Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə89/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   82   83   84   85   86   87   88   89   90

  Ağazeynal A. Qurbanzadə 
 
236 
 
 
XX əsrin əvvəlində alman iqtisadçısı George Knappinin  dövlət pul nəzəriy-
yəsinə əsasən: pul qanun məhsuludur və onun etibarlığı dövlətin qərarlarından 
asılıdır. Lakin bu, real vəziyyətə qeyri-dəqiq məhdudlaşdırılmış baxışdır.  
Bəzi tədqiqatçılar “pul ictimai faktordur”ideyasına üstünlük verirlər.
162
 
Başqa ifadə ilə desək, pul ən yaxşı məntiqi və formalaşdırıcı, real tarixi faktora 
əsaslanan ictimai institutdur-bazar təcrübəsi və davranışı modellərinin özünü 
möhkəmləndirən məhsuludur. 
Sosioloq Nigel Dodd qeyd edir ki, “...pulun xüsusiyyətini başa düşmək 
üçün onun transaksiyasını mümkün edən sosial əlaqələr şəbəkəsinə istinad et-
mək lazımdır”. 
Faktiki olaraq, ərazi (ölkə) valyutası ideyası millət-dövlət məfhumu kimi 
çox gec kəşf olunub. Yalnız “bir millət-bir pul” ideyası XVII əsrin Vest-
phalia
163
 sülhündən bəri standart siyasi coğrafiya konvensiyalarından irəli gəl-
mişdir. Bu konvensiyanı elmi mənbələrində monetar coğrafiyanın “Vestphalia 
modeli” adlandırılır. Bu model əsasında dövlətlər ilk dəfə olaraq pul buraxılışı 
və idarəedilməsi işində  nəzarətin inhisarlaşdırılması hüququnu legitimləşdir-
mək iddiasını irəli sürdülər. Məlumdur ki, suveren sikkələrinin büraxılmasının 
coğrafiyası çox qədim dövrlərə aiddir. Monetar suverenlik xəritəsi nisbətən tə-
zə hadisədir. XIX əsrin sonlarında heç bir Qərb dövləti tam monetar suveren-
lik əldə etməmişdir. 
Sonrakı dövrlərdə dövlətlərarası monetar siyasəti genişlənmiş və bazar mü-
nasibətlərinin idarəedilməsi arasındakı fərqlər nisbətən azalmağa başlanmışdır. 
Bu səbəbdən monetar coğrafiyasının funksional şərtlərlə valyuta əməliyyatları 
və əlaqələri şəbəkələrinin yaradılması səbəbindən yenidən konseptuallaşdırıl-
mışdır. 
Monetar geniş  mənada virtual coğrafiya siyasətidir. Coğrafi məkanda for-
malaşan monetar siyasət ölkələrarası valyuta əlaqələrinə söykənir. Ölkənin iq-
tisadiyyatı və siyasəti monetar virtual coğrafi məkan təsiri ilə bağlı dialektika-
sının nəticəsində həyata keçirilir.  
Monetar coğrafiya sosial sferanın tərkibinə daxil olmasına baxmayaraq, 
siyasi və iqtisadi cəhətdən dünya sisteminin dəyişilməsində mövqe nümayiş et-
dirir. Belə ki, dünyada monetar virtual məkanlar formalaşmışdır ki, buda dövlət-
lər, maliyyə mərkəzləri arasında bazar fəaliyyətinin bölüşdürülməsində siyasi və 
iqtisadi aktivlik göstərir. Virtual coğrafi reallıq ondan ibarətdir ki, monetar 
bazarlar rəqabət və texniki innovasiya ölkələrarası ilə inteqrasiya olunur. 
                                                            
162
  Ataşov B.X., Novruzov N.A., İbrahimov E.Ə. Maliyyə nəzəriyyəsi. Bakı, 2014. 
163
  Almaniyanın şimal-qərbində tarixi vilayətdir. 


Dialektik coğrafiya
 
 
 
237
 
 
Monetar coğrafiya şəbəkələrinin ideya mənbəyində
164
 əsasən üç funksional 
yanaşma daha çox aktivlik göstərir: 
1)
 
Ərazi aktivliyi = dövlətlərin siyasi gücü ilə müəyyənləşən pulun ənənəvi  
coğrafi məkan yeridir. Bu monetar siyasət Vestphalia modelinin əsasıdır. 
2)
 
Transaksiya aktivliyi = pulun nisbi axınının coğrafi məkanı kimi qəbul 
edilir. Bu da hər bir valyutanın öz ölkəsində  və ya digər ölkələrdə müxtəlif 
məqsədlər üçün istifadəsini xarakterizə edir. 
3)
 
Nufuz aktivliyi = transaksiyanın və  ərazinin funksional aspektdə vahid 
istifadə və nufuz əlaqəsində nəzərdə tutulur. Bu ideya monetar coğrafiyada iki 
əsas təsirinin, yəni bazarların və dövlətlərin fəaliyyəti kimi meydana gəlmiş-
dir. Nufuz aktivlik ideyası monetar coğrafiyanın dəyişkən modelinin əsasını 
təşkil edir. 
 
 
Qızıl-valyuta resurslarının  virtual coğrafiyası 
 
Qızıl-valyuta resursları ölkənin strateji məqsədlərində  fəaliyyət göstlərən 
qızılın özü və sərbəst dönərli valyutası hesab olunur. Elmi mənbələrin nəzəri 
baxışlarında pul və  sərbəst yığımında qızılın funksiyaları kimi qəbul edilir. 
Tarixi dövrlərdən başlayaraq əksər dövlələrinin əsas sərvəti qızılla ölçülürdü. 
Müasir dövrdə monetar coğrafiyasının  əsas problemi milli valyutaların, o 
cümlədən dolların sabitliyinin təminatında qızılın üzərində aktivləşməsidir. 
Beynəlxalq mübadilənin başqa növlərinin miqyasənın genişləndiyi  şəraitində 
ölkələrin rəsmi orqanlarının sərəncamında olan qızıl resurslarının da çoxalma-
sına səbəb olmuşdur. Təhlillər göstərir ki, beynəlxalq qızıl resursların kütləsin-
də həm struktur, həm də onların ayrı-ayrı regionlarının coğrafiyasında  dəyi-
şikliklər baş verir. 
Dünya üzrə  qızıl-valyuta resurslarına malik olan inkişaf etmiş ölkələr 
(2011-ci il) üstünlük təşkil edir (milyard dollar): Almaniya-143.3; İtaliya-98.2; 
Yaponiya- 32.1; ABŞ- 11.0  və s. Müasir dövrdə  milli və regional valyutalarla 
müqayisədə, ABŞ dolları  hələlik iyerxiyada birinci yeri tutur. Eyni zamanda 
İEÖ-in qızıl-valyuta və  qızıl resurslarının ehtiyatları azalır. Qlobal miqyasda 
qızıl resurslarının nizamlanması Beynəlxalq Valyuta Fondu tərəfindən  idarə 
olunur. 
 Beynəlxal valyutanın  əmələ  gəlməsi iki səbəbdən formalaşmışdır: pulun 
dəyərdən düşməsi mümkünlüyü və qızıl və ya gümüşün satış qiymətində də-
yişikliklərinin meydana gəlməsi. “Zaman-məkan” müddətdən sonra dövlətlər 
                                                            
164
 
Model of Monetary Polisy. London, 1999.
 


  Ağazeynal A. Qurbanzadə 
 
238 
 
 
arasında bazar tutumlu pullar arasında iyerarxiya yarandı. Eyni zamanda, 
yalnız bir sikkə təbii seçmə yolu ilə, yəni ən çox tələb edilməsiylə dominant 
beynəlxalq pul rolu qazana bilməsi ideyası meydana gəlməyə başlanmışdır. İq-
tisadiçı Cipollanin fikrinə  əsasən “...əgər mövcud və dövriyyədə olan iki 
sikkənin növünə və xarakterinə diqqətlə nəzər salsaq, görərik ki, onlar az və ya 
çox dərəcədə beynəlxalq valyuta rolu oynayıb, lakin arasında həmişə bir sikkə 
dominatlıq edib, daha böyük nüfuzə malik olub”.  
Qədim Afina dirhəmindən dünyanın Hindistan və Avropa ölkələrində isti-
fadə olunması faktları vardır.Yunanıstanın Roma imperiyasına qatılması ilə bu 
sikkənin çəkisi və keyfiyyəti ilə Roma dinarının modelinə çevrildi. İntibah 
dövründə (1252-ci il) Florensiyanın qızıl florini ilə beynəlxalq valyutaların yeni 
nəsli meydana gəldi. Bu sikkə  şəhər-dövlətin emblemi olan zanbaq (firino
çiçəyinin adı ilə adlandırılmışdır. Bu sikkə bir əsr ərzində dominantlıq etmişdir. 
Yeni dünyanın yaranması ilə beynəlxalq üstünlük qazanan və sonradan is-
pan  və ya meksika dolları adlandırılan digər bir sikkə  İspan-Meksika gümüş 
pesosu və ya reali (“royal”) meydana gəldi. 1535-ci ildə Meksika birinci sik-
kəxanası yaradılandan XIX əsrin ortalarına qədər, demək olar ki, dünyanın bü-
tün gümüş  təchizatının  əsas hissəsi  İspan Amerikası, xüsusilə  də Mexikodan 
gəlirdi. Bu Şimali Amerikada yeganə sikkə idi və sonrakı dövrlərdə ABŞ üçün 
dəqiq modelə çevrildi. Konqres dolları ABŞ-ın  əsas pul vahidi seçdi (yeni 
ABŞ dolları dəyərində mövcud “səkkiz parça”ya bərabər idi və onun dörddə 
biri, məşhur ifadə ilə desək, “25 sentlik qəpik” dəyərində idi). XIX əsrdə 
dominant pul vahidi Britaniya funt sterlinq oldu, bu ilk növbədə London 
şəhərinin dünyanın qabaqcıl maliyyə mərkəzi olmasından irəli gəlirdi. 
Mövcud pulları bir ümumi valyutaya dəyişmək fikri Avropa Birliyində, xü-
susən də Britaniya və Almaniyada geniş müqavimətlə qarşılandı. Bir ingilis 
mənşəli arxiyepiskop göstərir ki, “...mən  əskinasların üstündə kralın  əksini 
görmək istəyirəm... milli mənsubiyyət məsələsi çox vacibdir. Britaniyalı ola-
raq mənim üçün bu, çox əhəmiyyətlidir. Mən fransız və ya alman olmaq 
istəmirəm”. 
Pulun mahiyyəti ilkin olaraq oynadığı funksiyalarla müəyyənləşir. Britani-
ya iqtisadçısı Havter qeyd edir ki, “Pul zəlzələ və ya qaymaq çiçəyi kimi deyil, 
çay qaşığı və ya çətir kimi ilkin olaraq istifadə məqsədinə görə müəyyənləş-
dirilir”. Burdan belə bir nəticəyə gəlmək olur ki, pul onun fizki və qanuni xa-
rakterindən asılı olaraq adətən və prinsipial olaraq müəyyən spesifik funksiya-
sını yerinə yetirir. 
Monetar coğrafiyanın ifadə etməyin ən ideal yolu ənənəvi siyasi coğrafiya-
nın analoqu olaraq elementar ərazi terminləridir. Millət-dövlətlər kimi, valyu-


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə