Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə198/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   194   195   196   197   198   199   200   201   ...   204

 

571


-beynəlxalq sülh dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında 

onların  qarşılıqlı  olaraq  bir-birilərinin ərazilərinə zor işlətməkdən 

çəkinmək üçün tətbiq etdikləri siyasət vəziyyətidir.  

-beynəlxalq  sülh  dövlətlərin  bir-birilərinin  daxili  işlərinə 



qarışmamaq  şərtilə  qarşılıqlı  olaraq  həyata  keçirdikləri  dinc 

siyasəti əks etdirən bir vəziyyətdir. 

-beynəlxalq  sülh  insan  hüquqlarına  və  əsas  azadlıqlarına 

hörmət etmək prinsipi əsasında (hər bir dövlət daxildə bu siyasəti 

həyata  keçirməlidir)  qarşılıqlı  olaraq  fəaliyyət  prinsiplərini  əks 

etdirən bir vəziyyətdir.  

-beynəlxalq  sülh  xalqların  öz  müqəddaratını  təyin  etməsi 



prinsipi  əsasında,  xalqlara  dinc  şəraitdə,  silahlı  hadisələrə  əl 

atmadan  maraqlarını  müstəqil  olaraq  təmin  etmək  məqsədilə 

təşkilatlanmış quruma, o cümlədən siyasi hakimiyyətə və dövlətə 

malik olmasını əks etdirən bir vəziyyətdir. 

-beynəlxalq  sülh  şəraiti  beynəlxalq  öhdəliklərin  vicdanla 

yerinə  yetirilməsi  prinsipinə  əməl  edərək  qarşılqlı  şəkildə 

dövlətlərin  hüquq  normalarını  yerinə  yetirmələri  (əməl  etmələri) 

nəticəsində  əldə  etdikləri  sabit  və  inkişafın  təmin  olunduğu  bir 

vəziyyətdir.  Bir  məsələni  xüsusu  olaraq  qeyd  etmək  olar  ki,  sülh 

gərgin  vəziyyətlərin,  böyük  itkilərin  zəruri  etdiyi  bir  vəziyyət 

olmaqla  yanaşı,  öz-özlüyündə  inkişaf  edən  prosesləri  tələb  edən 

bir  təsəvvürdür.  Beynəlxalq  sülh  vəziyyəti  ümumi  qlobal  və 

regional  amilləri  özündə  əks  etdirir.  Müasir  zamanda  qlobal 

sülhün saxlanılması super və böyük, eləcə də orta gücə malik olan 

dövlətlərdən  asılıdır.  Bu  dövlətlər  dünya  siyasətinin  baza 

istiqamətlərini  müəyyən  etmək  iqtidarındadırlar.  Böyük  gücə 

malik  olan  subyektlər  həm  də  beynəlxalq  sülhün  mənbələrini 

cəmləşdirən obyektlər qismində çıxış edirlər.  

Sülh,  ümumiyyətlə,  qarşılıqlı  şəkildə  (ikitərəfli  və  çoxtərəfli 

qaydada) dinc şəraitdə  yaşamaq və əməkdaşlıq etmək üçün qəbul 

edilən və əməl edilən prinsiplər və normalardan meydana gələn 

bir qaydadır; 

-sülh  dövlətlərin  qarşılarına  qoyduqları  prinsiplər  əsasında 

qoruyub-saxladıqları  və  nəsillərdən-nəsillərə  ötürmək  məcburiy-

yəti ilə üzləşdikləri bəşəri ülvü bir nemətdir;  




 

572


-sülh  zamanın  insanlar  qarşısında  və  dövlətlər  və  xalqlar 

qarşısında tələblər qoyduğu bir bəşəri, humanist dəyərdir

-sülh  müasir  dünyanın  inkişafına  xidmət  edən  vasitədir, 

ideyadır  və  dəyərlərdən  qarşılıqlı  və  səmərəli  şəkildə  istifadə 

etmək üçün dövlətlərin üzərlərinə götürdükləri öhdəlikdir; 

-sülh  insanlığın  yaşamasını  təmin  edən  bir  ümumiləşmiş 

normadır və baza qaydasıdır; 

-sülh  ümumiləşmiş  qayda  olaraq  özündə  çoxlu  sayda  tərkib 

elementləri birləşdirən vahid bir təcəssümdür

-sülh  bütün  sahələri  üzrə  qarşılıqlı  anlaşma  şəraitində  iş 

(fəaliyyət)  prinsip  və  qaydalarını  müəyyən  etmək  üçün  çoxlu 

sayda normalara malik olan bir prosesdir;  

-sülh  dinc  və  əmin-amanlıq  şəraitində  bütün  sahələr  üzrə 

qarşılıqlı  münasibətləri  tənzimləyən  hüquq normalarının icrasının 

təmin  olunduğu  və  bu  baxımdan  məsuliyyətin  əks  olunduğu 

prosesli vəziyyətdir.  

 

Sülh düsturları (formulaları)  

 

Sül  (barışıq)  formulaları  həm  dövlət  daxilində,  həm  də 



dövlətlər  aralarında  sülhün  təmin  edilməsinə  və  sülhün  əldə 

edilməsinə  xidmət  edən  vasitələrdir.  Sülh  formulaları  (siyasət 

sahəsində  meydana  gələn  sülh  formulaları)  əsasən  real  siyasi 

təcrübədən əldə edilən prinsiplər və qaydalar (normalar) kimi də 

qəbul  edilə  bilər.  Bu  baxımdan  uzun  illərin  təcrübəsi  nəticəsində 

yaranmış  nəzəriyyə  və  qayda  olaraq  beynəlxalq  hüququn  on 



mühüm  prinsipi  də  dünyada  sülh  siyasətinin  ümumi  və  baza 

formulaları  kimi  qəbul  edilə  bilər.  Formula  anlayışı  şüar  və 



doktrina  kimi  də  qəbul  edilir.

1

  Formula  sözü  latın  sözü  olub 



forma,  qayda,  əmrnamə, sərəncam,  göstəriş,  təlimat kimi də başa 

                                                 

1

  В.К.Мюллер.  Новый  Англо-русский  словарь.  160000  слов  и  словосо-



четаний.  6-е  издание.  Москва.Издательство  «Русский  язык».1999. 

səh.285.  


 

573


düşülür.

2

  Beynəlxalq  münasibətlərdə  sülh  formulaları  dedikdə, 



sülhə nail olmaq və sülhü pozucu şərait yetişdikdə gözlənilə bilən 

münaqişələrin,  mübahisələrin,  silahlı  qarşıdurmaların  qabağını 

kəsmək (öncədən qabaqlamaq) və baş vermiş müharibə və silahlı 

qarşıdurma  hadisələrinin  yatırılması,  uzun  müddət  davam  edən 

münaqişələrin  sülh  yolu  ilə  həllinin  tapılması  üçün  qurulmuş 

planlar 

(layihələr), 

planların  əks 

olunduğu 

sənədlər

strategiyalar,  ideyalar  kimi  qəbul  edilə  bilər.  Beynəlxalq 

münasibətlərdə  sülh  formulaları əsasən  məqsədə nail olmaq üçün 

ideyalar 

üzrə 


(mövcud 

real 


və 

gələcək 


real 

şəraiti 


dəyərləndirməklə)  siyasi  hərəkətlərin  istiqamətlərini  müəyyən 

etmək  və  kompleksləşdirmək  kimi  vəzifələri  yerinə  yetirə  bilir. 

Sülh  planları,  sülh  formulaları  siyasətin  istiqamətini  müəyyən 

edir,  siyasi  prinsip  və  davranış  qaydalarını  yaradır.  Məsələn, 

beynəlxalq  hüququn  on  mühüm  prinsipi  dövlətlərin  sülhə  nail 

olmaq  üçün  qarşılıqlı  davranış  qaydalarını  və  davranış 

hərəkətlərinin  məzmunların  müəyyən  edir  və  sülh  üçün 

istiqamətləri  kompleksləşdirir,  uniləşdirir.  Ola  bilir  ki,  ümumi 

beynəlxalq sülh formulası (beynəlxalq hüquq prinsipləri) ayrı-ayrı 

regionlarda  münaqişələri  tənzimləmək  üçün  xüsusi  (buna  bəzən 

törəmə) formulalar üçün baza ideya rolunu oynasın.  

Ümumiyyətlə,  proseslər  nəticəsində  yeni-yeni  düstürlar 

(formulalar) meydana  gəlir, həmçinin, mövcud düsturlar əsasında 

hərəkətlər  edilərkən  ortaya  çıxan  problemlərin  həlli  üçün  yeni-

yeni  düsturlar  yaranır.  Formula  daha  çox  əldə  edilmiş  məntiqi 

nəticələrə  əsaslanan  anlayışdır.  Beynəlxalq  sülh  yığıncaqları 

(konfranslar,  konqreslər  və  s.)  beynəlxalq  sülh  formulalarının 

tərkib  elementləri  olaraq  sülhün  əldə  olunması  üçün  düsturların 

yaranmasına  xidmət  edir.  Konfransın  qərarları  (bu  qərarlara 

düsturlar  demək  olar)  sülh  istiqamətində  qaydalar  müəyyən 

etməklə  hərəkətlərin  də  istiqamətlərini  müəyyənləşdirir.  Eləcə  də 

müasir  dünya  sülhünün  qorunub  saxlanmasında  və  inkişafında 

                                                 

2

Формула. 



http://ru.wikipedia.org/wiki%D0%A4%BE%D1%80%D0%BC3%D1%83%D

0%BB%D0%B0. 

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə