Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

Dialektik coğrafiya
 
 
 
135
 
 
“OPUS DEİ” katoliklərin təriqətidir. (1928-ci ildə Madriddə yaranmışdır) 
Katolikliyə sadiq, dünyəvi iş  və peşə sahiblərini bir yerə  yığaraq Papaya 
Vatikandan kənara dəstək verməkdən ibarətdir. Bu səbəbdən də OPUS DEİ  
Vatikan dövlətini inkişaf etdirir və kilsəni ikinci planda görür. Bu təşkilatın 3 
milyard dollar sərvəti, 16 universiteti, 97 texniki məktəbi, 37 ibtidai təhsil 
məktəbi və s. qrupları fəaliyyət göstərir. 
 
 
 Etnologiya və insan azadlığının təbiəti 
 
Etnologiya elmi baxışlarının dialektikasında insan azadlığının təbiəti mü-
hüm tədqiqat sahəsidir. İnsan azadlığının coğrafiyası qlobal təbiətə malik olub, 
ictimai tərəqqinin hərəkətverici “güc” qüvvəsinə çevrilmişdir. İdealogiya müs-
təvisində  qəbul olunmuşdur ki, insan inkişafının formalaşan indeksi onun 
maddi - sosial həyat tərzi və sərbəst hərəkətinin müvafiq göstəricisi olmalıdır. 
Müasir dövrdə insan inkişaf indeksinə azadlığın təbiətinin əsaslandırılması-
na dair normaları daxil edilmir. Problem ondan ibarətdir ki, azadlığın təbiəti 
barədə fikir söyləmək asan olmasına baxmayaraq, onun təyinatının ölçülərinin 
əsaslandırılımasında bir sıra çətinliklər mövcuddur. İnsan azadlığının təbiətin-
də iki anlayışından daha çox istifadə edilir: “mənfi” və “müsbət” anlayışlar.  
“Mənfi “anlayış ifadəsinə  əsasən daxil edilir – özbaşınalıq, mərhumiyyət, 
həbs və s., “müsbət” anlayışa isə  nəyisə etmək azadlığı  əhatə edir. Bunlara 
insanın yaşamaq, təhlükəsizlik, əmək hüquqları, birləşmək və dil, din azadlığı 
aiddir. 
Etnik qruplarının azadlığının hüquqlarının hazırlanması metodlarında 
müəyyən təsəvvürlər yaradır. BMT-nın konvensiyalarına  əsasən, azadlığın 
coğrafiyasının 40 ölçüləri təyin olunmuşdur. Ölkələr sadə metoddan: azadlığa 
zəmanət verilmişdir, azadlıq pozulur – meyarından istifadə olunur. Bu ölçüyə 
əsasən Şimali Avropa ölkələri, Yeni Zelandiya və bir sıra ölkələr daxildir. 
Etniklərin azadlıq dərəcəsi ilkin olaraq ölkənin iqtisadi-sosial və siyasi inki-
şafının əsasında müəyyən olunur. İnsanlar öz real iqtisadi-sosial və siyasi im-
kanlarını dərk etdikdən sonra, bu azadlığın səviyyə göstəriciləri artır. 
 
 
 
 
 
 
 


  Ağazeynal A. Qurbanzadə 
 
136 
 
 
İnsan  həyat  tərzinin rit-
mik hərəkətləri = oyku-
menin  dialektik əsasıdır. 
 
On birinci önəm                      
İnsan həyat ritminin coğrafiyası
  
 
 
 
 
 
 
 
 
 
Oykumenin formalaşması və  ərazilərin mənimsənilməsi 
 
İnsan cəmiyyətinin dialektikasının ilkin ritmik həyat tərzinin əsasını oyku-
meninin formalaşması  və  ərazi resurslarlnın potensialından istifadə edilməsi 
ilə əlaqəli olmasıdır. Məntiqi elmi dəyərlər göstərir ki, insan oykumenin (məs-
kunlaşması) yaranması  və inkişafının özünə  məxsus dialektik qanunauyğun-
luqlarının təsiri altında idarə olunmasıdır. İnsan həyat dəyişkənliyinin ritmiliyi 
bununla ölçülür. Buna görədə, hər bir oykumeninin formalaşması tiplərinin də-
yişkənlikləri, ritmik həyat tərzinin tərəqqisini özündə əks etdirir. 
Yeni eranın başlanması və oykumenin yaranması xəritəsi tarixi-coğrafi şə-
raitə uyğun olaraq dinamik xarakterə çevrilmişdir. İnsan cəmiyyətinin inkişafı, 
qida normalarına və yaşayış məskənlərinə olan təlabat oykumenin ritmik inki-
şafına səbəb olmuş,sonrakı dövrlərdə isə daha da aktivləşmişdir. 
Tarixi-coğrafi mərhələlər bir-birini əvəz etməklə əhalinin miqrasiyası baş-
lanmış, təsərrüfatın coğrafiyası  genişlənmiş və ritmik həyatın dialektikası yeni 
məzmunla əvəz olunması prosesinin  meyilliyinin artması erasının başlanması-
na səbəb olmuşdur. 
İnsan həyat ritminin başlanğıc erasında ovçu-
luq, əkinçilik və s. üstünlük təşkil etmiş, sonrakı 
mərhələdə isə yeraltı resurslardan (xüsusən me-
tallardan) istifadə edilməsinə insanlar üstünlük 
vermişlər. Resurslardan istifadə edilməsi, yaşayış  məskənlərinin salınması, 
müəyyən səviyyədə insanların hərəkətinin sxemləri məskunlaşmanın virtual 
xəritəsinin formalaşmasına səbəb olmuşdir.    
Oykumenin “neolit  evalyusiya”sı təbii resurslarından istifadə edilməsi ilə 
başlanmışdır. Bunun əsasında yeni təsərrufat vərdişləri (suvarma əkinçiliyi, ta-
xılçılıq, maldarlıq, toxuçuluq, metal əridilməsi və s.) yaranmışdır. Sonrakı 
evalyusiya insan məskunlaşmasının xarakterini dəyişdirmiş, ritmik həyat tərzi-


Dialektik coğrafiya
 
 
 
137
 
 
nin idarə edilməsi məqsədində quldarlıq dövlətlərin yaranmasına səbəb olmuş-
dur. İlkin quldarlıq dövlətləri Priney yarımadasından başlayaraq Sakit Okean 
hövzəsinə  qədər coğrafi məkanlarını  əhatə etmişdir. “Böyük tarixi çaylar”ın 
vadilərində (Dəclə, Fərad, Nil, Hind, Xuanxe və s.) yeni dövlətlərinin, təsər-
rüfat sahələrinin və şəhərlərinin yaranmasına dair geniş elmi mənada mənbə-
lərdə öz əksini tapmışdır. 
İnsanın ritmik inkişafı, potensial imkanları Qədim Misir, Qədim Roma və 
eləcə  də  Şərqi Asiya ölkələrində (xüsusən Çində) elmin inkişafı, istehsalın 
texnologiyası və s. sahələrinin dinamikası oykumen sistemlərinin formalaşma-
sında mühüm əhəmiyyət kəsb etmişdir. Digər bir tərəfdən isə Avropa, Afrika 
və Asiya ölkələri arasında yaradılan ticarət-iqtisadi əlaqələrinin qovuşmasının 
nəticəsində qədim şəhər (Afina, Roma, İskəndəriyyə və s.) məskənlərinin sər-
hədləri genişlənmiş və mərkəzi mövqeyə çevrilmişlər. 
Şimali və Cənubi Amerikanın nisbətən sıx əhali məskənlərində (Meksika-
nın orta dağlıq və And dağətəyi çokəklikləri ) ≈ Avropaya nisbətən bu ərazilər-
də iki minilliklərdə dövlətlərin yaranması prosesləri başlanmışdır. Bu onu gös-
tərir ki, Amerika materikində oykumen prosesləri Avropaya nisbətən daha er-
kən dövrlərdən başlayaraq yaranması epoxaya daxildir. B.e. II minilliyin epo-
xası ərəfəsində Astek (Meksika ərazisində) sivilizasiyasının ocaqları yaranmış-
dır.  Sonrıkı dövrlərdə  Mərkəzi,  Şərqi və  Cənubi Afrika ölkələrindən bantu 
etnik qruplarının miqrasiyası  Mərkəsi Amerikda oykumeninin areallarının 
genişlənməsinə səbəb olmuşdur.  
Orta əsrlər dövründa baş verən sosial-iqtisadi dəyişikliklər Avropa, Asiya və 
b. regionlarda feodal tipli dövlətlərinin formalaşmasında mühüm rol oynamışdır. 
Avropda feodalizm sənətkarlığın,ticarətin, mədəniyyətin, o cümlədən şəhərlərin 
inkişafı üçün əlverişli mühit yaratmışdır. Orta əsrlər dövründə  Cənubi Avropa 
coğrafi məkanında Venesiya, Florensiya və s. iri ticarət mərkəzləri fərqlənirdi. 
VII-XI əsrlərdə Ərəb xilafəti kimi böyük dövlətin yaranması yeni bir mər-
hələnin başlanğıcı hesab edilir. Ərəb xilafəti dövlətinin sərhədləri Priney ya-
rımadasından başlayaraq Hindistan yarımadasına qədər ərazilərini əhatə etmiş-
dir. Bütün bunlar müxtəlif istiqamətlərdə insan məskunlaşmasının xarakterini 
dəyişdirməklə yanaşı, ərazilərin mənimsənilməsində mühün rol oynamışdır. 
Yer kürəsində  ən böyük oykumen Böyük coğrafi kəşfləri  ərəfəsində baş 
vermişdir. Sonrakı  mərhələlərdə Avropalıların yeni coğrafi  ərazilərinin kəşf 
edilməsi, dövlətlərinin yaradılması  və s. proseslər oykumenin xarakterini də-
yişdirməsinə səbəb oldu. Qərbi Avropada sənaye manufakturasının formalaş-
ması, yeni tipli şəhərlərinin salınması, təsərrüfat sahələrinin genişləndirilməsi 
və s. proseslər böyük coğrafi kəşflərdən sonrakı epoxaya aiddir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə