Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə7/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   2   3   4   5   6   7   8   9   10   ...   90

Dialektik coğrafiya
 
 
 
17
 
 
Coğrafiya elm sahəsinin “müstəqiliyin” formalaşmasında mütəffəkir filo-
soflarının tarixi dövrlər  ərzində apardıqları  tədqiqatları, ideyaları  və  dəyərli 
konsepsiyalarınnın praktikasının təsirinə məruz qalmış və müasirləşmişdir.  
Azərbaycan fəlsəfi məktəbinin banisi sayılan Əbülhəsən Bəhmənyar Azər-
baycani  Şərq dünyasının mütəfəkkir  şəxsiyyətlərindən sayılır.  İbn Sinanın 
şagirdi olan Ə.Bəhmənyar yaşının erkən vaxtlarından başlaraq fəlsəfi düşüncə 
tərzi ilə fərqlənmişdir. Fəlsəfi düşüncə tarixində yeni bir idrak formalarınının 
dialektikasını yaratmışdır
14

      
                                                                                              
    
 
 
                                                                                              
Ə.Bəhəmənyarın fəlsəfəsinə görə:  
- “hərəkət düzxətli və dairəvi xarakterə malikdir”;  
- “tərkibi qəbul edən cismlər - məcburu düzxətli hərəkəti qəbul edir”; 
- “hərəkət edən cisim hərəkətin mövcudluğu ilə birlikdə labüddür”;  
- “göy cisimlərinə məxsus dairəvi hərəkət təbiətən hərəkətin ilkinidir, fasi-
ləsizdir, əbədidir” və s. 
XII əsrin dahi Azərbaycan mütəfəkkiri N.Tusi və onun elmi məktəbinin sa-
hibləri tərəfindən aparılan tədqiqatlar  şərq və  qərb elmi bilik mədəniyyətinin 
formalaşmasına, fəlsəfi təkamül elmi formalarının yaranmasına təsir göstərmiş 
və geniş miqyasda qəbul olmuşdur.  
Coğrafiya elmi təfəkkürünün fəlsəfəsində N.Tusi yaradıcılığının məntiqi, 
riyazi önəmləri, astronomiya və eləcə də təbiətşünaslığına daır rasional yanaş-
maları  bütün dövrlər üçün  metodoloji mənbə hesab edilmişdir. 
       
            
        
 
 
 
 
 
                                                            
14
 Z.Məmmədov. Bəhmənyarın  fəlsəfəsi. Bakı, 1983. 
 Nəsirəddin Tusi.Ensiklopedik mütəfəkkürə malik filosof. 
Riyaziyyat, astronomiya, tarix, coğrafiya, mineralogiya, 
iqtisadiyyat və s. elmlərə dair çox saylı  əsərləri dünya 
şöhrətinə malikdir. Mütəfəkkirin məzarı üzərində bu 
sözlər hək olunmuşdur: “Elmin köməkçisi, elm ölkəsinin 
şahı. Dövlətin anası belə oğul hələ doğmamışdır”.
 
Əbülhəsən Bəhmənyar: Azərbaycan  
X  əsrin axırında yaşamış,  İbn Sina məktəbinin 
davamçısı,  Şərqin dahi filosflarından sayılır. 
Onun “Təhsil” adlı fəlsəfi  əsəri dünya şöhrətinə  
malikdir. 


  Ağazeynal A. Qurbanzadə 
 
18 
 
 
Mənbələrə əsasən, 1266-ci ildə Mağara rəsədxanasında N.Tusi ilə birlikdə 
elmi fəaliyyət göstərən azərbaycanlı mühəndis Ə.Səlmasın tərəfindən yaradı-
lan qlobusda (qlobusa bənzər) yer kürəsinin meridian və iqlimlərinin riyazi 
formuluna dair təsfirləri verilmişdir.
15
 
Dünyanın dərk edilməsində N.Tusi məktəbinin mühüm elmi-idealoji möv-
qeyi olmuşdur. K.Kolumdan qabaq Qərb yarımkürəsində sonralar Amerika ad-
landırılmış materikin varlığına dair N.Tusinin rəhbərliyi ilə Mağara elmi 
məktəbinin alimlərinin tərəfində hazırlanmış yer kürəsinin müəyyən coğrafi 
koordinatları üzrə riyazi hesablamalarında  əsaslandırılmışına dair mənbələr 
mövcuddur
16

Şərq ölkələrindəki təbiətşünaslığın fəlsəfi dünyagörüşünün  əsaslarına söy-
kənən və dinamik gerçəkliyinin məntiqinə uyğun olaraq, sonralar qərb ölkələ-
rinin elmi mərkəzlərində müxtəlif istiqamətli konstruktiv, yeni məzmunlu nə-
zəri-metodoloji  modellərinin əsasında tədqiqatlar aparılmışdır.  
Orta əsrin dahi ərəb filosofu İbn Xəldun araşdırmalarında coğrafi mühitin 
insan orqanizminə,  əxlaqi keyfiyyətlərinə  təsirinə dair təfəkkürləri  Şərq və 
Qərb elmi məktəblərinin proqram mənbəyi olmuş, filosoflar tərəfindən  əsas-
landırılmış  və  mənbə kimi istifadə etdirilmişdir.
17
 
 
       
 
 
 
 
 
 
 
İbn Xəldunun fəlsəfi ideyaları Avropa elmi məktəblərində konseptual prob-
lemlərlə məşğul olan mütəfəkkürlərin (o cümlədən, coğrafiya elmi üzrə) J.Bo-
dern, Ş.Montesky, E.Reklyu, F.Ratsel və b.), alimlərinin maraq dairəsinə daxil 
olmuş və onların məntiqi ideya tədqiqatlarına təsir göstərmişdir. 
Q.Qaliley tərəfindən müasir eksperimental-nəzəri təbiətşünaslıq modelin 
(klassik coğrafiya elmi baxışların - A.Q.) dünyagörüşünün fəlsəfəsini (hərəkə-
                                                            
15
 Qərb mənbələrdə ilk qlobus alman M.Böhaymin (1459-1507) tərəfindən hazırlanması qeyd   
   olunur. 
16
 Eyvazov F. Nəsirəddin  Tusi. Bakı,1980. Əkbərli F.  Nəsirəddin Tusinin təkamül görüşləri.  
   Bakı, 2000. 
17
 Ümid Həsən.  İbn Xəldunun metodu və siyasi nəzəriyyəsi. Ankara, 2010. 
   İbn XəldunXIV əsrin ərəb filosofu. 
Çağdaş tarixin, sosialogiya, iqtisadiyyat, siyasət, coğrafiya 
və s. elmi təfəkkürünün formalaşmasında xidmətləri böyük-
dür. İngilis tarixçisi A.C.Toynbi onun haqqında belə bir fikir 
söyləmişdir:  “Hər hansı bir zamanda, hər hansı bir ölkədə, 
hər hansı bir beyin tərəfindən  yaradılmış  ən böyük  tarix 
fəlsəfəsinin sahibi”



Dialektik coğrafiya
 
 
 
19
 
 
tin nisbilik prinsipini, ətalət ideyasını, cisimlərin sərbəst düşməsi qanunun 
formulasını) yaratmışdır.  
                                                                                               
         
 
 
 
 
Q.Qalileyin təfəkkür məntiqinə əsasən = zəkanın iştirakı olmadan yalnız id-
rakı hisslərlə təbiətin həqiqi dərkinə nail olmaq mümkün deyil = ifadəsi elm 
xadimləri tərəfindən dəyərləndirilmişdir. A.Eynşteyn göstərir ki, “…Qalileyin 
kəşfləri bizi öyrədir ki, bilavasitə müşahidəyə əsaslanan intuitiv nəticələrə heç 
də həmişə inanmaq olmaz...”
18
 
Klassik təbiətşünaslığın dialektik inkişafında  İ.Nyutonun “Natural fəlsə-
fənin riyazi prinsipləri” adlı kitabında və digər əsərlərində ümumdünya cazibə 
qanunun düsturunu vermiş, Yerin, Ayın, planetlərin hərəkətinin qeyri-bərabər-
liyi, dəniz qabarmaları, çəkinmələri və s. məsələlərini formula etmişdir. 
İ.Nyutonun nəzəri baxışları praktiki olaraq coğrafiya elminin dinamikası və 
inkişafı üçün stimul olmuşdur. Nyutonun təbiət fəlsəfəsi = xüsusən coğrafiya 
elminin dialektik inkişafı mərhələsi üçün müsbət rol oynamış = bir çox coğrafi 
hadisələri mifoloji və sxolastik fikirlərdən azad edərək onların elmi dərkinin 
istiqamətlərini müəyyən etmək üçün ideya proqramı kimi mənbələrinin, təh-
lilinin imkanlarını yaratmışdır. 
Coğrafiya elmi təfəkkürün formalaşmasında Ç.Layel, J.Lamak və başqa 
tədqiqatçılarının xidmətlərini qeyd etmək olar.Ç.Layel (ingilis geoloqu) Yer 
səthinin sabit geoloji faktorların təsirilə tədricən və arasıkəsilmədən dəyişməsi 
təliminin banisi hesab edilir. J.Lamak (fransız bioloqu) üzvi aləmin təkamü-
lünün konsepsiyasını irəli sürmüş  və bunula elm tarixində sistemli təkamül 
ideyasının  rasional məntiqinə  yeni məzmun vermişdir. 
XIX əsrin ilkin mərhələsində A.Eynşteynin nisbilik nəzərəriyyəsinin yaran-
ması “məkan-zaman” modelinin önəmində yeni, konstruktiv ideya mənbələ-
rinin formalaşmasına stimul verdi. A.Eynşteynin məntiqi ondan ibarət olmuş-
dur ki, məkan və zaman mütləq deyil, materiya, hərəkət bir-birilə üzvi və 
qarşılıqlı sisteminin bağlılığından ibarətdir. Bu o deməkdir ki, məkan və zama-
nın bir-birilə, digər tərəfdən hərəkət və maddi kütlələrinin paylanması ilə 
müəyyən nisbətdə  əlaqələr mövcuddur.  
                                                            
18
 
Эйнштейн А. Физика и реальность. М.,1965. 
   Qalileo Qaliley: italyan filisofu, fiziki, astronomu. 
İlk dəfə göy cismlərini müşahidə edən teleskopu kəşf 
etmişdir. Eksperimental fizika elminin banisi hesab 
edilir.


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə