Ağazeynal A. Qurbanzadə
146
Belə ki, coğrafi mühitin dinamikasınının təsirinə məruz qalmış insan fəaliy-
yətində tsiklli olaraq əks-təsir proseslərinə məruz qalması gerçəkliyi formalaş-
mışdır. Tsiklli əks-təsir qüvvələri insan fəaliyyətinə uyğunlaşdırılmış, texno-
genləşmiş “coğrafi mühit-insan dialektikası” statusunda ifadə olunur. Deməli,
coğrafi mühitlə insanın dinamik əks-təsir qüvvəsi nəticə etibarilə ekvivalent
funksiyaya malikdir. Bu da insanın dialektik fəaliyyətinin inkişafına səbəb
olur. İnsanın dialektik inkişafı özlüyündə coğrafi mühitlə əlaqəsinin tamlığını
yaradır ki, buda dayanıqlı inkişafının ekvivalentliyi ilə əlaqədar olaraq sim-
metrik məzmuna çevrilməsi ilə müəyyənləşir.
Dialektik coğrafiya
147
On ikinci önəm
Qlobal dayanıqlı insan inkişafın
funksional modeli
Dayanıqlı insan inkişafın konsepsiyası
Dayanıqlı insan inkişafının metodologiyası dialektik coğrafiya elminin ən
aktual tədqiqat obyektlərindən biridir. Problemə kompleks yanaşsaq, uzun
müddətli təkamül dövrünü və qismən qısa müddət keyfiyyət dəyişkənliyini
özündə birləşdirən dialektik coğrafiya elminin tədqiqatlarının dayanıqlı insan
inkişafının variantlarına münasibət bildirmək olar.
Dayanıqlı insan inkişafı həm də dialektik coğrafiya elminin əsasında ölkə-
nin siyasi və sosial-iqtisadi funksiyalarının optimallığının dinamikası ilə əla-
qəli sistemlərinin kompleks yanaşma tərzində öyrənilməsinə şərait yaradır.
Buna görə də demoqrafik insan inkişafı bir başa olaraq əhalinin
təkrar istehsa-
lı və dayanıqlı iqtisadi-sosial inkişafla da bağlıdır. Bu inkişaf prosesə dair elmi
mənbələrdə konstruktiv modellərinin və nəzəri baxışlarının tədqiqat obyektinə
çevrilməsinə səbəb olmuşdur.
131
BMT-nın son dövrlərinin statistik materiallarının təhlillərinə uyğun olaraq,
yüksək iqtisadi və siyasi potensiala malik olan Qərbi Avropa, Şimali
Amerika
ölkələrində “demoqrafik keçid” proses demək olar ki, başa çatmışdır. Bu pro-
ses çərçivəsində yüksək doğum və ölüm göstəriciləri isə aşağı səviyyədədir.
Demoqrafik problemlərlə məşğul olan F.Noutstayn (ABŞ) tərəfindən “de-
moqrafik keçid” termini ilkin olaraq elmi tədqiqatlarında ifadə etmişdir. Prob-
lemə kompleks yanaşması nöqteyi-nəzərdən isə “demoqrafik keçid” konepsi-
yasının nəzəri-metodoloji əsaslarına dair elmi araşdırmalarının XX əsrin 20-
131
Пространсво в географии человека. М., 2000.
Demorafik keçidin ilkin mərhələsində doğumun azalması zamanı 0-14 yaş qru-
punda əhalinin sayı azalır. Bu (15-64 yaş qrupu) himayədə olan əhali qruplarından
(0 -14 və 65+yaş qrupları) nisbətən yüksək templərlə artır və demoqrafik yük
indeksi aşağı düşür. Bu da iqtisadi inkişafa və sosial təminata
investisiya qoyuluşu
üçün resursları sərbətləşdirir, nəticədə isə əhalinin gəlirləri sürətlə artır.
Ağazeynal A. Qurbanzadə
148
30-cu illərində fransız A.Landri tərəfindən insan coğrafiya elminin tədqiqat
obyekti kimi əsaslı təhlillər aparılmışdır.
Elmi mənbələrdə “demoqrafik keçid”, “demoqrafik modelləşdirmə” və “de-
moqrafik revalyusiya” terminləri prinsip baxımından demək olar ki, eyni mə-
na, təsnifat parametləri kimi əsaslandırılır.
Demoqrafik
keçidin üç əsas təsnifat modeli geniş mənada elmi mənbələrdə
ifadə edilir: ▼
Yüksək doğum və yüksək ölüm (Meksika tipi)
Yüksək doğum və aşağı ölüm (İngilis tipi)
Aşağı döğum və aşağı ölüm (Fransız tipi)
Əsrlər boyu insan cəmiyyəti yüksək doğum və yüksək ölüm modeli əsasın-
da inkişaf etmişdir. BMT-nın statistik mənbələrinə əsasən XX əsrdə dünya
əhalisinin sayı dörd dəfədən çox artmışdır. Əgər 50 min illik demoqrafik inki-
şaf tarixində yalnız 1820-ci ildə yer kürəsində əhalinin sayı 1 mlrd.
olmuşdur-
sa, ikinci milyarda çatmaq üçün cəmi 100 il vaxt tələb olunmuşdur.Lakin son-
rakı 3 milyarda çatmaq üçün artıq 40 il, 4 milyard üçün - 15 il, 5 milyarda
çatmaq üçün 12 il, 6 miyarda çatmaq üçün isə cəmi 12 il tələb olunmuşdur
.
132
Demoqrafik artımının iqtisadi rasionallıq ideyası BMT-nın və digər beynəl-
xalq institutlarının demoqrafik konsepsiyasında ölkələr üçün nəzərdə tutulmuş
demoqrafik siyasətin nəzəri əsaslarının real həyatla uzlaşması hadisələri ilə
bağlıdır. Demoqrafik keçid haqqında digər nəzəriyyə əsasən doğumun evalyu-
siyası müəyyən nisbətdə ölüm dinamikasından asılı deyildir.
Demoqrafik inkişafın rasional konsepsiyasının qeyri-dəqiqliyi bir sıra tədqi-
qatçıların neomaltuzianlıq cəryanına müraciət etməsini şərtləndirir.
Keçən əs-
rin 50-ci illərində inkişaf etmiş ölkələrdə əhali artımının problemlərini öyrənən
neomaltuzianlığın müxtəlif cəryanları meydana gəldi. Onlar hesab edirdilər ki,
əhali sayının körtəbii artımı aclıq, yoxsulluq və qlobal ekoloji gərginliklər ya-
rada bilər.
Qlobal səviyyədə BMT tərəfindən hər il “İnsan inkişaf İndeksi”nin əsasında
ölkədəki insan kapitalının keyfiyyət parametrlərini təhlil edir.
İnsan İnkişafı
indeksi (İİİ) - BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən “İnsan İnkişafı
Hesabatı”nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici hesab
edilir.
Bu indeks əhalinin rifahını ÜDM-dən istifadəsinin
prosesindən daha ge-
niş şəkildə özündə ehtiva edir. “İnsan İnkişafı indeksi” insan inkişafının üç
ölçüsünü özündə birləşdirir:
•
uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
132
Население мира. Киев, 2000.