Dialektik coğrafiya
15
Coğrafiya elmi məntiqi =
coğrafi
proseslərə rasional və qeyri - rasional
formaları ilə yanaşı, həm də dialektik
məzmun baxımından mənimsənilir.
Müstəqil coğrafiya elmlər sisteminin metodologiyası ümumi elmi idrakın
rasional və qeyri-rasional
10
tədqiqat mənbələrinin məzmununa söykənməklə ob-
yektiv metodoloji prinsiplərinin və proseslərinin mənimsənilməsi mümkündür.
Dialektik elmi idrakın rasionallıq
və qeyri - rasionallıq
fonunda coğrafi-
ya elminin metodoloji istiqamətlərin-
də yeni tədqiqat formalarının yaran-
masına və dinamik inkişafına səbəb
olmuşdur.
Bu səbəbdən də rasionallıq və qeyri - rasionallıq idrak metodologiyasının
anatomiyasında coğrafiya elminin tədqiqat obyektinin dinamik sisteminin nə-
zəri-metodoloji yollarını müəyyən edən effektli nəzəri əsası və elmi dəyəridir.
Rasionallıq və qeyri - rasionalıq idrak prosesinin coğrafi tədqiqatlarda özünə-
məxsus xarakterləri olan sahələrdir. Rasionallıq anlayışı coğrafiya
elmin in-
kişafının konkret bir nisbi həqiqi metodlarını, qanunauyğunluqlarını, nəzəri
baxışılarını və s. tədqiqatlarda tapan məntiqi bilik kimi fəaliyyət göstərir.
Ümumiləşdirilmiş nəticələrə əsasən - elmi baxımdan qeyri - rasionallıq: qə-
bul edilmiş nəzəri - metodoloji baxışların işlənməsi ilə bağlı olmayan nəzəri-
metodologi baxışlarının aradan götürülməsinə və onların yeni elmi baxışlarla
əvəz edilməsinə imkan verən fəaliyyət kimi qəbul edilir
.
11
Müasir coğrafiya elminin fəlsəfəsinin
tələbinə uyğun olaraq, cəmiyyətin
dayanıqlığını əhatə edən coğrafi mühitin inkişafı dialektikasına, onun keyfiy-
yət dəyişmələrinə kompleks yanaşmaq və dialektik məntqlə bu kompleksi
idarəetməkdən ibarətdir:
•
cəmiyyətin dayanıqlığının fəlsəfəsinin coğrafiyası tarixi tsiklli fonunda
gerçəkləşmişdir;
•
coğrafi mühitin dərk edilməsi insan təfəkkürü ilə üzvi surətdə bağlı olub,
cəmiyyətin hərəkətverici qüvvəsinin tərkib hissəsinə daxildir;
•
coğrafi mühitin keyfiyyətcə kompleks dəyişilməsi ilkin olaraq dialektik
qanunlarla ifadə olunur.
10
Rasionallıq = “elmi təfəkkür”ün ən mühüm halıdır (empirik yoxlanma,hadsələrə təniqidi
yanaşma,məzmunlu olmaq,ideyanın praktikada təsdiqləmə və s.).Rasional fəaliyyət: baxıl-
nan konkret problemin məqsədinə doğru aparan metodoloji yanaşma kimi qəbul edilir.
Qeyri-rasionallıq = insanın şüur və iradəsindən asılı olmayan biososial qanunauyğunluqlar
əsasında baş verir.
11
Məmmədov Ə.B., İsmayılov V.İ., Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq: fəlsəfi-
metodoloji kontekst. Bakı, 2010.
Ağazeynal A. Qurbanzadə
16
Coğrafi mühitin dialektik qanunlarla tədqiqat xətləri daxilində formalaşan
rasional metodoloji kompleks yanaşmaların təhlilləri coğrafiya elminin əsas
ideya mənbələri hesab edilir. Bu məqsədlə konstruktuv elmi ideyalarının real-
laşdırılması, konkret elmi-praktiki cəhətdən təhlillərə üstünlük verilməsi dia-
lektik coğrafiya elminin mühün tədqiqat sahələrindən biridir.
Dialektik coğrafiya elminin ideya mənbələri
Təbiətşünaslıq elminin fəlsəfi düşüncə tərzinə dair aparılan araşdırmalarının
nəticələri göstərir ki, elmi tədqiqatlarının çərçivəsinin müəyyən edilməsində
və kompleks inkişafında müxtəlif metodoloji yanaşma və çağrışlar bütün dövr-
lər üçün xarakterik olmuşdur.
12
Məntiqi olaraq, tarixən
filosoflar təbiətşü-
naslığın ümumi nəzəri elmi metodologiyasına üstünlük vermişlər.
13
Sonrakı dövrlərdə isə coğrafiya elminin inkişafı ilə əlaqədar olaraq daha
konstruktiv dialektik ideyalarla aktivləşdirilmişini klassik filosoflar (coğraflar)
tərəfindən önəmə gətirilmişdir. Coğrafiya elminin statusu = təbiətşünaslığın
çoxfunksional metodoloji mənbələrinin üzərində qurulmuşdur = “coğrafi mə-
kan-dialektik funksional əlaqələr”ini özündə birləşdirən ideyalarının önəmin-
də müstəqil elm sahəsinə çevrilmişdir.
Təbiətşünaslıq elminin fəlsəfi-coğrafi bilik mənbələrini əsasən beş təsni-
fatla xarakterizə etmək mümkündür.
1. Antik dövrün fəlsəfi-coğrafi biliklərin mənbələri.
Bu mərhələdə təbiətşü-
naslığın fəlsəfi-coğrafi bilikləri emossional-psixoloji, ontoloji (“ontos” – var-
lıq, “loqos” – təlim deməkdir) və s. təfəkkürü üzərində qurulmuşdur.
2. Orta əsrlərdə təbiətşünaslığın mexaniki-metofiziki qanunlarının əsasında
fəlsəfi düşüncə mənbələrinin əsasında coğrafi biliklərinin mənimsənilməsi.
3. “Coğrafi mühit – cəmiyyət”in fəlsəfəsinin öyrənilməsində coğrafiya elmi
təfəkkürünün yeniləşməsi və coğrafi biliklərinin tətbiqinə doğru ideyalarının
(XVIII əsrin axırı) meydana gəlməsinin mənbələri.
4. Radikal coğrafiya elminin nəzəri mənbələrinin əsasında “coğrafiya elmi”
məktəblərinin yaranması mərhələsi (XIX-XX əsrin əvvəlləri).
5. Tətbiqi və rasional coğrafiya elminin tamlığının yaranmasında konstruk-
tiv metodoloji mənbələrinə əsaslanan problemlərinin sistemləşdirilməsi mər-
hələləri (XX əsrin axırı-müasir dövr).
12
Chisholm M.F. General. Systems Teory and Geography. Trans. I. B. G., 43.1999.
13
Xəlilov S. Elm haqqında elm. Bakı, 2011.