Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

128.3.  Bu  Məcəllənin  77.4-cü  maddəsində  nəzərdə  tutulan  qeydə  alınmış  referendum  üzrə  təşviqat 
qruplarının  referendum  üzrə  maliyyə  fondu  məbləğinin  yuxarı  həddi  referendumun  təyin  edilməsi 
haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min manatdan çox ola bilməz; 
bu  Məcəllənin  77.3-cü  maddəsində  nəzərdə  tutulan  qeydə  alınmış  referendum  üzrə  təşviqat  qruplarının 
referendum  üzrə  maliyyə  fondu  məbləğinin  yuxarı  həddi  referendumun  təyin  edilməsi  haqqında  qərarın 
rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin bir milyon mislindən çox ola bilməz; bu Məcəllənin 
77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə 
maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi 
günə olan şərti maliyyə vahidinin beş milyon mislindən çox ola bilməz.
132
 
 
M a d d ə   1 2 9 .  Referendum üzrə xüsusi hesablar 
129.1.  Referendum  üzrə  təşviqat  qrupları  imzaların  toplanmasının  başlanması  haqqında  bu 
Məcəllənin 63-cü maddəsinə uyğun olaraq bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə 
fondunu formalaşdırmaq üçün referendum üzrə xüsusi hesab açmalıdırlar. 
129.2.  Referendum  üzrə  təşviqat  qrupları  Mərkəzi  Seçki  Komissiyasından  (dairə  seçki 
komissiyasından  )  bildirişin  təsdiq  edilmiş  surətini  aldıqdan  sonra,  lakin  referendum  üzrə  təşviqat 
qrupunun qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına (dairə seçki komissiyasına ) təqdim edilməsi 
gününə  azı  5  gün  qalmış  referendum  üzrə  maliyyə  fondunu  formalaşdırmaqdan  ötrü  maliyyə  məsələləri 
üzrə  səlahiyyətli  nümayəndələrinin  qeydə  alınması  haqqında  verdiyi  sənəd  əsasında  referendum  üzrə 
xüsusi hesab açmalıdırlar. 
129.3.  Referendum  üzrə  təşviqat  qrupları  öz  referendumqabağı  təşviqat  kampaniyasını 
maliyyələşdirərkən  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  maliyyələşdirmə  qaydalarının  pozulmasına  görə 
bilavasitə özləri məsuliyyət daşıyırlar. 
 
 
 
M a d d ə   1 3 0 .  Referendum üzrə maliyyə fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq 
130.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 95.3-cü maddəsində göstərilən qaydada (bu Məcəllənin 
77.2-ci  və  77.3-cü  maddələrində  göstərilən  referendum  üzrə  təşviqat  qrupları  üçün)  hökmən  dərc 
edilməlidir: 
130.1.1.  referendum  üzrə  maliyyə  fondu  vəsaitinin  məbləği  referendumun  təyin  edilməsi  haqqında 
qərarın  rəsmi  dərc  edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  10  min  manatdan  çox  olduqda  həmin 
vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə; 
130.1.2. referendum üzrə maliyyə fonduna referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc 
edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  5  min  manatdan  çox  məbləğdə  ianə  köçürən  hüquqi  şəxslər 
barəsində; 
130.1.3. referendum üzrə maliyyə fonduna referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc 
edildiyi  günə  olan  şərti  maliyyə  vahidinin  250  manatdan  çox  məbləğdə  ianə  köçürən  vətəndaşların  sayı 
barədə;  
130.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 
130.1.5.  referendum  üzrə  maliyyə  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun  xərclənmiş 
hissəsinin ümumi məbləği barədə. 
130.2. Referendum üzrə təşviqat qrupu üzvlərinin sayı 20 mindən az olduqda, bu Məcəllənin 130.1-ci 
maddəsində göstərilən məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada dərc edilir.
 133
 
 
M a d d ə   1 3 1 .   Referendum  üzrə  təşviqat  qruplarının  aldıqları  vəsaitlərin  geri 
qaytarılmasının ardıcıllığı 
131.1.  Referendum  üzrə  təşviqat  qrupları  yekun  maliyyə  hesabatını  verənədək  müvafiq  seçki 
komissiyasının  razılığı  ilə,  seçki  fondunun  xərclənməmiş  pul  vəsaitini  ona  ianə  vermiş  vətəndaşlara  və 


hüquqi  şəxslərə  proporsional  nisbətə  uyğun  olaraq  qaytara  bilərlər.  Referendum  üzrə  təşviqat  qrupları 
həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin 132-ci maddəsi tətbiq olunur. 
131.2.  Müvafiq  seçki  komissiyasında  qeydə  alınmamış  referendum  üzrə  təşviqat  qrupları  yekun 
maliyyə  hesabatı  təqdim  edilənədək  seçki  fondunun  xərclənməmiş  pul  vəsaitlərini  (göndərilmə 
xərclərinin  çıxılması  şərti  ilə)  köçürülən  ianələrin  məbləğlərinin  proporsional  nisbətinə  uyğun  olaraq 
ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur. 
 
M a d d ə   1 3 2 .   Referendum  üzrə  təşviqat  qruplarının  seçki  fondlarının  xüsusi  hesabında 
qalmış pul vəsaiti 
Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq 
seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən 
sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir. 
 
İyirminci fəsil 
REFERENDUMUN KEÇİRİLMƏSİ VƏ REFERENDUMUN NƏTİCƏLƏRİNİN  
MÜƏYYƏN EDİLMƏSİ 
 
M a d d ə   1 3 3 .  Referendum üzrə səsvermə otağı 
133.1.  Referendum  zamanı  səsvermə  otağı  bu  Məcəllənin  98-ci  maddəsinin  tələblərinə  uyğun  təşkil 
edilir. 
133.2.  Məntəqə  seçki  komissiyası  səsvermə  otağında  və  ya  bilavasitə  otağın  qarşısında  referendum 
üzrə  səsvermə  bülletenlərinin  nümunələrini,  referendum  aktı  layihəsinin  mətnini  məlumat  lövhəsində 
yerləşdirir. 
 
M a d d ə   1 3 4 . Referendum üzrə səsvermə bülleteni 
134.1.  Referendum  üzrə  səsvermə  bülleteni  bu  Məcəllənin  99-cu  maddəsində  göstərilən  qaydada 
hazırlanır. 
134.2.  Səsvermə  bülletenində  referenduma  çıxarılan  hər  məsələnin  ifadəsi  və  səsverənin  cavabının 
variantları — «lehinə» və «əleyhinə» («hə» və «yox» «razıyam» və «razı deyiləm» sözləri də ola bilər) 
sözləri yazılır. 
134.3.  Mərkəzi  Seçki  Komissiyası  səsvermə  bülleteninə  referendum  aktının  layihəsinin  əlavə 
edilməsi  məsələsini  həll  edir.  Həmin  layihə  qüvvədə  olan  normativ  hüquqi  aktların  ləğv  edilməsi  və  ya 
dəyişdirilməsini  nəzərdə  tutursa,  həmin  normativ  hüquqi  akt  (onun  müvafiq  hissəsi)  Mərkəzi  Seçki 
Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilə bilər. 
 
M a d d ə   1 3 5 .  Referendum zamanı səsvermə qaydası 
135.1. Referendum zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir. 
135.2. Seçici səsvermə bülletenində referenduma çıxarılan cavab variantlarının birini — «lehinə» və 
ya  «əleyhinə»  («hə»  və  ya  «yox»,  «razıyam»  və  ya  «razı  deyiləm»)  -  seçərək  sağda  yerləşən  boş 
kvadratda işarə qoyur. 
135.3. Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır. 
 
M a d d ə   1 3 6 .  Referendum məntəqəsində səslərin hesablanması 
136.1.  Referendum  məntəqəsində  səslərin  hesablanması  bu  Məcəllənin  106-cı  maddəsinə  uyğun 
həyata keçirilir və protokol tərtib edilir. 
136.2. Protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərdən əlavə, aşağıdakılar daxil edilir: 
136.3.1. referenduma çıxarılan məsələnin lehinə səs vermiş seçicilərin sayı; 
136.3.2. referenduma çıxarılan məsələnin əleyhinə səs vermiş seçicilərin sayı. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə