Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

Dialektik coğrafiya
 
 
 
125
 
 
hələ bizim eradan əvvəl II minillikdə Hindistan və Çin ölkələrinin etnik birlik-
lərinin xeyli hissəsinin assimilyasiyaya mərzu qalmışdır. Bu ölkələrə gəlmələr 
indiki indoneziyalıların  əcdadlarının olmasına dair faktlar müəyyənləşmişdir.   
Bizim eradan əvvəl II-I minilliklərdə isə Avropanın müasir xalqlarının əcdad-
ları onlara qədər ki mərhələdən sonra, gəlmə xalqlarının təsiri nəticəsində yerli 
etnik birliklər sıxışdırılmış və ya assimilyasiyaya məruz qalmışlar. Qədim yer-
li əhalidən müasir dövrdə Avropada yalnız baskılar etnik qrupları öz dillərini 
və adət-ənənələrini saxlamışlar.  
Mənbələr göstərir ki, müxtəlif dövrlərində sosial-iqtisadi-siyasi hadisələri-
nin yeniləşməsi və təkrarlanmasının səbəbindən Yer kürəsində etnik birliklə-
rinin yerdəyişmə çərçivəsinin miqyası daha da genişlənmiş və qloballaşmışdır.  
Böyük Coğrafi kəşflərdən sonrakı dövrlərdə etnik birliklərinin yer dəyişmə-
si daha kompleks xarakterə çevrilmişdir. Bu dövrlərdə Avropalılar Amerika 
materikinə, Cənubi Afrika və Avstraliyaya doğru hərəktləri artmağa başlan-
mışdır. Avropalılar son 3-4 əsr ərzində dünyanın bir sıra ölkələrinni, xüsusilə 
Avstraliya və Amerikanın əhalisinin tərkibinin əsasını təşkil etmişdir. Avropa-
lılar, xüsusən ingilislərin dünyanın bölüşdürülməsində, yeni tipli dövlətlərinin 
yaradılmasında (ABŞ, Kanada, Avstraliya və s.) xüsusi mövqeyi olmuşdur. 
İnsan coğrafiya elmi təhlili göstərir ki, ölkələrin  əhalisinin etnik tərkibini 
təhlil edərkən, yerli əhalinin buraya çoxdan gəlmiş əhali qrupundan da fərqlən-
dirməsi mühüm şərtdir (məslən,  Şimali Amerikada yerli əhali sayılan, sayca 
çox az qalmış hindu və eskimoslar kimi).  
Yerli etnik qruplarının özü də məskunlaşma dövrü etibarilə bir-birindən se-
çilirlər. Məsələn, hinduların əcdadları Amerika materikində on minlərlə il bun-
dan əvvəl məskunlaşdıqları halda, eskimoslar isə cəmi 2-3 min il bundan əvvəl 
həmin yerlərin daimi sakinləri olmuşlar. Yaxud Hindistanda dravidlər yerli 
əhali, arilər isə oraya yalnız 3-4 min il bundan əvvəl gələnlər hesab edilir.     
Latın Amerikasında etnik qruplarının formalaşması və inkişafı elm aləmin-
də daha çox maraq doğurur. Təxmini hesablamalara görə, burada 260 etnik 
qrupları formalaşmışdır. Amerikanın kəşfinə qədər Latın Amerikasında abori-
genlərinin sayı = 20-25 mln. nəfər olmasına dair mənbələr mövcuddur. Abori-
genlər Mərkəzi Amerika və And dağlıq  ərazilərində sivilizasiya ocaqlarının 
yaradılması haqqında elmə məlumdur. Astek, maya və ilk sivilizasiya ocaqları 
elm aləminə bir sıra mənbələr vermişdir. Maya hindularının yaratdıqları günəş 
ilinə dair təqvimlər, həndəsi, mexaniki, tibbi və s. elmlərinin yaranmasında 
xidmətləri olmuşdur. 


  Ağazeynal A. Qurbanzadə 
 
126 
 
 
Astek, maya və inklər ədəbiyyatın müxtəlif bölmələrini özündə əks etdirən 
mifoloji, tarixi əhəmiyyətli məsələlərlə  məşğul olmasına dair faktlar müasir 
dövr üçün də aktuallıq kəsb edir. 
Müasir mərhələdə Latın Amerikasında irqi-etnik təsnifat bölgüsündə: sam-
bo (hindu – zənci törəməsi); metis (ağ irq – hindu) və mulat (ağ irq – zənci) 
üstünlüklər təşkil edir. 
Latın Amerikasının etnik qruplarının xəritəsində Brazilya ölkəsi üzrə hindu 
qruplarının sayı 80-dan çoxdur: Meksika və Argentina ölkələrində - 50-dən 
çox yerli, aborigenlər məskunlaşmışlar. Müasir dövrdə 18 dövlətin rəsmi ispan 
dili hesab edilir. Əsas dinlərinin isə daxilində katolik dini üstünlük təşkil edir.     
Yer kürəsində  məskunlaşan etnik birliklərinin arasında genetik dialektik 
əlaqələr tarixən  mövcuddur və bu proses müasir dövrdə də baş verir. Qeyd et-
mək lazımdır ki, bir müddət eyni bir ölkənin ərazisində yaşayan etnik qrupları 
onların genezisindən asılı olmayaraq bir-biri ilə əlaqə nəticəsində adətən oxşar 
məişət və mədəniyyət formalarını yaradmışlar. Məsələn, müxtəlif dilə və gene-
zisə malik olan Qafqaz etnik qrupları əsrlər boyu bir-biri ilə qonşuluqda yaşa-
dıqlarından onların arasında müəyyən səviyyədə mədəni, məişət ukladının bir 
çox oxşar xüsusiyyətləri yaranmışdır. Ümum Qafqaz geyim tipinin, xüsusən  
kişi paltarlarının oxşarlığını, silah, adət-ənənə və folklor materiallarının məz-
munluğu buna misal göstərmək olar.  
Etnik birliklər arasında  dialektik  əlaqələrinin mövcudluğuna dair termo-
noloji genetik  anlayışlar formalaşmışdır:          
 
 
 
 
 
 
 
 
 
İnsanların tarixən ümumi mədəni, məişət xüsusiyyətlərinin formalaşdığı 
areallara elmi baxımdan tarixi-coğrafi etnoqrafik makroareallar kimi təsnifat-
lara ayırmaq mümkündür (məsələn, Qafqaz, Baltikyanı, Orta Asiya, Şimali 
Avropa, Mərkəzi Amerika və s.). 
Etnik qruplarının coğrafi məkan çərçivəsində formalaşması və dinamikası-
nın inkişafı = ilkin yayılması prosesi, insanın  əmələ  gəlməsinin bioloji təka-
mülün xarakterinə uyğun minilliklər  ərzində baş vermişdir.  İnsan təkamülün 
Konsolidasiya
Bir neçə qo-
hum etnik-
lərin bir etnik 
halında bir 
ləşləşməsi. 
 
Asimilasiya 
Kiçik etniklər 
mədəni cəhət-
dən az inkişaf 
etmiş olur. 
İnkişaf etmiş 
ölkələrə xasdır. 
Etnoslararası əlaqə
Müxtəlif etniklərin 
birləşməsini nəzər-
də tutulur və çox-
millətli ölkələr 
üçün xarakterdir. 
Etnogenetik miksasiya 
Bir-birilə qarşılıqlı əla-
qədə olan qeyri-qohum 
etnosların yeni etnos 
yaratmasıdır. Buraya ən 
çox Latın Amerikası 
ölkələri  daxildir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə