Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
22 
 
 
  Coğrafi determinizm ideyasında 
bir mütləqlik, radikallıq və öz ira-
dəsini başqa ölkələrinə  qəbul et-
dirmək  meyli özünü  göstərir. 
Geosiyasət və coğrafi determinizm ideyalarının meydana gəlməsində Al-
man coğrafiya elmi məktəbinin, xüsusən F.Ratselin xidmətləri çox böyükdür.  
Coğrafi determinizmə görə, ölkələrin yerləşdiyi  ərazinin coğrafi mövqeyi və 
təbii şəraiti mühüm rol oynayır. 
Coğrafi determinizm cəryanı, geosiyasi mənada götürülən “məkan” = fiziki 
“məkan” anlayışının sinomini kimi qəbul olunmur. Lakin coğrafi determinzm 
mövqeyindən “geosiyasi məkan” anlayışı dövlətin (regionun) virtual yanaşma-
lar sistemində üstün cəhətlərini əhatə edir. F.Ratsel tərəfindən irəli sürülən de-
terminzm önəmli tədqiqatlarında ABŞ  və Almaniyanın kontenental dövlətlər 
kimi gələcəyini müəyyən etməyə dair fikirləri üstünlük təşkil edirdi. 
F.Ratsel ingilis təbiətşünası Ç.Darvinin 
təkamül nəzəriyyəsinin sosial-siyasi sahə-
yə reduksiyasını  əsas götürərək insanları 
və  cəmiyyəti coğrafi mühitə tam uyğun-
laşmalı olan varlıqlar kimi qəbul edirdi. 
F.Ratselin geosiyasi  baxışlarında: dövlətlər və xalqlar arasında fərqləri də bu 
bölgü  əsasında müəyyən etməyi tələb edilirdi. Dövlət və xalqların geosiyasi 
əhəmiyyəti bu prinsip əsasında, yəni birinci və ikinci dərəcəli dövlətlər böl-
güsünün ayrılması kimi çağrışlarının yaranmasına səbəb olurdu. 
Coğrafiya elminin fomalaşmasında radikal coğrafiya istiqamətli elmi mək-
təbinin mühüm yeri və mövqeyi olmuşdur. Bu məktəbin tərəfdarlarından sayı-
lan U.Bunqenin tədqiqatlarının rolu və əhəmiyyəti çox böyükdür. Bunqe tərə-
findən irəli sürülmüş “məkan təhlili” konsepsiyasının və “kəmiyyət” təhlilləri 
əsasında “Nəzəri coğrafiya” (1962-ci ildə) monoqrafiyasında geniş  mənada 
araşdırmalar yerinə yetirilmişdir. Bu əsərdə U.Bunqenin məntiqi araşdırmasın-
da ilkin olaraq nəzəri coğrafiya elminin tərkibində = sosial həyat tərzinə  nə-
zəri-idealoji problemlərinin, riyazi-statistik, təhlilinin metakartoqrafik mövqe 
nümayiş etdirilməsinin məntiqi durur. 
T.Haqerctrand (İsveç coğrafı) “İnnovasiya məkan diffuziyası” nəzəriyyəsini 
yaratmış və konstruktiv coğrafiya elminin yeni məzmunlu mənbələrinin kon-
turlarının araşdırmalarını aparmışdır. Onun (1967-ci il) “İnnovasiya diffuziya- 
coğrafi proses kimi” adlı tədqiqat əsərində “coğrafi zaman” (Time-Geographu) 
ideyası Avropa elmi dairələrində qəbul olunmuş və istifadə edilməsi üçün əsas 
mənbə kimi coğrafiya elmində tətbiq olunmuşdur. Praktiki olaraq bu ideyadan 
İsveç ölkəsində elmi əsaslarla sosial coğrafiya  şəbəkələrinin  ərazi təşkili və 
idarəedilməsində kompleks formada tədbiqi daha çox səmərə vermişdir.  
İngilis coğrafiya elmi məktəbinin yaradanlardan sayılan P.Xaqqet (Peter 
Haqqet) tədqiqatlarında “Məkan təhlilləri” nəzəri baxışlarına yeni prizmadan 


Dialektik coğrafiya
 
 
 
23
 
 
yanaşmış və bu da coğrafiya elmi biliklərinin, təhlillərinin aparılmasına, prak-
tikasına önəm yaratmışdır. Onun “Coğrafiya: müasir elmi biliklər” (1972-ci il)  
adlı sanballı monoqrafik tədqiqat işi coğrafiya elminin davamlı  və kompleks 
inkişafında mühüm rasional idrak mənbəyi hesab edilir. P.Xaqqet həmçinin  
bir çox coğrafiya elmi istiqamətlərinə, o cümlədən tibbi coğrafiya elminin ak-
tual məsələlərinə aid araşdırmaları  da dəyərli hesab edilir. 
                                                                                                                 
           
     
 
 
 
 
Coğrafiya elmi istiqamətlərinin xarakterinə əsasən ABŞ tədqiqatçısı Riçard 
Hartşorn (“The Nature of Geography:a Critical Sarvey of Current Thought in 
the Light of the Past”) adlı monoqrafiyasında coğrafiya elmi sistemi üçün  ye-
ni məzmunda ideyalar təklif etmişdir. Onun ideya məqsədi ondan ibarət ol-
muşdur ki, coğrafiya elminin əsas fokus nöqtəsi = ərazinin potensial differen-
siyasının = müstəvisinin optimallıq dərəcəsinin təyini  və praktikası ilə əlaqə- 
ləndirilməsidir. 
       
               
 
 
 
 
 
R.Hartşorn “coğrafi məkan” anlayışına yeni prizmadan yanaşmış və oz sə-
ləflərindən fərqli olaraq coğrafiya elminin praktikasına, natural coğrafiya el-
mi
24
 baxışlarına üstünlük verməsi ilə fərqlənmişdir. Onun siyasi coğrafiya el-
mi yanaşmaları  və ideya istiqamətləri ümumi coğrafiya elminin formalaşma-
sında mühüm əhəmiyyət kəsb etmişdir. 
Aparılan araşdırmalar  şəbəkəsində morfoloji sistem paradiqmasında Corli 
(Chorley)
25
 və Kennedi (Kennedy) 
26
 tərəfindən statisatik təliminin metodiki 
                                                            
24
 R.Hartshome. Pecspective on the nature of geograpu. Chicago: Rand McNally.1959. 
25
 Chorley R.J. Directions in geography. London.1973. 
26
 Kennedy B.A. Physical geography:a systems approach. London.1976. 
   
R.Xaqqet:  
  Coğrafiya elmində “qovşaq rayon” şəbəkəsinin model pa-
radiqma təliminin  əsasını qoyan tədqiqatçıların sıraların-
dadır. Tədqiqatlarının kompleks nəticələri “Ümumi coğra-
fiya” elminin konstruktiv inkişaında əsas metodoloji  mənbə 
kimi dəyərləndirilir.
  Riçard Hartşorn:  
 Coğrafiya elminin xorologiyasının formalaşmasına səy 
göstərmişdir.  Əsas məqsədi vahid coğrafiya elminin 
yaradılması olmuşdur. Coğrafiya elmi tədqiqatlarında 
analitik metoduna  üstünlük vermişdir.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə