Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə90/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   82   83   84   85   86   87   88   89   90

Dialektik coğrafiya
 
 
 
239
 
 
taları da mənsub olduqları ölkənin siyasi funksiyalarından biri kimi qəbul 
edilir. Buna görə də insan cəmiyyətinin siyasi obrazının formalaşmasında ilkin 
monetar coğrafiya ifadəsi aparıcı növqe nümayiş etdirir. Məlumdur ki, suveren 
dövlətçilik ideyası 1648-ci ildə Vestphalia sülhündə qəbul olunmuş və Müqəd-
dəs Roma İmperiyasının konstitusiyasında öz əksini tapmışdır. Vestphalia sül-
hündən sonra Avropanın siyasi xəritəsinin əsası qoyuldu. Beynəlxalq mühitdə 
siyasi monetar coğrafiyanın Vestphalia modeli adlandırılan millət-dövlət siste-
minin şərtləri ilə ifadə edilir. 
Milli-dövlət sistemində valyuta siyasi hüquqi vasitələri ilə getdikcə daha 
çox beynəlxalq mühitə uyğunlaşmışdır. Siyasi suverenlik kimi, monetar suve-
renlik də  əsas komponent fonunda fəaliyyət göstərir. Monetar coğrafiyasının 
qeyri-əraziləşdirmək məqsədində irəli sürülən məkanın fiziki və funksional 
ideyaları arasında müəyyən fərqlər vardır. Bunlardan birincisi, yerləşmə  və 
ərazi, ikincisi isə əməliyyat  və əlaqələr şəbəkəsinə bağlıdır.  
Valyuta domenləri siyasi sərhədlər daxilində deyil, hər pulun effektiv istifa-
dəsi və nufuzu ilə müəyyənləşdirilir. Monetar şəbəkələr ideyasının formalaş-
masında ərazi domeni – dövlətin siyasi gücü ilə müəyyənləşən pulun ənənəvi 
məkan yeridir. Transaksiya domeni-pulun nisbi axınıdır ki, bu da hər valyu-
tanın öz ölkəsində  və ya digər məkanlarda müxtəlif məqsədlər üçün istifa-
dəsini müəyyənləşdirir. Nufuzun domeni – yeni konsepsiyadır, transaksiyanı 
və  ərazini  funksional və fiziki  aspektdə vahid istifadə  və nufuz qarışığında 
nəzərdə tutur. Buna görə  də nufuz dairəsi ideyası monetar coğrafiyanın axın 
modelinin dəyişkənliyinin əsasıdır. 
 
 
 
 
 
 
 
    
 
Ümumidünya valyutanın coğrafiyasında qızıl standartı sisteminin formalaş-
ması bütün dövrlər üçün strateji əhəmiyyət daşımışdır. Qızıl standartı - pul tə-
davülünün dinamik təşkilinin sistemidir. Burada ölkənin pul vahidinin dəyəri 
rəsmi qaydada qızılın müəyyən miqdarına bərabərləşdirilir. Qızıl standartı sis-
temi ilk dəfə Paris şəhərində keçirilmiş (1821-ci il) konfransda rəsmləşdiril-
mişdir. 
  Dünya valyuta sistemlərinin formaları 
 
* Qızıl sikkələrin fəal sərbəst tədavülə buraxıldığı: qızıl-sikkə standartı; 
* Qızıl sikkələrin fəal  tədavüldə olmadığı, onların sərbəst qaydada kəsilmədiyi, 
pul-kredit idarələrinin vəzifəsinin isə  qızıl külçə satmaqdan ibarət olduğu:  qızıl- 
külçə standartı; 
* Pul-kredit idarəlrinin yerlı pulu qızıl stnadartı mövcud olan xarici valyutaya 
dəyişdirdiyi: qızıl-valyuta standartı.
 


  Ağazeynal A. Qurbanzadə 
 
240 
 
 
Rəsmiləşdirilmiş qaydalara əsasən milli valyutaların məzənnələri təsbit 
olunmuş qaydada qızıla bağlanır və valyutanın qızıl məzmunu vasitəsilə başqa 
valyutalarla müqayisə edilirdi. Paris valyuta sistemi dünya pulu qismində yal-
nız qızılı qəbul edirdi. 
ABŞ, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə Genuyada (İtaliya) keçi-
rilmiş konfransın (1922-ci il) qərarına  əsasən ölkədaxili tədavüldə  qızıl stan-
dartı ləğv edilmiş, kağız pullarının qızıla dəyişdirilməsi dayandırılmışdır.  
1944-cü ildə ABŞ-ın Bretten-Vuds şəhərində yeni beynəlxalq valyuta sis-
temi yaradıldı. Onun mahiyyəti təsbit olunmuş valyuta məzənnələri sisteminə 
istinad edilməsindən ibarət idi. Sistemin ən mühüm cəhətlərindən biri milli 
valyutaların məzənnələrinin ABŞ dollarında yaxud qızılda (1 troya unsiyasına 
(31.1 qram) görə 35 dollar) təsbit olunması idi. Sonrakı illərdə ABŞ dövləti 
(1971-ci il) qızıl külçələrinin dollara satılmasını rəsmi olaraq dayandırdı. Tez-
liklə ABŞ dolların 1 troya unsiyası = 35 dollar pariteti üzrə qızıla bağlanması-
nın ləğvi barədə qəbul etdi. Beləliklə, Bretton-Vids valyuta sistemi dağıldı. 
Müasir valyuta sistemi (1976-ci il) BVF çərçivəsində keçirilən Yamayka 
konfransında (Kinqston şəhərində) öz həllini tapmışdır. Yamayka konfransında 
ümumdünya valyuta sistemində  qızılın valyuta vahidlərinin dəyər ölçüsü qis-
mində funksiyası aradan qaldırılır və buna müvafiq olaraq,qızılın möhkəm qiy-
məti ləğv olunmuşdur. Qızıl adi əmtəyə çevrilir və qiyməti tələblə təklif  ara-
sındakı nisbətlə müəyyənləşir. 1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası 
isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır.  
Statistik məlumatlara görə dünyanın ən böyük qızıl
165
 ehtiyatına malik döv-
ləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu ya-
radılıb. 1946-cı ildə  qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 
205 tona çatıb. Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən 
böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatının fondları Ame-
rikadakı xüsusi xəzinələrində saxlanılır. 
Dünyada ikinci yeri tutan Almaniya isə 1951-ci ildən qızıl ehtiyatı toplama-
ğa başlayıb. 1968-ci ildə ehtiyatlar özünün ən yüksək həddinə - 4 min tona ça-
tmışdır. Hazırda bu göstərici 3.384 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Al-
maniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Lon-
donda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir.    
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialının aktiv 
şəkildə artırılmasına səy göstərilmişdir. Qeyri-stabil siyasi və iqtisadi durum 
İtaliya hakimiyyətinin qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna 
                                                            
165
 
Əsas qızılçıxarma ölkələr: CAR, ABŞ, Kanada, Avstraliya və s. 


Dialektik coğrafiya
 
 
 
241
 
 
baxmayaraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada 
ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu  göstərir.  
Fransa ötən  əsrin 60-cı illərində dollar ehtiyatlarını  qızıla dəyşiməklə özü 
üçün böyük qızıl ehtiyatını yaratmışdır. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton 
qızıl ehtiyatının olduğunu elan etmişdir. Hazırda bu ehtiyatlar 2 min ton azalsa 
da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pil-
lədəki  İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən 
fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını yalnız ABŞ Federal Rezerv Bankın-
da saxlayır. 
Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün 
ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton 
qızıl ehtiyatına malik Rusiyanın hazırda 1149 min  ton qızıl ehtiyatı vardır. 
Dünya ölkələri arasında Çin - 1054 min ton xalis qızıl ehtiyyat olduğu hal-
da, bu kəmiyyət Yaponiyada - 754; Böyük Britaniyada - 736; Hindistanada-
557 min ton  və s. ölkələr qızıl ehtiyatlarına malikdirlər. 
Müasir dövrdə maliyyə bazarlarının yaranması və təşkilatı-hüquqi formaya 
malik olmasında monetar iqtisadi inkişafının əsas mahiyyətlərini əhatə edir.
166
 
Beləliklə, maliyə bazarı pul vəsaitlərinin nizamlanmasında aparıcı funksiyasını 
yerinə yetirir. 
Milli bazarların əsasında 13 qlobal maliyyə mərkəzləri fəaliyyət göstərir = 
Nyu York, London, Tokio, Paris, Sürix, Lüksenburq, Frankfurt -na Mayn, Sin-
qapur, Bəhreyn və s. Bunlar beynəlxalq valyuta, maliyyə - kredit fond əməliy-
yatlarını və s. həyata keçirən institutlar hesab olunur.  
Qızıla  əsaslanan pul sisteminin reallaşmasıının cəmiyyətin tarixi inkişaf 
mərhələlərində  qızılın monetar istehlakı üstün olması ilə  fərqlənmişdir. Mo-
netar sferada hər il sərf edilmiş qızıl kütləsinin enib-qalxmasına baxmayaraq, 
hasil edilmiş metalın ≈ 50%-i pul funksiyasını yerinə yetirir. 
 
 
Virtuallaşma  mühitində  qızıl bazarın coğrafiyası 
  
 
Dünya iqtisadiyyatının dialektik inkişafında fəaliyyət göstərən milli valyu-
talarının geniş miqyas (dollar, avro və s.) almasına baxmayaraq virtuallaşma 
mühitində qızıl və qızıl bazarının mütləq üstünlüyü mövcuddur. Qızılın rəsmi 
qiymətinin dəyişməsi valyutanın müstəqil siyasəti ilə bağlıdır. Bu məqsədlə 
qızıl bazarı kateqoriyalara ayrılır. Virtual reallıqda qızıl bazarları valyuta-ma-
liyyə sisteminin strateji mənbəyi hesab edilir. Dünyanın qızıl bazarları öl-
kələrin valyuta sferasında aparılan siyasətlə bağlı olaraq inkişaf edir.  
                                                            
166
 B.X.Ataşov. Maliyyə bazarları. Bakı, 2016. 


  Ağazeynal A. Qurbanzadə 
 
242 
 
 
Virtuallaşma mühitində  qızıl bаzаrının  хаrаktеrində  dəyişikliklər baş ver-
məkdədir. Bu dəyişiklik хеyli dərəcədə qiymətli mеtаllаrının tоpdаnsаtış döv-
riyyəsinin külçə qızıl fоrmаsındа аpаrılmаsındа ifаdə оlunur. Təhlillər göstərir 
ki, dünyа qızıl ticаrətinin müаsir qаnunаuyğunluğu bаzаrdа tələbаtın vəziyyəti 
və mеylindən аsılıdır. Təbii ki, qızıl bаzаrının ümumi tutumunun azalması qı-
zıl bаzаrının dövriyyəsini zəiflədir və qiymətli mеtаllаrа ölkələrarası tələbаtı-
nın dəyişilməsinə səbəb olur. 
 “Qızıl həyəcаnı”  əsаsən nеft iхrаc  еdən dövlətlərində baş verir. Məsələn, 
ilkin məlumаtlаrа görə, Küvеytdə 2010-2014-ci illərdə qızıl sаtışının həcmin-
də orta illik 33 аrtım 15-18% arasında tərəddüd etmişdir. Dünyа miqyаsındа 
qızılа və qızıl məmulаtlаrınа tələbаtın ən yüksək аrtımı Çin, Türkiyə və Vyеt-
nаmda müşаhidə оlunmuşdur.  
Məlumdur ki, qızıl hаsilаtının ümumi həcminə dörd аmil: qızılın АBŞ dоl-
lаrındа qiyməti; istеhsаlçı dövlətlərin vаlyutаsındа qızılın mаyа dəyəri və qiy-
məti; qızıl hаsil еdən bаşlıcа ölkələrinin vаlyutаsının dоllаrа nisbətən məzən-
nəsinin dinаmikаsının dəyişməsi təsir еdir. Bu gün bir sırа ölkələrdə yеrin tə-
kindəki qızıl еhtiyаtı tükənir. Bu, хüsusilə Cənubi Аfrikа Rеspublikаsınа аid-
dir. Sоn оn ildə ölkənin mədən yataqlarında  qızıl tutumu 20% аşаğı düşmüş 
və bu hаsilаtın аzаlmаsı ilə müşаyiət оlunur.  
Dünyada qızılı bazarının potensialında Avstraliya üstünlüyə malikdir – 
tarixən buradan lom halında qızıl çıxarılmasına dair faktlar mövcuddur.  
 
 
 
 
 
 
 
 
 
 
London
 
Milan
 
Afina
Bompey 
Nyu-York
Parij
 
Kair
 
Çikaqo
 
Rio-de-Janeyro
 
 
Sürix 
 
 
 
Frankfurt 
 
 
 
Honkonq
 
 
 
Dünyada hasil edilmiş  qızılın həcminə dair rəsmi statistikası real sayılmır. Çünki, bu 
qiymətli metalın hasilat həcmləri heç vaxt tam qeydiyyata düşmür. Buna görə dünya 
qızılını hesablayarkən rəsmi statistik məlumatları ən azı ikiyə vurmağı məsləhət görülür. 
 Qızıl bazarının  kateqoriyaları 
Dünya 
Daxili azad 
Yerli nəzarət edilən 
“Qara bazarlar” 


Dialektik coğrafiya
 
 
 
243
 
 
Virtual reallıqda  qızıl bazarları valyuta-maliyyə sisteminin strateji mənbəyi 
hesab edilir. Dünyanın qızıl bazarları ölkələrin valyuta sferasında aparılan si-
yasətlə bağlı olaraq inkişaf edir. Müasir dövrdə beynəlxalq səviyyədə qızıl bа-
zаrlarının  хаrаktеrində dəyişikliklər baş verməkdədir. Bu dəyişiklik хеyli də-
rəcədə qiymətli mеtаllаrının tоpdаnsаtış dövriyyəsinin külçə qızıl fоrmаsındа 
аpаrılmаsındа ifаdə оlunur.  
Təhlillər göstərir ki, dünyа qızıl ticаrətinin müаsir qаnunаuyğunluğu bаzаr-
dа tələbаtın vəziyyəti və mеylindən аsılıdır. Təbii ki, qızıl bаzаrının ümumi tu-
tumunun azalması qızıl bаzаrının dövriyyəsini zəiflədir və qiymətli mеtаllаrа 
olan tələbаtının strukturunu da dəyişdirir. 
Virtual mühitdə dövriyyə  həcminə görə  ən böyük qızıl bazarları sayılan 
London, Sürix, Nyu-York və Çikaqoda yerləşir. London və Sürix bazarlarında 
əsasən CAR-dan gətirilən qızıl satılır. Bu bazarlarda satılan qızılın demək olar 
ki, yarısı satış üçün təkrar bazarlara yönəldilir.  
London  qızıl bazarı virtual reallıqda ən optimal sayılır. Beş firmanın nəza-
rətində olan bu bazarda hər iş günü ərzində iki dəfə orta qiymət müəyyənləşdi-
rilir (1968-ci ildən etibarən qızılın qiyməti istisnasız olaraq ABŞ dolları ilə 
hesablanır).  
ABŞ-ın qızıl bazarları daha aktivdir. Nyu-York, Çikaqo və s. qızıl bazarları 
Beynəlxalq Valyuta Bazarının  ən iri mərkəzlərindən sayılır. Bu mərkəzlər  
ABŞ-ın TMK tərəfindən idarə olunur (C.Morqan, C.Aron end K
0
  və s. ). 
Son illərdə dünya dövlətləri və onların mərkəzi banklarının, beynəlxalq ma-
liyyə qurumlarının qızıl ekvivalentli monetar ehtiyatlarının artımı müşahidə 
olunur. Milli valyutaların mövqeyinin zəifləməsi insanları öz vəsaitlərini daha 
etibarlı görünən qızıla yatırmalarına səbəb olur. Dünyada əsas qızıl istehlakçısı 
olan ölkələr iki qrupa bölünür. 
Birinci qrupa - texniki cəhətdən inkişaf etmiş ölkələr daxildir: onlar qızıl-
dan sənaye və texniki istehsal sahələrində geniş istifadə edirlər. Qızıldan tex-
niki məqsədlərlə istifadə edən belə ölkələr arasında liderlik Yaponiya, ABŞ və 
Almaniyaya məxsusdur. Ölkə və təşkilat Ehtiyatında olan qızıl (tonla) Ümumi 
qızıl-valyuta ehtiyatında payı (%-lə) ABŞ 8.2; Almaniya 3.4; Fransa 2.5; 
İtaliya 2,4 və s.  
İkinci qrup - qızıl istifadəçisi ölkələrində bu metalın böyük hissəsi yuvelir 
sənayesinin payına düşür. Belə ölkələrdən Avropada İtaliya, Portuqaliya, 
Cənub-Şərqi Asiyada Çin və Hindistan, İndoneziya, Malayziya, Yaxın  Şərq, 
Kiçik Asiya və Şimali Afrikada Ərəb Əmirlikləri, Küveyt və Misir öndə gedir. 
Avropada istehsal edilən yuvelir məhsullarının 15,6 faizi İtaliyanın, Asiyada 
isə 15,2 faizi Hindistanın payına düşür.  


  Ağazeynal A. Qurbanzadə 
 
244 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
АЬАЗЕЙНАЛ АLI OЬLU ГУРБАНЗАДЯ 
 
DİALEKTİK COĞRAFİYA 
Nəzəri coğrafi-dialektik təhlil 
 
 
Íÿøðèééàòûí ìцäèðè:               ßùìÿä Зèéяääèíîьëó 
Êîìïцòåð òÿðòèáàòû:                  Щаъы Исмайылов 
Êîððåêòîð: 
 
             Рамин Рясулов 
 
Éûьûëìàьà âåðèëèá: 20.09.2016 
×àïà èìзàëàíìûø: 10.01.2017 
Êàьûз ôîðìàòû: 70õ100, 1/16 
Ôèзèêè ÷àï âÿðÿãè: 15,25  
Òèðàæû: 200 
 
Êèòàá Азярбайъан Êîîïåðàñèéà Университетинин 
ìÿòáÿÿñèíäÿ ÷àï îëóíìóøäóð. 
Цíâàí: Áàêû øÿùÿðè, Íÿúÿô Íÿðèìàíîâ êц÷. 93.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə