Dialektik coğrafiya
155
Qlobal çağrışlar dedikdə = qlobal səviyyə-
də ölkələrdə baş verən iqtisadi-siyasi böh-
ranlar, qlobal istiləşmə, yeni geosiyasi möv-
qe uğrunda mübarizələr və s. daxil edilir.
ma, demokratik idarəetmə və s. aktual məsələlər daxil edilmişdir. BMT-nın
2000-ci ildə Minilliyin Bəyannaməsi ilə birlikdə qəbul edilmiş “Minilliyin
İnkişaf Məqsədləri”nə dair qlobal, regional və milli inkişaf proqramlarının hə-
yata keçirilməsinə dair insan inkişafı ilə bağlı məsələlər daha geniş məzmunlu
təhlillərə üstünlük verilmişdir.
Milli proqramında həmçinin insan təhlükəsizliyinin təmin edilməsi və insan
hüquqlarının qorunmasında və dayanıqlığının fonunda insan inkişafın konsep-
siyasına böyük əhəmiyyət verilir. Ümumiyyətlə, insan inkişafının bir paradiq-
ma və ya konsepsiya kimi formalaşması bilavasitə BMT fəaliyyəti ilə bağlıdır.
BMT-nin konfranslarından və onların ortaya qoyduğu ideyalardan, prinsiplər-
dən, analitik yanaşmalardan, alternativ inkişaf modellərindən problemlərlə
məşğul olan tədqiqatçılarının elmi mənbələrində istifadə edilmişdir. Müasir
dövrdə də BMT tərəfindən nəşr edilən İnsan İnkişafı Hesabatları “insan
inkişafı” anlayışının müxtəlif aspektlərini, elmi mahiyyətini və əhəmiyyətini
tədqiqatçılar tərəfindən ön plana çəkməkdə davam etdirilir.
“İnsan inkişaf fəaliyyəti”nin qlobal çağrışları
İnsan inkişafı coğrafiyasının formalaşması son onilliklər ərzində qloballaş-
ma prosesinə daha çox məruz qalmışdır. Bu məqsədlə, elmi mənbələrdə kon-
septual məzmunlu dəyişikliklər fonunda qloballaşma mühitinə uyğunlaşması-
nın tələblərinə uyğun araşdırmalar önəmə gətirilmişdir.
Elmi təhlillərinə üstünlük verilən araşdırmalar cəmiyyətin inkişaf strategi-
yalarında yeni ideyalarının və yeni qlobal çağırışlarının məzmununda keyfiy-
yətli dəyişikliklər yaratmışdır. İnsan inkişaf problemi ilə tədqiqat aparan elm
mərkəzlərində (ABŞ, Yaponiya, Almaniya, Çin, Hindistan və s.) konseptual
araşdırmalarına daha diqqətli yanaşılır. Məsələ onunla ölçülür ki,elmlilik sə-
viyyədə konseptual yanaşmalar qloballaşan insanın həyat tərzinin sosial-
iqtisadi məsələlərinin önəmə gətirilməsinə dair bağışlar yeni məzmun kəsb
edir. Bununla yanaşı dayanıqlı insan inkişafının iqtisadi-sosial praktikasının
dövlət siyasətinin çərçivəsində yönəldilməsi məqsədləri qlobal çağrışlar ilə uy-
ğunlaşdırılması effektlilik yaradır.
Müasir qloballaşan cəmiyyəti-
nin özünəməxsusluğu ondan iba-
rətdir ki, müxtəlif ölkələrinin iqti-
sadi, siyasi və sosial-mədəni inki-
şafının qarşılıqlı asılılığı və təsiri
insanların qlobal çağırışlar və problemlər qarşısında birləşməyə vadar edir.
Belə çağrışlar yalnız coğrafi və təbii şəraitin zənginliyində deyil, həm də dün-
Ağazeynal A. Qurbanzadə
156
ya ölkələrinin iqtisadi sistemlərinin çoxluğunda, dövlətin milli-mədəni və si-
yasi ənənələrindədir. Müasir iqtisadi-sosial mühitinin potensiallığı və dialekti-
kasının inkişaf tempi insanların həyat səviyyəsinin optimallığına eyni məz-
munda təsir göstərə bilmir. Qlobal səviyyədə baş verən iqtisadi-maliyyə böh-
ranları, təbii-coğrafi fəlakətlər nəticəsində dəyən ziyanların cəmi və s. proses-
lər önəmində dəyərləndirilir.
İnsan inkişafının coğrafiyasında qlobal iqtisadi-maliyyə böhran dalğaları,
demək olar ki, planetar xarakterə çevrilmişdir. Müasir qloballaşmanın və eləcə
də ölkələr arasında sosial həyat tərzinin qeyri-davamlılığı hökm sürür.Məsələ
ilə bağlı ölkələr arasında sosial- iqtisadi, coğrafi-ekoloji faktorlar = insanın
mənəvi “aşınma” təhlükələrinin yaranmasının meylləri artmaqdadır. Bu meyil-
lərin təsiri ilə insan inkişafı konsepsiyasının yenidən işlənməsi və onun prak-
tikasının reallıqlarıın dərəcələri xeyli artmışdır. Məhz belə aktual ideyaların
nəzərə alınması ilə planetar sosial oriyentasiya – insan inkişafına istiqamətlən-
dirilmiş qlobal böhranlarının mənfi nəticələrinin aradan qaldırılması üçün ən
effektiv yanaşma hesab edilir.
İqtisadi inkişafın sosial və coğrafi məsələlərin həllinə yönəldilmiş araşdır-
malar xüsusilə nəzərə çarpır. Fikrimizcə, “İnsan inkişaf fəaliyyət”nin fonunda
qlobal və lokal coğrafi problemlərin həlli yollarınının reallaşması mümkün de-
yildir. Məntiqi olaraq, qlobal miqyasda baş verən iqtisadi-sosial və coğrafi
proseslərinin uyğunluğu çərçivəsində “insan inkişaf fəaliyyət”nın davamlı
reallıqlarının təsnifatında üç komponent üzərində qurulmasına diqqət yetiril-
məlidir.
“İnsan inkişaf fəaliyyətı”ni informasiyalarının ümumi fonunda insan inkişa-
fı paradiqmasının konseptual quruluşunu üç blok üzərində qurulmasını təklif
edirik: ▼
Birinci ( A) – insan öz fəaliyyətində mənəvi cəhətdən sağlam həyat tərizinə
malik olmalıdır. Sağlam həyat tərzində elmi təfəkkürə nail olmaq önəmində
“ümumi həyat tərzi” daha effektli məzmuna malik olur.
Amartya Sen qeyd etdiyi kimi, inkişaf nəticəsində yüksələn rifah hər nəfərə
düşən gəlirin artan səviyyəsi ilə deyil, onların ləyaqətli hesab etdiyi həyat
obrazı yaşamaq imkanları ilə ölçülməlidir.
İkinci ( D) – “insan inkişaf fəaliyyət”i üçün insanın elmi-praktiki dəyərlərə
söykənən təfəkkürün “məhsuldar” imkanlarına malik olmalıdır. Buraya müx-
A
D
E
Dialektik coğrafiya
157
təlif resurslarının istifadə edilməsi, yeni resurslarının yaradılması, kompleks
məsələlərinənin potensillığına reaksiyası aktiv olması nəzərdə tutulur. Məsələ
onunla ölçülür ki, “insan inkişaf fəaliyyət”in imkanları cəmiyyətin təqdim
etdiyi sosial və iqtisadi şərtlərdən də asılı olaraq genişləndirilməsinə dair
“münbit şərait”dən, yəni ölkədə mövcud olan siyasi, iqtisadi və sosial imkan-
larının optimal səviyyələrinin yaradılmasıdır.
“İnsan inkişaf fəaliyyət”nın üçünçü ( E) əlaməti isə iqtisadi sahələrinin
kompleksliyi ilə bağlı məsələlərdir. Burada insan resurslarından effektli istifa-
də edilməsi, zaman keçdikcə davamlılığı, insanın həyat səviyyəsinin artırılma-
sı və s. məsələlərinin həlli istiqamətləri nəzərdə tutulur. Bu üç blok bir-biri ilə
qarşılıqlı təsirdədir, bunlardan biri təmin edilməyincə digərində irəliləyişin
olmasına ümid etmək olmur.
Təhlillər göstərir ki, insanların yoxsullaşmasına və struktur bərabərsizliyə
aparan proseslərin qarşısının alınmasınında “insan inkişaf fəaliyyət”in çox-
funksional bloklarının müəyyən edilməsindən çox asılıdır. Nəticə ehtibarı ilə
insanların siyasi və iqtisadi həyatda imkanlarının hesabına rifah hallarının yax-
şılaşdırılmasına meyillərinin artırılması mühüm şərtlərdən sayılır.
İnsan inkişafının məqsədinə uyğun maddi firavanlığını təmin edəcək, bir
siyasi, iqtisadi, sosial və ekoloji şəraitin yaradılması sahəsində verilən ideyalar
bir-birindən fərqlənir.
İnsan inkişafının qlobal çağrışlarına dair aparılan araşdırmalarının nisbətin-
də A.Senin ideyaları daha çox müasir şəraitlə uyğunlaşmasıdır. Onun fikrinə
əsasən, insan inkişaf strategiyasının nəticələrinin dayanıqlığını və uzunmüd-
dətli olmasının təminatının nəticələri müəyyənləşməlidir. Nəticələrin davamlı-
lığı (dayanıqlı inkişaf) imkanlarının həm indiki və gələcək nəsillər arasında,
həm də mövcud nəslin daxilində də necə paylaşmasını nəzərə alınmalıdır.
Yuxarıdakı istiqamətlərini nəzərə almaqla, insan inkişafı konsepsiyası əs-
lində həm yüksək səviyyədə inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə
olan ölkələrdə eyni dərəcədə tətbiq edilə bilən inkişaf paradiqmasıdır. Məntiqi
nəticə ondan ibarətdir ki, insan inkişafı konsepsiyası ümumilikdə onların mə-
dəniyyətini, dəyərlərini və cari prioritetlərini bir araya gətirmək iqtidarındadır.
İlkin olaraq bu konsepsiyanın yeniliyini nəzərə alaraq qeyd etmək lazımdır
ki, burada hələ də cavabını gözləyən xeyli konseptual, metodoloji suallar qal-
maqdadır. İkinci isə bu konsepsiya çoxşaxəli, kompleks iqtisadi-sosial dəyər-
lərini özündə birləşdirir və insanların tərəqqisi naminə davamlı inkişafının
bünövrəsini, əsaslarını özündə birləşdirir.
Dostları ilə paylaş: |