Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası 
tərəfindən müəyyən edilir.
137
 
155.3.  Bu  Məcəllənin  77.2  və  77.3-cü  maddələrində  göstərilən  teleradio  verilişləri  təşkilatlarının 
kanallarında  birgə  təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar, 
siyasi  partiyaların  blokları  üçün  efir  vaxtı  ayrılır,  hesablanır  və  ayrı-ayrılıqda  həyata  keçirilir.  Bu  cür 
pulsuz  efir  vaxtından  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  bərabər 
əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən 
istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir. 
155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından 
ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-
dan  çoxunda  namizədləri  qeydə  alınmış  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  ümumi  sayına 
bölünməsi yolu ilə müəyyənləşdirilir. 
155.5.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən  dövri  nəşr  səhifələrində  ayrılan  yerin  həcmi 
namizədlərin,  birmandatlı  seçki  dairələrinin  60-dan  çoxunda  namizədləri  qeydə  alınmış  siyasi 
partiyaların,  siyasi  partiyalar  bloklarının  ümumi  sayına  bölünməsi  yolu  ilə  müəyyən  edilir.  Bu  zaman 
həmin  yerin  həcmi  namizədlər  üçün  ayrıca  və  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  üçün  ayrıca 
müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər. 
155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə 
alınmış  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  bu  Məcəllənin  155.2-ci  maddəsində  göstərilən 
tədbirlərdə  iştirakdan  imtina  etməsi  bu  Məcəllənin  80.6-cı  maddəsinə  uyğun  olaraq  pulsuz  verilən  efir 
vaxtı həcminin artırılmasına səbəb olmur. 
 
M a d d ə   1 5 6 .   Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin, 
siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları 
156.1.  Namizədin  seçki  fondu  vəsaitinin  yuxarı  həddi  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz. 
156.2.  Birmandatlı  seçki  dairəsi  üzrə  irəli  sürülən  namizədlərin,  qeydə  alınmış  namizədlərin  seçki 
fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər: 
156.2.1.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə 
vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, namizədin, qeydə alınmış namizədin xüsusi vəsaiti; 
156.2.2.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə 
vahidinin 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi 
partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti; 
156.2.3. bu Məcəllənin 164.8-ci maddəsində müəyyənləşdirilmiş hallar istisna olmaqla, qeydə alınmış 
namizədə dairə seçki komissiyası tərəfindən müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış digər 
namizədlərlə bərabər həcmdə ayrılmış vəsait; 
156.2.4.  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə 
vahidinin  vətəndaş  üçün  3000  manatdan  və  hüquqi  şəxs  üçün  50  min  manatdan  çox  olmayan  könüllü 
ianələr. 
156.3. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə 
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər. 
156.4.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçki  fondları  yalnız  aşağıdakı  pul  vəsaiti 
hesabına formalaşır: 
156.4.1.  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  500  min  manatdan  çox  olmamaq  şərti  ilə,  xüsusi 
vəsaiti  (siyasi  partiyalar  blokunun  bu  xüsusi  vəsaiti  seçki  blokunu  yaratmış  siyasi  partiyaların  verdiyi 
vəsaitlər hesabına formalaşır); 
156.4.2.  bu  Məcəllənin  164.8-ci  maddəsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  Mərkəzi  Seçki 
Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait; 
156.4.3.  vətəndaşların  və  hüquqi  şəxslərin  könüllü  ianələri.  Könüllü  ianələrin  həddi  seçkilərin  təyin 
edilməsi  haqqında  qərarın  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  vətəndaş  üçün  3000,  hüquqi 
şəxs üçün 50 min manatdan çox ola bilməz. 


156.5. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 
156.1-ci  maddəsində  göstərilən  məbləğin  irəli  sürülmüş  və  ya  qeydə  alınmış  namizədlərin  sayına 
vurulmaqla  müəyyən  edilir.  Eyni  zamanda,  hər  bir  namizəd  üçün  xərclənmiş  məbləğ  bu  Məcəllənin 
156.1-ci  maddəsində  göstərilən  məbləğdən  yuxarı  ola  bilməz.  Bu  tələbə  riayət  olunması  siyasi 
partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.
138
 
 
M a d d ə   1 5 7 .  Milli Məclisə seçkilər zamanı xüsusi seçki hesabları 
157.1.  Namizəd  birmandatlı  seçki  dairəsi  üzrə  namizədliyinin  irəli  sürülməsi  barədə  dairə  seçki 
komissiyasına  bildiriş  təqdim  etdikdən  sonra  5  gün  müddətində  öz  seçki  fondunu  formalaşdırmaq  üçün 
xüsusi seçki hesabı açmalıdır. 
157.2.  Namizədlər  üçün  vahid  seçki  fondu  yaratmaq  niyyətində  olan  siyasi  partiyalar,  siyasi 
partiyaların  blokları  birmandatlı  seçki  dairələrinin  60-dan  çoxunda  irəli  sürülən  namizədlərin  siyahısını 
Mərkəzi  Seçki  Komissiyasına  təqdim  etdikdən  sonra  5  gün  müddətində  vahid  seçki  fondunu 
formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar. 
157.3. Namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin 
irəli  sürülməsi  barədə  dairə  seçki  komissiyasından  bildirişin  təsdiq  edilmiş  surəti  əsasında,  həm  də  bu 
Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. 
Namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku  öz  səlahiyyətli  nümayəndəsinə  xüsusi  seçki  hesabının 
açılmasını  tapşıra  bilər.  Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiyalar,  siyasi  partiyaların  bloku 
Mərkəzi  Seçki  Komissiyasına  yazılı  məlumat  verməklə,  başqa  şəxsə  özünün  seçki  hesabında  olan 
vəsaitdən istifadə etmək hüququ verə bilər. 
157.4. Namizədin, qeydə alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq 
vəsaitini  könüllü  ianə  vermiş  şəxslərə,  hüquqi  şəxslərə  proporsional  əsasda  qaytara  bilər.  Bu  hüquqdan 
istifadə  edilmədikdə,  bank  müvafiq  seçki  komissiyasının  yazılı  göstərişi  əsasında  3  gün  müddətində 
vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd 
Mərkəzi  Seçki  Komissiyasına  yekun  maliyyə  hesabatı  verməli,  maliyyə  hesabatının  surətini  isə  dairə 
seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki hesabının açılması bu Məcəllə 
ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir. 
 
M a d d ə   1 5 8 .  Vahid seçki fondunun ləğv edilməsi 
Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun birmandatlı seçki dairələrində 
qeydiyyatdan  keçən  namizədlərinin  sayı  60  və  ya  60-dan  az  olarsa,  siyasi  partiyanın,  siyasi  partiyalar 
blokunun  xüsusi  seçki  hesabı  bağlanır,  həmin  hesabın  bağlanması  ilə  eyni  vaxtda  hər  bir  namizəd  üçün 
xüsusi  seçki  hesabı  açılır  və  vahid  seçki  fondunun  vəsaitləri  namizədlərin  seçki  fondları  arasında 
proporsional qaydada bölüşdürülür. 
 
M a d d ə   1 5 9 .   Milli  Məclisə  seçkilər  zamanı  seçki  fondları  vəsaitlərinin  istifadəsində 
aşkarlıq 
159.1.  Birmandatlı  seçki  dairəsi  üzrə  irəli  sürülmüş  və  ya  qeydiyyatdan  keçmiş  namizədin  seçki 
fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən kütləvi informasiya 
vasitələrində hökmən dərc edilməlidir: 
159.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi 
günə  olan  şərti  maliyyə  vahidinin  siyasi  partiya,  siyasi  partiyaların  bloku  üçün  10  min  mislindən  çox, 
namizəd,  qeydə  alınmış  namizəd  üçün  isə  2  min  500  manatdan  çox  olduqda  həmin  vəsaitin 
xərclənməsinin maliyyə hesabatı barədə;  
159.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə  vahidinin  siyasi  partiya,  siyasi  partiyaların  bloku  üçün  5  min  manatdan  çox,  namizəd,  qeydə 
alınmış namizəd üçün isə 1 mn 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu 
zaman  eyni  hüquqi  şəxs  tərəfindən  vəsaitin  bir  neçə  ianə  şəklində  köçürülməsinin  mümkünlüyü  nəzərə 
alınmalıdır);  
159.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;  
159.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə