Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

Dialektik coğrafiya
 
 
 
211
 
 
di və texnologiya məkanın formalaşması funksional həssaslıqdan asılıdır. Ma-
nuel Kastels iqtisadi inkişafı bütün planet miqyasında real “məkan-zaman” 
funksiyalarını vahid iqtisadi sistem kimi qəbul etmişdir. Onun ideyasına əsa-
sən iqtisadi inkişafının funksional anlayışı iqtisadi sahələrinin inteqrasiyası an-
layışından daha geniş məna daşıyır. 
Müasir dünya iqtisadi siyasətinin xəritəsi lahihəsi Beynəlxalq Valyuta Fon-
du və digər beynəlxalq maliyyə institutları  tərəfindən qeyri-qərb ölkələrinə 
münasibətdə reallaşdırılmış  və “Vaşinqton konsensisu” adını almışdır. Layi-
hənin əsasında iqtisadiyyatın dövlət tərəfindən nizamlanmasının “köhnəlmiş” 
Keyns modelinin neoliberal monetarist modeli ilə  əvəzlənməsi durur. Bu 
siyasətin reallaşması TMK və “qızıl milyard” ölkələrinin xeyrinə təbii-istehsal 
resurslarının potensialından təzədən bölgüsünü sürətləndirməyə imkan verir. 
Qlobal iqtisadi inkişafın tərəfdarları olan ölkələr hər il Ümumdünya Davos 
Forumunda görüşürlərdə fikirlərini bölüşdürürlər. Görüşdə dövlət başcıları, 
tanınmış iş adamları və siyasi elitanın nümayəndələri iştirak edir. Forumun əsas 
məqsədi dünya iqtisadiyyatın qloballaşma institutlarının yaradılması  və idarə-
edilməsindən ibarət olmasıdır. 
İqtisadi qloballaşma  şəraitin də dövlətin davranışını geoiqtisadiyyat elmi 
öyrənir. Bu elm geoiqtisadi ölkələrdə geosiyasət kimi qloballaşma və region-
laşma faktorlarının inkişafında rəqabətədavamlı iqtisadi inkişafa nəzarət edir. 
Geoiqtisadi ölkələr (regionlar) dialektik inkişaf kodla, iqtisadi-sosial praktika 
ilə  və geostrategiya ilə birləşdirən “böyük məkanlar”nı  təmsil edir. Dünyada 
baş verən siyasi və iqtisadi sahələrinin dinamik inkişafı “kapital istehsalı” 
funksiyasının formalaşmasında yeni formalar yaratmışdır. Bu formalar ilkin 
olaraq sənaye ölkələrinin qütbləşməsinə imkanının yaratması ilə  fərqlənirlər. 
BMT-nin iqtisadi ekspertlərinin təhlillərinə görə, yaxın dövr ərzində inkişaf 
etməkdə olan bir sıra ölkələrin (Brazilya, Argentina, Hindistan və s.) qismən 
olması yeni texnologiyaların mənimsənilməsinin nəticəsində sənaye ölkələrinə 
çevrilməsi proqnozlaşdırılır. Ümumi elmi dəyərli məntiqi yanaşmaya görə, iq-
tisadi və siyasi cəhətdən inkişaf edən ölkələr arasında qütbləşmə proseslərinin 
davam ediləcəyi gözlənilir. Nəticədə transmilli ölkələrin (regionların) və qütb-
lərin yaradılması tendensiyası sürətləndirilir. 
İqtisadi və texnoloji inkişafının üç qütbünün hər biri müxtəlif iqtisadi dia-
lektikaya malikdir. Şimalı Amerika qütbündə (ABŞ) monopoliya sistemli 
(TMK) idarəetmə  və makostruktur sahələrinin yaradılması siyasətinin nümu-
nəsidir. Qərbi Avropada ölkələrarası sərhədlərində iqtisadi inteqrasiya önəm-
dədir, Asiya-Sakit okean qütbü ölkələrində isə texnologiyalarının bacarıqla 
istifadəsi üzərində qurulmuşdur. Burdan belə bir nəticə hasil olunur ki, dünya 


  Ağazeynal A. Qurbanzadə 
 
212 
 
 
ölkələrinin iqtisadi və texnoloji inkişafının qütbləri böyük iqtisadi inkişafa 
malik olan “səhrası”dır. 
Dayanıqlı inkişaf metodologiyasına əsasən inkişaf etmiş ölkələr (İEÖ) dün-
ya iqtisadiyyatına və siyasətinə hökmranlıq edirlər. İEÖ ölkələr sisteminə (33  
dövlət): Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Sinqapur, İsrail istisna ol-
maqla, onların əksəriyyəti Qərbi Avropa, ikisi isə (ABŞ, Kanada) Şimali Ame-
rika, Avstraliya və Yeni Zelandiya daxil edilir. Bu ölkələrin dayanıqlı inkişa-
fında kompleks struktur sahələrinin  ərazi təşkilinin formaları üstünlük təşkil 
edir.  İEÖ daxili və xarici siyasəti qloballaşma mühitinin dəyişdirilməsində, 
NATO hərbi-siyasi blokunda mütləq üstünlüyə malikdirlər. 
İnkişaf etmiş ölkələrnin coğrafiyasında çoxfunksionallıq aşağıdakı formada 
ümumi məzmuna malikdir:  
* inkişaf etmiş sənaye kompleksinə malik dövlətlər sayılır. Yüksək texnolo-
giyalarını özündə birləşdirən sənaye kompleksləri dünya iqtisadiyyatında müt-
ləq mövqe nümayiş etdirir; 
* inkişaf etmiş ölkələrin potensial iqtisadi inkişafı optimal səviyyədədir. 
İEÖ-də ÜDM-in hər nəfərə düşən həcminin valyuta məzənnələri əsasında he-
sablanmış göstəricisi dünya üzrə orta səviyyəni  4-5 dəfə üstələyir. 
Dialektik coğrafiya elminin formalaşmasında Qərb-Şərq modelinin srategi-
yasının mövqe üstünlüyünə malikdir. Antik dövrlərdən başlayaraq ümumi in-
kişaf fonunda Qərb-Şərq arasında müəyyən oxşar və  fərqli  cəhətlər fəaliyyət 
göstərmişdir. Tarixən Şərq modeli daha erkən təkamül eralarını əhatə etmişdir. 
İlkin olaraq Şərqdə dövlətçilik feodal dövrlərdə yaranmış və funksionallığına 
görə Qərb ölkələrindən seçilmişdir. Şərq modelində dövlətçilik monorxiya tip-
li mərkəzləşdirilmiş idarəetmə sistemi olduğu halda, Qərb modelində isə yet-
kin feaodalizm dövründə siyasi parçalanma hökm sürmüşdür. 
Dövlətçilik ənənələri Çində daha erkən dövrlərdə formalaşmışdır. Erkən III 
əsrdən başlayaraq formalaşdırılmış “dövlət pay sistemi” V əsrdə “bərabər sahə-
lər sisteminə” modifikasiya olunmuşdur. Məntiqi baxımdan, Çin orta əsrlərdə 
texnoloji cəhətdən daha yüksək inkişaf etmiş dövlət hesab olunurdu. VIII əsrdə 
kağız  pullar  buraxılmışdır. Böyük həcmdə istehsal sahələr yaranmışdır (çay, 
duz, müxtəlif metallar və s.). Daha erkən dövrlərdə Hindistan,Yaponiya və s. 
Şərq ölkələrində feodal mülkiyyət modelləri fəaliyyət göstərirdi. 
Orta  əsr  şərq tipli şəhərlərində  əhalinin yüksək səviyyədə yerləşməsi (15-
25%);  şəhər sənətkarlığının inkişafı; ticarət kapitalının üstün olması; dövlət 
müəssisələrinin mövcudluğu (məsələn, Hindistanda XIV-XV əsrdə karxanalar) 
və s. Şərq modellərini göstərə bilərik. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə