Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

 
 
Otuz üçüncü fəsil 
PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ 
 
M a d d ə   2 0 3 .  Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi 
203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə 
Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə 
uyğun  olaraq  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  təqdim  edir.  Konstitusiya 
Məhkəməsinin bu haqda qərarı qətidir. 
163
 
203.2.  Mərkəzi  Seçki  Komissiyasının  protokoluna  dairə  seçki  komissiyalarının  məlumatlarını  əks 
etdirən ümumi cədvəl əlavə edilir. 
203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri 
haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin 
keçirilməsi  zamanı  və  ya  səsvermənin  nəticələrinin  müəyyənləşdirilməsi  zamanı  yol  verilən  qanun 
pozuntularının  seçicilərin  iradəsini  müəyyənləşdirməyə  imkan  vermədiyi  seçki  dairələrinin  sayını, 
səsvermənin  nəticələri  etibarsız  sayılmış  seçki  məntəqələrinin  sayını,  hər  bir  prezidentliyə  namizədin 
lehinə verilmiş səslərin sayını müəyyən edir. 
203.4.  Konstitusiyanın  101-ci  maddəsinin  II  hissəsinə  əsasən,  prezidentliyə  namizədə  səsvermədə 
iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş 
sayılır. 
203.5.  Prezident  seçkilərinin  nəticələri  haqqında  protokol  imzalandıqdan  sonra  24  saat  müddətində 
dərc edilir. 
 
M a d d ə   2 0 4 . Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması 
204.1.  Mərkəzi  Seçki  Komissiyası  aşağıdakı  hallarda  Prezident  seçkilərinin  nəticələrini  etibarsız 
sayır: 
204.1.1. seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və 
ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə 
qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; 
164
  
204.1.2. məhkəmənin qərarı əsasında. 
 
M a d d ə   2 0 5 .  Prezident seçkiləri zamanı təkrar səsvermə 
205.1.  Seçki  bülleteninə  prezidentliyə  namizəd  kimi  ikidən  çox  şəxs  daxil  edilibsə  və  onlardan  heç 
biri  seçilməyibsə,  Mərkəzi  Seçki  Komissiyası  seçkilərdə  daha  çox  səs  toplamış  iki  namizəd  üzrə  təkrar 
səsvermə təyin edir. 
205.2.  Konstitusiyanın  101-ci  maddəsinin  III  hissəsinə  uyğun  olaraq  təkrar  səsvermə  ümumi 
seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir. 
205.3.  Təkrar  səsvermə  keçirilməsi  haqqında  məlumat  Mərkəzi  Seçki  Komissiyası  müvafiq  qərar 
qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur. 
205.4.  Konstitusiyanın  101-ci  maddəsinin  IV  hissəsinə  uyğun  olaraq  təkrar  səsvermədə  seçkilərdə 
iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş 
sayılır. 
 
M a d d ə   2 0 6 .  Təkrar Prezident seçkiləri 
Prezident  seçkilərinin  nəticələri  Konstitusiya  Məhkəməsi  tərəfindən  etibarsız  hesab  edilərsə  və 
Azərbaycan  Respublikasının  Prezidenti  seçilməzsə,  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  təkrar 
Prezident seçkiləri təyin edilir. 


 
M a d d ə   2 0 7 .   Növbədənkənar  Prezident  seçkiləri  zamanı  seçki  hərəkətlərinin  həyata 
keçirilməsi 
Növbədənkənar Prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident 
seçkilərinin  keçirilməsi  haqqında  qərarla  birlikdə  Konstitusiyanın  105-ci  maddəsinin  I  hissəsində 
göstərilən  müddətə  zəruri  olan  seçki  hərəkətlərinin  həyata  keçirilməsi  müddətlərini  müəyyən  edir  və 
cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla 
bilər. 
 
M a d d ə   2 0 8 .   Prezident  seçkilərinin  yekunlarının  və  səsvermənin  nəticələrinin  dərc 
olunması 
Prezident  seçkilərinin  yekunlarının  və  səsvermənin  nəticələrinin  dərc  olunması  qaydaları  bu 
Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir. 
 
M a d d ə   2 0 9 .  Prezidentin öz vəzifəsinə başlaması 
209.1. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin 
yekunları  haqqında  məlumatın  Konstitusiya  Məhkəməsi  tərəfindən  rəsmi  elan  olunduğu  gündən 
başlayaraq 3 gün ərzində and içir. 
209.2.  And  içdiyi  gündən  Azərbaycan  Respublikasının  Prezidenti  15000  manat  (yeni  manat 
miqyasında) məbləğində aylıq vəzifə maaşı.
165
 
209.3.  Fəaliyyətdə  olan  Azərbaycan  Respublikasının  Prezidenti  öz  vəzifələrini  yeni  seçilmiş 
Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir. 
 
VII bölmə
  
BƏLƏDİYYƏ SEÇKİLƏRİ 
Otuz dördüncü fəsil 
BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   2 1 0 .  Bələdiyyə seçkilərinin əsasları 
210.1.  Azərbaycan  Respublikasında  yerli  özünüidarəni  həyata  keçirən  bələdiyyələrin  üzvləri  nisbi 
çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. 
210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir: 
210.2.1. əhalisi 500-dən az olan ərazilərdə — 5 bələdiyyə üzvü; 
210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə — 7 bələdiyyə üzvü; 
210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü ; 
210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü; 
210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü; 
210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü; 
210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü; 
210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü. 
 
M a d d ə   2 1 1 .  Bələdiyyələrin səlahiyyət müddəti 
211.1. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. 
211.2. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və 
yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. 
211.3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. 
211.4.  Ölkə  üzrə  bələdiyyə  seçkilərinin  keçirilməsinə  6  aydan  az  müddət  qalarsa,  bu  Məcəllənin 
243.0.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda,  habelə  yeni  yaradılmış,  birləşmiş,  ayrılmış,  yaxud 
vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. 
166
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə