Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 
imzası toplanmalıdır. 
147.2. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər. 
147.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır. 
 
İyirmi dördüncü fəsil 
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI QEYDƏ ALINMIŞ  
DEPUTATLIĞA NAMİZƏDLƏR 
 
M a d d ə   1 4 8 .  Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması 
148.1. Namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar. 
148.2.  Bir  şəxsin  birdən  çox  birmandatlı  seçki  dairəsi  üzrə  namizəd  kimi  qeydə  alınmasına  yol 
verilmir. 
148.3.  Bu  Məcəllənin  148.2-ci  maddəsində  göstərilən  qaydalar  pozulduqda  namizədin  əvvəlki 
qeydiyyatı  etibarlı  sayılır,  qeydiyyat  haqqında  nisbətən  gec  qəbul  edilmiş  qərar  isə  müvafiq  seçki 
komissiyasının  qərarı  ilə  ləğv  edilir  (qeydə  alınmış  keçmiş  namizəd  əvvəlki  qeydiyyatdan  imtina 
haqqında ərizə verməzsə). 
148.4. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir. 
148.5. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi 
Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.
136
 
148.6. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə 
alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi 
səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə 
seçki  komissiyasına  və  seçki  dairəsinin  ərazisində  yerləşən  hər  bir  məntəqə  seçki  komissiyalarına  bir 
məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. 
 
M a d d ə   1 4 9 .  Milli Məclisə seçkilərin təxirə salınması 
149.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir 
namizəd  qeydə  alınmayıbsa  və  ya  bir  namizəd  qeydə  alınıbsa,  əlavə  namizədlərin  irəli  sürülməsi  və 
növbəti  seçki  hərəkətlərinin  həyata  keçirilməsi  məqsədi  ilə  müvafiq  seçki  dairəsi  üzrə  seçkilər  bu 
Məcəllənin 145-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır. 
149.2. Səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa yaxud qeydə alınmış 
bir  namizəd  qalarsa,  seçkilər  bu  Məcəllənin  145-ci  maddəsində  göstərilən  qaydada  namizədlərin  irəli 
sürülməsi  və  sonrakı  hərəkətlərin  edilməsi  üçün  birmandatlı  seçki  dairəsində  ən  geci  3  ay  müddətinə 
təxirə salınır. 
 
M a d d ə   1 5 0 .  Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin 
ödənilməsi 
150.1.  Bu  Məcəllənin  70.2-ci  maddəsinə  uyğun  olaraq  birmandatlı  seçki  dairəsi  üzrə  qeydə  alınmış 
namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi 
istifadədə  olan  şəhər,  habelə  şəhərkənarı  və  şəhərlərarası  nəqliyyat  vasitələrində  gediş-gəlişin  dəyəri 
müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. 
150.2.  Bir  neçə  seçki  dairəsi  olan  şəhərlərdə  bu  dairələrin  birində  qeydə  alınmış  namizədə  şəhərdə 
gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. 
150.3. Qeydə alınmış namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından 
kənarda  yaşayırsa,  əlavə  olaraq  ona  dəmir  yolu  və  ya  ümumi  istifadədə  olan  avtomobil  nəqliyyatı  ilə  4 
dəfə  yaxud  təyyarə  ilə  2  dəfə  seçki  dairəsinə  və  geriyə  gediş-gəlişinin  dəyəri  müvafiq  ödəniş  sənədləri 
təqdim edildikdə ödənilir. 
150.4.  Birmandatlı  seçki  dairəsi  üzrə  qeydə  alınmış  namizədin  gediş-gəlişinin  dəyəri  seçkilərin 
hazırlanmasına  və  keçirilməsinə  ayrılan  vəsait  hesabına  müvafiq  dairə  seçki  komissiyası  tərəfindən 
ödənilir. 


150.5. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir. 
 
M a d d ə   1 5 1 .  Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı  
Qeydə  alınmış  namizəd  bu  Məcəllənin  70.4-cü  maddəsində  nəzərdə  tutulan  qaydada  yalnız 
Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər. 
 
M a d d ə   1 5 2 .   Milli  Məclisə  seçkilər  zamanı  qeydə  alınmış  namizədlərin  vəkil  edilmiş 
şəxslərinin sayı 
152.1.  Birmandatlı  seçki  dairəsi  üzrə  qeydə  alınmış  namizədin  10-a  qədər  vəkil  edilmiş  şəxs  təyin 
etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınır. 
152.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir. 
 
M a d d ə   1 5 3 .   Milli  Məclisə  seçkilər  zamanı  deputatlığa  namizədlərin  namizədlik 
statusundan imtina etməsi 
153.1.  Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin  namizədlik  statusundan  imtina  etməsi  bu 
Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir. 
153.2.  Bu  Məcəllənin  73.1-73.2-ci  maddələrində  göstərilən  hərəkətləri  etmiş  şəxsin  bu  Məcəllədə 
nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  istənilən  birmandatlı  seçki  dairəsi  üzrə  seçkilərdə  öz 
namizədliyini təkrar irəli sürmək hüququ vardır. 
 
M a d d ə   1 5 4 .   Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  Milli  Məclisə  seçkilərdə 
iştirakdan imtina etməsi 
154.1.  Siyasi  partiya  öz  nizamnaməsinə  uyğun  olaraq,  siyasi  partiyaların  bloku  isə  ona  daxil  olan 
siyasi  partiyaların  səlahiyyətli  nümayəndələrinin  qərarı  ilə  səsvermə  gününə  ən  geci  10  gün  qalanadək 
istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli 
sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir. 
154.2.  Siyasi  partiyalar  blokunun  tərkibinə  daxil  olan  siyasi  partiya  səsvermə  gününə  azı  10  gün 
qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli 
orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər. 
154.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu 
Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  müstəqil  siyasi  partiya  kimi  çıxış  edə  və  ya  digər  siyasi 
partiyalar blokunun tərkibinə daxil ola bilər. 
154.4. Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra, bu bloka daxil olmuş 
bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya 
seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak 
edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün 
əsas ola bilməz. 
154.5.  Siyasi  partiyalar  blokunun  seçkilərdə  iştirak  etməkdən  imtina  etməsi,  ona  daxil  olmuş  siyasi 
partiyaları  seçkilərdə  iştirak  etmək  hüququndan  məhrum  etmir;  belə  halda  bu  Məcəlləyə  uyğun  olaraq 
namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir. 
 
İyirmi beşinci fəsil 
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ HAZIRLIQ 
 
M a d d ə   1 5 5 .   Milli  Məclisə  seçkilər  zamanı  kütləvi  informasiya  vasitələrində  seçkiqabağı 
təşviqatın aparılması üçün xüsusi tələblər 
155.1.  Qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçkiqabağı 
təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir. 
155.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi 
qeydə  alınmış  namizədlərə,  birmandatlı  seçki  dairələrinin  60-dan  çoxunda  namizədləri  qeydə  alınmış 
siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına  müzakirələrin,  dəyirmi  masaların,  digər  bu  cür  təşviqat 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə