Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

Dialektik coğrafiya
 
 
 
213
 
 
Böyük coğrafi kəşflərdən sonra Qərb modeli üstünlük qazanmış və müasir-
ləşmişdir. Qərb modelində  XIII-XIV əsrlərdə şəhərlər xüsusi rol oynamışdır. 
Şəhər əhalisinin əksəriyyəti müxtəlif istehsal sahələrində çalışırdı. Metal ema-
lı, toxuçuluq və s. sahələr  şəhər  əhalisinin məşğuliyyəti hesab edilirdi. XVI-
XVII əsrlərdə Qərb modelində ilk manufakturalar meydana gəlməyə başlamış 
və sonrakı illərdə isə yeni kapitalist istehsal münasibətlərinin formalaşmasına 
səbəb oldu. Pul vahidlərinin yaranması nəticəsində ilkin olaraq İtaliyada, son-
ralar isə Niderland və İngiltərədə bank sisteminin yaranmasına gətirib çıxart-
mışdır. 
Qloballaşan cəmiyyətin dialektik coğrafiyasının formalaşmasında  Şərq və 
Qərb təkamül gerçəklikləri və inkişaf təmayülləri strateji mahiyyət daşıyır. 
Qərb-Şərq dialektik inkişafının müxtəlifliyi bir sıra iqtisadi və sosial komplek-
sini yaratmışdır. Müasir qlobal situasiyanın problemlərinin çoxluğu bununla 
bağlıdır. Tarixi dövrlər  ərzində siyasət, iqtisadi inkişaf və s. problemlərində 
oxşar modellər əsasında inkişaf etmiş Qərb-Şərq dialektikası,sonrakı dövrlər-
dən sonra Qərb yolu daha effektli, təkamül çərçivəyə çevrilmiş və müasirləş-
mişdir. Bu səbəbdən də sivilizasiyaların inkişaf tarixini öyrənən müəlliflər 
Qərblə Şərq arasında coğrafi fərqlərinin olmasına dair mülahizələrinin nəticə-
lərinin öyrənilməsi elmi əhəmiyyət kəsb edir. 
 
 
Transmilli korporasiya sistemi və funksional coğrafiyası 
     
Müasir dövrdə transmilli korporasiya (TMK) sisteminin homogenliyi  daya-
nıqlı inkişafın hərəkverici və güc qüvvəsi hesab edilir. Dövlətin daxilində döv-
lət kimi fəaliyyət göstərən TMK-lar dünya ölkələrinin siyasi, iqtisadi və hərbi 
strukturlarını yaradır və balanslaşdırılması funksiyalarını fəallaşdirmaq iqtida-
rına malikdirlər. Dünya ölkələrinin siyasi-iqtisadi və dayanıqlı inkişaf strategi-
yası cəmiyyətin təkamülü ilə əlaqəlidir və bu inkişafın dinamikası “kapital-is-
tehsal”ın dialektikasının məntiqi yanaşmasının nəticəsi kimi formalaşmışdır. 
Avropa ölkələrində yeni tipli struktur inkişafının  əsasında formalaşmaya 
məruz qalan sənayenin yeni sahələrinin yaranması və texnoloji əsaslarla isteh-
salın idarə edilməsı prosesləri XIX əsrin sonu və XX əsrin əvvəllərində “ka-
pital-istehsal”ın dialektik vəhdətinin  əsasında monopoliyaların yaranmasına 
səbəb olmuşdur. 
Dünya xəritəsində ilk monopoliyalar Avropa ölkərində  və ABŞ-da yaran-
mışdır. BMT-nin iqtisadi ekspertlərinin proqramlarında göstərilir ki, iki və da-
ha çox ölkədə istehsal kompleksləri olan, bazar iqtsadiyyatı ilə  əlaqəsi olan, 
müxtəlif ölkədə mülkiyyəti olan və BMT-nin qeydiyyatından keçən beynəl-


  Ağazeynal A. Qurbanzadə 
 
214 
 
 
xalq şirkətlərin birliyi TMK adlandırılır.  Dünya iqtisadi inkişafının qloballaş-
ması ilə  əlaqədar olaraq elmtutumlu, kapitaltutumlu ərazi-istehsal komplek-
sinin  xarakterində yeni elmi-texniki laboratoriyalarının yaradılmasının əsasın-
da formalaşan istehsal sahələrinin kompleks formaları üstünlük təşkil etmişdir. 
Bu üstünlük sahələrarası və regionlararası optimal səviyyədə birliklərin, kon-
sernlərin yaranmasına səbəb olmuşdur. XX əsrin  əvvəlində ABŞ-da 80 iri 
konsern öz məhsullarının 60%-nə nəzarət edirdi. 
Müasir iqtisadi inkişaf mərhələsində TMK-lar dünyanın siyasi-iqtisadi hə-
yat tərzinin aparıcı sahələrini özündə birləşdirir. Dayanıqlı iqtisadi inkişaf sə-
viyyəsində 100-dən çox TMK avtomobil, elektronika və elektron avadanlığı, 
neft, neft-kimya sənaye kompleksinin 70%-nə nəzarət edirlər. Optimal inkişaf 
səviyyəsi baxımında 100-dən çox TMK-ın 95%-i ABŞ, Yaponiya və  Qərbi 
Avropanın qabaqcıl ölkərinin sisteminə daxil edilir. 
İnkişaf etmiş  Qərb ölkələrinin siyasətinin əsas strateji istiqamətlərindən biri 
də transmilliləşməsinin ideyasıdır. Bu ideyanın aparıcı qüvvəsi məhz TMK-
lardır. Məsələ ondan ibarətdir ki, müasir dövrdə dayanıqlı iqtisadi strategiya-
sının həyata keçirilməsi prosesində TMK-nın təsiri ilə əlaqəli siyasəti üstünlük 
təşkil edir.  
Dünyanın iqtisadi xəritəsində TMK investisiya siyasəti; beynəlxalq ticarət
innovasiya və texnologiyaların yaradılması  və yayılması; qlobal səviyyədə 
kreativ miqrasiyasına maraq yaradılması  və s. məzmunlu problemlərinin fə-
aliyyəti və idarəedilməsi ilə çıxış edirlər. Bunlar beynəlxalq kapitalın hərəkəti-
nə, rəqabətədavamlı  sənaye məhsullarının ixrac potensialına nəzarət etməklə 
yanaşı, dünya bazarında onların realizasiyasını müəyyənləşdirirlər. 
Transmilliləşmə ideyasına  əsasnan TMK ərazi-istehsal komplekslərin qlo-
ballaşmasında həlledici mövqeyə malikdirlər. Dünya rəqabətədavamlı  sənaye 
kompleksin 55%-ə qədəri, xarci ixrac potensialının 60%-ə yaxnı TMK-lar tə-
rəfindən reallaşdırılır. Bunula yanaşı yeni inovasiya yeniliklərinə, “nou-xau”ya 
olan patent və lisenziyaların 75-80%-nə TMK nəzarət edirlər. Bu səbəbdən də 
ÜDM göstəricilər sistemində TMK-rın xüsusi çəkisi son 20 ildə 18%-dən 
35%-ə qədər yüksəlmişdir. 
Qlobal iqtisadi səviyyədə 500-dən artıq nəhəg TMK yaradılmışdır. Beynəl-
xalq ixrac potensialının inkişafında TMK-ın fəaliyyət miqyasını artırılması ilə 
əlaqədar BMT-nın “Ticarət və inkişaf konfransı” 1990-cı ildən TMK-lar üçün 
“Transmilliləşmə indeksi”ni təklif etmişlər (üç göstərici əsas götürülür: xarici 


Dialektik coğrafiya
 
 
 
215
 
 
aktivləri, satışın və məşğulluğun xüsusi çəkisi). Transmilliləşmə indeksinin
153
 
əsasında İçveçrə elektron avadanlıqları TMK-nın indeksi-95.7; ABŞ-ın Gene-
ral Elektrik TMK-33.1; Kanadanın Seagram TMK-nın indeksi - 97.1 və s. he-
sablanmışdır. 
TMK sistemində beynəlxalq dərəcəli maliyyə mərkəzləri fəaliyyət göstərir-
lər. Nyu-York, Çikaqo, London, Tokio, Bazel, Amsterdam, Honkonq dünya-
nın maliyyə mərkəzləri sayılır və TMK tərəfindən idarə olunur. Ekspertlər tə-
rəfindən TMK-ın kapital ixracı məsələrini ön plana çəkirlər. 
Təhlillər göstərir ki, xarici ölkələrin iqtisadi inkişafına yönəldilmiş birbaşa 
kapitalının 90%-nə TMK-lar tərəfindən yerinə yetirilir. ABŞ-da fəaliyyət gös-
tərən “Çeyz”, “Morqan”, “Melon”, “Limen-Qoldmen”, “Saks”; Yaponiyada - 
“Sumitomo”, “Dançi-Kanti; Almaniyada - “Deutsche Bank AG”, “Dresdner 
Bank AG” və s. maliyyə mərkəzləri TMK dünyanın dayanıqlı iqtisadi inkişafı-
nı təmin etmək siyasəti ilə fəaliyyət göstərirlər.  
İnnovasiya  iqtisadiyyatına dair ideya mənbəyini ilk dəfə olaraq Y.A.Şum-
peter (ABŞ) tərəfindən təhlilləri aparılmışdır. İnnovasiya - sadəcə olaraq yeni-
lik kimi qəbul olunmur. Yeni kəşfin, texnoloji yeniliyin yaradılması və onun 
intellektual səviyyədə tətbiqini nəzərdə tutulur. Bu məqsədlə də texnoloji ak-
tivliyin yeni qloballaşması” ideyası  məqsədi ilə TMK fəaliyyət göstərirlər. 
Qlobalaşan iqtisadi inkişaf strategiyasının tələb və  nəticələrinə uyğun olaraq 
TMK elmtutumlu, resurstutumlu və kapitaltutumlu müasir məhsullar yaradır-
lar. Ümumilikdə TMK-lar daha çox maliyyə vəsaiti tələb edən layihələr həyata 
keçirmək, ölkələrin intellektual alimlərinin tədqiqatlarından istifadə etmək və 
s.imkanlarına malikdirlər. 
      
           
 
 
 
 
                                                         
 
 
                                                            
153
 “Transmilliləşmə inedksi” – xarici aktivin cəmi aktiv vəsaitə olan nisbəti; xarici ticarətin 
cəmi satışa olan nisbəti; xarici filiallarda işləyənlərin cəmi işçilərə olan nisbəti kimi hesab-
lanır. Bu üç ğöstəricilərinin orta həddi indeksləşmənin müəyyən edilir.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə