Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə84/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
222 
 
 
 
Virtuallaşan siyasi xəritənin anatomiyası 
 
Virtuallaşan dünyanın siyasi xəritəsinin anatomiyası antik dövrlərdən başla-
yaraq dinamik olaraq müasir dövrə qədər formalaşması davam edir. Ölkələrin 
dialektik inkişaf tempini özündə əks etdirən virtuallaşan siyasi xəritəsinin for-
malaşması tarixən antik və yeni ölkələrin yaranmasında aktivlik nümayiş etdi-
rilməsi ilə fərqlənmişdir. 
Virtuallaşan siyasi xəritənin formalaşması  və tarixi-coğrafi mərhələrdə 
dövrləşmənin müxtəlif variantları vardır.
156
  Buraya “mənimsəmə”; “istehsal”; 
“qloballaşma”; “informasiya” və s. iqtisadi-sosial və siyasi variantları daxil 
edilir.  
Eramızdan xeyli əvvəl IV-III minilliklərdə - Mesopotamiyada, Çində, Mi-
sirdə ilk quldarlıq dövlətlərinin formalaşmasının epoxası başlamışdır. Feodal 
istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətli təkan vermişdir. 
Lakin qədim  şahər-dövlətləri demək olar ki, zəif inkişaf etmişlər.  İlk  şəhər 
dövlətlərinə e.ə III minillikdə (Hind çayı vadisində),  şəhər dövlətlərə II 
minillikdə Xuanxe vadisində yaranmasına dair məlumatlar mövcuddur. Yeni 
Dünyada isə ilk şəhər-dövlətlər eramızın ilk minilliyinin birinci yarısında 
müasir Meksika və Perunun ərazilərində yaranmışdır. 
Böyük coğrafi kəşflərdən sonra dünyanın siyasi xəritəsində  əsaslı sürətdə 
dəyişikliklər baş vermişdir. Bu dövrdə xristian dini parçalanmış, iri imperiya-
lar yaranmış, bəşəriyyətin, xüsusilə demokratiyanın inkişafına səbəb olan bir 
neçə inqilab baş vermişdir.  Ən mühüm məsələ bu epoxada Böyük Britaniya 
dövləti monarxiya və müstəmləkəsi geniş ərazilərini əhatə etməyə başlamışdır. 
Sonrakı dövrlərdə Böyük Britaniyanın müstəmləkə siyasətinin təsiri altında 
Hindistan, Avstraliya, Kanada və s. dövlətlərinin formalaşmasında müstəsna 
rolu olmuşdur. 
Avrora ölkələrində, xüsusən sənaye iqtisadiyyatının tələbinə uyğun olaraq 
coğrafi biliklərə ehtiyac artmaqda idi. Dəniz yollarını idarə etmək, beynəlxalq 
ticarəti nizama salmaq, sənaye müəssisələrini yaratmaq və onları xammalla tə-
min etmək və sairə üçün coğrafi biliklərinin olmasını tələb olunurdu. Artıq XX 
əsrin başlanğıcında müstəmləkəçi dövlətlər tərəfindən dünya ərazisinin bölüş-
dürülməsi başa çatmışdı. Belə ki, 1876-cı ildə Afrikanın yalnız 10%-i Qərbi 
Avropa ölkələrinin əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90% ərazini təş-
kil edirdi. Siyasi xəritənin formalaşmasının ən yeni dövrü Birinci Dünya mü-
                                                            
156
 Cб. Виртуальная  реальность и проблемы ее описания. Киев, 2007. 


Dialektik coğrafiya
 
 
 
223
 
 
haribəsinin qurtarması və ölkələrinin yenidən bölüşdürülməsi başlamışdır. Bu 
dövrdə həmçinin yeni hərbi qurum - NATO yaranmışdır.  
Müasir siyasi xəritədə sahəsinə görə on  dövlət fərqlənir: Rusiya Federasi-
yası (17.1 mln.kv.km.), Kanada (10 mln.kv.km.), Çin (9,6 mln.kv.km.), ABŞ 
(9,3 mln.kv.km.), Braziliya (8,5 mln.kv.km.), Avstraliya (7,7 mln.kv.km.), 
Hindistan (3,3 mln.kv.km.), Qazaxıstan (2,8 mln.kv.km.), Argentina (2,7 mln. 
kv.km.) və Sudandır (2,5 mln.kv.km.). Bu ölkələrdən hər birisinin ərazisi 3 
milyon kv.km -dən artıq olan 7 ölkə - Rusiya. Kanada, Çin, ABŞ, Braziliya, 
Avstraliya və Hindistan dünyanın quru hissəsinin yarıya qədərini tutur. Ərazi-
sinə görə ən kiçik dövlətlər Avropada, Asiyada, Afrikada, Latın Amerikasında 
və Okeaniyada yerləşirlər. Bunlardan 5-i - Andorra, Lixtenşteyn, San-Marino, 
Monako və sahəsi 44 ha olan Vatikan Avropada yerləşir. Afrikada yerləşən 
Seyşel adaları və Mavriti, Amerikada Barbados və Qrenada, Okeaniyada Ton-
qa və Nauru mikro dövlətlərdir.  
Ölkələr əhalisinin sayına görə də qruplaşdırılırlar. Dünyada 11 dövlətin hər 
birisinin 100 milyondan artıq  əhalisi vardır. Bunlar Çin Xalq Respullikası, 
Hindistan, ABŞ, Indoneziya, Braziliya, Pakistan, Rusiya Federasiyası, Banq-
ladeş, Yaponiya, Nigeriya, Meksikadır. Əhalisi 100 milyon nəfərdən çox olan 
ölkələr dünya əhalisinin 3\5 hissəsindən, əhalisi 50 milyon nəfərdən çox olan 
24 ölkə isə dünya əhalisinin 4\5 hissəsindən artığını özündə cəmləşdirmışlər.  
Müasir siyasi xəritədə özünə yer tapmış dünya ölkələri coğrafi mövqelərinə 
görə də qruplaşdırılırlar. Bunlardan materikdaxili, dənizkənarı, yarımada, ada, 
arxipelaq ölkələrini göstərə bilərik. Bu qruplara aid olan bəzi ölkələrin adlarını 
çəkə bilərik. Məsələn, yarımada dövlətlərinə  İtaliya,  İspaniya, Türkiyə, Hin-
distan, Səudiyyə  Ərəbistanı, ada dövlətlərinə - Böyük Britaniya, İrlandiya, 
Madaqaskar, arxipelaq dövlətlərinə - Yaponiya, İndoneziya (13000 ada), Fi-
lippin (7000 ada) aid edilirlər.  
 
 
 
 
 
 
 
 
 
 
 


  Ağazeynal A. Qurbanzadə 
 
224 
 
 
 
İyirmi birinci önəm                     
Kreativ inkişafın virtual coğrafiyası
 
 
 
 
 
 
 
 
 
Kreativ iqtisadi inkişafın virtual coğrafi effektliyi 
 
İnformasiya epoxasında kreativ iqtisadi inkişafın coğrafiyasının effektliyi-
nin məsələlərinə dair elmi mənbələrdə müxtəlif ideyalar mövcuddur
157
. Fik-
rimizcə, məntiqi olaraq kteativ iqtisadi inkişafının önəmində “təklif və tələb”in 
dialektik əlaqələrinin coğrafi və iqtisadi biliklərin praktikasının effektliyi ölkə-
nin dayanıqlığı üçün strateji mahiyyət daşıya bilər. Elmi və metodoloji düşün-
cə tərzi ondan ibarətdir ki, makroiqtisadi səviyyədə kreativ iqtisadi inkişafının 
formalaşması  və  ərazi təşkilinin nisbətində tarazlı funksiyalarının çərçivələri 
fəaliyyət göstərmək qabiliyyətinə malik ola  bilsin.  
Bu çərçivələrə aşağıdakı iqtisadi və coğrafi resurs funksiyaları daxildir. 
                                                                     ▼ 
Xammal resursun potensialı və effektliyi 
 
Resursun kompleks istifadəsinin virtuallığı 
 
Kreativ virtual resursun iqtisadi inkişafı 
 
Texnoloji  tərəqqinin tədbiqi 
 
Kreativ ixrac –idxal məhsulunun coğrafiyası 
 
Kreativ virtual coğrafi və iqtisadi problemlərinin reallaşdırmaq məqsədi ilə 
bir neçə istiqamətlərini təhlil edək. Minillik sammitin materiallarında kreativ 
resurslarından kompleks istifadə edilməsinə dair məsələlərinə önəm verilmiş-
dir. Önəmin ideyasında kreativ resurslarından dünya ölkələrində istifadə edil-
məsinin real imkanları dəyərləndirilmişdir. Paradoks ondan ibarətdir ki, inki-
                                                            
157
 
Форрестер Дж. Мировая динамика. М., 2003.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə