvadrat yerləşir. 
 
M a d d ə   2 0 0 .  Prezident seçkiləri zamanı səsvermə qaydası 
200.1.  Prezident  seçkiləri  zamanı  səsvermə  bu  Məcəllənin  104-cü  və  105-ci  maddələrinə  uyğun 
keçirilir. 
200.2. Seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda 
işarə qoyur. 
200.3.  Birdən  çox  boş  kvadratda  işarə  qoyulduqda  və  ya  heç  bir  işarə  qoyulmadıqda  səs  etibarsız 
sayılır. 
 
M a d d ə   2 0 1 .  Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması 
201.1.  Prezident  seçkiləri  zamanı  seçki  məntəqəsində  səslərin  hesablanması  bu  Məcəllənin  106-cı 
maddəsinə uyğun aparılır və protokol tərtib edilir. 
201.2.  Hər  bir  protokola  bu  Məcəllənin  100.2-ci  maddəsində  göstərilənlərlə  yanaşı,  səsvermənin 
yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir: 
201.2.1.  seçki  bülleteninə  daxil  edilmiş  prezidentliyə  namizədlərin  soyadı,  adı,  atasının  adı,  bunlar 
eyni olduqda namizədlər haqqında digər məlumat; 
201.2.2. hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı. 
 
M a d d ə   2 0 2 .  Prezident seçkiləri zamanı seçki dairəsi üzrə səslərin hesablanması 
202.1.  Dairə  seçki  komissiyasında  səslərin  hesablanması  bu  Məcəllənin  107-ci  maddəsinə  uyğun 
aparılır. 
202.2.  Dairə  seçki  komissiyasının  protokolunda  bu  Məcəllənin  100.2-ci  və  201-ci  maddələrində 
göstərilənlərə əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir. 
 
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə