Microsoft Word Sirler Xezinesi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   ...   21   22   23   24   25   26   27   28   29

Ödü-bağrı yarıldı, beli sanki üzüldü. 
Tay-tuşları bu haldan gör nә hala düşdülәr
Müsibәtә, bәlaya, qalmaqala düşdülәr. 
Yaxın dostu dedi ki: "Necә ataq biz onu? 
Ataq dәrin quyuya sәssiz-sәmirsiz onu. 
Özümüzü gündüztәk oda yaxa bilәrik, 
Atasının üzünә necә baxa bilәrik?" 
Ağıllıydı, hәr şeyi düşünәndi birisi, 
Baxmayaraq onunla bir düşmәndi birisi, 
Düşündü ki, qalsa da indi naçar uşaqlar 
Vaxt gәlәr ki, bu sirri bir gün açar uşaqlar. 
Qәnimiyәm, bilirlәr, mәni qana salarlar
Günah qalar üstümdә, şәr-böhtana salarlar." 
Xәbәr verdi әlüstü atasına uşağın, 
Әncam çәkdi atası xatasına uşağın. 
Öz ağlının gözüylә, baxan kimdir alәmә, 
Әn qüdrәtli, yenilmәz bir hakimdir alәmә. 
Kim olubdur sirrinә bir aşina fәlәyin, 
Ayağını qoyubdur düz başına fәlәyin. 
Bilir göyün sirrini azdan, çoxdan Nizami, 
Әrş evinә yüksәlib odur çoxdan Nizami. 
 
 
ON YEDDİNCİ SÖHBӘT 
 
HEYSİYYӘTİ QORUMAQ 
 
Ey tanrıdan, özündәn daim qafil olan kәs
Can qeydinә qalmaqdan saralaraq solan kәs. 
"Mәn", "mәn" deyib öyünmә, axır can da çıxandır, 
Can boğaza gәlәndә bircә anda çıxandır. 
Göylәr kimi, dünyanı bürümәyә can atma, 
Nә ki, sәnin deyildir sürümәyә can atma, 
Dünya yıxıb gücüylә hәr әrini dünyanın 
Tutmaz tamah tәrәzin gövhәrini dünyanın. 
Toz nәdir ki, qüdrәtli uca dağa tay olsun? 
Çınqı nәdir, gur yanan bir ocağa tay olsun?! 
Mәmnunluğun kәmәri belә möhkәm bağlıdır, 
Kimsә onu açammaz - elә möhkәm bağlıdır. 
Hәrislәrdir sәlәmçi, var möhtacı dünyada, 
Mәmnunluqdur hәr başın şәrәf tacı dünyada. 
Quldurdandır varlının çox qorxusu bu yolda, 


Kim kasıbdır quldurdan yox qorxusu bu yolda. 
Varın varsa, ovutmaz arzu-kamın dәrdini, 
Varın yoxsa, ovudar yoxsul damın dәrdini. 
Qıymamışdı kosaya dönük baxtı saqqalı, 
Gördü yolur ikisi savaş vaxtı saqqalı. 
Dedi: "Baxma özümtәk üzüqara olan yox, 
Arxayınam әl atıb saqqalıma yolan yox." 
Sәnә qalan deyildir dünya evin dünyada, 
Ulaqsızsan, yüksüzsәn, buna sevin dünyada. 
Daim könül mülkünә sәn dә can at İsatәk, 
Ulaqsızca, yüksüzcә mәnzilә çat İsatәk. 
Pak vicdanın varsa da, atәşpәrәst olma sәn, 
Yoxsulluqla fәxr elә, işrәtdәn mәst olma sәn. 
Dünya coşğun dәryadır, nicat hanı dәryadan? 
At yükünü sulara, qurtar canı dәryadan. 
Yaşa azad, qayğısız arzuların qoynunda, 
Üz sahilә qabaqtәk sәn suların qoynunda. 
Yeyib yatmaqla tapmır insan qәdri-qiymәti, 
Xarabada tapılır xәzinәlәr, bil qәti. 
Dönmә murdar leş üstә cuman çalağana sәn
Qarğa kimi batırma ayağını qana sәn. 
Divardakı şәkiltәk üzdә qanın qalmasın, 
Quzğun didәr köksünü, düzdә canın qalmasın. 
Ciyәr qanın axırda bir şәraba dönәndir, 
Dalğalanan alovdur, bir sәraba dönәndir. 
Damarına sığmayan qana neştәr gәrәkdir, 
Canın polad olsa da, cana neştәr gәrәkdir. 
Çox yemәyә, toxluğa çalışmağın yaxşıdır? 
Az yemәyә, pәhrizә alışmağın yaxşıdır?! 
Aslan azca yeyir ki, şikar alan olubdur, 
Atәş doymaq bilmir ki, tez qaralan olubdur. 
Gündüz bircә kökәylә süfrә açıb hәmişә, 
Müdriklәrin gözünә işıq saçıb hәmişә. 
Sübhün odlu meyindәn bağrı yandı gecәnin, 
Әndamını qaraldan haram qandı gecәnin. 
Çox yemәkdәn kütlәşәr, ağlın kәm olar sәnin, 
Reyhan kimi qәlbinә qüssә, qәm dolar sәnin. 
Ağıl - sәnin ruhundur, onsuz quru bәdәnsәn, 
Ruh - xәzinә, can - tilsim, xәbәrsizsәn nәdәn sәn? 
Varlığında bilmәsәn yoxmu, varmı xәzinә, 
Sındırmasan tilsimi, nur saçarmı xәzinә? 
Bel bağlama heç zaman zәfasına varlığın, 
İnan ancaq cövrünә, cәfasına varlığın. 


Ömrün boyu qәmindәn solmaq sәnә qalıbdır? 
Vәfasıza vәfalı olmaq sәnә qalıbdır? 
Zәnci dedi: "Ay ata, niyә belә gülürsәn? 
Qapqaradır üz-gözün, ağla, hәlә gülürsәn? 
Ata dedi: "Gülmәsә yüzü qara zәnciyә, 
Gülmәk belә yaraşmaz üzü qara zәnciyә". 
Qara üzün gülüşü qәlbә axar hәmişә. 
Şimşәk qara buludu yarıb çıxar hәmişә. 
Alәm sәnin mәhbәsin, bilmәlisәn, bilmәli, 
Şimşәk olub alәmә gülmәlisәn, gülmәli! 
Tutuquşu gülüşlә şәkәr yeyәn olubdur, 
Qaqqıltısı kәkliyi "ovla" deyәn olubdur. 
Yersiz gülәn dodağı bağlamağın yaxşıdır, 
Boş gülüşdәn yerindә ağlamağın yaxşıdır. 
Qәmlәnәndә gülmәyin, söylә, nәyә yaraşar? 
Tez alışıb, tez sönmәk, bil, şimşәyә yaraşar. 
Gülә-gülә köksünü dağlayarsan şam kimi. 
"Gülüşünә yaş töküb ağlayarsan şam kimi. 
Ağararmı dişlәrin irişmәsәn, gülmәsәn? 
Çeynә gülәn dodağı, irişmә sәn, gülmә sәn. 
Yetәr bunca ağlayıb, yetәr bunca gülmәyin, 
Göz dolunca ağlayıb, uğununca gülmәyin. 
Hәr insanın şadlığı, qәhәri var dünyada, 
Sevincin dә, qәmin dә tәhәri var dünyada. 
Şәnlәndikcә әlәmli olmağını unutma, 
Gah nәşәli, gah qәmli olmağını unutma. 
Hәr şad qәlbin qәm odu, nalә, fәryad sәsi var, 
Hәr gündüzün gövhәri, gecәnin şәvәsi var. 
Hәrislikdәn kimin ki, bağrı yanan deyildir. 
Tamahkarlıq yolunda qamçılanan deyildir. 
Hansı karvan zınqırov sәslәnmәdәn gedibdir? 
Hansı milçәk şәkәrlә bәslәnmәdәn gedibdir? 
Tәlim verәn, çoxbilmiş bir dayәdir zәmanә, 
Nәlәr öyrәtmәyibdir gör ki, nәdir zәmanә. 
Dayәn sirkә içirtsә, coşma ki: - Xeyri nәdir? 
Dinmә, bәlkә dә elә bu sәnin xeyrinәdir. 
Әbәdiyyәt yoluna kim yolçusa cahanda
Odur Xızrın yoldaşı, odur Musa cahanda. 
Uluların yolunun gәrәk qulu olasan, 
Ülviyyәtә yüksәlib, sәn dә ulu olasan. 
Elә sadiq dost ara, sәni darda qoymasın, 
Çәkib tordan çıxarsın, sәni torda qoymasın. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə