Microsoft Word secki mecellesi doc


Növbədənkənar Prezident seçkilərinin keçirilməsi



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

 
M a d d ə   1 7 9 .  Növbədənkənar Prezident seçkilərinin keçirilməsi 
179.1.  Konstitusiyanın  104-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  Prezidentin  səlahiyyətlərinin 
icra  müddəti  Konstitusiyada  müəyyən  edilən  müddət  başa  çatmamış  bitərsə,  növbədənkənar  Prezident 
seçkiləri keçirilir. Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər 
dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. 
KM1
 
179.2.  Konstitusiyanın  104-cü  və  107-ci  maddələrinə  əsasən  Konstitusiya  Məhkəməsinin  və  ya 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  müvafiq  qərarının  qəbul  edildiyi  gündən  başlayaraq  bir 
həftədən  gec  olmayan  müddətdə  seçkilər  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  çərşənbə  gününə  təyin 
edilir və 3 ay ərzində keçirilir. 
 
Otuzuncu fəsil 
PREZİDENTLİYƏ NAMİZƏDLƏR. PREZİDENT SEÇKİLƏRİNİN  
KEÇİRİLMƏSİNƏ HAZIRLIQ 
 
M a d d ə   1 8 0 .  Prezidentliyə namizədin irəli sürülməsi 
180.1.  Prezidentliyə  namizədləri  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  seçki  hüququ  olan 
vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. 
180.2. Seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək 
üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. 
180.3.  Seçkilərin  təyin  edilməsi  haqqında  qərar  rəsmi  dərc  olunduqdan  sonra  Prezidentliyə 
namizədlər irəli sürülür. 
180.4.  Prezidentliyə  namizəd  irəli  sürmüş  təşəbbüs  qrupu  siyasi  partiya,  siyasi  partiyaların  bloku 
namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim 
etdikdə,  ərizədə  namizədin  Konstitusiyanın  100-cü  maddəsində  göstərilən  tələblərə  cavab  verməsi 
nəzərdə tutulmalıdır. 
 
M a d d ə   1 8 1 .  Prezidentliyə namizədi müdafiə üçün imza toplanması 
181.1.  Siyasi  partiya,  siyasi  partiyaların  bloku  və  yaxud  seçicilərin  təşəbbüs  qrupları  prezidentliyə 
irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-
dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
152
 
181.2. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. 
181.3. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır. 
 
M a d d ə   1 8 2 .  Prezidentliyə namizədin qeydə alınması 
182.1.  Prezidentliyə  namizədlər  bu  Məcəllənin  60-cı  maddəsində  göstərilən  qaydada  Mərkəzi  Seçki 
Komissiyası tərəfindən qeydə alınırlar. 
182.2. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir. 
182.3.  Qeydə  alınmış  namizədlərin  siyahısı  səsvermə  gününə  azı  20  gün  qalmış  Mərkəzi  Seçki 
Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.
153
 
182.4. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs 
hüquqlu üzv təyin edə bilər. 
 
M a d d ə   1 8 3 .  Prezident seçkilərinin təxirə salınması 
183.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə 
alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki 
hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan 
qaydada  2  ay  müddətinə  təxirə  salınır  və  bu  halda  vəzifədə  olan  Prezident  öz  səlahiyyətlərinin  icrasını 
davam etdirir. 
183.2. Səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir 
namizəd  qalarsa,  seçkilər  bu  Məcəllənin  178-ci  maddəsində  göstərilən  qaydada  namizədlərin  irəli 


sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda 
vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir. 
 
M a d d ə   1 8 4 .  Prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi 
184.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən 
seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai 
nəqliyyatın  bütün  növlərindən  (taksi  və  sifarişli  reyslər  istisna  olmaqla)  dövlət  vəsaiti  hesabına  istifadə 
etmək hüququna malikdir. 
184.2.  Ölkə  ərazisində  göstərilən  nəqliyyatdakı  gediş-gəliş  xərcləri  Mərkəzi  Seçki  Komissiyası 
tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-
gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-
gəliş xərcləri ödənilir. 
 
M a d d ə   1 8 5 .  Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi 
185.1. Qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən 
etdiyi qaydada təmin edilir. 
185.2.  Qeydə  alınmış  prezidentliyə  namizəd  bu  Məcəllənin  70.4-cü  maddəsində  göstərilən  qaydada 
yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər. 
 
M a d d ə   1 8 6 .  Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı 
186.1. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi 
Seçki Komissiyası tərəfindən qeydə alınır. 
186.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir. 
 
M a d d ə   1 8 7 .  Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi 
Prezidentliyə  namizədlərin  namizədlik  statusundan  imtina  etməsi  bu  Məcəllənin  73-cü  maddəsi  ilə 
tənzimlənir. 
 
M a d d ə   1 8 8 .   Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  Prezident  seçkilərində  iştirak 
etməkdən imtina etməsi 
188.1.  Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  Prezident  seçkilərində  iştirak  etməkdən  imtina 
etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin 
qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz. 
188.2.  Siyasi  partiyalar  blokunun  tərkibinə  daxil  olan  siyasi  partiya  səsvermə  gününə  azı  10  gün 
qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli 
orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər. 
188.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu 
Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  müstəqil  siyasi  partiya  kimi  çıxış  edə  və  ya  digər  siyasi 
partiyalar blokunun tərkibinə daxil ola bilər. 
188.4.  Siyasi  partiyalar  blokunun  irəli  sürdüyü  prezidentliyə  namizədi  Mərkəzi  Seçki  Komissiyası 
qeydə  aldıqdan  sonra,  bu  bloka  daxil  olmuş  bütün  siyasi  partiyalar  (birindən  başqa)  seçkilərdə  iştirak 
etməkdən  imtina  edərlərsə,  qalan  siyasi  partiya  seçkilərdə  siyasi  partiyalar  blokunun  adı  və  rəmzləri 
saxlanılmaqla  siyasi  partiyaların  bloku  kimi  iştirak  edə  bilər.  Bu,  prezidentliyə  namizədlərin  qeydə 
alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz. 
188.5.  Siyasi  partiyalar  blokunun  seçkilərdə  iştirak  etməkdən  imtina  etməsi  ona  daxil  olmuş  siyasi 
partiyaları  seçkilərdə  iştirak  etmək  hüququndan  məhrum  etmir;  belə  halda  bu  Məcəlləyə  uyğun  olaraq 
prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb 
edilir. 
Otuz birinci fəsil 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə