Maddə 137. Referendum zamanı dairə seçki komissiyasında səslərin hesablanması
137.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
137.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 107.2-ci və 136-cı maddələrində
göstərilənlərdən əlavə, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.
M a d d ə 1 3 8 . Referenduma yekun vurulması
138.1. Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi
Seçki Komissiyası elan edir.
138.2. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarından
daxil olmuş protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq,
səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, səsvermə keçirilməsi zamanı və ya
səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan verməyən referendum dairələrinin sayını göstərir; səsə qoyulmuş hər təklif
üzrə — «lehinə» səs vermiş və «əleyhinə» səs vermiş seçicilərin sayını ayrılıqda müəyyən edir.
138.3. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş
seçicilərin yarısından çoxu onun lehinə səs versin.
138.4. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar
referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.
M a d d ə 1 3 9 . Referendumun baş tutmaması və referendumun yekunlarının etibarsız
sayılması
139.1. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü
maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı
iştirak etdikdə referendum baş tutmamış sayılır.
139.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda referendumun yekunlarını etibarsız sayır:
139.2.1. referendum məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız
sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı
seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.;
134
139.2.2. məhkəmənin qərarı əsasında.
M a d d ə 1 4 0 . Referendumun yekunları haqqında qərarların dərc edilməsi
Referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan
referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək
Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir.
135
İyirmi birinci fəsil
REFERENDUM YOLU İLƏ QƏBUL EDİLMİŞ AKTLAR
M a d d ə 1 4 1 . Referendum yolu ilə qəbul edilmiş aktların qüvvəyə minməsi
Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.
M a d d ə 1 4 2 . Referendum yolu ilə qəbul edilmiş qərarların hüquqi qüvvəsi
Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi
hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.
V bölmə
MILLI MƏCLISƏ SEÇKILƏR
İyirmi ikinci fəsil
MİLLİ MƏCLİSİN DEPUTATLARININ SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 4 3 . Milli Məclisə seçkilərin əsasları
Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir.
M a d d ə 1 4 4 . Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək
hüququ
Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası
vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər.
M a d d ə 1 4 5 . Milli Məclisə seçkilərin təyin edilməsi
145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin
1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti
təyin edir.
145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının
keçirildiyi gündən başlanır.
145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı
gün hesab edilir.
145.4. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün
ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
İyirmi üçüncü fəsil
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI DEPUTATLIĞA
NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI
M a d d ə 1 4 6 . Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin
irəli sürülməsi
146.1. Birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin
seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu
Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
146.2. Birmandatlı seçki dairəsi üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi
haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
146.3. Birmandatlı seçki dairəsi üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində
göstərilən müddətdən sonra irəli sürülür.
146.4. Seçicilərin irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli
sürülməsinə razılıq verə bilər.
146.5. Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa,
namizədin irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər
Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki
komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.
M a d d ə 1 4 7 . Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən
namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması
Dostları ilə paylaş: |