Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə56/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   52   53   54   55   56   57   58   59   ...   90

Dialektik coğrafiya
 
 
 
149
 
 

 
 təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və 
ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); 

 
 layiqli  yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti /AQP, gəlir  əsa-
sında hesablanır). 
Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. 
Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları  və siyasi 
azadlıqların təmin olunması kimi göstəriciləri daxil edilmir. Buna baxmaya-
raq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürək-
kəb münasibətlərinin nəzərdən keçirilməsi üçün daha geniş sahəni təmin edir. 
BMT-nın təklif etdiyi “İnsan İnkişafı indeksinin” hesablanması metodikası: 
İstənilən   göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək 
üçün aşağıdakı formuldan istifadə edilir:  
 
indeks  
min 
max 
min  
 
 
burada: 
min 
 və  
max  x  təhlil edilən bütün ölkələr üzrə   göstəricisinin 
minimal və maksimal qiymətləridir. 
Hər hansı ölkənin İnsan İnkişafı İndeksi aşağıdakı 3 göstərici əsasında 
formalaşır: 
1. Gözlənilən həyat müddəti indeksi (LEI) = 
,
 
2. Təhsil indeksi (EI) = 
İ   
İ
,
 

 
Orta təhsil müddəti indeksi (MYSI) = 
İ
,
 

 
Gözlənilən təhsil müddəti indeksi (EYSI) = 
,
 
3. Gəlir indeksi (II) = 
 
 
İnsan İnkişafı İndeksi isə bu üç göstəricinin həndəsi ortasıdır: 
 

HDI   LEI Eİ  H 
 
LE — Gözlənilən həyat müddəti 
MYS — Əhalinin orta təhsil müddəti (illərlə) 
EYS — Təhsili davam edənlərin gözlənilən təhsil müddəti (illərlə) 
GNIpc — AQP-yə görə adambaşına düşən ÜMM (ABŞ dolları ilə) 
 


  Ağazeynal A. Qurbanzadə 
 
150 
 
 
 İnsan inkişafının İndeksləri (Human Development Report 2011.UNDP) 
 
 
1980 1990 2000 2010 
İnkişaf etmiş ölkələr                0.754
0.768
0.852
0.879
 
İnkişaf etməkdə olan ölkələr    0.361
0.440
0.510
0.592
 
Zəif inkişaf etmiş ölkələr         0.251
0.292
0.325
0.386
 
Dünya üzrə                               0.455
0.526
0.570
0.624
 
 
Ayrı-ayrı ölkələrinin insan inkişafı göstəriciləri arasında mühüm fərqlər möv-
cuddur. Bu göstərici, Tropik Afrika ölkələrinin indeksi Latın Amerikası ölkələri 
ilə müqayisədə 1.2 dəfədən çox aşağı; Cənubi Asiya ölkələrinin göstəriciləri isə 
Şərqi Asiya ölkələrinə nisbətən 1.3 dəfə  aşağıdır. Ötən  əsrin ikinci yarısından 
başlayaraq inkişaf etməkdə olan ölkələr üzrə ÜDM-in hər nəfərə düşən gös-
təricilərinə görə inkişaf etmiş ölkələrdən geriliyini nisbətən azaltmışdır. 
İnsanın inkişaf İndeksinin kişilər və qadınlar arasında bərabərlik təmin edil-
mədən mümkün olmasa da, bir çox ölkələrdə “İnsanın inkişaf İndeksi” və qa-
dınların vəziyyəti arasında fərqlər vardır. Qadınların ən yaxşı vəziyyəti Şimal 
Amerika ölkələrində müşahidə olunur. Burada yaşlı  əhalinin savad səviyyəsi 
demək olar ki, eynidir və qadınların gözlənilən ömür müddəti kişilərlə müqa-
yisədə 7 il çoxdur(yaşdakı bioloji fərq 5 il qiymətləndirilir). Qadınların orta 
gəlirləri kişilərin gəlirlərinin ¾ hissəsi qədərdir. 
Elmi mənbələrdə gender bərabərsizliyi indeksinin təhlilinə xüsusi diqqət 
yetirilir. Gender bərabərliyi prinsipi beynəlxalq və milli səviyyələrdə  tətbiq 
edildikcə  məlum olur ki, mövcud beynəlxalqstatistikada gender məlumatları-
nın keyfiyyəti cəmiyyətdə olan gender bərabər(siz)liyinin səviyyəsini tam izlə-
məyə imkan verir.  
İqtisadi artım tempinin sürətlənməsi və ya ümumdaxili məhsulun artması 
heç də ölkədəki gender vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişa-
fının digər sahələrində olduğu kimi, gender sahəsində  də olan keyfiyyət də-
yişikliklərinin izlənməsi üçün müəyyən statistik metodların və  kəmiyyət in-
dekslərinin işlənib hazırlanması bir zərurətə çevrilir. 
Yeni metodoloji (2010-cu ildə) yanaşmaların və alternativ göstəricilərin 
irəli sürülməsi ilə əlaqədar olaraq gender balansının yeni ölçüsü kimi gender 
bərabərsizliyi indeksi təklif olunmuşdur. Gender bərabərsizliyi indeksi (GBİ) 
üç parametrdə - reproduktiv sağlamlıq, səlahiyyətlənmə  və  əmək bazarında 
gender bərabərsizliyi əks etdirir. Bu parametrlərdə qadın və kişilərin nailiyyət-
ləri arasında olan uyğunsuzluqlara görə potensial insan inkişafındakı itkini 
göstərir.  İndeksin dəyəri 0 (qadın və kişilərin mövqelərində  bərabərlik möv-


Dialektik coğrafiya
 
 
 
151
 
 
cuddur) və 1 (cinslərdən biri ölçülən bütün parametrlərdə mümkün olan ən pis 
vəziyyətdədir) arasında dəyişir.  
GBİ Vanderbilt Universitetinin professoru Suman Setin təklif etdiyi 8 asso-
siasiyaya həssas bərabərsizlik ölçüsündən istifadə etməklə hesablanır.  İndeks 
müxtəlif tərkibli ümumi orta dəyərlərin ümumi orta dəyərinin çıxarılmasına 
əsaslanır – birinci aqreqasiya bütün parametrlərin həndəsi ortasının çıxarılması 
ilə aparılır; qadın və kişilər üçün ayrıca hesablanmış bu orta dəyərlər sonra 
bütün cinslər üçün ümumi orta dəyərin çıxarılması ilə aqreqasiya olunur. 
Müasir dövrdə dünya praktikasında yoxsulluğun ümumi qəbul edilmiş tərifi 
yoxdur. Yoxsulluğun ənənəvi indikatorları xüsusən Dünya Bankının göstərişi 
ilə uzun müddət gəlir səviyyəsi və istehlak təxminləri kimi meyarlarla müəy-
yən edilmişdir. Deməli, yoxsulluğun miqyası, xroniki cəhətləri və kəskinliyi, 
eləcə də onun monitorinqi və ölçülməsi hansı tərif və metodların istifadə olun-
masından asılıdır. 
İnsan inkişafı konsepsiyasında yoxsulluq çoxölçülü təzahür kimi qəbul edi-
lir və onun mahiyyəti gəlir və ya istehlak anlayışları ilə  məhdudlaşdırılmır. 
Əgər insan inkişafı insanın layiqli, sağlam və yaradıcı həyat yaşamaq imkanla-
rının genişləndirilməsindən ibarətdirsə, onda yoxsulluq belə imkanların olma-
ması və ya məhdudluğu deməkdir. 
İnsan inkişafı konsepsiyası çərçivəsində yoxsulluğun ölçülməsi üçün istifa-
də olunan məcmu göstərici çoxfaktorlu yoxsulluq indeksidir. Çoxfaktorlu yox-
sulluq indeksi (ÇYİ) təhsil, sağlamlıq və həyat şəraiti sahələrində fərdi insan 
səviyyəsində 10 göstərici üzrə çoxsaylı məhrumiyyətləri müəyyən edir. İndeks 
ev təsərrüfatları sorğularından əldə edilən mikroməlumatlardan istifadə edir və 
onun tərtibi üçün lazım olan bütün göstəricilər eyni sorğudan gəlməlidir.  
ÇYİ metodologiyası Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü təşki-
latının Beynəlxalq  İnkişaf Departamentində  tərtib edilmişdir. Çoxşaxəli bir 
proses kimi insan inkişafının vahid indekslə ölçülməsi qeyrimümkün olduğu 
kimi, çoxölçülü təzahür kimi təsvir edilən yoxsulluğun da ancaq ÇYİ ilə ölçül-
məsi düzgün deyil. 
Məlumdur ki, iqtisadi artım tempinin artması heç də ölkədəki yoxsulluğun 
vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişafının digər sahələrində 
olduğu kimi, yoxsulluğun coğrafiyası sahəsində də olan keyfiyyət dəyişiklik-
lərinin izlənməsi üçün müəyyən statistik metodların və kəmiyyət indekslərinin 
işlənib hazırlanması bir zərurətə çevrilir. Yoxsulluq – insan həyat tərzinin ən 
mürəkkəb və dinamik proseslərindən biridir. Buna görə də, yoxsulluğu yarada 
bilən indekslərinin təyini bir sıra konstruktiv stratejli məqsədli metodlarını 
özündə birləşdirir.     


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə