Dialektik coğrafiya
149
•
təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və
ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
•
layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti /AQP, gəlir əsa-
sında hesablanır).
Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil.
Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi
azadlıqların təmin olunması kimi göstəriciləri daxil edilmir. Buna baxmaya-
raq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürək-
kəb münasibətlərinin nəzərdən keçirilməsi üçün daha geniş sahəni təmin edir.
BMT-nın təklif etdiyi “İnsan İnkişafı indeksinin” hesablanması metodikası:
İstənilən göstəricisini qiyməti 0 və 1 arasında
dəyişən indeksə çevirmək
üçün aşağıdakı formuldan istifadə edilir:
indeks
min
max
min
burada:
min
və
max x təhlil edilən bütün ölkələr üzrə göstəricisinin
minimal və maksimal qiymətləridir.
Hər hansı ölkənin İnsan İnkişafı İndeksi aşağıdakı 3 göstərici əsasında
formalaşır:
1. Gözlənilən həyat müddəti indeksi (LEI) =
,
2. Təhsil indeksi (EI) =
İ
İ
,
•
Orta təhsil müddəti indeksi (MYSI) =
İ
,
•
Gözlənilən təhsil müddəti indeksi (EYSI) =
,
3. Gəlir indeksi (II) =
İnsan İnkişafı İndeksi isə bu üç göstəricinin həndəsi ortasıdır:
*
HDI LEI Eİ H
LE — Gözlənilən həyat müddəti
MYS — Əhalinin orta təhsil müddəti (illərlə)
EYS — Təhsili davam edənlərin gözlənilən təhsil müddəti (illərlə)
GNIpc — AQP-yə görə adambaşına düşən ÜMM (ABŞ dolları ilə)
Ağazeynal A. Qurbanzadə
150
İnsan inkişafının İndeksləri (Human Development Report 2011.UNDP)
1980 1990 2000 2010
İnkişaf etmiş ölkələr 0.754
0.768
0.852
0.879
İnkişaf etməkdə olan ölkələr 0.361
0.440
0.510
0.592
Zəif inkişaf etmiş ölkələr 0.251
0.292
0.325
0.386
Dünya üzrə 0.455
0.526
0.570
0.624
Ayrı-ayrı ölkələrinin insan inkişafı göstəriciləri arasında mühüm fərqlər möv-
cuddur. Bu göstərici, Tropik Afrika ölkələrinin indeksi Latın Amerikası ölkələri
ilə müqayisədə 1.2 dəfədən çox aşağı; Cənubi Asiya ölkələrinin
göstəriciləri isə
Şərqi Asiya ölkələrinə nisbətən 1.3 dəfə aşağıdır. Ötən əsrin ikinci yarısından
başlayaraq inkişaf etməkdə olan ölkələr üzrə ÜDM-in hər nəfərə düşən gös-
təricilərinə görə inkişaf etmiş ölkələrdən geriliyini nisbətən azaltmışdır.
İnsanın inkişaf İndeksinin kişilər və qadınlar arasında bərabərlik təmin edil-
mədən mümkün olmasa da, bir çox ölkələrdə “İnsanın inkişaf İndeksi” və qa-
dınların vəziyyəti arasında fərqlər vardır. Qadınların ən yaxşı vəziyyəti Şimal
Amerika ölkələrində müşahidə olunur. Burada yaşlı əhalinin savad səviyyəsi
demək olar ki, eynidir və qadınların gözlənilən ömür müddəti kişilərlə müqa-
yisədə 7 il çoxdur(yaşdakı bioloji fərq 5 il qiymətləndirilir). Qadınların orta
gəlirləri kişilərin gəlirlərinin ¾ hissəsi qədərdir.
Elmi mənbələrdə gender bərabərsizliyi indeksinin
təhlilinə xüsusi diqqət
yetirilir. Gender bərabərliyi prinsipi beynəlxalq və milli səviyyələrdə tətbiq
edildikcə məlum olur ki, mövcud beynəlxalqstatistikada gender məlumatları-
nın keyfiyyəti cəmiyyətdə olan gender bərabər(siz)liyinin səviyyəsini tam izlə-
məyə imkan verir.
İqtisadi artım tempinin sürətlənməsi və ya ümumdaxili məhsulun artması
heç də ölkədəki gender vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişa-
fının digər sahələrində olduğu kimi, gender sahəsində də olan keyfiyyət də-
yişikliklərinin izlənməsi üçün müəyyən statistik metodların
və kəmiyyət in-
dekslərinin işlənib hazırlanması bir zərurətə çevrilir.
Yeni metodoloji (2010-cu ildə) yanaşmaların və alternativ göstəricilərin
irəli sürülməsi ilə əlaqədar olaraq gender balansının yeni ölçüsü kimi gender
bərabərsizliyi indeksi təklif olunmuşdur. Gender bərabərsizliyi indeksi (GBİ)
üç parametrdə - reproduktiv sağlamlıq, səlahiyyətlənmə və əmək bazarında
gender bərabərsizliyi əks etdirir. Bu parametrlərdə qadın və kişilərin nailiyyət-
ləri arasında olan uyğunsuzluqlara görə potensial insan inkişafındakı itkini
göstərir. İndeksin dəyəri 0 (qadın və kişilərin mövqelərində bərabərlik möv-
Dialektik coğrafiya
151
cuddur) və 1 (cinslərdən biri ölçülən bütün parametrlərdə mümkün olan ən pis
vəziyyətdədir) arasında dəyişir.
GBİ Vanderbilt Universitetinin professoru Suman Setin təklif etdiyi 8 asso-
siasiyaya həssas bərabərsizlik ölçüsündən istifadə etməklə hesablanır. İndeks
müxtəlif tərkibli ümumi orta dəyərlərin ümumi orta dəyərinin çıxarılmasına
əsaslanır – birinci aqreqasiya bütün parametrlərin həndəsi ortasının çıxarılması
ilə aparılır; qadın və kişilər üçün ayrıca hesablanmış bu
orta dəyərlər sonra
bütün cinslər üçün ümumi orta dəyərin çıxarılması ilə aqreqasiya olunur.
Müasir dövrdə dünya praktikasında yoxsulluğun ümumi qəbul edilmiş tərifi
yoxdur. Yoxsulluğun ənənəvi indikatorları xüsusən Dünya Bankının göstərişi
ilə uzun müddət gəlir səviyyəsi və istehlak təxminləri kimi meyarlarla müəy-
yən edilmişdir. Deməli, yoxsulluğun miqyası, xroniki cəhətləri və kəskinliyi,
eləcə də onun monitorinqi və ölçülməsi hansı tərif və metodların istifadə olun-
masından asılıdır.
İnsan inkişafı konsepsiyasında yoxsulluq çoxölçülü təzahür kimi qəbul edi-
lir və onun mahiyyəti gəlir və ya istehlak anlayışları ilə məhdudlaşdırılmır.
Əgər insan inkişafı insanın layiqli, sağlam və yaradıcı həyat
yaşamaq imkanla-
rının genişləndirilməsindən ibarətdirsə, onda yoxsulluq belə imkanların olma-
ması və ya məhdudluğu deməkdir.
İnsan inkişafı konsepsiyası çərçivəsində yoxsulluğun ölçülməsi üçün istifa-
də olunan məcmu göstərici çoxfaktorlu yoxsulluq indeksidir. Çoxfaktorlu yox-
sulluq indeksi (ÇYİ) təhsil, sağlamlıq və həyat şəraiti sahələrində fərdi insan
səviyyəsində 10 göstərici üzrə çoxsaylı məhrumiyyətləri müəyyən edir. İndeks
ev təsərrüfatları sorğularından əldə edilən mikroməlumatlardan istifadə edir və
onun tərtibi üçün lazım olan bütün göstəricilər eyni sorğudan gəlməlidir.
ÇYİ metodologiyası Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü təşki-
latının Beynəlxalq İnkişaf Departamentində tərtib edilmişdir.
Çoxşaxəli bir
proses kimi insan inkişafının vahid indekslə ölçülməsi qeyrimümkün olduğu
kimi, çoxölçülü təzahür kimi təsvir edilən yoxsulluğun da ancaq ÇYİ ilə ölçül-
məsi düzgün deyil.
Məlumdur ki, iqtisadi artım tempinin artması heç də ölkədəki yoxsulluğun
vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişafının digər sahələrində
olduğu kimi, yoxsulluğun coğrafiyası sahəsində də olan keyfiyyət dəyişiklik-
lərinin izlənməsi üçün müəyyən statistik metodların və kəmiyyət indekslərinin
işlənib hazırlanması bir zərurətə çevrilir. Yoxsulluq –
insan həyat tərzinin ən
mürəkkəb və dinamik proseslərindən biridir. Buna görə də, yoxsulluğu yarada
bilən indekslərinin təyini bir sıra konstruktiv stratejli məqsədli metodlarını
özündə birləşdirir.