Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə87/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   82   83   84   85   86   87   88   89   90

Dialektik coğrafiya
 
 
 
231
 
 
göstərir ki, iqtisadi inkişafın transmilliləşməsi ritmi dinyanının xəritəsinin 
sərhədlərini dəyişdirilməsinə səbəb olmuşdur. 
 
 
Dayanıqlı sənaye ölkələrinin virtual siyasi-iqtisadi modelləri 
 
Müasir dövrdə dayanıqlı sənaye ölkələrinin virtual coğrafiyası elmi-texniqi 
tərəqqinin üzərində qurulmuşdur. Dayanıqlı siyasi-iqtisadi inkişafının kons-
truktiv praktikasına söykənən elm mərkəzlərinin  təklif etdikləri sənaye model-
lərinin tipologiyası əsaslandırılmışdır. Taktiki olaraq siyasi iqtisadi sənaye mo-
delləri tipoloji məzmunda aşağıdakıları göstərə bilərik. 
Liberal model = ABŞ iqtisadiyyatının inkişafında mühüm yer tutur və ba-
zar münasibətlərinə uyğunlaşdırılmışdır. İnvestisiyada, işçi qüvvəsindən istifa-
də və s. problemlərini tənzim edir. Milli və yerli orqanlar qanunvericilik və in-
zibati prosseslərlə xüsusi bölməni idarə edir. İşçi qüvvəsindən istifadə edilmə-
si sistemində ABŞ-ın öz xarakteri vardır. Bu ölkədə müəssisələr səviyyəsində 
əmək müqavilələri bağlanması, mərkəzləşmiş həmkarlar hərəkatı yoxdur. Kol-
lektiv müqavilələr üç illiyə bağlanır,  əmək haqqının dəyişməsi müqavilədə 
göstərilir. Bu sistem modeli - Kanada, Belçika, Fransa, İtaliya, B.Britaniya və 
s. ölkələr üçün də xarakterikdir. 
Korporativ model.  Bu model tənzim olunan bazarı  nəzərdə tutur. Bu da 
dövlətin yaxından iştirakı ilə baş verir. Həmin model iki sistemə ayrılır: de-
mokratik (sosial-islahat forması) və iyerarxiya (aşağıdan yuxarı tabeçilik). De-
mokratik sistemdə dövlət sahibkarlığı yuksəkdir. İsveçdə, Avstraliya və s. öl-
kələrində bu model xarakterikdir. Sosial-bazar modelindən Almaniyada daha 
çox istifadə edilir. 
Hər bir ölkənin sənaye siyasəti virtual olaraq daxili və xarici əlaqəsinin çər-
çivəsində formalaşır. Sənaye ölkələrinin sosial siysətinin  əsasını  məşğulluq 
strategiyası təşkil edir. Sənaye ölkələrində məşğulluq siyasətinin dialektikasın-
da kreativ iqtisadi inkişaf,ümumi təhsil,işsizlik normasının müəyyən edilməsi 
(ABŞ-da bu norma 3-4%, B.Britaniyada 1.0-1.5%-dir) və s problemlərindən 
ibarətdir. Sənaye ölkələrində məşğulluq siyasətinin həyata keçirilməsi nəticə-
sində xərclərin xüsusi çəkisi B.Britaniyada 1.5-2.3%, Danimarka 5.8-7.1% təş-
kil edir. Hər bir ölkənin daxili bazarının həcmi, iqtisadi fəaliyyətinin səviyyəsi, 
onun idxal və ixrac kvotası ilkin  təsnifatda ÜDM-də idxal-ixracın xüsusi çəki-
si ilə müəyyən edilir. Məlumdur ki, ərazicə kiçik olan ölkələrdə ixrac kvotası 
(Belçikada - 70%, Hollandiyada - 56%, İsveçrədə - 37% və s.) yüksək olduğu-
na görə bu ölkələrdə daxili bazar da kiçikdir, beynəlxalq bazar münasibətlərin-
dən çox asılıdır. 


  Ağazeynal A. Qurbanzadə 
 
232 
 
 
Hər bir ölkənin iqtisadi-sosial strategiyasının  əsasında istehlak tələbi mü-
hüm funksiyalardan sayılır. Daxili bazarın inkişafı məhdud olan ölkələrdə bu 
tələbin təsiri daha böyük olur. Məlumdur ki, istehlakın həcmi ilk növbədə əha-
linin intellektual məşğulluq səviyyəsindən, əhalinin gəlirlərindən və s. asılıdır. 
İnkişaf etmiş sənaye ölkələrində intellektual əmək üstünlük təşkil etdiyi üçün 
bu sahədə çalışanların  əmək haqqları daha yüksəkdir. BMT-nin iqtisadi eks-
pertlərinin təhlillərinə əsasən (2008-2012-ci il) sənaye ölkərlərinin emal sənaye 
komplekslırində çalışan intellekt işçilərinin orta hesabla bir saatlıq əmək haqqı = 
Almaniyada - 27; Yaponiyada - 25; ABŞ-da - 22 dollar =  təşkil etmişdir. 
Ümumiyyətlə, dayanıqlı kreativ inkişaf yüksək faydalı məhsul səviyyəsinin 
iqtisadi artımını təmin edir. Ona görə də bu iqtisadi artımının əsaslandırılma-
sında makroiqtisadi səviyyədə  təhlillərinin aparılmasına üstünlük verilir. Bu-
nun başlıca məqsədi istehsalın real və ya yüksək faydalılığında son məhsul əl-
də olunması ilə xarakteriza olunmasıdır. Dayanıqlı kreativ inkişaf dialektika-
sında köhnə ideya siyasi doktrinası yeniləşmə formada daha aydın reallaşır. 
Məlumdur ki, “iqtisadi inkişaf sivilizasiyalarının  toqquşması” iqtisadiyyatın 
kompleks yaradılmasının nəticəsidir. Dünya ölkələrinin siyasi coğrafi xəritəsi-
nin bu istiqamətdə yenidən qurulması problemlərinin inkişaf etmiş dövlətlərlə 
yanaşı, beynəlxalq iqtisadi münasibətlərinə maraqları olan inkişaf etməkdə 
olan dövlətlər üçün də sınaqa çevrilir. 
      
 
Virtual məkan siyasətin paradiqması 
 
Müasir epoxanın xarakterik cəhətlərindən biri virtual məkan siyasətinin 
dinamikasında anqlosaksion modellərinin
159
 üstünlük təşkil etməsidir. Məntiqi 
önəm ondan ibarətdir ki, ölkələrin müxtəlif iqtisadi-siyasi inkişafının və for-
malaşmasının kardinal dəyişkənliyinə reaksiya verən dialektik virtual modellə-
rə ehtiyac duyulur. 
Virtual məkan siyasətində baş verən radikal dəyişikliklər inkişaf etməkdə 
olan ölkələrinin yaxın dövr ərzində dünyanının hərəkətverici qüvvəsinə çevril-
məsinə dair yeni paradiqma modellərinin fəaliyyəti aktivləşməkdədir. Dünya 
Bankının strateji təhlillərinin reallıqlarına görə, yaxın illərdə  (≈ 2030-ci illər 
ərəfəsində) Qlobal Məcmu Məhsulun (QMM)
160
 mütləq həcmi 72 trln. $ olma-
                                                            
159
 Anqlosakson  modellər: bu günkü virtuallaşmaya  “itaət” ediməsinin labüd olmadığını, 
      onun kardinal formada məzmun dəyişkənliyinə məruz qalmasının zəruriliyini ifadə edir. 
160
 Qlobal Məcmu Məhsul dedidikdə - dünya üzrə sənaye istehsalı, dünya ticarəti, həyat səviy- 
yəsi göstəriiləri, eləcə də digər iqtisadi-sosial indikatorlar daxildir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə