Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

136
 
 
– Professor Məmmədhüseyn Təhmasibi yaxşı ta-
nıyıram mən, – dedi. Göyçə aşıqlarından dastan top-
lanmasında iştirak eləmişəm. “Aşıq Qərib”i də  mən 
vermişəm ona. Amma nədənsə mənim verdiyim mət-
ni – OdƏrUn variantını yox, savadsız bir aşığın da-
nışdığını yazıb.” Düzdür, bunu deyən erməni Kara-
nes Karapetyandır və o, həmin Karapetyandı ki, “Ta-
qanroq” diviziyasında qeyri-adi qəhrəmanlığı ilə 
fərqlənən azərbaycanlı  Uğur Mağarov haqqında iki 
daşın arasında da olsa, “material” vermişdi KQB-yə. 
Buna – erməninin dediklərinə inanmaq çox çətindir. 
Amma düşünsək ki, Karapetyan bu fikirləri heç bir 
təzyiq altında deyil, sadəcə vicdanının səsi ilə etiraf 
etmişdir, bu etiraf isə azərbaycanlıların heç bir vəhşi-
liyə, fitnəyə baxmadan öz əqidələrindən: insansevərli-
yindən, qonaqpərvərliyindən, dürüstlüyündən yaran-
mışdır, deməli, yazıçı Karanesin fikirlərini təqdir edir. 
Bir anlıq 1930-1940-cı illəri yada salıb gözlərimiz 
önündə canlandırsaq, o dövrdə bir çox qeyri-adi hadi-
sələrin baş verdiyini görmüş olarıq. “Dədə Qorqud” 
dastanını repressiyaya məhkum edən bir rejim necə 
olur ki, şifahi xalq ədəbiyyatımızın toplanmasına ica-
zə verir və pul ayırır? Azərbaycanda yaşayan türkləri 
sürgün etməyi düşünən bir rejim necə olur ki, Cənubi 
Azərbaycan haqqında  şeirlər, romanlar yazılmasına 
start verir? Əlbəttə ki, toplanan bir çox mətnlər təhrif 
olunaraq yazıya alınmış, həqiqətlər gizlədilmişdir. 
Hətta bir çox tədqiqatçılar bu gün o dövrdə  qələmə 
alınmış nümunələrin yanlışlığından söz açır, bəzi nü-
munələrin isə şəxslərin yaradıcılıqlarının məhsulu ol-
duğunu sübut etmişlər. Bəli, bu mətləblərin araşdırıl-


137
 
 
masına böyük ehtiyac var və tarixçilərin bu gizlinlərə 
bir daha dönmələrini və heç bir təzyiq olmadan doğ-
ru-dürüst tədqiq etmələrini səbirsizliklə gözləyirik.  
Əsərdə diqqəti çəkən bir məqam da var: Karanes 
“Aşıq Qərib” dastanının tədqiqatçısı,  əsərin baş  qəh-
rəmanı Zahidi Məhəmmədhüseyn Təhmasiblə tanış 
edən bir şəxsdir. Zahidin atası – Uğur Mağarova xə-
yanət edən Karanes OdƏr tarixinin üzə  çıxmasını is-
təyən şəxslərdən biri kimi təqdim edilir. Elə buna gö-
rə  də canıyananlıq edib Zahidi Məhəmmədhüseyn 
Təhmasiblə görüşdürür və onu aspiranturaya daxil 
etdirməsini tapşırır. Məhəmmədhüseyn Təhmasib isə 
onu qəbul edir və Zahidin izinə düşdüyü və bu məq-
sədlə  də yazdığı “Aşıq Qərib dastanında tarixi həqi-
qətlər” əsərini oxuyur və ona deyir: – İlk rəyi respub-
likanın ən yüksək instansiyasından eşidəcəksən. Yəni 
mənim fikrimi instansiyanın rəyindən sonra biləcək-
sən”. Bundan sonra isə “respublikanın ən yüksək ins-
tansiyasından” rəy bildirilir: Zahid Mircəfər Bağıro-
vun kabinetinə çağırılır: ”Oxu tar” yazan Müşfiqin 
yolu ilə gedirsən?” deyilib istintaqsız, filansız həbs 
edilir. 
Bu, diqqətli oxucunu heyrətləndirən bir məqam-
dır. Çünki Karanes bir zamanlar Zahidin atası ilə 
dostluğunu, onlara yaxınlaşmasını gizli erməni kəş-
fiyyatının əli ilə etdiyini etiraf edərək, haqqında “ma-
terial” verib “qızıl medalı” iki “qırmızı medal”la əvəz 
etdirməsi günahını yuyub, unutqan bir xalqın övladı-
nı yenə aldatmışdır. Uğur Mağarov erməninin-Kara-
nesin OdƏr tarixini bilməsini və ona bəzi mətləblər-
dən danışmasını xoş niyyət kimi qəbul edib yenə evi-


138
 
 
nə almışdır. Sonda yenə onun fitnəsi ilə şəcərənin da-
vamçısı, Uğur Mağarovun oğlu Zahid Mağarovu tələ-
yə salmışdır. Onların kimliyini bilən bu erməni məkr-
li biri olduğunu bir daha göstərmiş olur və yenə öz 
əlimizlə susduruluruq. Zahid bu işlərin başında er-
məni olduğunu  əsərdə heç düşünmür də. Çünki o, 
yazdığı gizlin tarix kitabını ilk dəfə  Məhəmmədhü-
seyn Təhmasibə vermiş və ondan sonra həbs edilmiş-
dir. 
Əsərin müsbət sonluqla bitməsi oxucunu ümid-
ləndirir. Dastan üzərində qurulan, “Qırx kisə”dəki qı-
zılın OdƏr dilindəki sözlər olduğunu məharətlə oxu-
cuya izah edən yazıçı OdƏr həqiqətlərini öyrənən Za-
hidə axır ki, sevgilisi Nəsibədən “hə” cavabını eşitdir-
miş və vüsala çatdırmışdır. Mircəfər Bağırovun edam 
edilməsi ilə azadlığa çıxan Zahidi sevgilisi qarşılayır. 
Bu, bir ümid işığıdır. Demək ki, şəcərə  hələ  də yaşa-
yır, gizlədilmiş tarixlərin ortaya çıxmasına ümid var. 
Bu ümid isə onların yanında olan Nəsibə kimi türk 
qızlarının dəstəyi ilə həyata keçiriləcək. Əsərin qəhrə-
manı Zahid sanki İsa Muğannanın prototipidir. Çünki 
onun vərəsənin nümayəndəsi olması, dünyagörüşü, 
taleyi, filoloq olması, öz xalası qızını sevməsi, onunla 
evlənməsi və s. bir çox xüsusiyyətlər İsa Muğannanın 
yenə tanıdıqlarından yazmasına, həm də çox yaxın-
dan tanıdıqlarından yazması ideyasına sadiq qaldığı-
nı göstərən amildir. Bu dəfə isə tanıdığı özü və bu 
gün də ona dəstək olan sevimli ömür-gün yoldaşı Fi-
ruzə xanımdır. Bu əsəri yazmaqla İsa Muğanna SafAğ 
elmi haqqındakı fikirlərin bədii təxəyyülün məhsulu 
olduğunu yox, bir tarix olduğunu göstərmək istəmiş-


139
 
 
dir, bəlkə  də. Çünki heç bir müsahibəsində, heç bir 
məqaləsində, heç bir söhbətimizdə mən oxumadım və 
eşitmədim ki, İsa Muğanna desin ki, filan obraz bədii 
obrazdır, bədii priyomdur, bədii təxəyyüldür, bədii 
təhlildir. “İdeal”dan bu tərəfə yaratdığı OdƏr həqi-
qətlərini bilən obrazların tarixi şəxslər olduğunu vur-
ğulamağa və oxucularını inandırmağa çalışmışdır hə-
mişə. Xalq yazıçısı Anarın bir sözü var: “İsa yazdığına 
inanan, inandığını yazan bir sənətkardır”. Bəli, o 
məhz inandığını yazan sənətkardır. “İnandığı” dedi-
yimiz mətləblər isə ona nəslini tanımasından, tarixi 
yaxşı bilməsindən irəli gəlir. Bəzən şərti terminlər ya-
radaraq bəşər övladının yaradılış nəzəriyyəsini ortaya 
qoymağa çalışır. Amma heç bir ideyasında  şovinizm 
yoxdur. Sadəcə dünyanın şər qüvvələrdən xilasını is-
təyən və gözləyən bir dahi idi İsa Muğanna. 
 
*** 
Bu gün İsa Muğanna yeganə klassiklərimizdəndir 
ki, 90-cı ildən bu günə qədər yazdığı bütün əsərlərdə 
Azərbaycanın  əzəli düşməni olan ermənilərin türklə-
rə qarşı olan nifrətinin səbəblərini göstərən  əsərlər 
yazmışdır. Son illərdə  qələmə aldığı “Cəhənnəm”, 
“Qırx kisə  qızıl”, “İlan dərəsi və ya Peyğəmbərin ta-
leyi”, “Söz yarası” kimi əsərlərində türk millətinin ta-
rixi düşməni olan ermənilərin fitnəsinə xüsusi yer ay-
rılmışdır.  
Muğannanın son böyük həcmli  əsəri olan “İlan 
dərəsi və ya peyğəmbərin taleyi” povesti insanın  öz 
yaradılma tarixinə olan marağını cavablandırır.  Ən 
önəmli məsələ isə İsa Muğanna türk millətinin gələcə-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə