Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə72/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   68   69   70   71   72   73   74   75   ...   90

Dialektik coğrafiya
 
 
 
193
 
 
və lokal qeyri-hökumət təşkilatlarının fəaliyyətləri yoxsulluq probleminə 
kompleks yanaşma çərçivəsində əlaqələndirilməlidir.  
Yoxsulluğa qarşı qlobal mübarizədə beynəlxalq təşkilatlar tərəfindən ön 
plana çəkilmişdir. Problemini həllinin əsas vəzifəsi yoxsulluqla mübarizə olan 
Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramı hesab edilir və bu qurum 
yoxsulluqla əlaqədar demək olar ki, bütün sahələrdə lokal təşəbbüsləri dəstək-
ləyir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fon-
dunun da təşəbbüsü  ilə bir sıra ölkələr tərəfindən yoxsulluq səviyyəsinin azal-
dılması ilə bağlı strategiya sənədləri, dövlət proqramları (Poverty Reduction 
Strategy Papers) qəbul olunmuşdur. Bu sənədlər Minilliyin İnkişaf Məqsədlə-
rinin reallaşdırılması baxımından mühüm vasitə hesab edilir və onlar hazırla-
narkən ölkənin spesifik iqtisadi, sosial və coğrafi şraiti və s. şərtləri, dövlətlə 
maraqlı tərəflər arasında əməkdaşlıq imkanları nəzərə alınmalı, uzunmüddətli 
yanaşma çərçivəsində əhatəli olmaqla birlikdə nəticələrə əsaslanmalıdır. 
BMT-nın hesablamalırına  əsasən yoxsulluğun coğrafiyası ölkələr arasında 
qeyri-bərabərdir.Yoxsulluğun təqribən 40%-i Cənubi və  Cənubi-Şərqi Asiya, 
22%-i Tropik Afrikada ölkələrinin payına düşür. Yoxsulluq özünü kənd yerlə-
rində daha çox özünü göstərir (Hindistanın Qanq çayı vadisində, Cənubi Ame-
rikada And dağlıq massivlərində, Afrikanın Qərb zonalarında və s.). 
 
 
Həyat  keyfiyyəti və iqtisadi artım coğrafiyası 
 
Həyat keyfiyyətinin formalaşması prosesində iqtisadi artım funksiyası elmi 
mərkəzlərində aktual məsələ kimi qəbul olunmuşdur. Problemin əsas məqsədi 
insanlara sağlam və yaradıcı  həyatlarında kompleks mühitinin yaradılmasın-
dan ibarətdir. İnsan inkişafı bu baxımdan insanların seçim imkanlarının artırıl-
ması prosesi kimi aktual məsələlərini özündə birləşdirmək imkanına malikdir.  
Amartya Sen qeyd edir ki, “İnkişafın məqsədləri ilə vasitələri arasındakı 
əsas fərqin bilinməsi zəruridir. Bütün fəaliyyətlərin son məqsədi insanlardır və 
inkişaf insanların nailiyyətləri, azadlıqları və bacarıqları üzərində qurulmalıdır. 
Əsl  əhəmiyyətli olan, fərdlərin yaşadığı  həyatdır,  əldə etdikləri mallar ya da 
gəlirləri deyil.”  
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən (1990-cı ildən 
etibarən nəşr edilən)  İnsan  İnkişafı Hesabatları, “iqtisadi artıma, yoxsa insan 
inkişafına fokuslanmalı?” sualının aktivləşməsinə öz töhfəsini vermişdir. İqti-
sadi artım insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resurslarını  tə-
min edir. Digər tərəfdən, əmək resurslarının keyfiyyətinin yaxşılaşması iqtisa-
di artım baxımından mühüm əhəmiyyətə malikdir.  


  Ağazeynal A. Qurbanzadə 
 
194 
 
 
Araşdırmalar göstərir ki, həyat keyfiyyəti ilə iqtisadi artım arasında qarşı-
lıqlı əlaqə mövcuddur. Alıcılıq qabiliyyəti paritetinə (AQP) əsasən 96 ölkə üz-
rə hazırlanan proqramlar bu əlaqənin kompleks şəkildə müşahidə etmək müm-
kün olmuşdur
150
 
Məsələn, ərzaq, təhsil xərcləri və s. gəlirlərin səviyyələrinin arasında bölgü-
sündən, təsərrüfat daxilində xərclərə kimin nəzarət etməsindən asılı olaraq də-
yişir. Ümumilikdə, əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca, gəlirin nisbi 
olaraq daha böyük hissəsi insan inkişafı ilə əlaqədar xərclərə yönəldilir. İnsan 
inkişafı xərcləri əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca yüksəlir. Beləlik-
lə, daha yüksək və bərabər paylanan iqtisadi artım həyat keyfiyyətinin inkişafı 
xərclərini də artırır. Empirik araşdırmalara görə, ev təsərrüfatı xərcləri üzərin-
də qadın nəzarəti yüksək olduqda həyat keyfiyyətin inkişafı ilə  əlaqədar mal 
və xidmətlərə daha çox vəsait ayrılır.  
Dövlət sektoru xərclərinin nə qədərinin və hansı kanallarla həyat keyfiyyə-
tinin inkişafına yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Elmi mənbələrdə
151
 
bu baxımdan əsasən üç göstəricinin əhəmiyyətini xüsusi ilə qeyd edilir:  

 
dövlət xərclərinin ÜDM-ə nisbəti;  

 
dövlət xərclərində həyat keyfiyyətin inkişafı ilə əlaqədar sosial ayırmala-
rının payı; 

 
dövlət xərclərində  bu sektoru üzrə prioritet sahələrinin payı.  
Həyat keyfiyyətinin inkişafı sektoru üzrə prioritet sahələr anlayışı iqtisadi 
arımın irəliləyişlərə nail olmaq baxımdan daha məhsuldar sahələrini özündə 
ifadə edir. Ümumilikdə, hər bir ölkənin iqtisadi və sosial inkişafına uyğun hə-
yat keyfiyyəti və iqtisadi artım arasında qarşılıqlı  əlaqənin mövcud olmasına 
baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadi-sosial strukturu, gəlirlə-
rin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır.   
Həyat keyfiyyətinə qoyulan xərclərin səmərəliliyinin artırılmasında  əhə-
miyyətli gerçəkliklərdən biri də “həyat keyfiyyəti və iqtisadi artımın dayanıqlı 
funksiyası”dır. Məsələn, bu gerçəklik  də səmərəli istehsal sahələrinin komp-
leksliyinin təminatında insan kapitalının rolu və təsiri mühüm şərtlərdən biri-
dir. İnsan kapitalının yüksək səviyyəsinin imkanlarının genişlənməsi, nəticədə 
onların yaradıcılığı  və  məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir. 
Texnologiya və yüksək ixrac potensial sahələrinin təsiri də iqtisadi artıma da-
ha çox yardım edir. Həyat keyfiyyəti və iqtisadi inkişafın coğrafiyası arasında 
müəyyən ziddiyyətlərinin olması da nəzəri cəlb edir.  
                                                            
150
 Ходжсон Дж. Экономическая теория и  институты. М., 2003.  
151
 Введение в развивающего экономики. М., 2003. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə