Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
138 
 
 
 
İnsan artımın ritmik dialektik coğrafiyası 
 
Tarixən insan artımının ritmik hərəkəti elmi mənbələrdə  tədqiqat sahəsi 
kimi aktuallıq kəsb etməsi ilə fərqlənmişdir. Müəyyən olunmuşdur ki, insanın 
artım ritmik hərəkəti müəyyən zaman kəsiyində dəyişkənliyə məruz qalmışdır. 
Son 300 il ərzində yer kürəsində insanının dinamik artımında fərqlərinin 
yaranması müşahidə olunmuşdur. Belə ki, 1650-ci ilə  qədər yer kürəsində  ≈ 
500 mln insan məskunlaşmasına dair mənbələr mövcuddur. Sonrakı yüzillik-
lərdə insan artımın ritmik coğrafiyası tarixi  dinamik olaraq dəyişilmişdir.
124
 
XX əsr dünya tarixində insan artımının səviyyəsinin dinamikası daha yüksək 
olmuşdur. BMT-nin məlumatında 1820-ci ildə yer kürəsində 1.0 mlrd, 1927-ci 
ildə, yəni təxminən 100 ildən sonra 2.0 mlrd., 1960-cı ildə, yəni 33 il sonra 3.0 
milyard nəfərə qədər insan olmuşdur. 
Dünya ölkələrində 1985-ci ildə orta hesabla illik artım 1.73% olduğu halda, 
1960-cı illərdə isə illik orta artımı yüksək dərəcədə olması  nəzəri cəlb edir 
(2.1%). 1950-1985-ci illər arasındakı 35 illik müddətdə dünya ölkələrinin 
insan artımı 2.5 milyarddan 4.8 milyarda qədər artmış, bu müddət ərzində yer 
kürəsinin əhali sıxlığı hər km
2
 sahədə 17 nəfərdən 30 nəfərə çatmışdır. 
İnsanın ritmik artımına müxtəlif faktorlar təsir göstərir. Yer kürəsinin geniş 
təbii-coğrafi şəraiti, bioloji resursları, tarixi-ictimai struktur formasiyaları və s. 
faktorlar insanın həyat tərzinə  fizoloji xassəsinə, qida rasionuna təsir göstərir. 
Yer kürəsində məskunlaşan insanlarının ≈ 50%-i yalnız mülayim qurşağın po-
tensialında cəmləşmişdir. Müasir mərhələdə 5 mln.-dan çox insan səhra təbii 
kompleksində daimi məskunlaşma prosesinə uyğunlaşmışdır.  
Hər bir təbii-coğrafi zonalarının potensial resurs gerçəkliyinə uyğun de-
moqrafik, mədəni və iqtisadi inkişafa malik insan qrupları, müxtəlif səviyyə-
lərdə məskunlaşma sistemləri formalaşmışdır. Faktiki olaraq dünya üzrə insan-
ların ≈ 60%-ə yaxını Asiya  materikinin təbii zonalarında məskunlaşmışdır.    
Dünya ölkələrində insan artmı təbii və miqrasiya yolu ilə artır. Təbii artım-
doğulanların sayından ölənlərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə 
ölçülür. Demoqraflar təbii artıma görə dünya ölkələrəni tipoloji cəhətdən dörd 
təsnifada ayrırlar: birinci təbii artıma inkişaf etmış ölkələr daxil edilir (müasir 
tip). Bu tipdə əhalinin sosial, tibbi, elmi səviyyələrinin yüksək olmasıdır. Mü-
asir mərhələdə  İEÖ təbii artım aşağı  səviyyədədir, bu tipli ölkələr üçün 
“Demoqrafiq böhran” xasdır. 
 
                                                            
124
 
С.П.Карица. Общая теория  роста человечества. М., 1999.
 


Dialektik coğrafiya
 
 
 
139
 
 
                                     Dünya üzrə insan  artımı (mlrd. nəfər) 
İllər Dünya  Asiya 
Afrika 
Avropa 
Latın 
Amerika 
Şimali 
Amerika 
Avstraliya və 
Okeaniya 
2000      6.1 
3.7(60.5%) 0.8(13.4%) 0.7(11.9%) 0.5(8.5%)  0.3(5.2%) 0.003(0.5%) 
2005 6.5 
3.9(60.5%) 0.9(14.1%) 0.7(11.2%) 0.6(8.6%)  0.3(5.1%) 0.003(0.5%) 
2010 6.9 
4.2(60.3%) 1.0(15.0%) 0.7(10.6%) 0.6(8.5%)  0.3(5.1%) 0.003(0.5%) 
2015 7.3 
4.4(60.1%) 1.1(15.8%) 0.7(10.1%) 0.6(8.5%)  0.4(5.0%) 0.003(0.5%) 
2025      8.0      
4.8(59.6%) 1.4(17.5%)  0.7(9.1%) 0.7(8.4%) 0.4(5.0%) 0.004(0.5%) 
2030 8.3 
4.9(59.2%) 1.5(18.3%)  0.7(8.7%) 0.7(8.3%) 0.4(4.9%) 0.004(0.5%) 
2040 8.8 
5.1(58.2%) 1.8(20.1%)  0.7(8.0%) 0.7(8.2%) 0.4(4.9%) 0.004(0.5%) 
2050 9.1 
5.2(57.2%) 2.0(21.8%)  0.7(8.0%) 0.7(8.0%) 0.4(4.9%) 0.005(0.6%) 
 
Dünya üzrə insan artımı cədvəli BMT-nın məlumatlarına əsasən tərtib edilmişdir. Möhtərizədə 
dünya əhalisinə görə xüsüsi çəkisidir. 
 
Təbii artımın ikinci tipi (ənənəvi tip) ölkələrində yüksək  doğum, orta ölüm
yüksək təbii artım müşahidə olunur. Bu tipı inkişaf etməkdə olan ölkələri aid 
edilir. Dünya əhalisinin sayı əsasən bu ölkələrinin hesabına artır. Bu tip ölkə-
lərdə “Demoqrafik paratlayış  xasdır. 
Üçünçü tipə aid olan ölkələrdə isə  təbii artımı azaltmağa müvafiq siyasət 
yeridilir. ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq olunur. Səudiyyə Ərəbistanı, 
Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici yardım  verilir. 
Dünya ölkələrində  əhalinin artımı  ərzaq və sair məhsullara olan təlabatı 
artırır,  əhalinin müəyyən areallarda məskunlaşmasını sürətləndirir və ekoloji 
gərginliklərinin yaranmasına səbəb olur. Dünya əhalisinin 45%-i aşağı səviy-
yədə qidalanır, 70-75%-i kalorinin catışmaması ilə üzləşmişdir. Bu səbəbdən 
də dünyanın mütərəqqi elm mərkəzləri tərəfindən biosferin məhsuldarlığının 
optimallaşdırmaq və əhalinin qida məhsulları ilə təminatına dair kompleks la-
hiyələr üzərində çalışırlar. 
 
   
 
 
 
 
 
 
 
 
Gepontologiya - ritmik inkişafının sərhədləri 
 
Gepontologya
125
 elminin  əsas məqsədi və  vəzifələri insanın yaş  mərhələri 
üzrə bioloji, sosial və psixoloji aspektlərini öyrənməkdən ibarətdir. “Geponto-
                                                            
125
 Gepontologya – insan ömrünün yaş  mərhələsini öyrənir. 
Təbiətdə və cəmiyyətdə həyat ritminin mürəkkəb dialektikası mövcuddur. Cəmiyyətin hə-
yat ritmi-mürəkkəb və zidiyyətli problemlərlə bağlıdır. Təbiətdə isə həyat ritminin özünə 
məxsus nizamlıdır. Canlılar özlərinin həyat ritmlərinə olduqca dəqiq əməl edirlər və bu 
onların normal inkişafına, enerji qənaətinə və s. kömək edir. Məsələn, işıldayan dəniz yo-
sunları ancaq kecələr özlərindən soyuq işıltı verən lyuminisasiya edici (zəif işıltı verən) 
maddə ifraz edirlər. Lakin gündüzlər zəif işıltılar effekt vermədiyi üçün ifrazı dayandırırlar. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə