Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
140 
 
 
logiya” termini elmə ilk dəfə E.Stimis (1940-cı il) gətirmişdir. Bu elmin in-
kişafında İ.Meçnikov, N.Amosov və b. tədqiqatçılarının xidmətləri də böyükdür. 
İngilis gepontiliqu di Qrey “Endinq Aging” adlı əsərində insanın bioloji qo-
calıq hərəkətinin konsepsiyasını təklif etmişdir. Onun tədqiqatları demək olar 
ki, Qərb ölkələrində geniş yayılmışdır.  
Gepontolgiya elminin öyrəndiyi obyektlər evalyusion məzmununa malikdir. 
İnsan bioloji varlıq kimi yaş mərhələlərində fizioloji inkişafının bütün ritmlə-
rində özünü göstəririr.
126
 Gepontologiya elmində ən çox tədqiqat obyekti kimi 
insanın sosial gepontoloji xarakterlərinin üstünlükləri təşkil edir. Müasir dövr-
də sosial gepontoloji tədqiqat obyektlərini dörd istiqamətləri üzrə  tədiqatları 
aparılır: 
 
İnsanın həyat tərzinin ritmik inkişafına uyğun qocalmanın səbəb və nəti-
cələri; 
 
İnsanın ritmik yaş qruplarına görə sosial həyat şəraitinin tədqiqi
 
Ritmik yaş dövrünün  bioloji,psixoloji xüsusiyyətlərinin araşdırılması; 
 
İnsan yaş qruplarının təbii-sosial funksiyalarının müəyyənliyinin tədqiqi. 
Müasir dövrün insan problemlərindən biri də qocalıq və ona qarşı elmi araş-
dırmalardır.  İnsanın həyat tərzində, fəaliyyətində yaş qruplarının və eləcə  də 
qocalma mühitinin elmi mənbələrində diskusiya mövzusu hesab edilir.  
Elmi mənbələrə görə, müasir insan yaşayış həyat tərzini və ritmini dünyada 
baş verən iqtisadi-siyasi və demoqrafik şəraitlə əlaqələndiril.
127
 
BMT-nın statistik məlumatına əsəsən müasir şəraitdə 600 mln.insan 60 yaş 
səviyyəsində yaşamaq qabiliyyətinə malikdir. Bu kəmiyyət göstəricisi isə 
2050-ci il ərəfəsində isə 2 mlrd. nəfər olması proqnozlaşdırılmışdır (əsasən 
inkişaf etməkdə olan ölkələrdə). Stabil həyat tərzində baş verən sosial, təbii və 
siyasi dəyişikliklər yaş qruplarının dinamikasına müxtəlif səviyyələrdə (tibbi, 
psixoloji,  ailə və s.) öz təsirini göstərməkdədir. 
Son 25 il ərzində yer kürəsində 65 yaş həddindən yuxarı insan artımı il ər-
zində 70 mln. nəfərə çatması müşahidə olunmuşdur.Lakin gənc yaşlı insan 
artımı isə bu ərəfədə - yalnız 5 mln. hesablanmışdır.
128
  
İnsan ömrünün yaş mərhələsinin öyrənilməsində və dinamik sosial-iqtisadi,  
siyasi həyat səviyyəsinin tədqiqində gepontologiya elminin müstəsna əhəmiy-
yəti vardır. Bu sahədə gepontologiya elminin formalaşmasında Beynəlxalq 
Konfranslarının təklif və nəticələrinin xidmətlini qeyd etmək olar. 
                                                            
126
 Анмсимов В.Н. Эволюция концерции в геронтологии. М., 1999. 
127
  Andrews G. Aging in the 21 Century // Urban Age, zima. 2000. 
128
 Creative Urban Agglomerations for the 21 st Century. Cambridge, 2002. 


Dialektik coğrafiya
 
 
 
141
 
 
Konfranslarda səsləndirən bir kəlam daha mənalıdır: “Qocalmağa sərhəd qo-
yulmamış və belə bir sədd yoxdur və nə qədər ki, qocalar ölümə əhəmiyyət ver-
mədən həyat yükünü çiyinlərində şərəflə daşıyırlar, bu, onların yaşamağına bə-
raət qazandırır. Buna görə də qocalıq hətta gənclikdən də güclü və mərdanədir”. 
Beynəlxalq Gepontoloji Konfrasının ümumi rəylərinin təyinatının əsasında 
rirmik yaş dövrlərinin aşağıdakı  piramidasını qurmaq mümkündür :  
                                                         ▼                                                  
                                                                                                    
                                                                                              
                                                                                              
       
 
 
 
 
 
 
 
 
Uşaqlıq dövrü – 14-15 yaşına  qədər               - Yetkinlik dövrü – 15- 30 yaşadək 
- Ahılıq (yaşlı) dövrü – 30-45 yaşadək              - Yaşı keçmiş dövr – 45-60 yaşadək 
Piranilik dövrü- 60-75 yaşadək                       - Nuranilik dövrü (qocalıq) -75-90 
 yaşadək  
            - Uzunömürlülük dövrü - 90 yaşdan sonrakı illər 
 
Birinci və ikinci yaş dövrlərinin başlıca xüsusiyyəti = birincliyinin təqlid-
çiliyə, ikincinin isə bir şey yaratmağa meylinin olmasıdır. Ahıllıq dövründə in-
san müəyyən səviyyədə  həyat təcrübəsi qazanır,  əldə etdiyi naliyyətlərinin 
möhkəmlətməyə çalışır. 
Qədim yunan filosofu Diogenin belə bir fikir ifadə etmişdir: “Sən artıq qo-
calmısan, istirahıt elə. Əgər mən yarışmada qaçıramsa və finişə yaxınamsa, de-
mək, mən qüvvəmi səfərbər etmək  əvəzinə dayanıb dürmalıyam”. A.Mirzə-
canzadənin fəlsəfəsinə görə, “qocalıq ömrün sonu yox,ömrün çələngidir”.
129
 
Müasir dövrdə tibbi-bioloji, demoqrafik və başqa səbəblərinin üzündən 
coğrafi zaman çərçivəsində insanın sosial yaş qruplarında əhəmiyyətli dərəcə-
də dəyişiklikləri baş veirir. 
 
                                                            
129
 A.X.Mirzəcanzadə. İxtisasa giriş. Bakı, 1990. 
     
         
                
                  
                       
                              


  Ağazeynal A. Qurbanzadə 
 
142 
 
 
 
İnsan miqrasiyasının (hərəkətin) ritmik coğrafiyası 
 
İnsan  miqrasiyası (hərəkəti) – qlobal funksional məzmuna malik olub, öl-
kələrdə baş verən siyasi, sosial-iqtisadi, təbii fəlakətlər və eləcə də müharibə-
lər nəticəsində baş verir. Yer kürəsində sivilizasiya ocaqlarının yaranmasında 
və davamlı inkişaf prosesində insan miqrasiyasının təsiri çox böyük olmuşdur. 
Bu ilk növbədə xalqlar arasında din, dil birliyini yaratmaqla bərabər, ölkələrin 
iqtisadi-sosial və siyasi həyat tərzinin dayanıqlı inkişafını təmin edən proseslə-
rindən və qanunauyğunluqlarından sayılır. ABŞ, Kanada, Latın Amerika, Avs-
traliya və s. ölkələrinin yaranmasında və inkişafında qlobal miqrasiyanın 
qanunauyğunluqlarının mütləq üstünlüyü olmuşdur. 
Orta əsrlərdə feodal dövlətlərinin inkişafı, əkincilik mədəniyyətinin yara-
dılması, müxtəlf ərazilərinin kəşf edilməsi və s. sosial-iqtisadi münasibətlər 
ilkin miqrasiyanının başlanğıc mənbəyi hesab edilir. Amerikanın kəşfindən 
sonrakı dövrlərdə 15 mindən çox ispanlar, 10 minlərlə fransızlar və başqa 
xalqlar bu ərazilərə davamlı olaraq Avropadan miqrasiya olunmuşdur. Böyük 
coğrafi kəşflərdən sonrakı illərdə miqrasiya artıq kontinental xarakterə 
çevrilmişdir. Xüsusi ilə İspaniya, Portuqaliya, Böyük Britaniya müstəmləkə-
lərində işləmək üçün Afrika materikindən kütləvi surətdə əhalinin miqrasiya-
sı baş vermişdir. Belə ki, XVI əsr - XIX əsrin  əvvəllərinə  qədər Afrikadan 
Amerikaya 40-50 mln. nəfər (o dövrdə Afrikada cəmi 100 mln. nəfər insan 
olmuşdur) miqrasiya prosesinə  məruz qalmışdır. Müasir Amerika materi-
kində yerləşən bir çox dövlətlər afrikalı mənşəlidirlər (Haiti, Yamayka və s.). 
XVIII əsrin  əvvəllərindən başlayaraq Rusiya dövləti Sibir, Uzaq Şərq əra-
zilərinə (300 mindən çox); Avstraliyanın mənimsənilməsi məqsədi ilə Böyük 
Britaniya dövləti tərəfindən miqrasiya siyasətini həyata keçirmişdir. 
Miqrasiya - bir istiqamətli proses deyildir. Buna görə də, miqrasiyanın coğ-
rafiyası çoxfunksional xarakterə malik olub, qloballığı və dayanıqlı inkişafı ilə 
fərqlənir. Qlobal miqrasiya ölkələrarası, materiklərarası insan hərəkətinin for-
malarını özündə birləşdirir. Bu formalara daxildir: siyasi miqrasiya, sosial 
miqrasiya, milli münaqişə səbəbindən yaranan miqrasiya və s. 
Miqrasiya prosesləri Azərbaycanın siyasi-ictimai inkişafında mövqeyə ma-
likdir. Ölkədən miqrasiya edilən insanların 85%-dən çoxu əmək qabiliyyətli-
dir. İnsan miqrasiyası ilkin olaraq Rusiyaının əmək bazarına xidmət edir. 
Miqrasyanın metodoloji təhlili göstərir ki, qlobal münasibətlərinin transfor-
masiyası ölkədaxili və ölkələrarası insan miqrasiyasının qlobal mühit çərçivə-
sində dəyişilməsinə səbəb olur.  


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə