Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
170 
 
 
raturu beynin hipotalamus mərkəzi tərəfindən tənzimlənir, bədən temperaturun 
qalxıb-enməsinə  həssaslıq göstəri.
142
 Əgər  ətraf mühitin temperaturu 27-32
0
 
dəyişilərsə, bədən temperuturu 37
0
-yə qalxmasına səbəb olur. Sübut olunmuş-
dur  ki, nigeriyalılar, çinlilər, hindlilər, Kalixari səhrasında yaşayan buşmenlər
Cənubi Afrika bantuları, habelə tropik ölkələrdə və səhralarda yaşayan avro-
palılar isti iqlim şəraitinə eyni formada uyğunlaşır. Deməli, bütün irqlərə mən-
sub olan xalqlar ətraf mühitinin dinamikasının uyğunlaşma xüsusiyyətinə ma-
likdirlər. Bu səbəbdən də ilk insan ekvatorial təbii komplekslərində yaran-
masına dair yanaşmaları düzgün sayılır. 
Bioloji varlıq kimi,insan orqanizmi həm də soyuq iqlim şəraitində yaşama-
ğa da fizioloji cəhətdən uyğunlaşır. Təhlillərə əsasən, Artikada yaşan əhalinin 
enerjiyə olan tələbatı tropok ölkələrdə yaşayanlara nisbətən daha yüksəkdir. 
Nəticələr göstərir ki, insanda maddələr mübadiləsi zamanı istiliyin artması zü-
lal tərkibli qida qəbul etməklə əlaqədardır. Müəyyən olunmuşdur ki, soyuq iq-
lim şəraitində yaşamağa uyğunlaşmış insanların dərisi, hətta soyuqda belə,isti 
olur. Məsələn, Avstraliyanın mərkəzi massivlərində yaşayan aborigenlər 0
0

temperaturda paltarsız yatır və bu zaman heç bir narahatçılıq hiss etmirlər. La-
kin onlar üzərində müşahidə aparan avropalı alimlər belə şəraitdə yata bilmə-
miş və soyuqdan əziyyət çəkmişlər. Deməli, abrogenlər avropalılara nisbətən 
aşağı temperatura dözumlülükləri ilə  fərqlənirlər. Avropalılar ilk vaxtlar so-
yuqda yata bilməsələr də, müəyyən vaxtdan sonra həmin şəraitə fiziloji uyğun-
laşmışlar. 
İnsanlar arasında bədən formasının xarakterlərinə görə mövcud olan fərqlər 
mühitə uyğunlaşmada mühüm əhəmiyyət kəsb edir. Tədqiqatlara görə isti öl-
kələrdə yaşayan bütün insan populyasıyalarının bədəninin orta çəkisi mülayim 
və soyuq iqlim şəraitində yaşayanlara nisbətən aşağıdır. İsti ölkələrdə yaşayan 
inasanların aşağı  və yuxarı  ətrafları  bədənin ümumi ölçüsünə nisbətən uzun-
dur.
143
 
Günəşin ultrabənövşəyi, eləcə  də kosmik və sair şüalar insan orqanizminə 
ciddi təsir göstərir. Yer kürəsinin müxtəlif enliklərində ultrabənövşəyi şüaların 
insan orqanizminə təsiri arasında fərqlər müşahidə olunur. Şüaların təsiri nəticə-
sində dəridə baş verən qaralma bir sıra mürəkkəb proseslərlə əlaqəlidir. Dərinin 
qaralması aşağı dozada baş verdikdə belə onun əlamətləri iki aya qədər qalır ki, 
bunun özüdə müdafiə effektini yaradır. Buna misal olaraq albinosları göstərmək 
olar. Onlarda dəri qaralmır, lakin epitem dozanın səviyyəsi yüksək olur. 
                                                            
142
 Основы экологии. М., 2010. 
143
 Виология человека. М., 2002. 


Dialektik coğrafiya
 
 
 
171
 
 
Tədqiqatların nəticələrinə görə,ultrabənöşəyi şüalarla dəri xərçənki arasında 
əlaqələr mövcuddur. Günəş radiasiyası yüksək olan coğrafi enliklərində  dəri 
xərçənki geniş arealları əhatə edir. Dəri xərçənkinə ağ dərili insanların üzündə 
(bədənin paltarla örtülməyən hissəsində) daha çox müşahidə olunur. Avstrali-
yanın Kvinclend ştatı ekvatorda yerləşdiyi səbəbindən orada yaşayan insanlar 
arasında dəri xərçənkinin rastgəlmə tezliyi Böyük Britaniyada yaşan insanları-
na nisbətən 20 dəfə çoxdur. 
Coğrafi enliklərdə məskunlaşan insanların dərisinin rəngliyinin müxtəlifliyi 
ültrabənövşəyi şüalarının intensivliyi ilə əlaqəlidir. Sudan ölkəsində günəş ra-
diasiyasının intensivliyi maksimum olduğu üçün orada yaşayan insanlar ara-
sında güclü piqmentləşmə müşahidə edilir. Səhra və savanna zonalarında yaşa-
yan insanların dərilərinin rəngi çox tünd olur. Mülayim qurşaqlarda bülüdlu 
günlərin sayı çox olduğu üçün orada yaşayan insanlar il boyu ən az günəş işığı 
qəbul edirlər. Arktika səması isə yayda bulud və tozdan azaddır. Qışda isə qar 
və buz qatı düşən işığı əks etdirdiyinə görə ultrabənövşəyi şüaların intensivliyi 
yüksəlir. Mülayim qurşaqlarda yaşayan insanlara nisbətən Arktika xalqlarının 
dərisinin qarabuğdayı olması da məhz bununla əlaqədardır. 
Tibet dağlarında insanlar tərəfindən istifadə edilən torpaqlar dəniz səviyyə-
sindən 2700-4500 metr yüksəklikdə yerləşir. And dağlarında məkunlaşan in-
sanlar isə dəniz səviyyəsindən 5200 metr yüksəklikdə daim oturaq yaşayır və 
işləyir. And dağlarında yaşayanların bir qismi hər gün filiz mədənlərində 
işləmək üçün hətta 5800 metr yüksəkliyə qalxır, işdən sonra isə 600 metr aşağı 
enerək özlərinin daimi yaşayış yerlərinə  (fərq 5200 metr ) qayıdır. 
İnsan uzun müddət yüksək dağ şəraitində yaşadıqda onda bir çox uyğunlaş-
ma əlamətləri meydana çıxır və nəticədə orqanizm daha dözümlü olur. Dəniz 
səviyyəsindən aşağıda yaşayanların hər mm
3
 qanında 4.2 mln.eritrosit olduğu 
halda, 2400 metr yüksəklikdə 6.0 mln., 4100 metrdı 7.5 mln., 5600 metr yük-
səklikdə isə 8.3 mln. eritrosit olur. Dəniz səviyyəsindən yuxarı - 3500 metrə 
qədər yüksəklikdə yaşayanların qanın tərkibindəki hemoqlobinin miqdarı ilə 
barometrik təzyiq arasında qarşılıqlı asılılıq mövcuddur. İrqi mənsubiyyətin-
dən asılı olmayaraq 2500-3000 metr yüksəklikdə yaşayan kəşmirlilər, 4500 
metr yüksəklikdə yaşayan tibetlilər, 5500 metr yüksəklikdə yaşayan And dağ-
larının sakinləri məskunlaşdıqları şəraitə eyni reaksiyada uyğunlaşma əlaməti 
qazana bilir. Məsələn, Perunun (And) yüksək dağ rayonlarının yerli sakinləri-
nin qanında eritrositlərin miqdarı dəniz səviyyəsindən aşağıda yaşayan popul-
yasiyalara nisbətən 30% yüksəkdir. Alimlər yüksək dağ şəraitində yaşayan po-
pulyasiyalar üzərində apardıqları müşahidələrinə əsasən belə bir nəticəyə gəl-
mişlər ki,dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yaşayan şəxslər yüksək 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə