Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  37  min  500  manatdan  çox,  bu  Məcəllənin  215.1.3-cü 
maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  —  25  min  manatdan  çox,  bu 
Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 12 min 500 
manatdan  çox,  bu  Məcəllənin  215.1.5-ci  maddəsində  nəzərdə  tutulan  bələdiyyə  üzvlüyünə  namizədlər 
üçün  —  7  min  500  manatdan  çox,  bu  Məcəllənin  215.1.6-cı  maddəsində  nəzərdə  tutulan  bələdiyyə 
üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox ola bilməz. 
174
 
225.3.  Bələdiyyələr  onların  ərazilərində  irəli  sürülən  namizədlərin  seçki  fondlarına  bərabər  şəkildə 
vəsait ayıra bilərlər. 
225.4. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi 
partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər. 
225.5.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçki  fondları  yalnız  aşağıdakı  pul  vəsaiti 
hesabına formalaşır: 
225.5.1.  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  250  min  manatdan  çox  olmamaq  şərti  ilə,  xüsusi 
vəsaiti  (siyasi  partiyalar  blokunun  bu  xüsusi  vəsaiti  seçki  blokunu  yaratmış  siyasi  partiyaların  verdiyi 
vəsaitlər hesabına formalaşır); 
175
 
225.5.2.  bu  Məcəllə  ilə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  Mərkəzi  Seçki  Komissiyasının  siyasi 
partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait; 
225.5.3.  vətəndaşların  və  hüquqi  şəxslərin  könüllü  ianələri.  Könüllü  ianələrin  həddi  seçkilərin  təyin 
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 750 mislindən, 
hüquqi şəxs üçün 25 min manatdan çox ola bilməz. 
176
 
225.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 
225.3-cü  maddəsində  göstərilən  məbləğin  irəli  sürülmüş  və  ya  qeydə  alınmış  namizədlərin  sayına 
vurulması  yolu  ilə  müəyyən  edilir.  Hər  bir  halda  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  seçki 
fondunun  yuxarı  məbləği  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti 
maliyyə  vahidinin  500  min  manatdan  çox  ola  bilməz.  Eyni  zamanda,  hər  bir  namizəd  üçün  xərclənmiş 
məbləğ  bu  Məcəllənin  225.3-cü  maddəsində  göstərilən  məbləğdən  yuxarı  ola  bilməz.  Bu  tələbə  riayət 
olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.
177
 
 
M a d d ə   2 2 6 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin xüsusi hesabları 
226.1.  Bələdiyyə  üzvlüyünə  namizədlər  imzaların  yığılmasının  başlanması  haqqında  dairə  seçki 
komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün 
xüsusi hesab açmalıdırlar. 
226.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 
1/3-dən  çoxunda  irəli  sürülən  namizədlərin  siyahısını  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  etdikdən 
sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar. 
226.3. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki 
komissiyasından  bildirişin  təsdiq  edilmiş  surəti  əsasında,  həm  də  bu  Məcəllənin  53-cü  və  54-cü 
maddələrində  göstərilən  sənədlər  əlavə  edilməklə  xüsusi  seçki  hesabı  açırlar.  Namizəd,  siyasi  partiya, 
siyasi  partiyaların  bloku  öz  səlahiyyətli  nümayəndəsinə  xüsusi  seçki  hesabının  açılmasını  tapşıra  bilər. 
Namizəd,  qeydə  alınmış  namizəd,  siyasi  partiya,  siyasi  partiyaların  bloku  dairə  seçki  komissiyasına 
(Mərkəzi  Seçki  Komissiyasına)  yazılı  məlumat  verməklə,  başqa  şəxsə  özünün  seçki  hesabında  olan 
vəsaitdən istifadə etmək hüququ verə bilər. 
226.4.  Namizədin,  qeydə  alınmış  namizədin  irəli  sürüldüyü  bələdiyyə  dəyişdikdə,  o,  xüsusi  seçki 
hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. 
Bundan  sonra  namizəd,  qeydə  alınmış  namizəd  dairə  seçki  komissiyasına  yekun  maliyyə  hesabatı 
verməlidir. Yeni xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir. 
 
M a d d ə   2 2 7 .  Vahid seçki fondunun ləğv edilməsi 
Vahid  seçki  fondu  yaradan  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  bələdiyyələr  üzrə 
qeydiyyatdan  keçən  namizədləri  bələdiyyələrin  yarısını  və  ya  yarısından  azını  əhatə  edərsə,  siyasi 
partiyanın,  siyasi  partiyalar  blokunun  xüsusi  seçki  hesabı  bağlanır,  həmin  hesabın  bağlanması  ilə  eyni 


vaxtda  hər  bir  namizəd  üçün  xüsusi  seçki  hesabı  açılır  və  vahid  seçki  fondunun  vəsaitləri  namizədlərin 
seçki fondları arasında proporsional qaydada bölüşdürülür. 
 
M a d d ə   2 2 8 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq 
228.1.  Bələdiyyə  üzvlüyünə  namizədin  seçki  fondu  haqqında  aşağıdakı  məlumatlar  bu  Məcəllənin 
77.4-cü maddəsində göstərilən kütləvi informasiya vasitələri tərəfindən hökmən dərc edilməlidir: 
228.1.1.  bələdiyyə  üzvlüyünə  namizədin  seçki  fondu  vəsaitinin  məbləği  seçkilərin  təyin  edilməsi 
haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin min manatdan çox olduqda həmin 
vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə; 
228.1.2.  bələdiyyə  üzvlüyünə  namizədin  seçki  fonduna  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  2  min  500  manatdan  çox  məbləğdə  ianə  köçürən 
hüquqi  şəxslər  barəsində  (bu  zaman  eyni  hüquqi  şəxs  tərəfindən  vəsaitin  bir  neçə  ianə  şəklində 
köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır); 
228.1.3.  bələdiyyə  üzvlüyünə  namizədin  seçki  fonduna  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  250  manatdan  çox  məbləğdə  ianə  köçürən 
vətəndaşların sayı barədə; 
228.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 
228.1.5.  bələdiyyə  üzvlüyünə  namizədin  seçki  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun 
xərclənmiş hissəsinin ümumi məbləği barədə. 
228.2.  Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  seçki  fondu  haqqında  aşağıdakı  məlumatlar  bu 
Məcəllənin  77.2-ci  və  ya  77.3-cü  maddəsində  göstərilən  kütləvi  informasiya  vasitələrində  hökmən  dərc 
edilməlidir: 
228.2.1.  seçki  fondu  vəsaitinin  seçkilərin  təyin  edilməsi  haqqında  qərarın  rəsmi  dərc  edildiyi  günə 
olan şərti maliyyə vahidinin 10 min manatdan çox məbləğdə xərclənməsinin maliyyə hesabatı barədə; 
228.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni 
hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır); 
228.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
 178
 
228.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 
228.2.5.  seçki  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun  xərclənmiş  hissəsinin  ümumi 
məbləği barədə.
 
 
 
M a d d ə   2 2 9 .   Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin aldıqları vəsaitlərin geri qaytarilmasinin ardıcıllığı 
Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə  namizədlərin  aldıqları 
vəsaitlərin geri qaytarılması qaydası bu Məcəllənin 90.5-ci — 90.7-ci maddələri ilə müəyyən edilir. 
 
M a d d ə   2 3 0 .   Siyasi  partiyalarin,  siyasi  partiyalar  bloklarının,  bələdiyyə  üzvlüyünə 
namizədlərin,  qeydə  alınmış  bələdiyyə  üzvlüyünə  namizədlərin  aldıqları  büdcə  vəsaitlərinin  geri 
qaytarılmasının məcburiliyi
179
 
Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə 
üzvlüyünə  namizəd  və  ya  seçilən  sayılmış,  habelə  səsvermə  gününədək  məcburedici  hallara  görə 
namizədliyini  geri  götürmüş  bələdiyyə  üzvlüyünə  qeydə  alınmış  namizəd,  bələdiyyələrin  yarısından 
çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 
gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin 
bələdiyyəyə qaytarmağa borcludur. Bu vəsait köçürüləndən sonra, göstərilən qaydada 15 gün müddətində 
bələdiyyələrin  vəsaitləri  qaytarılmalıdır.  Bu  müddət  başa  çatdıqda  müvafiq  bank  Mərkəzi  Seçki 
Komissiyasının  və  ya  müvafiq  bələdiyyənin  məktubunda  göstərilmiş  pul  vəsaitini  mübahisəsiz  qaydada 
onun hesabına köçürməlidir.
180
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə