Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə64/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   60   61   62   63   64   65   66   67   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
172 
 
 
iş görmək qabiliyyətinə malikdirlər. Himalayda yaşayan şəxslər ağır yükü fizi-
ki qüvvə ilə həyata keşirirlər. 
Yer kürəsinin bütün enliklərində yaşayan insanların xəstəliklərə qarşı reak-
siyası da müxtəlifdir. Bu onunla ölçülür ki, insan xəstəlikləri  ətraf mühit şə-
raitilə orqanizmin qarşılıqlı əlaqəsi sahəsində meydana çıxır. Ətraf mühitdəki 
mikroorqanizmlərinin daşınmasında su, hava, müxtəlif canlılar, o cümlədən 
insanlar da iştirak edir. 
Bir sıra yoluxucu xəstəliklərin iqlim şəraitilə  əlaqədar olması sübut olun-
muşdur. Məsələn, çoxillik orta temperatur şəraiti 27
0
C olan ərazilərdə tropik 
xəstəliklər geniş yayılmışdır. P.T.Bejker (1981) müxtəlif alimlərin Peruda 
apardıqları  tədqiqatlara  əsaslanaraq belə  qənaətə  gəlmişdir ki, yüksək dağ 
rayonlarının iqlim şəraiti düzən zonasında yaşayan insanlarının sağlamlığı 
üçün qeyri-əlverişlidir. Yüksək dağlıqlarda yaşayan insanlarda bir sıra xəstə-
liklərin meydana çıxmasını  və inkişaf etməsini oksigen təzyiqinin aşağı düş-
məsi ilə ağciyər şişi, xroniki dağ xəstəliklərinin əmələ gəlməsinə şərait yara-
dır. 
 
 
“İnsan - qida enerji”nin  mənbələrinin coğrafiyası 
 
İnsanların müxtəlif coğrafi enliklərdə məskunlaşması şəraitində qida enerji 
ilə təminatı arasında fərqlərin formalaşmasına səbəb olmuşdur. Qida - insanın 
yaşaması və hərəkət dinamikasında həlledici funksiya daşıyır. Çünki, qidanın 
tərkibindəki enerji maddələr mübadiləsinin getməsi ilə yanaşı, eyni zamanda 
insan orqanizminin fəaliyyəti (böyümə, çoxalma, sabit temperaturun saxlanıl-
ması və s.) üçün zəruri şərt hesab edilir. Orqanizm bütün fəaliyyətində enerji 
sərf etmək və uyğunlaşma qabiliyyətinə malikdir. İnsan qida əldə etmək məq-
sədilə müxtəlif növ fəaliyyətlər icra edir və bu zaman sərf edilən enerjinin 
ekvivalenti işin xarakterindən asılı olaraq dəyişilir. Qərbi Avropada sənaye sa-
həsində çalışan kişilər saatda 1250 və qadınlar isə 838 k C enerji sərf edirlər. 
Qida enerjisinin resursları tsikli və onun mənbələri şox müxtəlif təsnifatları-
na ayrılır. İnsan öz varlığı dövrdən başlayaraq ərzaq məhsullarından bir qida 
kimi istifadə etsələr də bunlar içərisində əsas enerji mənbəyi rolunu yağ, kar-
bohidrat və zülallar oynayır. Lakin insanın yaşadığı iqlim tipindən, iqtisadi 
inkişaf fəaliyyətinin asılı olaraq yağ, karohidrat və zülalların hər nəfərə düşən 
gündəlik miqdarı dəyişkəndir. C.Uaynerə (1979) görə müxtəlif insan populya-
siyalarının bir qida kimi qəbul etdikdə yağ, karbohidrat və zülal mənşəli mad-
dələrinin miqdarı bir-birindən fərqli olduğu kimi, insan orqanizminin istifadə 


Dialektik coğrafiya
 
 
 
173
 
 
etdikləri enerji də  fərqlidir.
144
 Orqanizmdə karbohidrat çatışmadıqda zülal və 
yağlar karbohidratlara,yağ çatışmadıqda isə karbohidrat və zülallar yağları 
əmələ gətirməklə orqanizmi müvafiq enerji ilə təmin etmiş olur.  
Orqanizmin həyat fəaliyyətində mineral maddələr çox mühüm əhəmiyyət 
kəsb edir. Müxtəlif orqanizmlərdə suyun miqdarı çox geniş ölçüdə dəyişir, bu 
dəyişilmlər orqanizminin ümumi çəkisinin 1%-ni təşkil edir. 
Təhlillə  əsasən coğrafi enliklərdə yaşayan insanların müxtəlif təbii  şərait-
dən asılı olaraq onların qəbul etdikləri qidalanma rejimi də müxtəlif olur. 
C.Uayner qidalanma rejiminin xususiyyətlərinə görə mövcud olan fərqləri üç 
əsas coğrafi təsanifatına ayırır: 1) ovçuluq və maldarlıqla məşğul olanlar; 2) 
əkinçiliklə  məşğul olanlar; 3) eyni vaxtda həm  əkinçilik, həm də heyvan-
darlıqla məşğul olanlar. Birinci təsnifatların qidasının əsasını zülallar, ikinçilər 
– az miqdarda zülal olmaqla əsasən karbohidratlar və üçünçü də isə qarışıq 
qidalar təşkil edir. Şimali Amerikanın abrogenlərindən sayılan eskimosların 
qida rasionunda qışda dəniz ovçuluğu ilə məşğulluq üstünlük təşkil edir.  Qış-
da suitilərini, yayda isə  morjların ovundan alınan qida məhsulları üstünlük 
təşkil edir. Qidalanmaya görə eskimoslar heç vaxt raxit, sinqa və vitamin 
çatışmamazlığından əziyyət çəkmirlər. 
Afrikada yaşayan Qambi icmalarının qidasının  əsasını  dənli bitkilər, tərə-
vəz, ət və süd məhsulları təşkil edir. Bunlar qarışıq olsa da əsas qida kimi dənli 
bitkilər (xüsusən düyü) üstünlüyə malikdir. Qambilərin qidasını eskimoslarla 
müqayisə etdikdə birincilərdə zülal çatışmamazlığı müşahidə olunur. Bu sə-
bəbdən də Qambi icmalarında daha çox qaraciyər serrozu xəstəlikləri geniş ya-
yılmışdır. 
 
  
  
                                                 
 
 
 
 
 
 
 
 
                                                            
144
 Уайнер Дж. Экология человека. М., 1979. 


  Ağazeynal A. Qurbanzadə 
 
174 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DÖRDÜNCÜ BÖLMƏ 
 
DİALEKTİK FUNKSİONAL COĞRAFİYA 
STRUKTURU, MODELLƏŞMƏ HƏSSASLIĞI
 
   
              
 
 
Funksional coğrafiya elmin model həssaslığı 
 
 
Coğrafi-iqtisadi tədqiqatın funksional konturları 
 
 
Həyat keyfiyyətinin funksional coğrafiyası 
 
 
Dayanıqlı iqtisadi inkişafının  funksional xəritəsi 
 
 
Dialektik funksional strukturunun həssaslığı 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə