Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

211.5.  Ölkə  üzrə  bələdiyyə  seçkilərinin  keçirilməsinə  6  aydan  çox  qalmış  müddətdə  bu  Məcəllənin 
243.0.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda,  habelə  yeni  yaradılmış,  birləşmiş,  ayrılmış,  yaxud 
vaxtından  əvvəl  buraxılmış  bələdiyyələrə  keçirilən  seçkilər  nəticəsində  formalaşan  bələdiyyələrin 
səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas 
günü başa çatır.
 167
 
 
M a d d ə   2 1 2 . Bələdiyyələrə üzv seçilmək hüququ 
Seçkilər  günü  21  yaşı  tamam  olan  (seçki  günü  də  daxil  olmaqla)  və  yaşı  21-dən  yuxarı  olan  və 
müvafiq  seçki  dairəsində  daimi  yaşayan  Azərbaycan  Respublikasının  vətəndaşları  bələdiyyələrə  üzv 
seçilə bilərlər. 
 
M a d d ə   2 1 3 . Bələdiyyə seçkilərinin təyin edilməsi 
213.1.  Bələdiyyə  seçkilərini  bu  Məcəllənin  211.1-ci  və  211.2-ci  maddələrinə  uyğun  olaraq  Mərkəzi 
Seçki Komissiyası təyin edir. 
213.2. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün 
ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 
 
Otuz beşinci fəsil 
BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ QAYDASI 
 
M a d d ə   2 1 4 .  Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi 
214.1.  Seçki  dairəsi  üzrə  bələdiyyə  üzvlüyünə  namizədləri  siyasi  partiyalar,  siyasi  partiyaların 
blokları,  həmin  seçki  dairəsində  daimi  yaşayan  seçki  hüququ  olan  Azərbaycan  Respublikasının 
vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. 
214.2.  Bələdiyyələrə  təkrar  seçkilərdə  bələdiyyə  üzvlüyünə  namizədlər  bu  seçkilərin  təyin  edilməsi 
haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.  
214.3.  Bələdiyyələrə  əlavə  seçkilərdə  bələdiyyə  üzvlüyünə  namizədlər  bu  Məcəllənin  213.2-ci 
maddəsində göstərilən müddətdən sonra irəli sürülür. 
214.4. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər. 
214.5.  Bələdiyyə  üzvlüyünə  namizəd  yalnız  bir  bələdiyyə  üzvlüyünə  namizəd  kimi  irəli  sürülə  və 
qeydiyyata alına bilər. 
214.6. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması 
başa  çatmayıbsa,  namizədin  irəli  sürülməsi  haqqında  bildiriş,  müvafiq  namizədlərin  razılıq  ərizələri  və 
digər  sənədlər  Mərkəzi  Seçki  Komissiyasına  göndərilir.  Mərkəzi  Seçki  Komissiyası  göstərilən  sənədləri 
dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir. 
 
M a d d ə   2 1 5 .  Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması 
qaydası 
215.1. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi 
irəli sürülmüş hər bir vətəndaş: 
215.1.1. əhalisi 99.999-dan çox olan ərazidə — 150; 
215.1.2. əhalisi 49.999-dan çox olan ərazidə — 100; 
215.1.3. əhalisi 19.999-dan çox olan ərazidə — 75; 
215.1.4. əhalisi 9.999-dan çox olan ərazidə — 50; 
215.1.5. əhalisi 4.999-dan çox olan ərazidə — 30; 
215.1.6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır. 
215.2. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır. 
215.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır. 
 


Otuz altıncı fəsil 
BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ QEYDƏ ALINMIŞ NAMİZƏDLƏR 
 
M a d d ə   2 1 6 .  Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması 
216.1.  Bələdiyyə  üzvlüyünə  namizədlər  bu  Məcəllənin  60-cı  maddəsində  göstərilən  qaydada  qeydə 
alınırlar. 
216.2. Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir. 
216.3.  Bu  Məcəllənin  214.5-ci  maddəsində  göstərilən  qaydalar  pozulduqda  bələdiyyə  üzvlüyünə 
namizədin  əvvəlki  qeydiyyatı  etibarlı  sayılır,  qeydiyyat  haqqında  nisbətən  gec  qəbul  edilmiş  qərar  isə 
müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir. 
216.4. Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin fəaliyyəti bu Məcəllənin 69- 71-ci maddələri 
ilə tənzimlənir. 
216.5.  Bələdiyyələr  üzrə  qeydə  alınmış  namizədlərin  siyahısı  səsvermə  gününə  azı  20  gün  qalmış 
müvafiq  dairə  seçki  komissiyaları  tərəfindən  bu  Məcəllənin  77.3-cü  və  77.4-cü  maddələrində  göstərilən 
dövri nəşrlərdə dərc edilir.
168
 
 
M a d d ə   2 1 7 .  Bələdiyyə seçkilərinin təxirə salınması 
217.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə bələdiyyə üzrə heç bir namizəd qeydə 
alınmayıbsa  və  ya  bu  Məcəllənin  210-cu  maddəsində  göstərilən  bələdiyyə  üzvlərinin  sayından  az  sayda 
namizəd  qeydə  alınıbsa,  əlavə  namizədlərin  irəli  sürülməsi  və  növbəti  seçki  hərəkətlərinin  həyata 
keçirilməsi  məqsədi  ilə  müvafiq  bələdiyyə  üzrə  seçkilər  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  2  ay 
müddətinə təxirə salınır. 
217.2.  Səsvermə  gününədək  bələdiyyə  üzrə  qeydə  alınmış  namizəd  qalmazsa,  yaxud  bələdiyyə 
üzvlüyünə  bir  yerə  qeydə  alınmış  bir  namizəd  qalarsa,  seçkilər  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
namizədlərin irəli sürülməsi və sonrakı hərəkətləri edilməsi üçün bələdiyyə üzrə seçkilər 2 ay müddətinə 
təxirə salınır. 
  M a d d ə   2 1 8 .  Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi 
218.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı 
gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai 
nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna 
malikdir. 
218.2.  Bu  cür  ödəmələr  dairə  seçki  komissiyasına  ayrılan  vəsait  hesabına  və  təqdim  edilmiş  gediş-
gəliş sənədləri əsasında həyata keçirilir. 
 
M a d d ə   2 1 9 .  Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin toxunulmazlığı 
Bələdiyyə  üzvlüyünə  qeydə  alınmış  namizəd  bu  Məcəllənin  70.4-cü  maddəsində  nəzərdə  tutulan 
qaydada yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər. 
 
M a d d ə   2 2 0 .   Bələdiyyə  üzvlüyünə  qeydə  alınmış  namizədlərin  vəkil  edilmiş  şəxslərinin 
sayı 
220.1.  Bələdiyyə  üzvlüyünə  qeydə  alınmış  namizədin  3-ə  qədər  vəkil  edilmiş  şəxs  təyin  etmək 
hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır. 
220.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir. 
  M a d d ə   2 2 1 .  Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi 
221.1. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü 
maddəsi ilə tənzimlənir. 
221.2.  Bu  Məcəllənin  73.1-73.3-cü  maddələrində  göstərilən  hərəkətləri  etmiş  şəxsin  bu  Məcəllədə 
nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini təkrar irəli sürmək 
hüququ vardır. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə