Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə88/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   82   83   84   85   86   87   88   89   90

Dialektik coğrafiya
 
 
 
233
 
 
Tsiklilik-dayanıqlığının əlverişli fonu rolun-
da  o vaxt çıxış edə bilər ki, virtual məkan si-
yasətinin paradiqması real optimal uyğunluğa 
söykənsin. 
sı faktoru dəyərləndirilmişdir. Bu artımda inkişaf etməkdə olan ölkələrinin xü-
susi çəkisi isə 38%-dən çox olması müəyyən edilmişdir. Artım dinamikasında 
Şərqi Avropa ölkələri, Asiyanın bir sıra ölkələri (Hindistan, Tailant, İran, Tür-
kiyə və s.) inkişaf etmiş sənaye ölkələrinə yaxınlaşması imkanı yaranacaqdır. 
BMT-nın hesabatlarına görə,yaxın dövr ərzində inkişaf etməkdə olan ölkələrdə 
insanların illik 9000-dən çox dollara qədər gəliri dünya üzrə  təxminən 16%-
dən çoxunu təşkil edəcəkdir. 
Məlumdur ki, Qlobal Məcmu Məhsul çərçivəsində ən yüksək xüsusi çəkiyə 
malik olan ABŞ hesab edilir (21.7%). Bu kəmiyyət göstəriciləri: Aİ-21.4%, 
Çin - 12.0 %, Yaponiya - 7.0 % və s. ölkələr üzrə hesablanmışdır. 
Virtual reallıq baxımından yanaşsaq, yaxın dövr ərzində dünya ticarətin 
illik həcmi iki dəfə artaraq 27 trln. $ çatacaq, QMM-də xüsusi çəkisi 25%-dən 
30%-ə  qədər yüksəlməsi nəzərdə tutlulmuşdur. Bu artımın 50%-dən çoxu 
inkişaf etməkdə ölkələrinə aiddir. 
Son 30 ildə Çin XR-nın iqtisadi potensialı sürətlə artmışdır. Bu ölkə dünya-
nın yeni dayanıqlı güç mərkəzinə çevrilməkdədir. Proqnozlar göstərir ki, Bra-
ziliya, Hindistan, Meksika və s. ölkələr də virtual reallıqlala üzləşmişdir. 
Tarixi inkişafının reallıqları və təzadlı nəticələri göstərir ki, virtual məkanın 
rasional idarə edilməsi və kompleks iqtisadi-sosial inkişaf problem olaraq qal-
maqdadır. Virtual  məkan siysətinin dayanıqlı inkişafı prosesində mühüm rol 
oynayan “ərazi-istehsal-bazar” modelinin tsiklliyinin miqyası genişlənməşi 
başlıca strateji faktora çevrilmişdir. Bu da problemlə məşğul olan tədqiqatçıla-
rın optimizm ideyalarını önəmə gətirilməsi kimi çıxış etməsinə səbəb olmuş-
dur. Dünya ölkələrində baş verən iqtisadi-siyasi virtual dəyişikliklər paradiq-
mal yeniləşməni zəruri edir. Ölkələrin inkişafını təmin edən universal xarak-
terli nəzəri konstruksiyaların effektsizliyini meydana çıxardır. Fikrimizcə,  
elmi paradiqma cəmiyyətin ərazi təşkili prosesində konstruktiv və gerçəkliyə 
adekvat olan virtual tsikllik davranış modellərinin qurmağa imkan verməlidir. 
Təhlillər göstərir ki, ölkənin 
paradiqmal konstruksiyası  hər 
hansı bir konkret konseptual 
modelə isdinadən qurula bil-
məsi effektli sayılmır. 
XX əsrin ikinci yarısımdan başlayaraq virtual “geosiyasi güc”un mövqeyin-
də ABŞ, Almaniya, Fransa və Böyük Britaniya üstünlüyü nəzəri cəlb edir. Ru-
siya imperiyası artıq dağılmaq ərəfəsinə yaxınlaşırdı. Elmi mənbəlrədə bu du-
rum “ikiqütblü  hökmranlığın dağılması” kimi təhlil olunur. Həmin illərdə  bir 
vaxtlar Rusiyanın nüfuz dairəsində olmuş geosiyasi məkanları  (Şərq Avropa 


  Ağazeynal A. Qurbanzadə 
 
234 
 
 
ölkələri) ABŞ və Qərb Avropa ilə yaxınlaşdı. Qafqazda etnik zəmində yaradıl-
mış münaqişələr  qeyri-müəyyənlik hala çevrildi. Baltikyanı ölkələr Avropa ilə 
əməkdaşlığı gücləndirdilər. NATO-nun Şərqə doğru genişlənmə siyasəti aktiv-
ləşməyə başladı. ABŞ-ın siyasətciləri “demokratiyanın genişlənməsi” konsep-
siyasının strateji istiqamətlərinə dair təkliflər paketini elan etdi. Bu paket 
ABŞ-ın “Cəlbetmə və genişlənmə vasitəsi ilə milli təhlükəsizlik strategiyası” 
(A National Security Strategy of Engagement and Enlargement) adlı sənədində 
əks olunmuşdur.  
“Demokratiyanın genişlənməsi” ideyası (1993-2000-ci illərdə) ABŞ-ın bey-
nəlxalq-siyasi fəaliyyətinin əsasını təşkil etdi. Nəticədə virtual məkanda “bir-
qütblü dünya” modelinin formalaşmasına diqqət önəmə gətirildi. Rusiya ABŞ-
la siyasi-iqtisadi sahəsində  rəqabətə davam gətirə bilmədi və birbaşa rəqabət  
aparmaq taktikasından imtina etməli oldu.  
Virtuallaşan dövlətlərarası  əməkdaşlıqda inteqrativ
161
 təşkilatlar yaradırdı. 
XX  əsrin 80-ci illərinin axırında dövlətlər tərəfindən yaradılan koordinasiya 
xarakterli beynəlxalq təşkilatların sayı 400-ə yaxın idi. XX əsrin sonunda 
siyasi-iqtisadi inteqrasiya modellərinin fəaliyyəti virtual varlıqlarının yaratmaq 
imkanını  əldə etdilər: Avropa İttifaqı, And qrupu, Karib “Ümumi bazarı”, 
NAFTA (Şimal Amerika azad ticarət sazişi) və s. Eyni zamanda, dünyada yeni 
siyasi, hərbi və sosial-iqtisadi birliklər formalaşmağa başladı. Bütün bunlar 
“birqütblü dünya”da tamamilə fərqli geosiyasi mənzərənin yaranmaqda oldu-
ğunu təsdiq edirdi. 
 
 
 
             
 
 
 
 
 
 
 
 
                                                            
161
 “İnteqrasiya” anlayışını siyasi termin kimi leksikona alman alimləri R.Şmed, H.Kelzen və 
D.Şindler işlətməyə başlamışdılar. Bu müəlliflər inteqrasiya anlayışını siyasi mənada 
dövlətlərin sosial-siyasi birlik yaratması kimi başa düşürdülər.  


Dialektik coğrafiya
 
 
 
235
 
 
İlkin həqiqi beynəlxalq valyuta 
b.e.ə. V əsrdə dominantlıq edən Afi-
nanın gümüş dirhəmi olub. Üzərində 
Afinanın,  əks tərəfində ilahə  rəmzi 
olan qartal əksli bu sikkə öz dövrünün 
ən nüfuzlu pulu olub. 
 
İyirmi üçüncü önəm               
Virtual coğrafiyanın monetar xəritəsi
    
 
 
 
 
 
 
 
 
 
Monetar həssaslıq xəritəsinin formalaşması   
 
Beynəlxalq Valyuta Fondunun elmi-tədqiqat institutlarının hesabatlarında 
qeyd edilir ki, “...zahirən dünya ölkələri öz suverenlik nüfuzlarını müəyyən 
milli pul vahidinə malik olmaq və müvafiq hüquqi dairəsində onun istifadəsini 
qorumaqla ifadə edirlər. Pul bayraq kimidir; hər ölkənin özünün olmalıdır”. 
Fransız iqtisadçısı Pascal Salinin isə məntiqi olaraq ifadə edir ki, “...pul bura-
xılışı qanunlarının istehsalı kimi dövlət suverenliyinin əsas atributu deyil”. 
Praktiki cəhətdən pullar mənsub olduqları ölkənin sərhədlərini aşaraq mil-
lətlər arasında pul əməliyyatlarında və ya xarici ölkələrdə  də istifadə edilir. 
Eyni zamanda pulun beynəlmiləlləşməsi ölkələrarasında rəqabəti gücləndirir. 
Bu halda bəzi pul vahidləri, məsələn, ABŞ dolları və ya alman markı kommer-
siya, maliyyə məqsədləri üçün daha cəlb edicidir.  
Valyuta münasibətlərinin məkan təşkili-pulun coğrafiyası barədə dialektik 
bir anlayışdır. Hazırda monetar coğrafiya sosial elmlər tərəfindən çox az təd-
qiq edilir. Problemin əsas elmi mahiyyəti ondan ibarətdir ki, monetar coğra-
fiya termini beynəlxalq səviyyəli iqtisadi inkişafının  əsas dialektikasının ob-
yektiv reallıqlarının tərkib hissəsidir. 
Dünya ölkələri heç də həmişə mo-
netar inhisarının bütün üstünlüklərin-
dən bəhrələnə bilmirlər. Bir çox  döv-
lətlər monetar bazar təlabatı üçün is-
tifadəçilərin az və ya çox dərəcədə 
imkanlarına uğrunda rəqabət aparan 
yerli inhisardan strateji oliqarxiyaya çevrilirlər.  
Pulun kəşf edilməsi bəşər sivilizasiyasının təkamül inkişafı ilə  əlaqəlidir. 
Bunun nəticəsində istehsalın və əmək bölgüsünün artan səmərəsinə təkan verə-
rək coxfunksional mübadiləni inkişaf etdirmək oldu. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə