Ağazeynal A. Qurbanzadə
164
xüsusi diqqət yetirilir. İnsan potensialının kapitala çevrilən resurslarından
effektli istifadə edilməsi konsepsiyasının metodoloji istiqamətlərinə və real nə-
ticələrinin əsasında baş verən iqtisadi sıçrayışlar inkişaf etmiş ölkələrdə dövlət
səviyyəsində ehtimad göstərilir. İnkişaf etmiş ölkələrdə baş verən revolyusion
dəyişikliklərinin əsasını insan resurslarından kompleks istifadəsinə əsaslanır.
İnsan potensialın funksional koordinat modeli
Təklif etdiyimiz ideyanın elmi mahiyyəti ondan ibarətdir ki, “məkan-za-
man” fonunda insan potensialı dayanıqlı inkişafının daima dəyişilən trayektor-
ları müəyyən bir struktur yaradır. Bu struktur öz
növbəsində ölkənin iqtisadi
və sosial inkişafı ilə əlaqəli olan insan potensialı harmoniya yaradır və istehsal
tsiklli inkişafının davamlı funksional modellərini formalaşdırır.
İnsan potensial modeli - cəmiyyətdə baş verən iqtisadi,siyasi və demoqrafik
dəyişkənliklərə ritmik olaraq “reaksiyası”nın hərəkətini gerçəkləşdirir. Bu hə-
rəkət gerçəkliyi dinamik olaraq iki modelli tsikllərinin: “hərəkətverici tsikl-
lər”in və “korreksiya tsikllər”in fəaliyyətinin miqyası ilə formalaşır. İnsan po-
tensialının hərəkətverici tsikllərinin konseptual elmi məzmuna malik olmaqla
yanaşı, struktur formalarının kompleksli inkişafını da təmin edir. Korreksiya
tsikllər isə insan potensialının inkişafını təmin edən ümumi tendensiyaya əks
istiqamətdə dəyişdiyini xarakterizə edirməklə yanaşı,
həmdə müvəqqəti dönüş
hərəkətinin funksiyalarını özündə birləşdirir.
İnsan potensialının hərəkət tsiklləri “məkan-zaman” kəsiyində üç koordinat
modelinin formalaşmasında iştirak edir: insan potensialın varlığı (Y); coğrafi
məkan obyektləri (D); zaman gerçəkliyində “coğrafi mühit-insan” vəhdəti (G).
İnsan potensialın funksional koordinat modeli
İnsan potensialının dialektikası
D G coğrafi obyektinə müəyyən səviyyə-
də təsir edir, onun xarakterində insan potensialının varlığı durur. İnsan po-
tensialının koordinat modelində “coğrafi mühit-insan” vəhdəti bir sıra rasional
Y
D
G
Dialektik coğrafiya
165
dəyişikliklərinin yaranması funksiyasını aktivləşdirir. Bu funksiyalarının dia-
lektik vəhdətinin dəyişikliklərinin əsasında ölkənin inkişaf konsepsiyasının
məqsədli iqtisadi-sosial və siyasi institutlarının idarəedilməsinə və strateji
məqsədli mühitinin yaranmasına səbəb olur. Fikrimizcə, insan potensialının
varlığı strateji bir sistemdir. Bu sistem ölkənin dayanıqlı istehsal sahələrinin
şaxələnməsini idarə edir, istehsal sahələrinin diversifikasiyasının əlaqələrini
nizamlayır, texnoloji tsikllərinin əsasında ərazi-istehsal strukturlarının opti-
mallığını təmin edir.
İnsan kapitalın nəzəri baxışlarının strateji önəmi
İqtisadi və sosial inkişafın nəzəri baxışları ilə insan inkişafı konsepsiyası
arasında dialektik vəhdəd yaradan insan kapitalı nəzəriyyəsi hər
bir ölkənin
strateji məqsədlərininin reallaşdırılmasınına geniş imkanlar yaradır. İnsan
kapitalı resurslarına malik olan ölkələrinin siyasi və iqtisadi potensialının artı-
rılmasında və qloballaşan cəmiyyətinin “güc” qüvvəsinə çevrilməsində aparıcı
mövqe hesab edilir
138
.
“İnsan kapitalı” anlayışı bu və ya digər formada araşdırımalarda istifadə
edilməsinə baxmayaraq amerikalı iqtisadçı-alim Teodor Şultsun adı ilə bağla-
nır. O,insan resurslarının artmasının səbəb və faktorlarının təhlilinə həsr olun-
muş araşdırmalarında “insan kapitalı” sisteminin ideyasını vermiş və sonrakı
əsərlərində (“Təhsil yolu ilə kapitalın yaradılması” və “İnsan kapitalına sər-
mayə” və s.) onun insanın əldə etdiyi və reallaşdırdığı resurslarının kompleks
iqtisadi artımına təsirinin formalarını müəyyənləşdirmişdir.
İqtisadi artımın yeni amillərinin elmi axtarışı zamanı T.Şults müəyyən et-
mişdir ki, məhz təhsil insanı sadə icraçıdan yaradıcı işçiyə çevirir,
vəziyyəti
təhlil etməyə, istehsal problemlərinin optimal həlli yollarını axtarmağa vadar
138
Hesablamalara görə = 1 kq elmtutumlu məhsulun dəyəri 65-70 ton neftin qiymətinə bəra-
bərdir.
Teodor Şults:
ABŞ-ın görkəmli elm xadimidir.
Onun insan kapitalı, xüsusən elm kapitalı ilə bağlı tədqi-
qatları XX əsrdən başlayaraq bir sıra ölkələrdə praktiki olaraq
istifadə edilir. 1979-cu ildə aqrar sektorun dayanıqlı inkişafına
verdiyi nəzəri ideyalarına görə Nobel mükafatını almışdır.
Ağazeynal A. Qurbanzadə
166
edir. O yalnız orta və ali təhsil müəssisələrində birbaşa təhsil xərclərini deyil,
həm də evdə özünü-tədrisi, işdə təcrübə artırılmasını, eləcə də səhiyyə,
təhsil
və elm sahələrinə kapital qoyuluşlarını da insan kapitalına sərmayə kimi əsas-
landırırdı. Nəzəri-praktiki cəhətdən effektli məzmuna malik olan “insan kapi-
talına” sərmayə və insan əməyinin dəyərinə verilən yüksək qiymət əsasında
ölkənin iqtisadi-sosial inkişafı modernizasiyası xəttinə keçə bilər.
İnsan kapitalı konsepsiyasının elmi-praktiki istiqamətinə dair aparılan araş-
dırmalarının sistemində Q.Bekkerin “İnsan Kapitalı” (1964-cü il) adlı fun-
damental əsərində insan kapitalına qoyulan sərmayələrə təkcə təhsil xərclərini
deyil, səhiyyəyə, informasiyaya, iş axtarılmasına, uşaqların
tərbiyəsinə və sair
sahələrə də sərf olunmasını təklif etmişdir.
Bekkerin “İnsan kapitalı nəzəriyyəsi”ndə irəli sürdüyü ideyalar elmi-prak-
tiki əhəmiyyətə malikdir. Q.Bekkerin fikrinə görə, işçinin insan kapitalı ilə,
yəni onun bilik ehtiyatları ilə müəyyən edilir. Əmək prosesində ondan istifadə
əlavə gəliri də təmin edir. İnsan kapitalının fiziki kapitaldan əsas fərqi onun öz
daşıyıcısı olan şəxsdən ayrılmaz olmasından ibarətdir. Buradan bir neçə nəti-
cələr çıxır. Əvvəla insan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı
şəxsən iştirak etməlidir. İkincisi, insan kapitalından gəlir əldə olunması üçün
işçi öz əmək və qüvvəsini sərf etməlidir. Üçüncüsü, insan kapitalı, nə satıla, nə
də vərəsəlik qaydasında verilə bilməz.
Dördüncüsü, insan kapitalının xidmət
müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilir.
Q.Bekker göstərir ki, insan kapitalının formalaşmasına çəkilən məsrəflər
özlərini investisiyalar kimi biruzə verirlər, çünki onlar resursların indiki za-
mandan gələcəyə yerdəyişməsini nəzərdə tuturlar. Onun fikrinə görə insan ka-
pitalının üç əsas növünü ayırır
- ümumi biliklər, əsas biliklər və digər növ bi-
liklər.
Məntiqi olaraq,insan əməyinin səriştəliliyi yüksək olduqca, onun yaratdığı
kapital da dəyərli olur, deməli belə kapital üzrə gəlir də (əmək haqqı) yüksək
olmalıdır. İnkişaf etmiş ölkələrdə insan kapitalına sərmayə qoyuluşları cəmiy-
yət üçün ən effektiv və özünü ən tez doğruldan məsrəflər kimi qəbul edilir. İn-
kişaf etmiş ölkələrdə insan kapitalı ərazi-istehsal kompeksinin dayanıqlı inki-
Qeri Bekker (ABŞ):
İnsan kapitalı nəzəriyyəsinə görə Nobel mükafatı almış-
dır. Onun fikrinə əsasən insan kapitalı təhsilə qoyulan
investisiyaların miqdarına, yəni biliklərin alınması və
mənimsənilməsinə çəkililən pul məsrəfinə bərabərdir.