Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə54/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   50   51   52   53   54   55   56   57   ...   90

Dialektik coğrafiya
 
 
 
143
 
 
Qlobal miqrasiyaya dair elmi mənbələrində bir sıra yanaşmalar və nəzəriy-
yələr fəaliyyət göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Miqrasiyasa üzrə tədqiqat aparan elm mərkəzlərinin rəyinə görə ən mühüm 
qlobal miqrasiya prosesi Böyük Coğrafi Kəşflərdən sonra baş vermişdir. Son-
rakı dövrlərdə  də ölkələrdə baş verən sənaye dəyşkənlikləri,  şəhərlərinin sü-
rətlə artması və bu kimi dinamik inkişaf formalarının meydana gəlməsinin sə-
bəbindən qlobal miqrasiyalarının yaranmasında yeni dinamik formalarının 
meydana gəlməsinə səbəb olmuşdur.  
Birinci və ikinci dünya müharibələrindən sonrakı dövrlərdə miqrasiya dal-
ğası, demək olarar ki, bütün dünya ölkələrini əhatə etmişdir. 
XIX əsrin axırı və XX əsrin əvəllərindən başlayaraq dünya ölkələrində, xü-
susən Qərbi Avropada və Şimali Amerika ölkələrində şəhər əhalisinin təxmi-
nən 60%-ə qədəri miqrasiyanın hesabına formalaşmışdır.  
Miqrasiyaya əsas səbəb kimi göstərmək olar: 
                                                        ▼ 
 
 
 
 
 
 
 
 
Müasir dövrdə baş verən qloballaşma prosesləri “kapital” və “düşünən be-
yin” miqrasiyasiyaları  intensiv xarakterə çevrilmişdir.  İnsan kapitalımım 
hərəkəti nəticəsində inkişafın “ağırlıq qüvvəsi”nin tarazlığının təsiri altında 
dayanıqlı iqtisadi-sosial inkişaf formalaşmaqdadır. 
 
 
 
 
                             Qlobal insan miqrasiya nəzəriyyələri 
 
 M.Todor: “Səmərəli seçim” nəzəriyyəsində insan miqrasiyasının (hərəkətinin)  
əmələ  gəlməsində obyektiv iqtisadi-sosial faktorlarla əlaqələndirilməsini elmi 
əsaslarla önəmə gətirmişdir. 
O.Stak:  “Səmərəlik funksiyası “nəzəriyyəsində iqtisadi səmərəlilik baxımın-
dan insan miqrasiyasının funksiyalarını təyin etmişdir. 
E.Giddelens:  “Miqrasiyanın strukturlanması” nəzəriyyəsinə görə insan miqra-
siyası struktur kompleks faktorlar sistemindən ibarətdir. 
*İnkişaf etmiş ölkələrdə istehsal sahələrinə ucuz işçi qüvvəsinə olan təlabatın 
olması səbəbi (ABŞ, Kanada və s. ölkələr). 
*Dünyanın ən böyük elm mərkəzlərinin yerləşdiyi şəhərlərdə  “düşünən beyin” 
axının  miqrasıyasının baş verməsi səbəbi. 
*İnsanların həyat səviyyəsinin dəyişilməsi nəticəsində baş verən miqrasiyanın səbəbi. 


  Ağazeynal A. Qurbanzadə 
 
144 
 
 
Ümumi təbiətşünaslıq elmi tədqiqatları-
nın (o cümlədən coğrafiya elmində) təh-
lilində əsasən vulqar antropologizm və ya 
vulqar sosiologizm üstünlük təşkil edir.   
 
İnsan fəaliyyət ritminin coğrafi  mühitlə dialektik əlaqəsi 
 
İnsan fəaliyyət ritminin coğrafi mühitlə dialektik əlaqəsi: müşahidə və prak-
tiki biliklərin gerçəklikləri yalnız insanın yaranması  və  təbiətlə  əks  əlaqəsi 
kontekstində formalşmışdır. Bu məqsədlə homo sapiensin tarixi genezisinə nə-
zər salaraq insanın, xüsusən də onun şüurunun və özünü dərk prosesinin coğ-
rafi mühitdə müşahidə və praktik fəaliyyətinin rolunu təhlil etmək lazım gəlir.  
İnsan sadəcə coğrafi mühitin bir hissəsi olmadığından, coğrafi mühitlə insa-
nın fəaliyyətinin ritmilik əlaqələrinin təsirlərindən keyfiyyətcə yeni kompleks-
lərə nail olmasının təhlilinin metodikası dialektik coğrafiya elminin mühüm 
sahəsini əhatə edir. İnsanın coğrafi mühitinin kompleksində maddi varlığının 
dialektikasının tamlığının yaradılmasına və nizamlanmasına səy göstərir. Bu 
mənada insan coğrafiyasının dialektik təhlilinin metodikasının  əsasını  fəlsəfi 
düşüncə tərzi təşkil edir. 
Metodoloji yanaşmalar göstərir ki, insanla coğrafi mühit arasındakı dialek-
tik  əlaqələrin strukturu və praktikasının təhlil edilməsi mühüm konstruktiv 
coğrafiya elmi tədqiqatlarından biridir. Məntiqi yanaşma onunla izah etmək 
olar ki, coğrafiya elmi mənbələrində insanın coğrafi mühitlə dialektik əlaqəsi 
rasional və məntiqi tədqiqatlarla ifadə olunur.  
Qeyd etmək məqsəduyğundur 
ki, insan coğrafiyasının bir çox 
problemi dialektik aspektləri  şox 
az tədqiqat obyektinə çevrilmişdir. 
İnsan coğrafiyasının tədqiqat ob-
yektində coğrafi mühitlə insanın dialektik fəaliyyətinin gerçəkliyi insan id-
rakının sosial-iqtisadi strukturlarının formalarını özündə birləşdirir. Metafiziki 
antropololoji yanaşmalarda “idrakın subyekti yalnız maddi varlıq olan, onu tə-
biəti qavramağa və dərk etməyə qadir edən hisslərə və zəkaya malik fərddir” 
ideyası elmi mənbələrdə geniş istifadə edilir. İnsanın sosial mahiyyəti heç də 
onun bioloji, təbii başlanğıca malik olmasını istisna etmir. Bundan başqa, 
burada əsas məsələ insanın coğrafi mühitlə dialektik əlaqəsində sosial-iqtisadi 
nisbətinin kompleksində “coğrafi mühit-insan” mənəvi varlığının nisbətidir. 
Demək olar ki, bu məsələ coğrafiya elmi tədqiqatlarda  öyrənilməmiş sahədir. 
Önəmli məsələlərdən biri də “coğrafi mühit-insan” dialektikasının tarixi 
boyu bəşəri xarakterli inkişafının tərəqqisi ilə bağlıdır. Bu tərəqqini nəzərə 
almadan insan coğrafiya elmi tədqiqatının tamlığını yaratmaq mümkün 
deyildir. Eyni zamanda bu problemlə  məşğul olan tədqiqatçılar bir qayda 
olaraq insanın coğrafi mühitlə qarşılıqlı  təsirlərinin nəticələrinin təhlillərinə 


Dialektik coğrafiya
 
 
 
145
 
 
daha çox üstünlük verirlər. Halbuki, bir çox coğrafi problemlərə, xüsusən də 
nəzəri və  praktiki biliklərin genezisi probleminin təhlilləri “insan-təbiət-daya-
nıqlı inkişaf”, “coğrafi məkan – sosial həyat tərzi” və s. dilaektik sistemləri 
çərçivəsində kompleks strukturunun təhlil edilməsinin parametrlərinin təyini 
məsələlərinin reallıqları daha effektli əhəmiyyət kəsb edə bilər. 
Coğrafi sistemlərinin təhlili zamanı ilkin olaraq onların dayanıqlı olduqları-
nı  və bu səbəbdən də  əlavə parametrlərinin meydana gəldiyini nəzərə almaq 
lazımdır. Buna görə də insanla coğrafi mühitin arasında dialektik təsirləri pro-
sesində insanın fərdi tələbatları və təkamül etməkdə olan bioloji (psixi) imkan-
larının öyrənilməsinə və idarə edilməsinə üstünlük verilməlidir. Problemi daha 
ətraflı təhlil etmək üçün müəyyən zaman kəsiyində insanla coğrafi mühit ara-
sındakı qarşılıqlı təsirinin tipoloji olaraq mühüm elmi və metodoloji cəhətləri-
ni də nəzərə almaq lazımdır. 
“Coğrafi məkan-insan” əlaqəli sistemi yalnız böyük zaman intervalı hüdud-
larında determinasiya olunur, yəni onların bir-biri ilə qarşılıqlı  əlaqələrinin 
təsirinin göstərildiyi anda üzə  çıxmır. Buna görə  də insan varlığının sosial 
proseslərində  hər bir tərəfin müəyyən zaman kəsiyində  təsirini ayrıca araş-
dırmaq lazımdır. Bioloji tsiklli inkişafa uyğun olaraq təbiətin insana təsiri duy-
ğu orqanları vasitəsilə baş verir və müvafiq hissi obrazlarının yaranması ilə 
başa çatır. Öz növbəsində bu hissi obraz artıq fəaliyyətdə olan dinamik infor-
masiya sisteminə qoşularaq idrak prosesinin tərkib hissəsinə çevrilir.
130
 Coğ-
rafi mühitin insana təsiri (passiv inikas) tarixən ilkin olmaqla insanla ətraf alə-
min qarşılıqlı münasibətlərinin sonrakı mürəkkəbləşmə prosesində öz funksi-
yasını saxlamaqla yanaşı, həm də mühüm komponentlərdən biri kimi yeni 
struktura çevrilməsi kimi dərk olunmalıdır. 
Çevrilmə proseslərinin nəticəsində insan coğrafi mühitin informasiya təsiri-
nin passiv obyekti olaraq, qalmadığını nəzərə alaraq bu istiqamətdə araşdırıl-
malarının aparılmasına ehtiyac yaranır. Deməli, insanın fəallığının artması ilə 
əlaqədar “insan-coğrafi mühit” sistemi keyfiyyətcə yeni bir inkişaf mərhələ-
sinə keçir. Buna görə  də onu aşağıdakı iki müstəvidən nəzərdən keçirmək 
lazımdır: xarici mühitin informasiya təsiri prosesində insanın təşəbbüskar və 
tənzimləyici kimi iştirakı və insanın xarici mühitə əks təsiri, şüurlu dəyişdirici 
fəaliyyəti. Təsir və  əks-təsir qüvvələrinin qiymətcə  bərabər, istiqamətcə  əks 
olmaları barədə məşhur Nyuton qanunu burada əlbəttə çox spesifik bir şəkildə 
özünü göstərir.  
                                                            
130
 A.A.Qurbanzadə. Ekologiya: sosial-iqtisadi əsasları. Bakı, 2010. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə