Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
146 
 
 
Belə ki, coğrafi mühitin dinamikasınının təsirinə məruz qalmış insan fəaliy-
yətində  tsiklli olaraq əks-təsir proseslərinə məruz qalması gerçəkliyi formalaş-
mışdır. Tsiklli əks-təsir qüvvələri insan fəaliyyətinə uyğunlaşdırılmış, texno-
genləşmiş “coğrafi mühit-insan dialektikası” statusunda ifadə olunur. Deməli, 
coğrafi mühitlə insanın dinamik əks-təsir qüvvəsi nəticə etibarilə ekvivalent 
funksiyaya malikdir. Bu da insanın dialektik fəaliyyətinin inkişafına səbəb 
olur. İnsanın dialektik inkişafı özlüyündə coğrafi mühitlə əlaqəsinin tamlığını 
yaradır ki, buda dayanıqlı inkişafının ekvivalentliyi ilə  əlaqədar olaraq sim-
metrik məzmuna çevrilməsi ilə müəyyənləşir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dialektik coğrafiya
 
 
 
147
 
 
 
On ikinci önəm                      
Qlobal dayanıqlı insan inkişafın  
                                          funksional modeli
 
 
 
 
 
 
 
Dayanıqlı  insan  inkişafın  konsepsiyası 
  
Dayanıqlı insan inkişafının metodologiyası dialektik coğrafiya elminin ən 
aktual tədqiqat obyektlərindən biridir. Problemə kompleks yanaşsaq, uzun 
müddətli təkamül dövrünü və qismən qısa müddət keyfiyyət dəyişkənliyini 
özündə birləşdirən dialektik coğrafiya elminin tədqiqatlarının dayanıqlı insan 
inkişafının variantlarına münasibət bildirmək olar. 
Dayanıqlı insan inkişafı həm də dialektik coğrafiya elminin əsasında ölkə-
nin siyasi və sosial-iqtisadi funksiyalarının optimallığının dinamikası ilə  əla-
qəli  sistemlərinin kompleks yanaşma tərzində öyrənilməsinə  şərait yaradır. 
Buna görə də demoqrafik insan inkişafı  bir başa olaraq əhalinin təkrar istehsa-
lı və dayanıqlı iqtisadi-sosial inkişafla da bağlıdır. Bu inkişaf prosesə dair elmi 
mənbələrdə konstruktiv modellərinin və nəzəri baxışlarının tədqiqat obyektinə 
çevrilməsinə səbəb olmuşdur.
131
 
BMT-nın son dövrlərinin statistik materiallarının təhlillərinə uyğun olaraq,  
yüksək  iqtisadi və siyasi potensiala malik olan Qərbi Avropa, Şimali Amerika  
ölkələrində “demoqrafik keçid” proses demək olar ki, başa çatmışdır. Bu pro-
ses çərçivəsində yüksək doğum və ölüm göstəriciləri  isə aşağı səviyyədədir. 
 
 
 
 
 
 
Demoqrafik problemlərlə  məşğul olan F.Noutstayn (ABŞ) tərəfindən “de-
moqrafik keçid” termini ilkin olaraq elmi tədqiqatlarında ifadə etmişdir. Prob-
lemə kompleks yanaşması nöqteyi-nəzərdən isə “demoqrafik keçid” konepsi-
yasının nəzəri-metodoloji  əsaslarına dair elmi araşdırmalarının XX əsrin 20-
                                                            
131
 Пространсво в географии человека. М., 2000. 
Demorafik keçidin ilkin mərhələsində  doğumun azalması zamanı 0-14 yaş qru-
punda əhalinin sayı azalır. Bu (15-64 yaş qrupu) himayədə  olan əhali qruplarından 
(0 -14 və 65+yaş qrupları) nisbətən yüksək templərlə artır və demoqrafik yük 
indeksi aşağı düşür. Bu da iqtisadi inkişafa və sosial təminata investisiya qoyuluşu 
üçün resursları sərbətləşdirir, nəticədə isə əhalinin gəlirləri sürətlə artır. 


  Ağazeynal A. Qurbanzadə 
 
148 
 
 
30-cu illərində fransız A.Landri tərəfindən insan coğrafiya elminin tədqiqat 
obyekti kimi əsaslı təhlillər aparılmışdır. 
Elmi mənbələrdə “demoqrafik keçid”, “demoqrafik modelləşdirmə” və “de-
moqrafik revalyusiya” terminləri prinsip baxımından demək olar ki, eyni mə-
na, təsnifat parametləri kimi əsaslandırılır. 
Demoqrafik keçidin üç əsas təsnifat modeli geniş mənada elmi mənbələrdə 
ifadə edilir:                                      ▼ 
Yüksək doğum və yüksək ölüm (Meksika tipi)   
Yüksək doğum və aşağı ölüm (İngilis tipi)  
Aşağı döğum və aşağı ölüm (Fransız tipi) 
Əsrlər boyu insan cəmiyyəti yüksək doğum və yüksək ölüm modeli əsasın-
da inkişaf etmişdir. BMT-nın statistik mənbələrinə  əsasən XX əsrdə dünya 
əhalisinin sayı dörd dəfədən çox artmışdır. Əgər 50 min illik demoqrafik inki-
şaf tarixində yalnız 1820-ci ildə yer kürəsində əhalinin sayı 1 mlrd. olmuşdur-
sa, ikinci milyarda çatmaq üçün cəmi 100 il vaxt tələb olunmuşdur.Lakin son-
rakı 3 milyarda çatmaq üçün artıq 40 il, 4 milyard üçün - 15 il, 5 milyarda 
çatmaq üçün 12 il, 6 miyarda çatmaq üçün isə cəmi 12 il tələb olunmuşdur.
132
 
Demoqrafik artımının iqtisadi rasionallıq ideyası BMT-nın və digər beynəl-
xalq institutlarının demoqrafik konsepsiyasında ölkələr üçün nəzərdə tutulmuş 
demoqrafik siyasətin nəzəri  əsaslarının real həyatla uzlaşması hadisələri ilə 
bağlıdır. Demoqrafik keçid haqqında digər nəzəriyyə əsasən doğumun evalyu-
siyası müəyyən nisbətdə ölüm dinamikasından asılı deyildir. 
Demoqrafik inkişafın rasional konsepsiyasının qeyri-dəqiqliyi bir sıra tədqi-
qatçıların neomaltuzianlıq cəryanına müraciət etməsini şərtləndirir. Keçən əs-
rin 50-ci illərində inkişaf etmiş ölkələrdə əhali artımının problemlərini öyrənən 
neomaltuzianlığın müxtəlif cəryanları meydana gəldi. Onlar hesab edirdilər ki, 
əhali sayının körtəbii artımı aclıq, yoxsulluq və qlobal ekoloji gərginliklər ya-
rada bilər. 
Qlobal səviyyədə BMT tərəfindən hər il “İnsan inkişaf İndeksi”nin əsasında 
ölkədəki insan kapitalının keyfiyyət parametrlərini təhlil edir.  İnsan  İnkişafı 
indeksi (İİİ) - BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən “İnsan İnkişafı 
Hesabatı”nda dünya ölkələrində  əhalinin rifahını  əks etdirən göstərici hesab 
edilir. Bu indeks əhalinin rifahını ÜDM-dən istifadəsinin prosesindən daha ge-
niş  şəkildə özündə ehtiva edir. “İnsan  İnkişafı indeksi” insan inkişafının üç 
ölçüsünü özündə birləşdirir: 

 
 uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); 
                                                            
132
 
Население мира. Киев, 2000. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə