Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

Dialektik coğrafiya
 
 
 
167
 
 
şafında, iqtisadi potensialın optimallaşdırılmasında tədbiqi xarakter daşıyır. 
Tədbiqi yanaşmada inkişaf sadəcə iqtisadi artım tempinin artması deyil, həm 
də insan kapitalına sərmayə qoyuluşu və yoxsulluğun azaldılması ilə ölçülür.  
İnsan kapitalı dünya iqtisadiyyatının aparıcı cahəsidir. Bir çox ölkələrdə 
formalaşan insan kapitalı strateji mövqeyə malikdir. XX əsrin axırında insan 
kapitalı dünya üzrə  dəyəri 365 trln. $ və ya dünya sərvətinin 66%-i özündə 
birləşdirmişdir. Bu dövrdə, ABŞ da insan kapitalının dəyəri 95 trln. $ və milli 
sərvətin 77%-i təşkil etmişdir. Çində bu göstərici 25 trln. $ və ya milli sərvətin 
77%, dünya üzrə isə 7% hesablanmışdır. Braziliyada müvafiq olaraq 7 trln. $, 
74%, 2%; Hindiatanda – 7 trln. $ və ya milli sərvətin 58 %-ni (dünya üzrə isə 
2% ) təşkil etmişdir. 
“Yeddillər” inkişaf etmiş ölkələrdə dünya üzrə 59% və milli sərvətlərinin 
78%-i insan kapitalının payına düşmüşdür. 
Elmi-tədqiqatın xarakterik halı kimi,son onilliklər baxımından ölkələr ara-
sında qlobal əməkdaşlıq sahəsində “insan resurslarının inkişafına dəstək” ide-
yaları aktuallıq kəsb etmişdir. “İnsan resurslarının inkişafı” ideyasının  əsas 
məqsədi insan potensialının səviyyəsinin maksimuma çatdırılması və ölkənin 
kompleks strategiyasında istifadə edilməsindən ibarətdir.
139
 
Elmi araçdırmalara əsasən: insan inkişafı ilə insan kapitalı nəzəriyyəsi (ya-
xud insan resurslarının inkişafı) arasında müəyyən asılılıq vardır. İnsan inkişa-
fı konsepsiyası və insan kapitalı nəzəriyyəsinin ümumi mövqeyinə görə, insa-
nın bacarıqları və imkanları istehsal prosesi üçün əhəmiyyətlidir. Lakin insan 
kapitalı  nəzəriyyəsində insanlara istehsalın artırılması üsulu kimi baxılır, 
bundan fərqli olaraq insan inkişafı konsepsiyası ilkin olaraq hər bir ölkənin 
tərəqqisinə xidmət edir. 
Müasir dövrdə biliklərə əsaslanan iqtisadiyyatın (“knowledge-based econo-
my”) yeni konsepsiyasının coğrafiyası ölkələr üçün aktuallıq kəsb edir. İnfor-
masiya texnologiyaları  və kompüterləşmənin bünövrəsi üzərində formalaşan 
qlobalaşan iqtisadi və siyasi sisteminin hərəkətverici qüvvəsi intellektual fə-
aliyyət hesab edilir. İntellektual fəaliyyət artıq onun əlavəsi, köməkçi törəməsi 
deyildir. Kapitalın əşya və monetar formada toplanması prosesi öz yerini in-
formasiyanın toplanmasına vermişdir. Məsələn, yer təkində yerləşən sənaye 
əhəmiyyətli resursların, dayanıqlı iqtisadi inkişafının ideya mənbələri və s. 
fundamental tədqiqatlar “düşünən beynlər” tərəfindən idarə olunur. 
                                                            
139
 Dünya ölkələrinin inkişafına dair araşdırmalar göstərir ki, büdcədən elmi tədqiqatlara  ay- 
      rılmalar 2%-dən azdırsa, həmin elm-tədqiqatlar ölkənin iqtisadiyyatına təsir etmir. 


  Ağazeynal A. Qurbanzadə 
 
168 
 
 
Müasir dövrdə  məşğulluğun strukturunda dinamik dəyişikliklər baş ver-
məkdədir. Vaxtilə sənaye, aqrar və s. sahələr ölkənin əsas struktur kompleks-
ləri hesab edilirdi. Artıq bu sferalar öz yerini “informasiya iqtisadi inkişaf”, 
“biliklərə  əsaslanan cəmiyyət”, “intellektual iqtisadiyyat”, “bilik məhsulları” 
kimi yeni məzmunlu  termonologiyalarla əvəz olunmuşdur. 
BMT-nin  İnkişafın Planlaşdırılması üzrə Komitəsi özünün hesabatlarında 
ölkələrdə struktur yenidənqurmanın insan aspektini nəzərdən keçirməsinə dair 
təkilif paketinin hazırlanmasına dair elmi tədqiqatlardan istifadə edilməsi töv-
siyyə olunmuşdur (1987-ci il). Bu tövsiyyələr Mahbub ul Haqın, Kiyt Qrif-
finin, Amartya Senin və Con Naytın rəhbərliyi altında  əsaslı  tədqiqatlarının 
aparılmasına stimul verdi. Tədqiqatların nəticəsi olaraq çap olunan “İnsan po-
tensialının inkişafı: İnkişaf strategiyasının unudulmuş aspekti” adlı hesabat əs-
lində insan inkişafı konsepsiyasının başlıca prinsiplərini özündə əks etdirən ilk 
analitik proqram idi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                 
 
 
 
 


Dialektik coğrafiya
 
 
 
169
 
 
 
On dördüncü önəm              
“İnsan - ətraf mühit”ə uyğunlaşma   
                                          reaksiyası 
       
 
 
 
 
 
 
İnsan orqanizmin ətraf mühitə uyğunlaşması 
 
İnsanın əmələ gəlmə dövründən başlayaraq Yer kürəsində
140
 yayılmış insan 
qrupları yaşamaq uğrunda dinamik olaraq ətraf mühitə uyğunlaşma prosesinə 
məruz qalmışdır. Uğunlaşma: dinamik mühitin dilaktekasını özündə  cəmləş-
dirdiyi səbəbindən insanların bütün həyat fəaliyyəti bununla bağlıdır. 
Yer kürəsinin coğrafi en dairələrində iqlim resursları bir-birindən fərqləndi-
yi üçün, “insan-yaşayış mühit” tsikllərinin təsiri informasiyasında da fərqləri-
nin yaranmasına səbəb olmuşdur. İnsan orqanizmi eyni zamanda müxtəlif iq-
lim şəraitində yaşamaq qabiliyyətinə malik olması göstərir ki, onlarda xüsusi 
uyğunlaşma “reaksiyası” mövcuddur. Bütün canlı orqanizmlər kimi insan or-
qanizmi də yaşadığı coğrafi mühitin bütün komplekslərinə qarşı həssaslaq gös-
tərmək qabiliyyətinə malikdir. Bu həssaslıq və orqanizmin müəyyən cavab 
reaksiyası göstərməsi insanda homeostazın
141
 sabit  saxlanılmasına tam cavab 
verir. 
Dünyanın ən soyuq məskənlərində sayılan Verxoyanskdə (Şərqi Sibir) orta 
illik temperatur mənfi 18
0
C-dir, lakin ilin ən soyuq ayı sayılan yanvarda orta 
temperatur – 35
0
C-yə çatır. İlin bəzi günlərində temperaturun hətta – 68

C-yə 
qədər aşağı düşür. Əlcəzair Saxarasının İn-Salah məkanında ilin ən isti ayında 
(iyul) orta illik temperatur 38
0
-yə qədər yüksəlir. Lakin daha yüksək və alçaq 
temperatur şəratində yaşayan insan populyasiıalarının uyğunlaşması halları da 
mövcuddur. 
Xarici temperatur mühitinin belə kəskin dəyişilməsinə baxmayraq insan or-
qanizmin daxili temperaturu çox az dəyişilmələrinə məruz qalır. Bədən tempe-
                                                            
140
  Yer kürəsinin quru sahəsinin təxminən 100 mln. km
2
 sahəsində insan yaşayışı üçün fayda- 
lıdır. 
141
 Homeostaz (yun. homeo-eyni, staz-hərəkətsiz deməkdir). Bu termini elmə ilk dəfə U.Ken-
non tərəfindən gətirilmişdir. Homeostaz – orqanizmdə daxili mühitin sabitliyi deməkdir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə