Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə60/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   56   57   58   59   60   61   62   63   ...   90

Dialektik coğrafiya
 
 
 
161
 
 
“İnsan potensialın inkişafı” termini cəmiy-
yətin dinamik gerçəkliklərinə dair ideyaları 
önəmli sayılır.  İnsan potensialın fərqli stan-
dartlarla ölçülməsi = sosial inkişaf, siyasi 
inkişaf və s. = həm də dialektik inkişaf ilə 
əlaqədardır. 
 
On üçüncü önəm               
İnsan potensialın genezisi və inkişaf 
                                      mənbələri
 
 
 
 
 
 
İnsan potensialın çoxxətli mənbələri  
 
Dialektika məfhumi kimi insan potensialı yeni keyfiyyət gerçəkliklərini 
özündə birləşdirən elmi mənbələrindən sayılır. Məhz buna görə  də insan po-
tensialı  nəzəri baxışlara söykənərək müəyyən dialektik qanunauyğun önəmin-
də funksional dəyişilmələrə məruz qalır. Gerçəklik ondan ibarətdir ki, dəyişi-
lən funksional insan potensialının elmi mənbələrdə təhlillərinin aparılması və 
praktikası effektli nəticələr verir.  
Hər hansı ölkənin inkişafı başqa strukturlarla yanaşı, insan potensialının 
funksional strukturunun coğrafiyasından da çox asılıdır və ümumi elmi  tədqi-
qatlar  çərçivəsində onun praktikası daha effektlidir.  
Qloballaşan cəmiyyətdə iq-
tisadi paradiqma, yəni hər han-
sı ölkənin potensialına iqtisadi 
nöqteyi-nəzərdən yanaşma do-
minantlıq təşkil etdiyindən, 
ədəbiyyat mənbələrində çox 
zaman “inkişaf” dedikdə məhz 
iqtisadi inkişaf yanaşmasına istinad edilir. 
İnsan inkişafı konsepsiyası ilkin olaraq  iqtisadi nəzəri baxışlara söykəndiyi 
üçün problemin məqsədləri və keyfiyyəti ilə əlaqədar təkliflərin fəaliyyətinin 
əsası kimi qəbul edilir. Dialektik iqtisadi inkişafının önəmində  təhlil edilən  
iqtisadi artımı, struktur dəyişmələrini, insanın həyat şəraitinin və keyfiyyətinin 
yaxşılaşdırılmasını  əhatə edən çoxfunksionallığının bir prosesdir. Məlumdur 
ki, hər hansı ölkənin iqtisadi inkişafının xarakterinin önəmi və dinamikası in-
san potensialının yaratdığı struktur dəyişiklikləri ilə sıx əlaqəlidir.    
XX əsrin ikinci yarısından başlayaraq  fəlsəfi və eləcə də iqtisadi,sosial və 
coğrafi elmi mənbələrində “dialektik inkişaf”, “iqtisadi inkişaf”, “sosial inki-
şaf”, “demokratik inkişaf” və s. bu kimi anlayışlar elmi tədqiqatlarda mövqe 
üstünlüyü nəzəri cəlb edir. Bu baxımdan insan inkişafı konsepsiyasında yeni 
profilli və elmi-metodoloji dəyərlərə malik olan ideyalar irəli sürülmüşdür. Bu 


  Ağazeynal A. Qurbanzadə 
 
162 
 
 
ideyalarda insan inkişafı konsepsiyasının fəlsəfi baxışları, insan keyfiyyətinin 
sosial və iqtisadi inkişafın dərəcəsi, həm elmi-texniki nailiyyətlər kimi fun-
damental araşdırmalar əsaslandırılmışdır. 
Mahbub ul Haqın “İnsan inkişafı haqqında düşüncələr” adlı monoqrafik 
əsərində göstərir ki, “insan inkişafı paradiqmasını bu gün mövcud olan ən mü-
hüm tamamlanmış modellərindən biri kimi aktullıq kəsb edir. Bu model hər 
bir inkişaf problemini – iqtisadi artımı, sosial sərmayələri, insanların səlahiy-
yətlənməsini, baza ehtiyacların təminatını və sosial müdafiəni, siyasi və mədə-
ni azadlıqları və insanların həyatının bütün başqa spektrlərini əhatə edir”.  
 
       
 
 
 
 
 
Qeyd etmək lazımdır ki, ölkənin təkcə iqtisadi inkişaf baxımından deyil, 
həm də insan inkişafı nöqteyi-nəzərindən yanaşsaq, cəmiyyətin inkişafı həmişə 
müsbət xətti istiqamətdə getmir. Cəmiyyətin inkişafı ritmik olaraq yüksəliş və 
enişli olmaqla, kəmiyyət və keyfiyyət dəyişmələrinin fonunda tarixi dövrlər-
ləşmənənin tələbinə uyğun bir-birini əvəz edir.  
Sosial-iqtisadi və strateji mövqeyə malik olan insan inkişafının konseptual 
əsasları müəyyən elmi yanaşmalarının nəticəsində meydana gəlmişdir. “Mə-
kan-zaman” gerçəkliyinin fəlsəfi düşüncə tərzininın müxtəlif baxışları, cəmiy-
yətin təbiətində insan potensialının dərk edilməsi məsələlərinin önəmi coğrafi-
ya elminin mühüm idealoji  təlimlərindən sayılır. 
İ.Kant insanların bütün fəaliyyətinin həqiqi oriyentiri kimi qəbul edən qə-
dim ənənəni davam etdirmişdir: “Elə hərəkət et ki, istər öz şəxsində, istərsə də 
başqalarının şəxsində insanlığa sadəcə vasitə kimi deyil, həmişə ümdə məqsəd 
kimi münasibət göstərəsən.” 
135
 Buna oxşar fikirlər sonralar R.Maltus, K.Mar-
ks, C.Mill  və b. elmi araşdırmalarının nəzəri baxışlarında öz əksini tapmışdır. 
Qeyd etmək lazımdır ki, insan inkişaf problemlərinin əsaslandırılmasının op-
timal meyarlarının seçimi müxtəlif  nəzəri elmi məktəblərinin nümayəndələri 
üçün əsas tədqiqat mövzusu olmuşdur. Bu nəzəri baxışlarının məzmunu ondan 
ibarətdir ki, inkişaf etməkdə olan və keçid iqtisadiyyatı dövrünü yaşayan öl-
kələr üçün insan inkişaf probleminin strateji sosial məsələlərinə üstünlük ve-
                                                            
135
 Кант И. Сочинения. Том 1. М.,1966.  
Mahbub ul HaqPakistanın görkəmli elm xadimi 
İnkişaf etməkdə olan ölkələrdə insan potensialın inkişaf  
konsepsiyasına dair  ideyalar  təklif etmişdir. Qloballaşmaya 
uyğun olaraq “insan  inkişaf indeksi” modeli BMT-nın  proq-
ramlarında strateji  məqsəd  kimi qəbul olunmuşdur. 


Dialektik coğrafiya
 
 
 
163
 
 
rilməsi olmuşdur. İnsan inkişafı konsepsiyasının formalaşması və praktiki ola-
raq dəyərləndirilməsi məhz bu dövrə təsadüf edir.   
XX əsrin sonunda keyfiyyətli iqtisadi-sosial inkişaf anlayışına yeni yanaş-
ma: insan inkişafın nəzəri baxışları optimal səviyyəyə çatdırıldı  və praktiki 
olaraq iqtisadi cəhətdən güclü ölkələrinin davamlı siyasətinə çevrildi. Məntiqi 
nəticə ondan ibarətdir ki, insan inkişafı konsepsiyası yox yerdən yaranmamış, 
özündən əvvəlki dialektik inkişaf mənbələrinnin (fəlsəfi, iqtisadi, sosial və s.) 
rasional ideyalarına əsaslanmışdır.  
 
 
İnsan potensialının davamlı inkişafı 
 
İnsan potenisalı üzrə geniş profilli ABŞ təfqiqatçı alimi D.Bell göstərir ki, 
“gələcəkdə yüksək sosial təbəqənin müəyyənləşdirilməsi və inkişafı insanın 
intellektual potensialından asılı olacaqdır” 
136
 konsepsiyası elmi məktəblər 
tərəfindən  aktual  ideya kimi qəbul edilir.  
            
 
 
 
 
 
Elm mərkəzlərinin apardıqları araşdırmalar göstərir ki, cəmiyyətin ərazi təş-
kili və idarə edilmısi konsepsiyasında başlıca ideya mənbələrinin formalaşma-
sında insan potensialı  hərəkətverici “qüvvə”si hesab edilir. Məntiqi olaraq, 
qloballaşan cəmiyyətin dayanıqlığı insanın düşüncə tərzi ilə uzlaşan funksio-
nal konsepsiyalarının praktika ilə  əlaqələndirilməsi önəmli strategiya hesab 
edilir.
137
  
Məsələ onunla ölçülür ki, “innovativ texnologiya” tədbiqinə əsaslanan ölkə-
lərinin iqtisadi-siyasi “güc” qüvvəsinin çərçivəsi insan elmi təfəkküru ilə idarə 
edilən davamlı inkişafa söykənir. İqtisadi və siyasi cəhətdən inkişaf etmiş sə-
naye ölkələrin əsas ideya istiqaməti insan potensialından elmi əsaslarla istifadə 
edilməsi ilə əlaqələdirməsidir.  
İqtisadi-siyasi “güc” qüvvəsinə malik olan (əsasən “Yeddillər”) dövlətlərin 
elmi tədqiqat mərkəzlərinin yaradılmasına və praktiki önəminə üstünlük ver-
məklə yanaşı, insan potensialının kapitala çevrilməsinə strateji məqsəd kimi 
                                                            
136
 Белл Д. Социальные рамкий информационного общества. М., 1986. 
137
 Устойчивое  развития: методология и методики  измерения. М., 2010. 
D.Bell:  
İnsan potensialının funksional sosial problemlərinin formalaş-
masına dair tədqiqatlar aparmışdır. Onun problemə dair araşdır-
maları elmi  tədqiqatlarda  konseptual mövqe  qazanmışdır. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə