Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

159.1.5.  seçki  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun  xərclənmiş  hissəsinin  ümumi 
məbləği barədə. 
159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar 
bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir: 
159.2.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi 
günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə 
hesabatı barədə;  
159.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni 
hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);  
159.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti 
maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
139
 
159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında; 
159.2.5.  seçki  fonduna  daxil  olmuş  vəsaitin  ümumi  həcmi  və  onun  xərclənmiş  hissəsinin  ümumi 
məbləği barədə.  
 
M a d d ə   1 6 0 .   Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin, 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  aldıqları  pul  vəsaitlərinin  geri  qaytarılmasının 
ardıcıllığı 
Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi 
partiya bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5-ci - 90.7-
ci maddələri ilə müəyyən edilir. 
 
M a d d ə   1 6 1 .   Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin, 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  aldıqları  büdcə  vəsaitlərinin  xərclənməmiş 
hissəsinin geri qaytarılmasının məcburiliyi 
Birmandatlı  seçki  dairəsində  səsvermədə  iştirak  etmiş  və  həmin  dairədə  seçicilərin  etibarlı  hesab 
edilən  səslərinin  azı  3  faizini  toplamış  qeydə  alınmış  namizəd  və  ya  seçilən  sayılmış,  habelə  səsvermə 
gününədək  bu  Məcəllənin  73.3-cü  maddəsində  göstərilən  məcburedici  hallara  görə  namizədliyini  geri 
götürmüş  qeydə  alınmış  namizəd,  birmandatlı  seçki  dairələrinin  60-dan  çoxunda  namizədləri  qeydə 
alınmış  siyasi  partiya,  siyasi  partiyaların  bloku  səsvermə  günündən  sonra  30  gün  müddətində  müvafiq 
seçki  komissiyasının  onların  seçki  fondlarına  köçürdüyü  vəsaitin  xərclənməmiş  hissəsini  bu  seçki 
komissiyasına  qaytarmağa  borcludur.  Bu  müddət  başa  çatdıqda  müvafiq  bank  seçki  komissiyasının 
məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
140
 
 
 
M a d d ə   1 6 2 .  Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara, 
siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin 
dəyərinin ödənilməsi 
162.1. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində 
göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri 
nəşrlərdə  ayrılmış  yerin  dəyərini  tam  həcmdə  ödəməlidir.  Göstərilən  dəyər  seçki  fondundan  yekun 
maliyyə  hesabatının  verildiyi  günədək  namizəd,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları  tərəfindən 
ödənilməlidir.  Mərkəzi  Seçki  Komissiyası  seçkilərin  ümumi  nəticələrinin  rəsmi  dərc  edildiyi  gündən 
sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə 
həmin  partiya  bloklarının  tərkibinə  daxil  olmuş  siyasi  partiyaların  siyahısını,  onların  ünvanını,  istifadə 
edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar 
bloklarının  birgə  qərarlarından  çıxarışların  təsdiq  edilmiş  surətlərini  bu  Məcəllənin  77.2  və  77.3-cü 
maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlər redaksiyalarına göndərir. 
141
 
162.2.  Bu  Məcəllənin  77.2-ci  və  77.3-cü  maddələrində  göstərilən  teleradio  verilişləri  təşkilatları  və 
dövri  nəşrlərin  redaksiyaları  seçkilərin  ümumi  nəticələrinin  rəsmi  dərc  edildiyi  gündən  sonra  10  gün 
müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi 


partiyaların  bloklarına,  habelə  siyasi  partiyaların  blokuna  daxil  olmuş  siyasi  partiyalara  istifadə  edilmiş 
pulsuz  efir  vaxtının  dəyəri  və  dövri  nəşrdə  ayrılmış  yerin  həcmi  və  dəyəri  haqqında,  özlərinin  hüquqi 
ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.
 142
 
162.3. Bu Məcəllənin 80.5, 83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və 
dövri  nəşrdə  ayrılmış  yerin  dəyəri,  bu  Məcəllənin  80.6-cı  və  83.7-ci  maddələrində  nəzərdə  tutulmuş 
qaydada  namizədlərə,  siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına  verilmiş  efir  vaxtının  və  dövri 
nəşrdə  ayrılmış  yerin  ümumi  həcminin  teleradio  verilişləri  təşkilatlarının  və  dövri  nəşrlərin 
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş 
yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir. 
162.4.  60-dan  çox  birmandatlı  seçki  dairələrində  namizədləri  qeydə  alınmış  siyasi  partiya,  siyasi 
partiyaların  bloku  bu  Məcəllənin  155.2-ci  maddəsində  göstərilən  təşviqat  tədbirlərinin  birgə  keçirilməsi 
yolu  ilə  pulsuz  efir  vaxtından  istifadə  etdikdə  hər  bir  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun 
qaytardığı  pul  vəsaitinin  həcmi  teleradio  verilişləri  təşkilatları  tərəfindən  onların  iştirak  etdikləri  birgə 
təşviqat  tədbirlərinin  hər  birinin  iştirakçılarının  ümumi  sayına  proporsional  olaraq  bərabər  paylarla 
müəyyənləşdirilir. 
162.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci 
maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş pulsuz efir vaxtının dəyəri 
ödənilmir. 
162.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları 
və  dövri  nəşr  redaksiyaları  səsvermə  günündən  başlayaraq  12  ay  müddətində  Mərkəzi  Seçki 
Komissiyasına  bu  Məcəllənin  161-ci  maddəsində  nəzərdə  tutulmuş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə 
ayrılmış  yerin  dəyərini  tam  ödəməmiş  namizədlər,  siyasi  partiyalar  haqqında  məlumatlar  verirlər.  Dairə 
seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində 
nəzərdə  tutulmayan  və  seçki  komissiyaları  qarşısında  borc  öhdəliyi  olan  vətəndaşlar,  siyasi  partiyalar 
haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər. 
143
 
 
M a d d ə   1 6 3 .   Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin, 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçki  fondlarının  xüsusi  hesabında  qalmış  pul 
vəsaiti  
Namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  seçki 
fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun 
olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına 
köçürməlidir. 
 
M a d d ə   1 6 4 .   Milli  Məclisə  seçkilər  zamanı  namizədlərin,  qeydə  alınmış  namizədlərin, 
siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  aldıqları  pul  vəsaitinin  öz  hesablarına  geri 
qaytarılması 
164.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi 
partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış 
yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
144
 
164.2.  Verilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə  ayrılmış  yerin  dəyərinin  ödənilməsinə  ayrılmış 
büdcə  vəsaitini  qaytarmaq  vəzifəsi  siyasi  partiyalar  blokunun  üzərinə  düşdükdə,  qaytarılmalı  vəsait  bu 
bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, bu şərtlə ki, 
siyasi  partiyalar  blokunun  yaradılması  haqqında  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edilmiş  birgə 
qərarda ayrı qayda nəzərdə tutulmasın.  
164.3.  Bu  Məcəllənin  161-ci  maddəsində  nəzərdə  tutulmayan  qeydə  alınmış  namizəd  bu  Məcəlləyə 
uyğun  yekun  maliyyə  hesabatının  verilməsi  ilə  yanaşı  müvafiq  vəsaitin  qaytarılmasını  da  öz  üzərinə 
götürürsə,  dövlət  büdcəsinin  geri  qaytarılası  vəsaitini  səsvermə  günündən  başlayaraq  12  ay  müddətində 
müvafiq dairə seçki komissiyasının hesabına qaytara bilər.
145
 
164.4.  Bu  Məcəllənin  162.1-ci  maddəsinin  tələblərini  yekun  maliyyə  hesabatı  verilənədək  yerinə 
yetirməyən  siyasi  partiya,  siyasi  partiyaların  bloku  teleradio  verilişləri  təşkilatları  və  dövri  nəşr 
redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət büdcəsinin 
vəsaitlərini,  habelə  istifadə  edilmiş  pulsuz  efir  vaxtının  və  dövri  nəşrdə  pulsuz  ayrılmış  yerin  dəyərini 
səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.
146
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə