Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
178 
 
 
İqtisadi-sosial inkişafının 
dayanıqlığının təminatında  
son illərdə klaster modelin-
dən  geniş istifadə edilir. 
Funksional struktur prosesində məqsədli formada klaster modeli əsasən iki 
istiqamətdə  təhlillərinin aparılmasının ideyasına  əsaslanır: resurs potensialın 
modelləşməsi əsasında  funksional strukturun proqnozlaşdırılması və proqnoz 
funksional struktur modelinin strateji reallıqlarının elmi-praktiki istiqamətində 
əsaslandırılması. 
Klaster modeli - funksional strukturun stratejiyasını önəmə gətirir, həssaslı-
ğını aktivləşdirir. Buna görədə elmi mənbələrdə muxtəlif strukturların forma-
laşmış klasterlərinə üstünlük verilir. Dialektik coğrafiya elmi üçün klaster mo-
delin  əhəmiyyəti o dərəcədə böyükdür ki, ölkənin dayanıqlı inkişafını  təmin 
edən bu tip modellərin tədbiqi haqqında düşünmək daha effektli hesab edilir. 
Klaster modelinin  formalaşması, onun funksional fəaliyyətinin tam təmin 
olunması, istehsal coğrafiyasının yeni optimal variantlarının müəyyən etməklə 
yanaşı, coğrafi məkanda bu modellərinin müxtəlif səviyyələrdə kompleks təş-
kili daha optimal sayılır. 
Məlumdur ki, funksional  klsater modeli müəyyən ərazilərin potensial re-
surs təmiatına uyğun olaraq formalaşır: 
 
Buraya daxildir:  
- resursların iqtisadi-sosial  potensial  
modeli; 
G
x
 - strateji mövqeyi modeli ;  
G

- strukturun klaster modeli. 
 
Formalaşmış klaster modelinin praktikasının təyin edilməsi, bir tərəfdən ge-
osiyasi, iqtisadi və coğrafi baxımdan kompleks yanaşmalarını tələb edirsə, di-
gər tərəfdən isə idarəetmənin çevik forması kimi strateji məqsəd və vəzifələrin 
həlli üçün proqramların yerinə yetirilməsinə ideal mühüt  yaradır. 
Geosiyasi və coğrafi məkan baxımından funksional klaster modelinin op-
timal idarə edilməsi strateji mahiyyət daşımaqla yanaşı, resursların potensial 
məhsuldarlığının yüksəldilməsi üçün dayanıqlı inkişaf mühitini tənzimləyir. 
Klaster tədqiqat mənbələrindən  əsasən XIX 
əsrin ikinci yarısından başlayaraq istifadə olun-
muşdur. Məsələyə ilkin olaraq şübhə ilə yana-
şanlar da, sonrakı dövrlərdə isə elmi təlim kimi 
klaster yanaşma metodologiyasının mənbələ-
rindən  tədqiqatçıların ideya mənbəyinə çevrilmişdir. 
Klaster modeli vasitəsi ilə ərazi-istehsal strukturun idarə edilməsi, əhalinin 
məskunlaşması, sosial, siyasi, ekoloji və s. sferalarının dialektikası elmi-prak-
G

G
x
G


Dialektik coğrafiya
 
 
 
179
 
 
tiki formasında əsaslandırılır. Başqa ifadə ilə desək, klaster metodu ilə “təbiət-
cəmiyyət”sisteminin şaxələnməsi probleminin dialektikasının təhlilləri aparılır 
və müəyyən səviyyə çərçivəsində kompleks xarakterə çevrilir.  
Elmi-praktiki mənbələrdə klaster metodologiyası ilə  hər bir ölkənin (regi-
onun) struktur formalarının yaradılmasında və praktiki həlli yollarında geniş 
istifadə edilir. Bu da ilk növbədə ərazi-istehsal strukturlarının çoxfunksiallığı-
nın optimal variantlarının həll olunmasına  əlverişli təkamül mühitini yaradır. 
Məntiqi olaraq coxfunksiallıq strukturlaşma = dayanıqlı iqtisadi təkamülünün 
xüsusi bir halıdır və ölkənin gələcək inkişafında fəallıqlar göstərir. 
       
 
Funksional  dayanıqlı inkişafının anatomiyası    
 
Funksional struktur önəmi-qlobal bir iqtisadi orqanizm kimi ölkənin və öl-
kələrarası dayanıqlı əlaqələrinin anatomiyasından asılı olaraq formalaşmışdır. 
Ölkənin iqtisadi əlaqəsinin funksional struktur modelinin formalaşması ərazi-
istehsal sahələinin dinamikasını, milli və beynəlxalq bazarlarının inteqrasiyası-
nı təmin edilmiş olur. Ən geniş mənadə = iqtisadi inkişafın orqanizmi =  isteh-
sal strukturun diversifikasiya fəaliyyətinin əsas ideya mənbəyinə çevrilir. Mü-
asir dövrdə bir sistem daxilində istehsal strukturlarının kompleksinin təşkil 
edilməsi mümkün deyildir. 
İnkişaf etmiş sənaye ölkələrinin iqtisadi potensial orqanizmi virtual səviy-
yədə müxtəlif ölkələrinin inkişafı üçün təminat vermək imkanına malikdir. XX 
əsrin ortalarından başlayaraq  iqtisadi fikir ondan ibarət olmuşdur ki, regionlar 
(ölkələr) üçün ümumi olan iqtisadi və sosial idarəetmə  mexanizmi  olmadan   
kompleks struktur fəaliyyət  göstərmək imkanından kənar hesab edilirdi. 
Keçən əsrin 80-90-cı illərində regional iqtisadi sistemə keçid dünya ölkələri 
ilə yeni iqtisadi strukturlarının  əlaqəsinin yaranması  və idarəedilməsinin fo-
nunda formalaşması ilə xarakteriza olunmasıdır.
147
 Məntiqi nəticə ondan 
ibarətdir ki, ölkələrarası struktur dəyişkənliyinin virtual səviyyəsinə çatmış və 
ya çatmaq ərəfəsində olması xarakter hala çevrilməkdədir. 
Virttual inkişaf səviyyəsinə uyğun funksional struktur  modelinin dəyişkən-
liyinə aşağıdakı parametrləri daxil etmək olar: 
* ölkənin rəqabətqabiliyyətli struktur modelinin dayanıqlığının yaradılması; 
* resurs texnologiyalarının idxal-ixracı nəticəsində istehsal strukturunun hə-
rəkət mexanizminin təmin edilməsi; 
                                                            
147
 
Phal R.T. Region and regionalism . Routledge & Kegan Paul. London, 2000. 


  Ağazeynal A. Qurbanzadə 
 
180 
 
 
* virtuallaşmanın tələbinə uyğun istehsalın diversifikasiya modelinin aktiv-
ləşmə səviyyəsinin yüksəldilməsi və s. 
Praktika göstərir ki, hər bir regionun (ölkənin) iqtisadi-siyasi formada 
strukturlaşma problemlərinin müxtəlif xarakter və parametrlərinin olması ilə 
fərqlənir. Təsadüfi deyildir ki, iqtisadi-sosial sisteminin ərazi təşkili struktu-
runun anatomiyasının öyrənilməsi dialektik coğrafiya elminin nisbətən qeyri-
adi sahəsini əhatə edir və nisbətən fərqli yanaşma tərzini özündə birləşdirir. 
Məsələn, Azərbaycanın iqtisadiyyatı özünə məxsus inkişaf xəttinə malik ol-
sa da, beynəlxalq miqyasda baş verən siyasi-iqtisadi proseslərindən kənarda 
fəaliyyət göstərə bilməz. Son dövrlərdə ölkənin iqtisadi inkişaf funksiyasının 
tempi müəyyən çərçivələrdə beynəlxalq iqtisadi-siyasi hərəkətverici qüvvəsi 
kimi  təsir etmək inkanına malik olması ilə fərqlənir. Bu mənada qeyd etmək 
olar ki, “İnkişafın Azərbaycan modeli” milli sərhədlərini keçməklə, virtual 
iqtisadi inkişafının çəçivəsinə daxil olmaq meylliyi artmaqdadır. 
BMT-nın son illərinin statistik-metodiki məlumatına görə beynəlmilən 
funksional sruktur orqanizminin çərçivəsində kapital resurslarına malik olan 3 
mindən artıq  şirkət fəaliyyət göstərir. Bu şirkətlərinin fəaliyyəti nəticəsində 
dünya ölkələrinin iqtisadi–sosial inkişafının coğrafiyasında kəmiyyət və key-
fiyyət baxımında yeni tipli kompleks ərazi təşkilinin formalarının  mərhələsi 
yaranmışdır. Kəmiyyət və keyfiyyət baxımında makrostrukturun coğrafi təşkili 
və idarə edilməsinin xarakterinə təsir etmiş, daha effektli və şaxələnmiş  ərazi 
istehsal kompleks sahələrinin yaradılmasının səviyyəsi aktivləşmişdir. 
Son onilliyinin əsas məsələlərindən biri də ondan ibarətdir ki, beynəlxalq 
inteqrasiya birlikləri arasında da əməkdaşlıqlar, müqavilələr həyata keçirilməsi 
prosesləri kompleks formada reallaşdırılır. Artıq ölkələrarası  iqtisadi-siyasi   
inteqrasiya kompleksləri ölkələrinin davamlı formalaşmasının bir elementi ki-
mi fəaliyyət göstəirir. 
Problemin həlli ölkə üçün yalnız iqtisadi cəhətlə effektli olması ilə yanaşı, 
siyasi-psixoloji cəhətdən də konseptuallıq kəsb edir. Uzun bir dövri əhatə edən 
problemli dəyişilmələr ölkələrin iqtisadi, maliyyə, texnologiya və bütün digər 
sahələrini də əhatə etməlidir. Bu əhatə dairəsinin təsiri nəticəsində funksional 
struktur modelində iqtisadi və sosial dəyişikliklərinin yaranmasına səbəb olur, 
ümumi inkişaf sistemlərinin transformasiyasını özündə birləşdirir. Məntiqi nə-
ticə ondan ibarətdir ki, transformasiya yönümlü proseslərinin struktur siyasi-
iqtisadi faktorlarinın təsiri altında dinamik, şaxələnmiş sistem çərçivəsində 
proqnozlaşdırılır. 
Müasir inkişaf mərhələsinin coğrafiyasında dinamik və şaxələnmiş struktur 
modellərinin tədbiqi gercəkliyində milli bazarların həcmi və  səviyyəsi  əhə-


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə