Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə46/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

164.5.  Bu  Məcəllənin  164.4-cü  maddəsində  nəzərdə  tutulan  öhdəliklər  icra  edilmədikdə  və  vəsaitin 
qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. 
Bu Məcəllənin 164.4-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi 
partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində 
göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti 
məhkəmə qaydasında qaytarılır.
147
 
164.6.  Namizəd,  qeydə  alınmış  namizəd  statusunu  itirdikdə  bu  Məcəllənin  164-cü  maddəsi  ilə 
namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd 
sayılmış  vətəndaşın  üzərinə  qoyulur.  Namizəd,  qeydə  alınmış  namizəd  siyasi  partiya,  siyasi  partiyaların 
bloku  tərəfindən  irəli  sürülübsə,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  üzərinə  bu  Məcəllənin 
164-cü maddəsi ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o 
cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur. 
164.7.  Mərkəzi  Seçki  Komissiyası  əsas  seçkilərin,  təkrar  və  ya  əlavə  seçkilərin  təyin  edilməsi 
haqqında qərarın rəsmi dərcindən sonra və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşların 
siyahısını  dairə  seçki  komissiyalarına  onların  yaradılması  günündən  başlayaraq  5  gün  müddətində 
göndərir. 
164.8.  Əsas,  təkrar  və  əlavə  seçkilərdə  və  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc 
edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki 
dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən vəsait almağa hüququ yoxdur.
 148
 
 
İyirmi altıncı fəsil 
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ 
 
M a d d ə   1 6 5 .  Milli Məclisə seçkilər zamanı səsvermə otağı 
165.1.  Milli  Məclisə  seçkilər  zamanı  səsvermə  otağı  bu  Məcəllənin  98-ci  maddəsinin  tələblərinə 
uyğun təşkil edilir. 
165.2.  Məntəqə  seçki  komissiyası  səsvermə  otağında  və  ya  bilavasitə  otağın  qarşısında  seçki 
bülletenlərinin  nümunələrini,  namizədləri  qeydə  alınmış  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları 
haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, 
adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — 
fəaliyyət  növü),  yaşayış  yeri,  namizədliyini  kimin  irəli  sürməsi  haqqında  məlumatları  məlumat 
lövhələrində yerləşdirir. 
165.3.  Namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  haqqında  məlumatlar  seçki 
bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir. 
 
M a d d ə   1 6 6 .  Milli Məclisə seçkilər zamanı seçki bülletenləri 
166.1.  Milli  Məclisə  seçkilər  zamanı  seçki  bülletenləri  bu  Məcəllənin  99-cu  maddəsində  göstərilən 
qaydada hazırlanır. 
166.2.  Birmandatlı  seçki  dairəsi  üzrə  seçki  bülletenində  qeydə  alınmış  hər  bir  namizədin  əlifba 
qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət 
növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir. 
166.3.  Seçki  bülletenində  bu  Məcəllənin  54-cü  maddəsinə  uyğun  olaraq  qeydə  alınmış  namizədin 
mənsub  olduğu  siyasi  partiyanın  qısa  adı,  habelə  emblemi  göstərilməlidir.  Seçki  bülleteninə  daxil  olan 
siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır. 
166.4.  Seçki  bülletenində  bu  Məcəllənin  53-cü  maddəsinə  uyğun  olaraq  qeydiyyatdan  keçmiş 
namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər. 
166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir. 
 
M a d d ə   1 6 7 .  Milli Məclisə seçkilər zamanı səsvermə qaydası 
167.1.  Milli  Məclisə  seçkilər  zamanı  səsvermə  bu  Məcəllənin  104-cü  və  105-ci  maddələrinə  uyğun 
keçirilir. 


167.2.  Seçici  birmandatlı  seçki  dairəsi  üzrə  seçki  bülletenində  səs  verəcəyi  namizədin  soyadından 
sağdakı kvadratda işarə qoyur. 
167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır. 
 
M a d d ə   1 6 8 . Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması 
168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı 
maddəsinə uyğun həyata keçirilir. 
168.2.  Hər  bir  protokola  bu  Məcəllənin  100.2-ci  maddəsində  göstərilənlərlə  yanaşı  səsvermənin 
yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir: 
168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda — 
namizədlər barəsində digər məlumatlar; 
168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı. 
 
M a d d ə   1 6 9 .   Milli  Məclisə  seçkilər  zamanı  birmandatlı  seçki  dairəsi  üzrə  seçkilərin 
yekunlarının müəyyən edilməsi 
169.1.  Dairə  seçki  komissiyasında  səslərin  hesablanması  bu  Məcəllənin  107-ci  maddəsinə  uyğun 
aparılır. 
169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi 
üzrə seçkilərin yekunlarını müəyyən edir. 
169.3.  Seçkilərdə  iştirak  edən  seçicilərin  ən  çox  səsini  toplamış  namizəd  birmandatlı  seçki  dairəsi 
üzrə deputat seçilmiş hesab edilir. 
169.4.  Dairə  seçki  komissiyasının  protokolunda  bu  Məcəllənin  100.2  və  168-ci  maddələrində 
göstərilənlərə  əlavə  olaraq,  deputat  seçilmiş  namizədin  soyadı,  adı  və  atasının  adı,  seçkilərin  etibarsız 
sayıldığı seçki məntəqələrinin sayı göstərilir. 
M a d d ə   1 7 0 .  Birmandatlı  seçki  dairəsi  üzrə  seçkilərin  baş  tutmaması  və  ya  seçkilərin 
etibarsız sayılması 
170.1.  Dairə  seçki  komissiyası,  qeydə  alınmış  namizədlərin  lehinə  verilən  səslərin  sayı  bərabər 
olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir. 
170.2.  Dairə  seçki  komissiyası  və  ya  Mərkəzi  Seçki  Komissiyası  birmandatlı  seçki  dairəsi  üzrə 
aşağıdakı hallarda seçkiləri etibarsız sayır: 
170.2.1.  səsvermə  keçirilməsi  və  ya  səsvermənin  nəticələrinin  müəyyənləşdirilməsi  zamanı  seçki 
dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; 
170.2.2.  birmandatlı  seçki  dairəsi  üzrə  səsvermə  zamanı  səsvermənin  nəticələri  etibarsız  sayılmış 
seçki  məntəqələrinin  sayı  həmin  seçki  dairəsində  olan  seçki  məntəqələrinin  ümumi  sayının  2/5 
hissəsindən  çoxunu  təşkil  etdikdə  və  ya  ləğv  edildikdə,  o  şərtlə  ki,  həmin  seçki  məntəqələrində  qeydə 
alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil 
etsin.; 
149
 
170.2.3. məhkəmənin qərarı əsasında. 
170.3.  Birmandatlı  seçki  dairəsi  üzrə  seçkilər  səsvermə  bülletenlərinin  düzgün  sayılmaması 
nəticəsində  etibarsız  sayıldıqda,  Mərkəzi  Seçki  Komissiyası  səslərin  yenidən  sayılması  haqqında  qərar 
qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada 
müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.
150
 
 
İyirmi yeddinci fəsil 
MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI 
 
M a d d ə   1 7 1 .  Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi 
171.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  86-cı  maddəsinə  uyğun  olaraq  seçkilərin 
yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə