Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
152 
 
 
Təhlillər göstərir ki,dayanıqlı insan inkişafı strategiyasında elə metodoloji 
modelləri nəzərdə tutulur ki, insan qruplarının müasir və prioritet inkişafı tə-
min edilmiş olsun. Bu cəhətdən,insan bioloji varlığının inkişafına dair demo-
qrafik tsikllər konseptual baxışlarının mühüm elmi-praktiki əhəmiyyəti vardır. 
Bu konsepsiyaya əsasən hər bir bioloji populyasiya ilk başlanğıcında inkişafı 
zəif gedir, sonra onun sayı, müəyyən səviyəyə qədər surətlə artır və sonda isə 
tədricən inkişafı zəifləyir. 
Dialektik coğrafiya elmi mənbərinin araşdırmalarına və metodologiyasına 
əsasən funksional strukturlarının kompleksliyinə uyğun olaraq formalaşması 
və mövqe nümayiş etdirilməsinin əsasında demoqrafik tsikllər nəzəriyyəsinin  
yaranmasına səbəb olmuşdur.        
                                                           
 
  
  
 
   
 
 
 
 Demoqrafik tsikllərinin nəzəri baxışları. 
 
Demoqrafik tsikllərinin nəzəri baxışların ilkin mənbə olaraq dayanıqlı inki-
şafda “demoqrafik qocalma”, “demoqrafik partlayış” kimi təsnifatlarından da 
istifadə edilir. 
Dünya  əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər 
zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əha-
lisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epide-
miyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır.  
Müasir dövrdə dünyada demoqrafik inkişafın aşağı düşməsi davam edir. Bu 
prosesə elmi mənbələrdə depopulyasiya (fr. Depopulation - əhalinin azalması) 
ifadəsi kimi qəbul olunmuşdur. Depopulyasiya dedikdə, bəzən demoqrafik 
böhranın təzahür formalarından biri kimi təhlil olunur. Depopulyasiya əhalinin 
təkrar istehsalı üzrə statistik göstəricilər sistemi kimi xarakterizə olunur. Prob-
lem haqda ilk dəfə Volter və Montesye tərəfindən elmə  gətirilmişdir. Onlar 
təhlillər  əsasında belə bir fikrə  gəlmişlər ki, ildən ilə dünyada əhali sayının 
azalması min ildən sonra onun tamamilə yox olmasına gətirib çıxaracaq. 
Eyni səviyyəli tsikllər. Bu tsikldə 
doğum və ölüm arasında səviyyə 
yüksəkdir
 
Tsiklin ilkin səviyyəsi. Yüksək  
doğumu  saxlamaqla ölümün 
səviyyəsinin aşağı düşməsi 
Doğumla ölüm arasında dayanıqlı tsikllinin səviyyəsi. 
Burada əhalinin artımı demək olar ki, dəyişilmir
 


Dialektik coğrafiya
 
 
 
153
 
 
XX  əsrin 30-40-cı illərində bir çox Avrpoa ölkələrində  təbii artımın azal-
masına dair adekvat tədbirlər proqramlarının təbliğinə başlandı. Hazırda depo-
pulyasiya dünyanın 20 ölkəsini əhatə edir. BMT-nin ekspertlərinin proqramla-
rına görə depopulyasiya çərçivəsində yekun doğum əmsalı Yeni Zellandiyada 
– 1,96; Avstraliyada – 1,76; Yaponiyada – 1,29; Cənubi Koreyada – 1,24; 
ABŞ-da isə 2,05-dir. Ümumi forma ilə izah etsək demoqrafik proseslər daya-
nıqlı insan inkişafının kompleksliyindən aslıdır.     
 
 
İnsan inkişafının coğrafiyası və proqramlaşması  
 
İnsan inkişafının  сoğrafiyası  və onun proqnozlaşması elmi mənbələrdə 
müxtəlif formada araşdırmalar aparılmışdır.
133
 Elmi araşdırmalarının nəticələri 
göstərdi ki, XX əsrin axırıncı dövrlərində müəyyən olunmuşdur ki, hər bir 
ölkənin iqtisadi artımı özü-özlüyündə dayanıqlı inkişafın əsas prioriteti sayıla 
bilməz. Həmin dövrlərdə bir çox ölkələrinin iqtisadi artım tempinin zəifləməsi 
və struktur sahəsində müəyyən səviyyədə böhranlarının əmələ gəlməsi müşa-
hidə olunurdu. Bu səbəbdən də ölkələrin inkişaf strategiyalarında borclarının 
və xərclərinin azaldılması kimi keyfiyyətcə yeni prioritetlər tədricən ön plana 
çəkilirdi. Bununla bərabər getdikcə artan ölkələrarası yoxsulluq problemi və 
sosial infrastrukturun inkişafı problemləri öz həllini nə insan kapitalı, nə  də 
başqa nəzəriyyələrdə tapa  bilirdi.  
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının irəli sürdüyü makroiq-
tisadi stabillik siyasətinə alternativ olaraq YUNİSEF (1987-ci il) kəskin yox-
sulluq və insanların həyat səviyyəsinin yüksəldilməsi problemlərinə daha çox 
diqqət ayrılmasını təklif edirdi. Məntiqi olaraq sosial aspektlər yeganə dəyişik-
lik fonunda uzunmüddətli perspektivdə insanın mənafeyinə xidmət göstərmək 
üçün inkişafın yeni kompleks mexanizminə inteqrasiya olunması siyasəti önə-
mə gətirilməlidir.  
BMT-nin İnkişafın Planlaşdırılması üzrə Komitəsinin insan inkişafının so-
sial baxışlarına kompleks yanaşmasına dair geniş  tərkibli tədqiqatcı qrupları 
fəaliyyət göstərir. Geniş tərkibli tədqiqatcı qruplarına Amartya Senin,Mahbub 
ul Haqın, Kiyt Qriffinin və Con Naytın  rəhbərliyi altında  əsaslı elmi-praktiki 
problemlərinin kompleks həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etmiş-
dir (edir). Tədqiqatın nəticəsi olaraq çap olunan “İnsan potensialının inkişafı: 
İnkişaf strategiyasının unudulmuş aspekti” adlı hesabat əslində sosial insan 
inkişafı konsepsiyasının başlıca prinsiplərini  əks etdirən ilk analitik mənbə - 
qanun hesab edilir.  
                                                            
133
 
Успехи современной географии. М., 2001.
 


  Ağazeynal A. Qurbanzadə 
 
154 
 
 
Sosiallaşan cəmiyyətinin insan inkişafının idealogiyasında  Amartya Senin 
elmi xidmətlərinin strateji əhəmiyyəti çox önəmlidir. Müasir dövrdə insan in-
kişafı konsepsiyası Amartya Senin əsərləri ilə formalaşmışdır. Onun müxtəlif 
illərdə yazdığı  “Yoxsulluq və Aclıq: Hüquq və məhrumiyyətlər haqqında es-
se” (1981), “Seçim, rifah və ölçü metodologiyası” (1982), “Resurslar, dəyərlər 
və inkişaf” (1984), “İnkişaf azadlıq kimi” (1998), “Qeyri-bərabərliyin yenidən 
tədqiqi” (1992) kimi əsərlərinin  əsasında BMT-nin “İnsan inkişaf proqram-
ları”nın hazırlanmasının əsas ideya mənbəyi hesab edilir və müasir dövrədək 
öz elmi-metodoloji əhəmiyyətini saxlamaqdadır.  
    
       
 
 
 
 
 
 
İnsan inkişafının konsepsiyasının və metodologiyasının formalaşmasına uy-
ğun olaraq qlobal mühit çərçivəsində Amartya Senin fikrləri daha çox aktu-
allığı ilə seçilir:                    
                                                                  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1990-cı ildən etibarən BMT İnkişaf Proqramı tərəfindən hər il nəşr olunan 
və insan inkişafının müxtəlif sahələrini təhlil edən “İnsan İnkişafı Hesabatla-
rı”nın bölmələrin də gender bərabərliyi, insan hüquqları, miqrasiya, qloballaş-
Amartya Sen: Hindistanın  görkəmli  iqtisadiçi alimi, insan 
inkişaf  konsepsiyası və  insan  inkişaf  potensial indeksi me-
todoloji istiqmətlərinə dair  təqiqatları qlobal xarakterə malik-
dir. 1998-ci ildə “İnsanın rifah  halının  iqtisadi  nəzəriyyəsi”  
tədqiqatına  görə Nobel mükafatına  layiq  görülmuşdür.  

 
İqtisadi artım, sahibkarlığın inkişafı və əlverişli biznes mühiti.
• Sosial-iqtisadi ədalət, həssas təbəqələrin sosial müdafiəsi.  
• İqtisadi inkişaf və sosial mühitin həssaslığı.  
• Yoxsulluğun aradan qaldırılması. 
• Gender bərabərliyi. 
• Mütərəqqi təhsil və səhiyyə sistemi. 
• Ekoloji prioritetləri ön plana çəkən dayanıqlı inkişaf.
• Düzgün idarəçilik və effektiv dövlət qulluğu sistemi.  
• İnsanların  qərar qəbulu proseslərində fəal iştirakı.  


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə