Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
158 
 
 
 
Feminist  coğrafiyanın funksionallığı 
 
Coğrafiya elmi tədqiqatlarının idealogiyasında feminizm
134
 probleminin 
əsaslandırılması və coğrafi məkan kontekstində təhlillərinin aparılması proble-
matik düşüncə tərzinə malik virtual proseslərdən biridir.  
Coğrafiya elmi mənbələrdə feminizm idealogiyasının araşdırılmasının 
təlimində radikal ideyalara söykənən tədqiqatlar üstünlük təşkil edir. Proble-
min əsas ideya mənbəyi ondan ibarətdir ki, yer kürəsində məskunlaşan qadın-
ların həyat fəaliyyətinin bütün şaxələrinə kompleks yanaşılır. Feminist coğrafi-
yası – insan coğrafiyasının təlimində aktual məna kəsb edən tədqiqat sahəsidir. 
Onun tədqiqat obyekti və metodoloji istiqaməti coğrafi məkanda qadınlarının 
dialektik həyat tərzi, cəmiyyətdə  və ailədə davranışı, ölkənin və ailənin 
idarəedilməsi prosesində intellektuallığı və s. hesab edilir. 
Məna ideya baxımdan feminist coğrafiya ictimai elmlərinin sintezinin dia-
lektikasının nəticəsində formalaşmışdır. Bu elm hal-hazırda coğrafi məkanla 
uzlaşan və dialektik əsaslara söykənən  feminist coğrafiyanın  şaxələnmiş 
strukturlardan ( FCŞS ) ibarətdir.                                              ▼ 
                                                                                                    
 
 
 
 
 
 
 
E = Feminist coğrafiya elminin  məkan strukturu 
G = Feminist coğrafiya elminin qloballığı 
D = Feminist coğrafiya elminin strateji mahiyyəti  
R = Feminist coğrafiya elminin radikal önəmi 
           
 
Müasir dövrdə feminist coğrafiyasının aktual problemlərinə dair geniş miq-
yasda elmi araşdırmalar yerinə yetirilir. Avropa, Şimali Amerika və eləcə də 
Türkiyə coğrafiya elm tədqiqatlarının mənbələri nəzəri cəlb edir. Türkiyə coğ-
rafları  əsasən qadın psixologiyası  və onun coğrafi mühitdə davranış qayda-
larına dair araşdırmaları coğrafiya elminin konstruktiv inkişafı üçün əhəmiy-
yətli sayılır.  
 
                                                            
134
  Fenizm - qadın coğrafiyasını öyrənən elm sahəsi.
 
 
FCŞS


 D 



Dialektik coğrafiya
 
 
 
159
 
 
       
 
 
 
Feminist coğrafiya elminin konseptuallığının əsasını ilkin olaraq cəmiyyə-
tin dialektik baxışlarının radikal gerçəkliyindən irəli gəlmişdir. Məsələ ondan 
ibarətdir ki, cəmiyyətin dayanıqlı  və dinamik həyat tərzinin inkişafı bilavasitə 
qadın coğrafiyasından da asılıdır. Bu problemin elmi əsaslarla təhlil edilməsi və 
ümumiləşdirilmiş sosial, iqtisadi və siyasi məzmunda  əsaslandırılması qadın 
coğrafiyası elminin müstəqil tədqiqat obyektinin yaranmasına səbəb olmuşdur. 
İnkişaf etmiş ölkələrdə sosial coğrafiya,insanın rifah coğrafiyası ilə yanaşı 
feminist coğrafiya elmi məktəblərdə fəaliyyət göstərir. XX əsrin axırı və XXI 
əsrin  əvvəllərindən başlayaraq insan coğrafiyası elminin tərkibində feminist 
coğrafi təfəkkür  geniş miqyasda önəmə gətirilmişdir. 
Bir çox elmi jurnallarda və elmi monoqrafiyalarda feminist coğrafiyanın 
müxtəlif istiqmətlərinə dair tədqiqat materialları (qadın azadlığının coğrafiya-
sı, qadın hüququnun coğrafiyası, qadın miqrasiyasının coğrafiyası  və s.) Bö-
yük Britaniya, ABŞ, Kanada və s. ölkələrdə çap olunmuşdur. 
Ən çox qadın problemlərini özündə əks etdirən elmi məqalələr radikal coğ-
rafiya jurnalı sayılan “Antipode”də çap olunur. Burada radikallaşma və qadını-
nın intellektual işküzarlığına, cəmiyyətin dayanıqlı inkişafında qadının möv-
qeyi və ailə coğrafiyasının problemlərinə dair materiallar mühüm yer tutur. 
1982-ci ildə yazılan “On Not Excluding Half of the Human in Human 
Geography” (İnsanın Yarısını İnsan Coğrafiyasından xaric etmək üzərinə) mə-
qaləsində “niyə coğrafiyada irqi ayrı-seçkiliklə bağlı suallar həmişə aktual ol-
muşdur, ancaq qadınlara qarşı olan ayrı-seçkilik məsələsinə isə toxunulmamış-
dır?” sualı ortaya qoyulub. Keçən  əsrin 80-ci illərdə ilkin feminist coğraflar 
(McDowell, Lewis və Foord və s.) tərəfindən bu problemlərə diqqəti çəkməyə 
başladılar. Postmodern dövrdə artıq ağ  dərili olmayan və Üçüncü Dünya 
qadınlarının həyat səviyyəsi müzakirə olunmağa başladı. 
1990-cı illərin sonundan artıq qadınların sosial, mədəni, iqtisadi məsələlər-
də, dövlət işlərində iştirak etməsi cəmiyyətdə qəbul olunur. BMT-nin (2013-cü 
ilin) hesabatlarına görə, 27 ölkənin üzvü olduğu Avropa Birliyində özəl sek-
tordan əldə olunan gəlirin yalnız 16.6%-i qadınlar tərəfindən qazanılıb. Afri-
kada bu göstərici - Misirdə ən az 10%, Bostvanada ən yüksək 30% təşkil edir. 
Yaponiyada dövlət idarəçiliyində çalışan hər 100 insandan 93-ü kişidir. Bu 
göstərici ABŞ-da 100 nəfərdən 80-nə bərabərdir.  
İslam fəlsəfəsində  cəmiyyətdə  və ailədə qadınların  şoxfunksional xarakerləri, 
bəşəri sivilizasiyanın təkamülündə qadınların mövqeyi əsaslandırılmışdır. 


  Ağazeynal A. Qurbanzadə 
 
160 
 
 
ABŞ-da 500 böyük korporasiyadan yalnız 23-ü qadınlar tərəfindən idarə 
olunur. Norveç və İsveç kimi yüksək inkişaf etmiş ölkələrdə belə idarəetmədə 
qadınların sayı çox azdır. Yalnız Çində yüksək vəzifəli qadınların sayı kişilər-
dən çoxdur. Yer kürəsində 150 ölkə başçısından yalnız 7-si, 192 hökumət baş-
çısından  yalnız 11-i qadındır.  
WEF (World Economic Forum) təşkilatının “The Global Gender Gap Re-
port” adlı hesabatında qadınlar üçün ən  əlverişli ölkələrinin adları açıqlayıb. 
Bunlar əsasən inkişaf etməkdə olan ölkələrdir. Araşdırmada nəzərə alınan əsas 
meyarlar təhlükəsizlik, təhsil səviyyəsi, sağlamlıq və ən əsası isə ölkənin hə-
atında qadınların oynadığı siyasi-iqtisadi rolu olub. Bu siyahının ilk 10 sırasına 
İslandiya, Norveç, İsveç, Finlandiya, İrlandiya,  İsveçrə, Filippin, Danimarka
və s. ölkələr daxil edilmişdir. 
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə