Microsoft Word secki mecellesi doc


Bələdiyyə seçkiləri zamanı seçki bülletenləri



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə56/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

 
M a d d ə   2 3 5 .  Bələdiyyə seçkiləri zamanı seçki bülletenləri 
235.1.  Bələdiyyə  seçkilərinin  keçirilməsi  üçün  seçki  bülletenləri  bu  Məcəllənin  99-cu  maddəsində 
nəzərdə tutulmuş qaydada hazırlanır. 
235.2. Hər bir bələdiyyəyə seçkilərin keçirilməsi üçün ayrıca seçki bülletenləri hazırlanır. 
235.3. Seçki bülleteninin hansı bələdiyyəyə seçkilərin keçirilməsi üçün nəzərdə tutulduğu başlığında 
göstərilməlidir. 
235.4.  Bələdiyyə  seçkiləri  üzrə  seçki  bülletenində  bələdiyyə  üzvlüyünə  namizədlərin  soyadı,  adı  və 
atasının  adı,  təxəllüsü,  doğum  tarixi,  yaşayış  yeri,  əsas  iş  və  ya  xidmət  yeri  (bu  olmadıqda  —  fəaliyyət 
növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi kimin irəli sürdüyü göstərilməlidir. 
235.5.  Seçki  bülletenində  bu  Məcəllənin  54-cü  maddəsinə  uyğun  olaraq  qeydə  alınmış  bələdiyyə 
üzvlüyünə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir. 
235.6.  Seçki  bülletenində  bu  Məcəllənin  53-cü  maddəsinə  uyğun  olaraq  qeydiyyatdan  keçmiş 
bələdiyyə üzvlüyünə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər. 
235.7. Seçki bülletenində namizədin soyadından sağda boş kvadrat yerləşdirilir. 
 
M a d d ə   2 3 6 .  Bələdiyyə seçkiləri zamanı səsvermə qaydası 
236.1.  Bələdiyyə  seçkiləri  zamanı  səsvermə  bu  Məcəllənin  104-cü  və  105-ci  maddələrinə  uyğun 
olaraq keçirilir. 
236.1.2. Seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda 
müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur. 
236.1.3.  İşarə  qoyulmuş  kvadratların  sayı  bələdiyyə  üzvlərinin  sayından  çoxdursa,  səs  etibarsız 
sayılır. 
236.1.4. Boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır. 
 
M a d d ə   2 3 7 .  Bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması 
237.1.  Seçki  məntəqəsində  səslərin  hesablanması  bu  Məcəllənin  106-cı  maddəsinə  uyğun  həyata 
keçirilir. 
237.2. Məntəqə seçki komissiyasının protokoluna bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə 
yanaşı, aşağıdakı məlumatlar daxil edilir: 
237.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda isə 
namizədlər haqqında digər məlumat; 
237.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı. 
 
M a d d ə   2 3 8 .   Dairə  seçki  komissiyası  tərəfindən  səsvermənin  nəticələrinin  müəyyən 
edilməsi 
238.1.  Dairə  seçki  komissiyasında  səslərin  hesablanması  bu  Məcəllənin  107-ci  maddəsinə  uyğun 
aparılır. 
238.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi 
üzrə seçkilərin yekunlarını müəyyən edir. 
238.3.  Seçkilərdə  iştirak  edən  və  seçicilərin  ən  çox  səsini  toplayan  namizədlər  bələdiyyə  üzvlərinin 
sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər. 
238.4. Dairə seçki komissiyasının protokolunda bələdiyyəyə üzv seçilmiş namizədlərin soyadı, adı və 
atasının adı göstərilir. 
 
M a d d ə   2 3 9 .  Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi 
Mərkəzi  Seçki  Komissiyası  səsvermə  günündən  başlayaraq  ən  geci  20  gün  müddətində  dairə  seçki 
komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və 
bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir. 
 
M a d d ə   2 4 0 .  Bələdiyyə seçkilərinin etibarsız sayılması 


240.1.  Dairə  seçki  komissiyası  qeydə  alınmış  namizədlərin  lehinə  verilən  səslərin  sayı  bərabər 
olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir. 
240.2.  Dairə  seçki  komissiyası  və  ya  Mərkəzi  Seçki  Komissiyası  bələdiyyə  üzrə  seçkiləri  aşağıdakı 
hallarda etibarsız sayır: 
240.2.1.  Bələdiyyə  üzrə  səsvermə  zamanı  səsvermənin  nəticələri  etibarsız  sayılmış  seçki 
məntəqələrinin  sayı  həmin  bələdiyyənin  ərazisində  olan  seçki  məntəqələrinin  ümumi  sayının  2/5 
hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin 
sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin.
186
 
240.2.2. məhkəmənin qərarı əsasında. 
 
M a d d ə   2 4 1 .  Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi 
Mərkəzi  Seçki  Komissiyası  seçkilər  günündən  başlayaraq  ən  geci  25  gün  müddətində  Azərbaycan 
Respublikası  üzrə  bələdiyyə  seçkilərinin  yekunlarını  elan  edir.  Mərkəzi  Seçki  Komissiyasının  bu  qərarı 
qətidir.
187
 
 
M a d d ə   2 4 2 .  Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə 
Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında 
vəsiqə  seçkilərin  yekunları  elan  olunduqdan  sonra  5  gün  müddətində  dairə  seçki  komissiyası  tərəfindən 
verilir. 
 
M a d d ə   2 4 3 .  Təkrar seçkilər 
243.0. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir: 
243.0.1.  Bu  Məcəllənin  240-cı  maddəsinə  əsasən  bələdiyyə  seçkiləri  baş  tutmadıqda  və  ya  etibarsız 
sayıldıqda; 
243.0.2.  “Bələdiyyələrin  əraziləri  və  torpaqları  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
bələdiyyə  ərazilərinin  dəyişdirilməsi  nəticəsində  müvafiq  bələdiyyənin  ərazisində  yaşayan  və  səsvermə 
hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda.
188
 
 
M a d d ə   2 4 4 . Əlavə seçkilər 
Bələdiyyə  üzvləri  tam  tərkibdə  seçilmədikdə  yaxud  onların  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam 
verildikdə  və  bunun  nəticəsində  bələdiyyənin  tərkibi  2/3  hissədən  az  olduqda  Mərkəzi  Seçki 
Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. 
 
M a d d ə   2 4 5 .  Sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması 
Bələdiyyə  üzvü  vəfat  etdikdə  və  ya  onun  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verildikdə  dairə 
seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir. 
 
M a d d ə   2 4 6 .   Bələdiyyə  seçkilərinin  yekunlarının  və  səsvermənin  nəticələrinin  dərc 
olunması 
Bələdiyyə  seçkilərinin  yekunlarının  və  səsvermənin  nəticələrinin  dərc  olunması  qaydaları  bu 
Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir. 
 
1 saylı əlavə
189
 
İmza vərəqəsi 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri «___» ___________ ______ il 
Biz,  aşağıda  imza  edənlər  _______________  №-li  seçki  dairəsi  üzrə  _____________________________ 
deputatlığa namizəd irəli sürülməsini müdafiə edirik. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə