Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
17 
Nə gözəldir şən nəğməsi,  
Ruha nəşə verir səsi (III, s.42).  
 
Tonqalla bağlı bənzətmələr, yanarkən “oxuduğu nəğmə”, bu 
“nəğmənin” onun istiliyinə qarışıb “ruha nəşə, həyat” verməsi 
uşaqlarda həm də müşahidə, fantaziya, estetik duyum qabiliyyəti-
nin formalaşdırılmasına və  inkişafına xidmət edir.  
A.Şaiq uşaqlarda bədii zövqün cilalanması, onlarda təmizlik, 
səliqəlilik,  əməksevərlik, elmə, təhsilə maraq və sevgi hissinin 
aşılanması  məqsədi ilə çoxlu şeir yazmışdır.  Şairin “Bahar nəğ-
məsi”, “Əkinçi nəğməsi”, “Dəmirçi nəğməsi”, “Məktəbli marşı”, 
“Vətən nəğməsi”, “Ana yurdum” və s. şeirləri uşaqların musiqi 
zövqünə, zehni inkişafına, onların vətənpərvərlik ruhunda tərbi-
yələnmələrinə xidmət edirsə, “Təmizlik” şeiri vacib əxlaqi sifətlər 
təlqin edir. Şeirdə balaca qəhrəmanın dili ilə deyilir:  
 
Səhər durunca,  
Əlimdə fırça  
Sildim dişimi,  
Bildim işimi.  
İnanmırsan, bax,  
Dişim ağappaq.  
Üstüm tərtəmiz:  
Bax, beləyik biz!  (III c., s.26) 
 
Uşaqlara bu cür əxlaqi keyfiyyətlər cürbəcür forma və üsul-
larla aşılanır. Məsələn, yuxarıda misal gətirdiyimiz şeirdə təmiz-
karlıq, dişə qulluq etməyə çağırış uşağın şəxsində nəzərə çatdırı-
lırsa, zəhmətsevərlik, insanlara gərək olub rahatlıq gətirən iş gör-
məyin vacibliyi və əhəmiyyəti fikri “Arı” şeirində arının nümunə-
sində verilir. Şeirdə arının dilindən onun öz zəhmətkeşliyi ilə fəxr 
etməsi belə təsvir olunur:  
 
Arıyam, zəhmətkeşəm,  
Bal, mum çəkməkdir peşəm… 
А б д у л л а   Шаи г
 
 
18
Çalışaram doqquz ay,  
Hamı məndən alır pay.  
Balımdan qoy yesinlər 
Mənə “Sağ ol!” desinlər (III, c., s.29).  
 
Zəhmətdən zövq almağın şirinliyi uşaqlar üçün yazılmış “Bir 
quş” adlı başqa bir şeirdə də diqqətə çatdırılmışdır. Burada balaca 
qəhrəman özünə yuva quran bir quşun “işdən yorulub duran 
zaman” şad, xürrəm “Cik-cik” oxumasına böyük maraq göstərir. 
Şeirin təsir gücü də elə oyatdığı bu maraqdadır.  
Uşaqlarda zəhmətsevərlik, valideynlərin köməyinə yetişmək 
duyğusu A.Şaiqin “Yeni köməkçi”  şeirində  oğlanın tarlada xış 
sürən anasına könüllü, öz təşəbbüsü ilə kömək etməsinin təsviri 
ilə aşılanır. “Layla”, “Oyan, oğlum!”, “Məktəbdə” və s. şeirlərdə 
isə balaca qəhrəmanlar elm oxuyub tərəqqi etməyə, layiqli vətən-
daş kimi yetişməyə çağırılır. Məsələn, “Layla” şeirində Ana öz 
balasını ancaq yemək-içmək  əsiri olmaqdan çəkindirir, böyüyüb 
“bir azca boy atandan” sonra oxumaq barədə düşünməyə və mək-
təbə getməyə səsləyir: 
 
Böyü bir az, yeddi yaşa yetgilən,  
Səhər tezdən dur, məktəbə getgilən;  
Dərs oxuyub yazmağa səy etgilən; 
Layla quzum, layla gözüm, yatgilən,  
Rahat olub bir azca boy atgilən. (III c., s.7) 
 
A.Şaiq öz balaca qəhrəmanını addım-addım izləyir. Biz onun 
“Oyan, oğlum!”  şeirində sanki “Layla” şeirindəki uşağı artıq 
məktəb yaşında görürük. Şair bu dövrdə uşağa layla deməyə yox
onu dərsə həvəsləndirməyə, əslində laylanın məzmun və ideyasını 
dəyişməyə üstünlük verir:  
 
Ağıllı oğlum, oyan!  
Qiymətlidir hər zaman.  


  Б и б ли о гр а ф и й а
 
 
19 
Tez ol dur, get məktəbə,  
Sarıl elmə, ədəbə. 
Səhər ziyandır yuxu,  
Məktəbə get, dərs oxu. (III c., s. 14) 
 
“Layla” şeirindən fərqli olaraq “Oyan, oğlum!” şeirinin mis-
raları  yığcam, ahəngdar, daha dinamikdir. Bu məziyyətlər  şeirin 
qəhrəmanına  şirin yuxu qoynunda uyumaq yox, elm, tərəqqi 
yolunda hərəkət, fəallıq təlqin edir.  
A.Şaiq bilirdi ki, millətin gələcəyi olan uşaqların yüksək sə-
viyyədə yetişmələri onların analarının savadlandırılmasından, 
elmli olmasından çox asılıdır. Şairə görə, savadlı, elmli və tərbi-
yəli ananın qucağı millətin gələcəyi üçün bir işıq, nur mənbəyidir. 
Bu düşüncələrlə “İşıq mənbəyi” şeirində yazırdı: 
 
Qaranlıqdır vətənimin hər bucağı,  
Sönmüş ata-babamızın ocağı… 
Tərəqqi etməyə lazımdır ancaq,  
Tərbiyəli anaların qucağı.  
Qadınla hər millət eylər tərəqqi,  
Qadındır millətin şamı, çırağı… (II c., s.36) 
 
Bu haqlı qənaətlə A.Şaiq qadınlarımızın təhsil alıb, mənən və 
ruhən azad olması uğrunda yorulmaz mübarizə aparan həmkarla-
rının ön sıralarında dayanırdı.  
A.Şaiq uşaqlar üçün “Tülkü və Aslan”, “Tülkü və Qurd”,  
“Aslan, Qurd və Tülkü” və s. təmsillər də yazmışdır. Həmin təm-
sillərdə düşüncəsizliyin və lövğalığın acınacaqlı nəticəsi, zalımlıq 
və tamahkarlıq kimi qüsurlar tənqid olunub, ibrətamiz,  əxlaqi 
nəticələr çıxarılır. “Tıq-tıq xanım”, “Tülkü Həccə gedir”, “Yaxşı 
arxa” mənzum nağıllarında, “Şələquyruq” adlı mənzum  hekayə-
sində folklordan bəhrələnmə yolu ilə balaca oxucularına maraqlı 
əhvalatlardan bəhs edir. Bu zaman onlarda özündən razılıq, hiylə-
gərlik və riyakarlıq, tamahkarlıq və ziyankarlıq kimi zərərli vər-
А б д у л л а   Шаи г
 
 
20
dişlərdən uzaq olub, ağıllı, sadə və səmimi, dostluqda həmrəy və 
sədaqətli olmaq kimi əxlaqi sifətlər aşılamağa çalışır.  
A.Şaiq gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işi-
nə də xüsusi diqqət yetirmiş, bu mövzuda xüsusən Böyük Vətən 
müharibəsi illərində marş və nəğmə ruhlu şeirlər yazmışdır. Əgər 
onun “Ana yurdum”, “Vətən nəğməsi”, “Vətən” şeirlərində yeni-
yetmə  gənclərdə  vətənə sevgi, onun qədrini bilmək və  uğrunda 
mübarizə aparmaq fikri və əzmi təlqin olunurdusa, “Zəfər nəğmə-
si”  şeirində  qələbə sevincinin təntənəsi  şairin sinəsini qabardır. 
A.Şaiq bu sevincli anlarda da vətənin qədir-qiymətini, onun milli 
varlığımız üçün əvəzsiz nemət olduğunu bir daha diqqətə çatdır-
mağı unutmur.  
A.Şaiq folklordan və klassik ədəbiyaytdan götürdüyü mövzu-
lar əsasında uşaqlar üçün “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Eşşək 
üstündə  səyahət”, “Ovçu Məstan”, “Sehrli üzük”, “Nüşabə”, 
“Sultan Səncər və Qarı”  mənzum nağıllarını, “Tülkü və Xoruz”, 
“Dəvə və Siçan”, “Arı və Eşşək”, “Tülkü və Dəvə”, “Dəvə, Tülkü 
və Qurd” və s. təmsillərini qələmə almışdır. Ədibin uşaqlar üçün 
yazdığı digər əsərlərlə yanaşı, bu bədii nümunələr də balaca oxu-
cular tərəfindən maraqla qarşılanmış, pedaqoji və elmi ictimaiy-
yət tərəfindən yüksək qiymətləndirilmiş, onların bəzilərinin mo-
tivləri əsasında uşaqlar üçün cizgi filmləri çəkilmişdir. 
Abdulla  Şaiq gənc nəslin milli ruhda tərbiyələndirilməsi, 
uşaqların  əsl vətəndaş kimi yetişdirilməsi üçün zamanın fürsət 
verdiyi bütün imkanlardan bacarıqla istifadə etmişdir. Bu fikrə 
onun bədii  əsərləri və  dərslikləri ilə yanaşı  ədibin 1918-ci ildə 
yaratdığı və öz adı ilə “Şaiq Nümunə Məktəbi” kimi məşhurlaşan 
təhsil ocağı da etibarlı dayaqdır. Həmin məktəbin yaranması haq-
da akademik K.Talıbzadə “Abdulla Şaiq – 20” kitabının 2001-ci 
il nəşrinə (kitabın birinci nəşri 1923-cü ilə aiddir) yazdığı “Ön 
söz”də atasına istinadən belə məlumat verir:  “… Ədib (A.Şaiq – 
red.) nağıl edirdi ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti ya-
randığı dövrdə  dərs dediyi Bakı realni məktəbində  rəhbəri, mü-
rəbbisi olduğu öz sinfini milliləşdirmişdi: yəni  bütün fənləri rus 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə