Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   2   3   4   5   6   7   8   9   ...   90

Dialektik coğrafiya
 
 
 
15
 
 
Coğrafiya elmi məntiqi = coğrafi 
proseslərə rasional və qeyri - rasional 
formaları ilə yanaşı, həm də dialektik 
məzmun baxımından mənimsənilir. 
Müstəqil coğrafiya elmlər sisteminin metodologiyası ümumi elmi idrakın 
rasional və qeyri-rasional
10
 tədqiqat mənbələrinin məzmununa söykənməklə ob-
yektiv metodoloji prinsiplərinin və proseslərinin mənimsənilməsi mümkündür.  
Dialektik elmi idrakın rasionallıq 
və qeyri - rasionallıq fonunda coğrafi-
ya elminin metodoloji istiqamətlərin-
də yeni tədqiqat formalarının yaran-
masına və dinamik inkişafına səbəb 
olmuşdur.  
Bu səbəbdən də rasionallıq və qeyri - rasionallıq idrak metodologiyasının 
anatomiyasında coğrafiya elminin tədqiqat obyektinin dinamik sisteminin nə-
zəri-metodoloji yollarını müəyyən edən effektli nəzəri əsası və elmi dəyəridir. 
Rasionallıq və qeyri - rasionalıq idrak prosesinin coğrafi tədqiqatlarda özünə-
məxsus xarakterləri olan sahələrdir. Rasionallıq anlayışı coğrafiya elmin in-
kişafının konkret bir nisbi həqiqi metodlarını, qanunauyğunluqlarını, nəzəri 
baxışılarını və s. tədqiqatlarda tapan  məntiqi bilik kimi fəaliyyət göstərir.  
Ümumiləşdirilmiş nəticələrə əsasən - elmi baxımdan qeyri - rasionallıq: qə-
bul edilmiş nəzəri - metodoloji baxışların işlənməsi ilə bağlı olmayan nəzəri-
metodologi baxışlarının aradan götürülməsinə və onların yeni elmi baxışlarla 
əvəz edilməsinə imkan verən fəaliyyət kimi qəbul edilir.
11
 
Müasir coğrafiya elminin fəlsəfəsinin tələbinə uyğun olaraq, cəmiyyətin 
dayanıqlığını əhatə edən coğrafi mühitin inkişafı dialektikasına, onun keyfiy-
yət dəyişmələrinə kompleks yanaşmaq və dialektik məntqlə bu kompleksi 
idarəetməkdən ibarətdir: 

 
 cəmiyyətin dayanıqlığının fəlsəfəsinin coğrafiyası tarixi tsiklli fonunda 
gerçəkləşmişdir; 

 
coğrafi mühitin dərk edilməsi insan təfəkkürü ilə üzvi surətdə bağlı olub, 
cəmiyyətin hərəkətverici qüvvəsinin tərkib hissəsinə daxildir; 

 
coğrafi mühitin keyfiyyətcə kompleks dəyişilməsi ilkin olaraq dialektik 
qanunlarla ifadə olunur. 
                                                            
10
 Rasionallıq = “elmi təfəkkür”ün  ən mühüm halıdır (empirik yoxlanma,hadsələrə  təniqidi   
yanaşma,məzmunlu olmaq,ideyanın praktikada təsdiqləmə  və s.).Rasional fəaliyyət: baxıl-
nan konkret problemin məqsədinə doğru aparan metodoloji yanaşma kimi qəbul edilir.  
  Qeyri-rasionallıq = insanın şüur və iradəsindən asılı olmayan biososial qanunauyğunluqlar 
əsasında baş verir. 
11
 Məmmədov Ə.B., İsmayılov V.İ., Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq: fəlsəfi- 
    metodoloji kontekst. Bakı, 2010.
 


  Ağazeynal A. Qurbanzadə 
 
16 
 
 
Coğrafi mühitin dialektik qanunlarla tədqiqat xətləri daxilində formalaşan 
rasional metodoloji kompleks yanaşmaların təhlilləri coğrafiya elminin əsas 
ideya mənbələri hesab edilir. Bu məqsədlə konstruktuv elmi ideyalarının real-
laşdırılması, konkret elmi-praktiki cəhətdən təhlillərə üstünlük verilməsi dia-
lektik coğrafiya elminin mühün tədqiqat sahələrindən biridir. 
 
 
Dialektik coğrafiya elminin ideya mənbələri   
 
Təbiətşünaslıq elminin fəlsəfi düşüncə tərzinə dair aparılan araşdırmalarının 
nəticələri göstərir ki, elmi tədqiqatlarının çərçivəsinin müəyyən edilməsində 
və kompleks inkişafında müxtəlif metodoloji yanaşma və çağrışlar bütün dövr-
lər üçün xarakterik olmuşdur.
12
 Məntiqi olaraq, tarixən filosoflar təbiətşü-
naslığın ümumi nəzəri elmi metodologiyasına üstünlük vermişlər.
13
  
Sonrakı dövrlərdə isə coğrafiya elminin inkişafı ilə  əlaqədar olaraq daha 
konstruktiv dialektik ideyalarla aktivləşdirilmişini klassik filosoflar (coğraflar) 
tərəfindən önəmə  gətirilmişdir. Coğrafiya elminin statusu = təbiətşünaslığın 
çoxfunksional metodoloji mənbələrinin üzərində qurulmuşdur = “coğrafi mə-
kan-dialektik funksional əlaqələr”ini özündə birləşdirən  ideyalarının önəmin-
də  müstəqil elm sahəsinə çevrilmişdir. 
Təbiətşünaslıq elminin fəlsəfi-coğrafi bilik mənbələrini  əsasən beş  təsni-
fatla xarakterizə etmək mümkündür.  
1. Antik dövrün fəlsəfi-coğrafi biliklərin mənbələri. Bu mərhələdə təbiətşü-
naslığın fəlsəfi-coğrafi bilikləri emossional-psixoloji, ontoloji (“ontos” – var-
lıq, “loqos” – təlim deməkdir) və s. təfəkkürü üzərində qurulmuşdur. 
2. Orta əsrlərdə təbiətşünaslığın mexaniki-metofiziki qanunlarının əsasında 
fəlsəfi düşüncə mənbələrinin əsasında coğrafi biliklərinin mənimsənilməsi. 
3. “Coğrafi mühit – cəmiyyət”in fəlsəfəsinin öyrənilməsində coğrafiya elmi 
təfəkkürünün yeniləşməsi və coğrafi biliklərinin tətbiqinə doğru ideyalarının 
(XVIII əsrin axırı) meydana gəlməsinin mənbələri. 
4. Radikal coğrafiya elminin nəzəri mənbələrinin əsasında “coğrafiya elmi” 
məktəblərinin yaranması mərhələsi (XIX-XX əsrin əvvəlləri). 
5. Tətbiqi və rasional coğrafiya elminin tamlığının yaranmasında konstruk-
tiv metodoloji mənbələrinə  əsaslanan problemlərinin sistemləşdirilməsi mər-
hələləri (XX əsrin axırı-müasir dövr).   
                                                            
12
 Chisholm M.F. General. Systems Teory and Geography. Trans. I. B. G., 43.1999. 
13
 Xəlilov S. Elm haqqında elm. Bakı, 2011. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə