Ağazeynal A. Qurbanzadə
130
YUNESKO ekspertlərinin fikrincə,
gələn əsrədək dünya dillərinin yarı-
sının danışıq dili kimi istifadə olun-
madığı üçün məhv olması gözlənilir.
YUNESKO-nun məlumatına görə, dünyada 6 mindən çox dil vardır. Lakin
dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur (dil-
lərin 52 faizində 10 mindən, 28 faizində isə mindən az insan danışır).
Elmi mənbələrinin araşdırmalarının
nəticələrinə əsasən bir dilin yaşaması
üçün isə həmin dildə ən azı 100 min
insan danışmalıdır. Beynəlxalq eks-
pertlərin araşdırmaları göstərir ki, yox
olmaq təhlükəsilə üzləşən dillər əsasən, ölkələrin daxilindəki milli azlıqlarına
aid edilən dilləridir. Belə dillərə həmin ölkələrdə geniş istifadə olunmadığı
üçün ailələr nə özləri bu dillərdə danışır, nə də bu dili övladlarına öyrədirlər.
Məhv olmaq təhlükəsilə üzləşən dillərin daha çox Afrikada yaşayan xalqlara
məxsus olduğu bildirilr. YUNESKO-nun məlumatına görə, 2500-dən çox dil
yox olmaq təhlükəsi qarşısındadır. Bu gün dünyada 200-ə yaxın dil var ki,
onların hər birində cəmi 10 nəfər öz ana dilində danışır.
Beynəlxalq
statistikaya görə, hazırda dünyada ən çox işlənən çin dilidir. Bu
dildə təxminən 1 milyard 80 milyondan çox insan danışır. İkinci işlənən
ingilis dili hesab olunur (≈ 515mln). Təxmini olaraq = hind dillərində- 500;
ispan dilində - 425; rus dilində - 257; ərəb dilində - 256; benqal dilində- 215
milyon nəfərdən çox insan daşınır. Fransız dilində - 120 milyondan çox, türk
dillərindən isə ümumilikdə 200 milyondan çox insan istifadə edir. Müasir dün-
yada ən işlək dilllər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri
hesab olunur.
Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi
dildən istifadə edilir (
ingilis, fransız, ərəb, çin, rus, ispan). YUNESKO ən azı
üç səviyyəli dil bacarıqlarının; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini
təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.
Dil qrupları və poliqlotlar. Dünya xalqlarının
dilləri əsasən - Altay, Ural,
Hind-Avropa, Avrasiya, Qafqaz dil ailəsində birləşiblər. Heç kimin danışmadı-
ğı dillər isə ölü dillər qrupuna aid edilir. Elə ölkələr var ki, orada çoxlu dillər
mövcudur. Məsələn, Qafqazın dağlıq ərazilərində yaşayanlar 100-dən çox dil-
də, Yeni Qvineya əhalisi təqribən 700 dildə danışır. Afrikada 1000-dən çox
müxtəlif kiçik dil qrupları yayılmışdır.
Dünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qo-
humluq münasibətinə görə dil ailələrinə, dil ailələri də öz növbəsində dil qrup-
larına bölünmüşlər. Yer kürəsində geniş yayılmış dil ailələrinə daxildir: Hind-
Avropa,
Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz,
Ural, Sudan və s.
Dialektik coğrafiya
131
Dillərin bir neçə təsnifatına görə fərqlənir (ən başlıcası geneoloji və mor-
foloji təsnifatlar hesab edilir). Geneoloji təsnifatları üzrə dillərin maddi qo-
humluq prinsipləri üzrə qruplaşdırlır. Bu təsnifata görə qohum dillər elmi
cəhətdən yüksək qiymətləndirilən tarixi-müqayisə metodu vasitəsilə öyrənilir.
Dillər arsındakı qohumluq, həmin dillərin qrammatik və fonetik quruluşlarının
yaxın olmasında özünü göstərir.
Məntiqi dil ailəsinin bütün dilləri əsas dil adlanan dilin dialektlərindən
yaranmışdır. Əsas dilin dialektlərindən əmələ gələn dillər öz növbəsində inki-
şafın sonrakı mərhələsində müstəqil dillərə çevrilə bilən dialektlərə bölünürlər.
Dilin inkişafındakı differensasiya prosesinin mühüm əhəmiyyəti vardır. Belə-
ki, dilin gələcəkdə yeni dillər əmələ gətirən dillərə parçalanması ilə yanaşı, əks
proses, ayrılması və ya
birləşməsi prosesi də, yəni qohum dillərin vahid bir dil
əmələ gətirilməsi prosesi də mövcud ola bilər.
Dinin coğrafiyası və cərəyanları
İnsanın mədəni-irsi dəyərlərinin önəmində din və onun cəryanlarının ya-
ranması mütləq reallıqlara malikdir. İnsan cəmiyyətinin təkamülü ilə birlikdə
dinlərin yaranmasının prosesləri də baş vermişdir. Əqidə və inam anlayışları-
nın formalaşması dinin coğrafiyasında yeni təriqqətlərinin yaranmasına və tə-
rəqqisinə səbəb olmuşdur.
Dinlər milli
122
və dünyəvi dinlərə ayrılırlar. Dünyəvi din geniş miqyaslı
xalqlarının sitayiş etdiyi din hesab edilir ( xristian, buddizm, islam və s.). Dini
baxışlarının özünüdərkin təsnifatının xarakterinə və fəlsəfi
dünyagörüşünün
məzmununa əsasən aşağıdakı kimi qəbul olunmuşdur.
Monoteizm (lat.”monos” bir əsas başlanğıc)–təkallahlıq deməkdir. İlk dəfə
Qədim Misirdə dövlət səviyyəsində qəbul olunması haqqında məlumatlar var-
dır. Bu termin Henri Mora (1660-ci ildə) tərəfindən ilkin olaraq ifadə olun-
muşdur.
Politeizm – (yun. poly - “çox”deməkdir)
teologiya fəlsəfəsində çoxallahlıq
ifadəsini özündə birləşdirir.
Deizm - (lat.
deus - allah) - Allahın mövcudluğunu və kainatın onun tərə-
findən yaradıldığını bəyan edən, lakin allahın insanlara
və təbiətə müdaxiləsi-
ni, dinlərin allah tərəfindən yaradılmasını inkar edən təlimdir. Bu təlim Her-
bert Çerberi tərəfindən irəli sürülmüşdür
122
Milli dinlərə - Hindistanda – induizm, Çində – konfisyanlıq, Yaponiyada – sintoizm,
İsraildə - iudaizm daxildir.