Dialektik coğrafiya
135
“OPUS DEİ” katoliklərin təriqətidir. (1928-ci ildə Madriddə yaranmışdır)
Katolikliyə sadiq, dünyəvi iş və peşə sahiblərini bir yerə yığaraq Papaya
Vatikandan kənara dəstək verməkdən ibarətdir. Bu səbəbdən də OPUS DEİ
Vatikan dövlətini inkişaf etdirir və kilsəni ikinci planda görür. Bu təşkilatın 3
milyard
dollar sərvəti, 16 universiteti, 97 texniki məktəbi, 37 ibtidai təhsil
məktəbi və s. qrupları fəaliyyət göstərir.
Etnologiya və insan azadlığının təbiəti
Etnologiya elmi baxışlarının dialektikasında insan azadlığının təbiəti mü-
hüm tədqiqat sahəsidir. İnsan azadlığının coğrafiyası qlobal təbiətə malik olub,
ictimai tərəqqinin hərəkətverici “güc” qüvvəsinə çevrilmişdir. İdealogiya müs-
təvisində qəbul olunmuşdur ki, insan inkişafının
formalaşan indeksi onun
maddi - sosial həyat tərzi və sərbəst hərəkətinin müvafiq göstəricisi olmalıdır.
Müasir dövrdə insan inkişaf indeksinə azadlığın təbiətinin əsaslandırılması-
na dair normaları daxil edilmir. Problem ondan ibarətdir ki, azadlığın təbiəti
barədə fikir söyləmək asan olmasına baxmayaraq, onun təyinatının ölçülərinin
əsaslandırılımasında bir sıra çətinliklər mövcuddur. İnsan azadlığının təbiətin-
də iki anlayışından daha çox istifadə edilir: “mənfi” və “müsbət” anlayışlar.
“Mənfi “anlayış ifadəsinə əsasən daxil edilir – özbaşınalıq, mərhumiyyət,
həbs və s., “müsbət” anlayışa isə nəyisə etmək azadlığı əhatə edir. Bunlara
insanın yaşamaq,
təhlükəsizlik, əmək hüquqları, birləşmək və dil, din azadlığı
aiddir.
Etnik qruplarının azadlığının hüquqlarının hazırlanması metodlarında
müəyyən təsəvvürlər yaradır. BMT-nın konvensiyalarına əsasən, azadlığın
coğrafiyasının 40 ölçüləri təyin olunmuşdur. Ölkələr sadə metoddan: azadlığa
zəmanət verilmişdir, azadlıq pozulur – meyarından istifadə olunur. Bu ölçüyə
əsasən Şimali Avropa ölkələri, Yeni Zelandiya və bir sıra ölkələr daxildir.
Etniklərin azadlıq dərəcəsi ilkin olaraq ölkənin iqtisadi-sosial və siyasi inki-
şafının əsasında müəyyən olunur. İnsanlar öz real iqtisadi-sosial və siyasi im-
kanlarını dərk etdikdən sonra, bu azadlığın səviyyə göstəriciləri artır.
Ağazeynal A. Qurbanzadə
136
İnsan
həyat tərzinin rit-
mik hərəkətləri = oyku-
menin dialektik əsasıdır.
On birinci önəm
İnsan həyat ritminin coğrafiyası
Oykumenin formalaşması və ərazilərin mənimsənilməsi
İnsan cəmiyyətinin dialektikasının ilkin ritmik həyat tərzinin əsasını oyku-
meninin formalaşması və ərazi resurslarlnın potensialından istifadə edilməsi
ilə əlaqəli olmasıdır. Məntiqi elmi dəyərlər göstərir ki, insan oykumenin (məs-
kunlaşması) yaranması və inkişafının özünə məxsus dialektik qanunauyğun-
luqlarının təsiri altında idarə olunmasıdır. İnsan həyat dəyişkənliyinin ritmiliyi
bununla ölçülür. Buna görədə, hər bir oykumeninin formalaşması tiplərinin də-
yişkənlikləri, ritmik həyat tərzinin tərəqqisini özündə əks etdirir.
Yeni eranın başlanması və oykumenin yaranması xəritəsi tarixi-coğrafi şə-
raitə uyğun olaraq dinamik xarakterə çevrilmişdir. İnsan cəmiyyətinin inkişafı,
qida normalarına və yaşayış məskənlərinə olan təlabat
oykumenin ritmik inki-
şafına səbəb olmuş,sonrakı dövrlərdə isə daha da aktivləşmişdir.
Tarixi-coğrafi mərhələlər bir-birini əvəz etməklə əhalinin miqrasiyası baş-
lanmış, təsərrüfatın coğrafiyası genişlənmiş və ritmik həyatın dialektikası yeni
məzmunla əvəz olunması prosesinin meyilliyinin artması erasının başlanması-
na səbəb olmuşdur.
İnsan həyat ritminin başlanğıc erasında ovçu-
luq, əkinçilik və s. üstünlük təşkil etmiş, sonrakı
mərhələdə isə yeraltı resurslardan (xüsusən me-
tallardan) istifadə edilməsinə insanlar üstünlük
vermişlər. Resurslardan istifadə edilməsi, yaşayış məskənlərinin salınması,
müəyyən səviyyədə insanların hərəkətinin sxemləri məskunlaşmanın virtual
xəritəsinin formalaşmasına səbəb olmuşdir.
Oykumenin “neolit evalyusiya”sı təbii resurslarından istifadə edilməsi ilə
başlanmışdır. Bunun əsasında yeni təsərrufat vərdişləri (suvarma əkinçiliyi, ta-
xılçılıq, maldarlıq, toxuçuluq, metal əridilməsi və s.) yaranmışdır. Sonrakı
evalyusiya insan məskunlaşmasının
xarakterini dəyişdirmiş, ritmik həyat tərzi-
Dialektik coğrafiya
137
nin idarə edilməsi məqsədində quldarlıq dövlətlərin yaranmasına səbəb olmuş-
dur. İlkin quldarlıq dövlətləri Priney yarımadasından başlayaraq Sakit Okean
hövzəsinə qədər coğrafi məkanlarını əhatə etmişdir. “Böyük tarixi çaylar”ın
vadilərində (Dəclə, Fərad, Nil, Hind, Xuanxe və s.) yeni dövlətlərinin, təsər-
rüfat sahələrinin və şəhərlərinin yaranmasına dair geniş elmi mənada mənbə-
lərdə öz əksini tapmışdır.
İnsanın ritmik inkişafı, potensial imkanları Qədim Misir, Qədim Roma və
eləcə də Şərqi Asiya ölkələrində (xüsusən Çində) elmin inkişafı, istehsalın
texnologiyası və s. sahələrinin dinamikası oykumen sistemlərinin formalaşma-
sında mühüm əhəmiyyət kəsb etmişdir.
Digər bir tərəfdən isə Avropa, Afrika
və Asiya ölkələri arasında yaradılan ticarət-iqtisadi əlaqələrinin qovuşmasının
nəticəsində qədim şəhər (Afina, Roma, İskəndəriyyə və s.) məskənlərinin sər-
hədləri genişlənmiş və mərkəzi mövqeyə çevrilmişlər.
Şimali və Cənubi Amerikanın nisbətən sıx əhali məskənlərində (Meksika-
nın orta dağlıq və And dağətəyi çokəklikləri ) ≈ Avropaya nisbətən bu ərazilər-
də iki minilliklərdə dövlətlərin yaranması prosesləri başlanmışdır. Bu onu gös-
tərir ki, Amerika materikində oykumen prosesləri Avropaya nisbətən daha er-
kən dövrlərdən başlayaraq yaranması epoxaya daxildir. B.e. II minilliyin epo-
xası ərəfəsində Astek (Meksika ərazisində) sivilizasiyasının ocaqları yaranmış-
dır.
Sonrıkı dövrlərdə Mərkəzi, Şərqi və Cənubi Afrika ölkələrindən bantu
etnik qruplarının miqrasiyası Mərkəsi Amerikda oykumeninin areallarının
genişlənməsinə səbəb olmuşdur.
Orta əsrlər dövründa baş verən sosial-iqtisadi
dəyişikliklər Avropa, Asiya və
b. regionlarda feodal tipli dövlətlərinin formalaşmasında mühüm rol oynamışdır.
Avropda feodalizm sənətkarlığın,ticarətin, mədəniyyətin, o cümlədən şəhərlərin
inkişafı üçün əlverişli mühit yaratmışdır. Orta əsrlər dövründə Cənubi Avropa
coğrafi məkanında Venesiya, Florensiya və s. iri ticarət mərkəzləri fərqlənirdi.
VII-XI əsrlərdə Ərəb xilafəti kimi böyük dövlətin yaranması yeni bir mər-
hələnin başlanğıcı hesab edilir. Ərəb xilafəti dövlətinin sərhədləri Priney ya-
rımadasından başlayaraq Hindistan yarımadasına qədər ərazilərini əhatə etmiş-
dir. Bütün bunlar müxtəlif istiqamətlərdə insan məskunlaşmasının
xarakterini
dəyişdirməklə yanaşı, ərazilərin mənimsənilməsində mühün rol oynamışdır.
Yer kürəsində ən böyük oykumen Böyük coğrafi kəşfləri ərəfəsində baş
vermişdir. Sonrakı mərhələlərdə Avropalıların yeni coğrafi ərazilərinin kəşf
edilməsi, dövlətlərinin yaradılması və s. proseslər oykumenin xarakterini də-
yişdirməsinə səbəb oldu. Qərbi Avropada sənaye manufakturasının formalaş-
ması, yeni tipli şəhərlərinin salınması, təsərrüfat sahələrinin genişləndirilməsi
və s. proseslər böyük coğrafi kəşflərdən sonrakı epoxaya aiddir.