Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
164 
 
 
xüsusi diqqət yetirilir. İnsan potensialının kapitala çevrilən resurslarından 
effektli istifadə edilməsi konsepsiyasının metodoloji istiqamətlərinə və real nə-
ticələrinin əsasında baş verən iqtisadi sıçrayışlar inkişaf etmiş ölkələrdə dövlət 
səviyyəsində ehtimad göstərilir. İnkişaf etmiş ölkələrdə baş verən revolyusion 
dəyişikliklərinin əsasını insan resurslarından kompleks istifadəsinə əsaslanır.  
 
 
İnsan potensialın funksional koordinat modeli 
 
Təklif etdiyimiz ideyanın elmi mahiyyəti ondan ibarətdir ki, “məkan-za-
man” fonunda insan potensialı dayanıqlı inkişafının daima dəyişilən trayektor-
ları müəyyən bir struktur yaradır. Bu struktur öz növbəsində ölkənin iqtisadi 
və sosial inkişafı ilə əlaqəli olan insan potensialı harmoniya yaradır və istehsal 
tsiklli inkişafının davamlı funksional modellərini formalaşdırır. 
İnsan potensial modeli - cəmiyyətdə baş verən iqtisadi,siyasi və demoqrafik 
dəyişkənliklərə ritmik olaraq “reaksiyası”nın hərəkətini gerçəkləşdirir. Bu hə-
rəkət gerçəkliyi dinamik olaraq iki modelli tsikllərinin: “hərəkətverici tsikl-
lər”in və “korreksiya tsikllər”in fəaliyyətinin miqyası ilə formalaşır. İnsan po-
tensialının hərəkətverici tsikllərinin konseptual elmi məzmuna malik olmaqla 
yanaşı, struktur formalarının kompleksli inkişafını da təmin edir. Korreksiya 
tsikllər isə insan potensialının inkişafını təmin edən ümumi tendensiyaya əks 
istiqamətdə dəyişdiyini xarakterizə edirməklə yanaşı, həmdə müvəqqəti dönüş 
hərəkətinin funksiyalarını özündə birləşdirir. 
İnsan potensialının hərəkət tsiklləri “məkan-zaman” kəsiyində üç koordinat 
modelinin formalaşmasında iştirak edir: insan potensialın varlığı (Y); coğrafi 
məkan obyektləri (D); zaman gerçəkliyində “coğrafi mühit-insan” vəhdəti  (G). 
                                                    
                                                              
 
 
                                             
                        
 
 
 İnsan potensialın funksional koordinat modeli 
 
İnsan potensialının  dialektikası  D G coğrafi obyektinə müəyyən səviyyə-
də  təsir edir, onun xarakterində insan potensialının varlığı durur. İnsan po-
tensialının koordinat modelində “coğrafi mühit-insan” vəhdəti bir sıra rasional 





Dialektik coğrafiya
 
 
 
165
 
 
dəyişikliklərinin yaranması funksiyasını aktivləşdirir. Bu funksiyalarının dia-
lektik vəhdətinin dəyişikliklərinin  əsasında ölkənin inkişaf konsepsiyasının 
məqsədli iqtisadi-sosial və siyasi institutlarının idarəedilməsinə  və strateji  
məqsədli mühitinin yaranmasına səbəb olur. Fikrimizcə, insan potensialının 
varlığı strateji bir sistemdir. Bu sistem ölkənin dayanıqlı istehsal sahələrinin 
şaxələnməsini idarə edir, istehsal sahələrinin diversifikasiyasının  əlaqələrini 
nizamlayır, texnoloji tsikllərinin  əsasında  ərazi-istehsal strukturlarının opti-
mallığını təmin edir. 
 
 
İnsan kapitalın nəzəri baxışlarının strateji önəmi  
 
İqtisadi və sosial inkişafın nəzəri baxışları ilə insan inkişafı konsepsiyası 
arasında dialektik vəhdəd yaradan insan kapitalı  nəzəriyyəsi hər bir ölkənin 
strateji məqsədlərininin reallaşdırılmasınına geniş imkanlar yaradır.  İnsan 
kapitalı resurslarına malik olan ölkələrinin siyasi və iqtisadi potensialının artı-
rılmasında və qloballaşan cəmiyyətinin “güc” qüvvəsinə çevrilməsində aparıcı 
mövqe hesab edilir
138
.  
 
           
 
 
 
 
 
 
“İnsan kapitalı” anlayışı bu və ya digər formada araşdırımalarda istifadə 
edilməsinə baxmayaraq amerikalı iqtisadçı-alim Teodor Şultsun adı ilə bağla-
nır. O,insan resurslarının artmasının səbəb və faktorlarının təhlilinə həsr olun-
muş araşdırmalarında “insan kapitalı” sisteminin ideyasını vermiş  və sonrakı 
əsərlərində (“Təhsil yolu ilə kapitalın yaradılması” və  “İnsan kapitalına sər-
mayə” və s.) onun insanın əldə etdiyi və reallaşdırdığı resurslarının kompleks 
iqtisadi artımına təsirinin formalarını müəyyənləşdirmişdir. 
İqtisadi artımın yeni amillərinin elmi axtarışı zamanı T.Şults müəyyən et-
mişdir ki, məhz təhsil insanı sadə icraçıdan yaradıcı  işçiyə çevirir, vəziyyəti 
təhlil etməyə, istehsal problemlərinin optimal həlli yollarını axtarmağa vadar 
                                                            
138
 Hesablamalara görə = 1 kq elmtutumlu məhsulun dəyəri 65-70 ton neftin qiymətinə bəra-
bərdir. 
Teodor ŞultsABŞ-ın görkəmli elm xadimidir.  
Onun insan  kapitalı, xüsusən elm kapitalı ilə bağlı  tədqi-
qatları XX əsrdən başlayaraq bir sıra ölkələrdə praktiki olaraq 
istifadə edilir. 1979-cu ildə aqrar sektorun dayanıqlı inkişafına 
verdiyi nəzəri ideyalarına görə Nobel mükafatını almışdır. 


  Ağazeynal A. Qurbanzadə 
 
166 
 
 
edir. O yalnız orta və ali təhsil müəssisələrində birbaşa təhsil xərclərini deyil, 
həm də evdə özünü-tədrisi, işdə təcrübə artırılmasını, eləcə də səhiyyə, təhsil 
və elm sahələrinə kapital qoyuluşlarını da insan kapitalına sərmayə kimi  əsas-
landırırdı. Nəzəri-praktiki cəhətdən effektli məzmuna malik olan “insan kapi-
talına” sərmayə  və insan əməyinin dəyərinə verilən yüksək qiymət  əsasında 
ölkənin iqtisadi-sosial inkişafı modernizasiyası xəttinə keçə bilər. 
                                                                                                                  
                                                                                                                 
 
 
 
 
 
İnsan kapitalı konsepsiyasının elmi-praktiki istiqamətinə dair aparılan araş-
dırmalarının sistemində Q.Bekkerin “İnsan Kapitalı” (1964-cü il) adlı fun-
damental əsərində insan kapitalına qoyulan sərmayələrə təkcə təhsil xərclərini 
deyil, səhiyyəyə, informasiyaya, iş axtarılmasına, uşaqların tərbiyəsinə və sair 
sahələrə də sərf olunmasını təklif etmişdir. 
Bekkerin “İnsan kapitalı nəzəriyyəsi”ndə irəli sürdüyü ideyalar elmi-prak-
tiki  əhəmiyyətə malikdir. Q.Bekkerin fikrinə görə, işçinin insan kapitalı ilə, 
yəni onun bilik ehtiyatları ilə müəyyən edilir. Əmək prosesində ondan istifadə 
əlavə gəliri də təmin edir. İnsan kapitalının fiziki kapitaldan əsas fərqi onun öz 
daşıyıcısı olan şəxsdən ayrılmaz olmasından ibarətdir. Buradan bir neçə nəti-
cələr çıxır.  Əvvəla insan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı 
şəxsən iştirak etməlidir. İkincisi, insan kapitalından gəlir əldə olunması üçün 
işçi öz əmək və qüvvəsini sərf etməlidir. Üçüncüsü, insan kapitalı, nə satıla, nə 
də  vərəsəlik qaydasında verilə bilməz. Dördüncüsü, insan kapitalının xidmət 
müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilir.  
Q.Bekker göstərir ki, insan kapitalının formalaşmasına çəkilən məsrəflər 
özlərini investisiyalar kimi biruzə verirlər, çünki onlar resursların indiki za-
mandan gələcəyə yerdəyişməsini nəzərdə tuturlar. Onun fikrinə görə insan ka-
pitalının üç əsas növünü ayırır - ümumi biliklər, əsas biliklər və digər növ bi-
liklər. 
Məntiqi olaraq,insan əməyinin səriştəliliyi yüksək olduqca, onun yaratdığı 
kapital da dəyərli olur, deməli belə kapital üzrə gəlir də (əmək haqqı) yüksək 
olmalıdır. İnkişaf etmiş ölkələrdə insan kapitalına sərmayə qoyuluşları cəmiy-
yət üçün ən effektiv və özünü ən tez doğruldan məsrəflər kimi qəbul edilir. İn-
kişaf etmiş ölkələrdə insan kapitalı ərazi-istehsal kompeksinin dayanıqlı inki-
Qeri Bekker (ABŞ):  
İnsan kapitalı nəzəriyyəsinə görə Nobel mükafatı almış-
dır. Onun fikrinə  əsasən insan kapitalı  təhsilə qoyulan 
investisiyaların miqdarına, yəni biliklərin alınması  və 
mənimsənilməsinə çəkililən pul məsrəfinə bərabərdir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə