Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə79/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   75   76   77   78   79   80   81   82   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
208 
 
 
Dünyanın geosiyasi xəritəsində iqtisadi inkişafda aparıcı qüvvə kimi sənyae 
ölkələrinin coğrafiyasında dayanıqlı istehsal komplekslərin  ərazi təşkili ön 
plandadır. Digər bir tərəfdən isə dünya ölkələri arasında zəif inkişaf etmiş öl-
kələrin geridə qalmasının başlıca səbəbi onların sənaye ölkələrindən asılı və-
ziyyətdə olmasıdır. 
Məntiqi olaraq, inkişaf etməkdə olan ölkələrin təsnifatında bir sıra ölkələr 
vardır ki, onlar (Braziliya, Meksika, Hindistan və s.) intensiv inkişaf edərək 
geridə qalmış ölkələr üçün “ iqtisadi mərkəz”ə çevrilirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dialektik coğrafiya
 
 
 
209
 
 
  
On doqquzuncu önəm               
Dialektik  funksional strukturunun                    
                                             həssaslığı
                                           
 
                                                
 
 
 
 
 
Qloballaşma məntiqində funksional struktur həssaslığı  
 
“Qloballaşma” məntiqi XX əsrin 50-ci illərində meydana gələn anlayışlar-
dan biridir. Qlobal  funksional inkişafı ilə  əlaqədar olaraq ilk dəfə  Teodor 
Leviti tərəfindən (ABŞ, 1983-cü il) “Bazarların qloballaşması” adlı məqaləsin-
də təhlil edilmişdir. Fransa elmi mərkəzlərində “qloballaşma” termini altında 
iki mühüm ideya istiqamətlərini önəmə  gətirirlər: mondiallaşma (fransısça-
dünya) və qloballaşma. Mondiallaşma müəyyən ölkələrinin və iqtisadi-sosial 
sahələrinin dairəsinin əhatə edən internasionallaşması ifadəsini özündə birləş-
dirir.  İnformasiya texnologiyalarının imkanları sahəsində ölkələrin sərhədləri 
və zaman anlayışını inkar edən mondiallaşma ifadəsinin məzmunu qloballaş-
madan fərqlənir. Qloballaşma isə  ən çox dünya ölkələrinin maraq dairəsinin 
iqtisadi inkişafının yeni mərhələsi kimi təhlil edilir. 
N.Kissincerin fikrincə “...qloballaşma ABŞ-ın mütləq geosiyasi üstünlüyü-
nü təmin edən çoxqütüblü dünya qaydasından bir qütblü dünya qaydasına tari-
xi keçid dövrünü əhatə edir”. Elmi mənbələrdə həm də “əks qloballaşma” ter-
minindən də istifadə edilir. Bu isə qərb ölkələrinin kapitalının,istehsalının və 
texnologiyalarının miqrasiyasının assimetrik hərəkəti ilə şərtlənir. 
Manuel Kastels “İnformasiya epoxası” adlı əsərində qloballaşmanın əsasın-
da informasiya iqtisadiyyatını və “şəbəkə cəmiyyətini” təhlili zamanı qlobal-
laşma ifadəsini də dünya texnokommunukasiya və rəqəmli elektron şəbəkəsi-
nin formalarını əsas götürmüşdür. Təhlil zamanı müəyyən olunmuşdur ki, in-
formasiyanın daha yüksək səfərbərlik qabiliyyəti yeni rəqəmli kommunu-
kasiya şəbəkəsi ilə əlaqədardır və bunun nəticəsində də ölkələrarası kapitalın 
miqrasiya qabiliyyəti yüksəlir. 
ABŞ-ın tədqiqat elmi mərkəzlərində İmmanuel Vallerstayn tərəfindən yara-
dılmış “dünya sistemləri” adlı nəzəriyyəsində ilk dəfə olaraq dünya ölkələrini 
bir tam kimi, sistem kimi tədqiq etməyə başlamışdır. Tədqiqatın nəticəsi kimi 


  Ağazeynal A. Qurbanzadə 
 
210 
 
 
dünya ölkələrini mərkəzə və periferiyaya bölünmüş, “mərkəzçi” geosiyasi el-
mi məktəb yaradılımışdır. 
Araşdırmalar göstərir ki, dünya ölkələrinin iqtisadi inkişaf dialektikasının 
yenidən qurulması dövründə  və ona müvafiq siyasi-iqtisadi xəritəsinin trans-
formasiyasının prosesləri yalnız periferiya ölkələrinin hesabına baş verir. Ora-
dan bəzi ölkələr yuxarı pilləyə keçir, digərləri isə periferiya səviyyəsinə qədər 
deqradasiyaya uğrayır. Dünya ölkələrinin iqtisadi sisteminin, uzun dalğalarına 
üç tsiklli modelini (Kondratyev tsiklləri) tətbiq edən Vallerstayn son iki yüz 
ildə dünya ölkələri “nüvəsi”nin yerdəyişməsini müəyyən etmişdir. Dünya iqti-
sadi inkişaf tempinin ağırlıq mərkəzi Böyük Britaniyadan Almaniyaya, sonralar 
isə “qlobal sivilizasiya”lar dövründə qərbə - ABŞ-a “miqrasiya” olunmuşdur. 
Ferman Brodelin “Maddi sivilizasiya, iqtisadiyyat və kapitalizm XV-XVIII 
əsrlər” (1967-ci il) əsərində “böyük məkanların avtarkiyası” anlayışının  əsa-
sında dünya ölkələrinin iqtisadiyyatı haqqında təsəvürlərini elmi dövriyyəyə 
çıxartmışdır. 
Samyuel Xantinqton “Sivilizasiyaların toqquşması və dünya qaydaların ye-
nidən qurulması” adlı fundamental əsərində (1996-cı il) göstərir ki, XX əsr 
ideyalarının qarşı-qarşıya durması əsri idisə, XXI əsr sivilizasiyaların və din-
lərin toqquşması əsri olacaqdır. O, yeni dünya quruculuğunda ABŞ-ın rolunu 
həlledici faktor kimi göstərir. 
Ferdinant Drayker belə hesab edirdi ki, inkişaf etmiş ölkələrin  ən böyük 
üstünlüyü orada çoxsaylı yüksək səviyyəli zehni əmək işçilərinin olmasıdır. 
Onun “İdustrial insanın sonu”, “Korporasiyalar nəzəriyyəsi”, “Poskapitalist 
cəmiyyət” və s. əsərlərində dünya ölkələrinin qlobal inkişafına dair yanaşma-
larının faktorlarını təhlil etmişdir. 
Qloballaşma sisteminə aid Lester Kral Turoy hesab edir ki, əgər XIX əsrin 
sonunda lokal təsərrüfat sistemləri milli iqtisadi inkişaflarla əvəz olunmuşdur-
sa, XX əsrin sonunda isə onun yerinə qlobal iqtisadi inkişaf mərhələsi gəldi. 
Cozef Stiqlits “Qloballaşma və ondan narazılıq” (2002-ci il) əsərində qlo-
ballaşmanın neqativ təzahürünə görə məsuliyyətini BVF-nun üzərinə düşməsi-
nə dair təkliflər vermişdir. Onun fikrincə, dünya ölkələrin iqtisadi və sosial in-
kişafında ideoloj və siyasi faktorlar qloballaşma şəraitində nəzərə alınmalıdır. 
 
 
Funksional həssaslığının dialektik  anatomiyası 
 
Funksional həssaslıq problemi elmi mənbələrdə daha geniş  məna daşıyır. 
Müəyyən dialektik yanaşma tərzi göstərir ki, iqtisadi inkişafda kapitalın hərə-
kətini sürətləndirən və yeni ideyaların tədbiqini təmin edən vahid dünya iqtisa-


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə